Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-848/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi, yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il, FİN:xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müd afiə Fondunun Abşeron-Xızı regional filialına qarşı “xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2022-ci il tarixli, 2-1(105)-21/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1984-xx.xx.2020-ci il tarixədək 2 saylı X2 sanitar vəzifəsində çalışmışdır. 2. 049829 saylı TSEK-də müayinə aktından çıxarışa əsasən, iddiaçının 1983-cü il təvəllüdlü övladı X3 üçüncü qrup əlildir.
3. Siğortaolunanın hesabından çıxarışa əsasən siğortaedən Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasının 2017-2019-cu illərin İ-İV rübləri və 2020-ci ilin İ-İİ rübləri üzrə məcburi dövlət sosial siğortası üzrə hesabatları aşkar olunmamışdır. Məcburi dövlət sosial siğortası üzrə ödənişləri yanvar 2006-dan dekabr 2016-cı ilədək olmuşdur.
4. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, yaşa görə əmək pensiyası hüququ verən xx.xx.1984-xx.xx.2006-cı illərə aid sosial siğorta stajının yoxlanılması barədə AR ƏƏSMN yanında DSMF-nin Ağdam rayon şöbəsinə sorğu verilmişdir. Sorğuya gələn xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən iddiaçının xx.xx.1984-xx.xx.2006-cı ilədək olan iş stajı təsdiq olunmadığı və 25 il iş stajı toplanmadığı üçün əmək pensiyası hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 10 sentyabr 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “xx.xx.1984-cü ildən xx.xx.2006-cı ilədək 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1963-cü ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.2020-ci tarixə kimi 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında sanitarka (xadimə) işləmişdir. Əmək kitabçasında həmin fakt öz əksini tapmışdır. O, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə müraciət etmiş, müraciətinə komissiya tərəfindən baxılmış və yaşa görə əmək pensiyası hüququ verən xx.xx.1984xx.xx.2006-cı illərə aid sosial sığorta stajının yoxlanılması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon Şöbəsinə sorğu verilmişdir. Sorğuya gələn xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən onun xx.xx.1984-xx.xx.2006-c ı ilədək olan iş stajı təsdiq olunmadığı üçün və 25 il iş stajı yaranmadığı üçün əmək pensiyası hüququnun olmadığı göstərilmişdir. Ağdam rayonu işğal olunduğu üçün ona aid sənədlər arxivə təhvil verilməmişdir. Bu səbəbdən o, həmin illərdə işləməsini təsdiq edən sənədləri təqdim edə bilmir. Lakin əmək kitabçasında bu fakt təsdiq edilmişdir. cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud it irilmiş sənədlərin bərpası mümkün olmasın. İddiaçının iddia etdiyi işlədiyi illərlə bağlı əmək kitabçasında qeydlər mövcuddur. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1963-cü il təvəllüdlü iddiaçının xx.xx.1984-cü ildən xx.xx.2020-ci il tarixinədək Ağdam Rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasında işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının xx.xx.2020-ci ildə doldurulduğunu nəzərə alaraq, doldurulmaya əsas verən əmrlərin və əmək haqqı cədvəlinin, eyni zamanda qeyd olunan dövrlərdə “Ağdam Rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasının” (VÖEN**********) mövcudluğuna dair məlumatların təsdiq olunmuş sürətinin təqdim edilməsinə dair göstəriş verilməsi üzrə Bərdə rayonu, Uşaq Xəstəxanasının binasında yerləşən 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasına sorğu göndərilmi şdir. Eyni zamanda Ağdam rayonu işğal olunduğu üçün iddiaçıya 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin № 181 qərarı tətbiq olunmuşdur. Belə ki, həmin qərara əsasən, Respublikaya edilmiş hərbi təcavüz nəticəsində 1000-ə yaxın təhsil və 700-dən çox səhiyyə müəssisəsi, 2000-dən artıq mədəniyyət ocağı və digər humanitar istiqamətli sosial obyektlər işğal altında qalmış, burada işləyən on minlərlə qulluqçu və fəhlələr iş yerlərindən məhrum olaraq acınacaqlı vəziyyətə düşmüşlər. Eyni zamanda qərarın 2ci bəndinə görə, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdiril ən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etsinlər. Bundan başqa iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2020-ci il tarixədək “2 saylı Ağdam Rayonlararası Psixiatriya xəstəxanasında” işlədiyi dövrlər ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta vəsaitləri və digər məlumatların təqdim edilməsinə göstəriş verilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2020-ci il tarixli № **********9 xidməti məktub göndərilmişdir. xx.xx.2020-ci il tarixli № **********4 cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Sığortaedən 2 saylı Ağdam rayonlararası Psixiatriya Xəstəxanası (SUN: **********0) tərəfindən təqdim edilmiş 2006-2016-cı ill ər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara əsasən Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölməsində sığortaolunan iddiaçının **********764 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim etmişlər. Eyni zamanda bildirmişlər ki, Nazirliyin “X1 Sistemi”nin "Sığorta (Hesabat)" altsistemində sığortaedən "2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanası"nın 2017-2019-cu illərin l-İV rübləri və 2020-ci ilin l-ll rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatları aşkar olunmamışdır. İddiaçı 2017-ci il yanvarın 1-dək əmək haqqının ödənməsi 1 0 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin № 181 qərarının 2-ci bəndinin birbaşa göstərişidir. Belə olan halda, iddiaçının işləmədən orta aylıq əmək haqqı aldığını və məcburi dövlət sosial sığorta haqlarının həmin məbləğdən tutulduğu nəzərə alınsa, vətəndaş xx.xx.2020-ci il tarixdə işdən azad edilə bilməz. Əmək kitabçasında qeyd olunmuş işdən azad edilmə tarixinin düzgün olmaması, işə qəbul tarixinə dair də əsaslı şübhələr yaradır. Belə ki, əmək kitabçasında İddiaçı xx.xx.1984-cü ildən 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi qeyd olunmuşdur. Lakin Ağdamın işğal zonası olduğunu və müəssisəyə dair heç bir sənədin arxivə verilmədiyini nəzərə alınsa, işə qəbul tarixinin hansı sənəd əsasında qeyd olunduğunu müəyyən etmək qeyri-mümkündür. İddiaçı himayəsində sağlamlıq imkanı məhdud uşağı olduğundan “Əmək pensiyaları haqqında” qanunun 8-ci maddəsinə əsasən, Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bütün bu hallarla yanaşı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması zamanı yaş həddi 5 il azaldılsa da, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.
8. Məhkəmə sorğusuna əsasən Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, 07 saylı məktubdan görünür ki, xəstəxananın işçisi iddiaçı həqiqətən də 1984-cü ildən Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasının 2-ci şöbəsində işləmişdir. Xəstəxananın yerləşdiyi ərazi 1993-cü ilin iyulunda ermənilər tərəfindən işğal olunduğu üçün həmin tarixə qədər olan sənədlər işğal zonasında qalmış, daha sonra xəstəxana müdiriyyəti və mühasibatlıq Bərdə şəhər poliklinikasında 4-cü mərtəbədə yerləşmişdir. 2006-cı ildə poliklinikanın 4-cü mərtəbəsində yanğın hadisəsi baş vermiş, yanğının söndürülməsi prosesində, digər sənədlərlə birlikdə mühasibat sənədləri də yararsız vəziyyətə düşmüşdür. Daha sonrakı tar ixdən isə maaşlar elektron qaydada işlənmişdir. İşçinin həqiqətən həmin tarixdən işlədiyini həmin şöbənin müdiri, böyük tibb bacısı tərəfindən təsdiq edilməsi mümkündür. Nazirlər Kabinetinin göstərişinə əsasən xx.xx.2016-cı il tarixdən dondurulmuş əmək haqlarının verilməsi dayandırılmış və müvafiq olaraq həmin tarixdən İddiaçı Zülqədar qızı və daha 130 işçi bu günə kimi əmək haqqı almır. Səhiyyə Nazirliyi tərəfindən idarənin bağlanması haqda heç bir göstəriş verilmədiyi və qalan işçilər işdən azad edilmələri haqda ərizə ilə müraciət etmədiklərinə görə hələ də işçi kimi sayılırlar. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 19 aprel 2021-ci il tarixli, 21(118)-283/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına xx.xx.2020-ci ildə açılmış əmək kitabçasında onun işə qəbul edilməsi barədə əmrlər qrafasında “akta əsasən” sözləri, xx.xx.2020-ci il tarixdə isə öz arzusu ilə işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasında aparılan qeydlərdən görünür ki, hər iki qeyd eyni şəxs tərəfindən aparılmış və qeydlər “baş həkim Əmirov R.” və “Süleymanov L.” Qrafaları qarşısındakı imza eyni şəxs tərəfindən icra edilmişdir. İddiaçının xx.xx.1984cü il tarixdən xx.xx.2020-ci il tarixədək 2 saylı X2 işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir və bu ziddiyyətin yoxlanılması üçün iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s. mötəbər sübutların təqdim edilməsi zəruri olmuş, l akin həmin sənədlərin aşkar edilməməsi araşdırmanı imkansız etmişdir. 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi dövr iddiaçının sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. Əmək kitabçasında aparılan qeydlər sözügedən müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayət etmədiyindən iddia tələbi təmin edilməməlidir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddiaçının 9 avqust 1984-cü ildən 1 yanvar 2006-cı ilə qədər 2 saylı X2 sanitarka (xadimə) vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.K.Dəmirov) 3 fevral 2022-ci il tarixli, 2-1(105)-21/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(118)283/2021 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia təmin edilərək iddiaçının “xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi müddəti” sosial sığorta stajı kimi hesablanmaqla, ona 56 yaşı tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək kitabçasında göstərilən dövr lərin yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Hətta, cavabdehin özünün apellyasiya şikayətinə etirazda istinad etdiyi “X1 Sistemi”nin “Sığorta (Hesabat)” altsistemində sığortaedən “2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanası”nın 2017-2019-cu illərin l-İV rübləri və 2020-ci ilin l-ll rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatları aşkar olunmaması, lakin iddiaçıya 2017-ci il yanvarın 1-dək əmək haqqının ödənməsi 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin № 181 qərarının 2-ci bəndinin birbaşa göstərişinə uyğun olaraq ödənilməsi özü-özlüy ündə iddiaçının "Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanası"nda işğaldan əvvəl də işləməsinə dəlalət edir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 23.040 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır.
16. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: - İddiaçının xx.xx.2006-cı ildən sonra (xx.xx.2019-cu il tarixədək) ödənilmiş məcburi dövlət sosial sı ğorta haqlarına görə 09 il; - Sağlamlıq imkanları məhdud uşağına (xx.xx.1983-cü il təvəllüdlü X3) qulluq etdiyinə görə 02 il 05 ay 26 gün (qulluq aktı əsasında).
17. Beləliklə, iddiaçının 11 il 05 ay 26 gün sosial sığorta stajı vardır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 19. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiyaları ha qqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarını n nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
25. Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
26. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, cavabdehin mübahisələndirdiyi illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu fakt, həmçinin işəgötürənin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi və apellyasiya in stansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş 16 mart 2021-ci il tarixli məktubu ilə də təsdiq edilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmiş, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmi n olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2022-ci il tarixli 2-1(105)-21/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.