Məhkəmə qərarları › İş №2-1(102)-849/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-849/2019

13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-849/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2661/18 saylı 29 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçını 24-25 may 2017-ci il tarixdə keçirilmiş ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmaması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və növbəti dəfə keçirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinə müraciət etmişdir. Məhkəmənin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3091/2018 saylı 25 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2661/18 saylı 29 noyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3091/2018 saylı 25 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddianın mümkünlük şərtləri ödənilmədiyindən (iddiaçının cavabdehə müraciəti iş materialları ilə t əsdiqini tapmadığından) iddia mümkün sayılmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2661/18 saylı 29 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə işə baxan apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan iddianın mümkün sayılmaması barədə qərar qəbul etmişdir. Kassator Mülki Məcəllənin 7.1, 7.3, 44.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 90.1, 92.0.6-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2661/18 saylı 29 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və inzibati işin yenidən apellyasiya mümkünlük mərhələsinə qaytarılması barədə qərar qəb ul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı nümayəndə Nümayəndə vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Vəkil və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2661/18 saylı 29 noyabr 2018ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2661/18 saylı 29 noyabr 2018- ci il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iş materiallarının 12-ci vərəqəsinə iddiaçının Azərbaycan Respublikası Təhsil Naziri vəzifəsini müvəqqəti icra edən X ünvanlanmış ərizəsinin 1-ci səhifəsi əlavə edilmişdir. Lakin həmin ərizənin birinci səhifəsindən isə iddiaçının cavabdehdən nəyi xahiş etməsi, həmin ərizənin kim tərəfindən və hansı tarixdə tərtib edilməsi müəyyən edilmir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanı lması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin qərarda qeyd edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə isə iddiaçının iddia tələbindəki xahişi ilə ilk növbədə cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddianın mümkünlük şərtləri ödənilmir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqq ında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə ə sasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2661/18 saylı 29 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar