Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-849/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xaçmaz rayonu Qaraçay cek Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əvvəllər torpaq sahəsi ayrılması barədə bələdiyyənin protokol qərarının ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Xaçmaz rayonu Qaraçay cek Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı “20 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə da ir Bələdiyyənin 18 noyabr 2019-cu il tarixli, 13 nömrəli protokol qərarını ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-41/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarından X1 verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsinin xx.xx.2006-cı il tarixli protokolu ilə yaşadıqları kəndin ərazisindən 0,12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Qeyd olunan müvafiq qərara əsasən 0,12 ha torpaq sahəsinə hüququ qeydiyyata alınmış və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
2. Qaraçay cek bələdiyyəsinin xx.xx.2019-cu il tar ixli 13 nömrəli protokoluna əsasən faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin ayrılması barədə bələdiyyənin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ləğv edilmişdir.
3. DT və XK Xaçmaz rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 2579 saylı rəyindən görünür ki, İddiaçı bələdiyyə mülkiyyətindən fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.12 ha torpaq sahəsinin satılması qanuna müvafiqdir. 4. 302013076623 reyestr nömrəli 15.1.2020-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Xaçmaz rayonu Qaraçay cek kəndi ərazisində 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
5. DƏDRX-nin 5 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı ə sasında satılmış 0,12 ha ölçüdə torpaq sahəsinə dair tərtib edilmişdir.
6. Xaçmaz rayonu Qaraçay cek kənd bələdiyyəsinin 18 noyabr 2019-cu il tarixli 13 nömrəli iclas protokolundan görünür ki, bələdiyyənin 20 dekabr 2006-cı il tarixli 14 saylı Qaraçay cek kənd sakini İddiaçı 0.12.ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarı ləğv edilmişdir. Qərarın ləğvi üçün əsas kimi Xaçmaz Regional Ədliyyə İdarəsinin müraciəti əsasında aparılmış araşdırma nəticəsində memarlıq xidmətinin rəyinin alınmaması, xx.xx.2006-cı il tarixdə bələdiyyənin iclasının keçirilmədiyi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 30 noyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 20 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair Bələdiyyənin 18 noyabr 2019-cu il tarixli, 13 nömrəli protokol qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsinin xx.xx.2006-cı il tarixli protokolu ilə yaşadıqları kəndin ərazisindən 0,12 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Qeyd olunan müvafiq qərara əsasən 0,12 ha torpaq sahəsinə hüququ qeydiyyata alınmış və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bununla belə Qaraçay cek bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 13 nömrəli protokoluna əsasən faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin ayrılması barədə bələdiyyənin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ləğv edilmişdir. Əsas kimi torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının Memarlıq şöbəsinin rəyinin alınmaması göstərilmişdir. Həmin protokol qanunsuz olduğuna görə ləğv edilməsini xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X3, 2-1(118)-557/2021 saylı iş) 1 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək açmaz rayonu Qaraçay cek bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair həmin bələdiyyənin 18 noyabr 2019-cu il tarixli 13 nömrəli protokol qərarı ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin XİV və XV fəsillərində torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normaları təsbit edilmişdir. Lakin bələdiyyə həmin normaları nəzərə almadan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərarını ləğv etmişdir. Bələdiyyənin vətəndaşı xəbərdar etmədən birtərəfli qaydada öz qərarı ilə torpaq sahəsinin iddiaçıya verilməsinə dair qərarını ləğv etməsi qanunsuz olmuşdur. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və mübahisələndirilən inzibati akt ləğv edilməlidir.
11. Müslümov Şakir Gülbaba oğlu həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt İ nzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X2, 2-1(105)-41/2022 saylı iş) 27 yanvar 2022-ci il tarixli qərarla X1 apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 mart 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Müslümov Şakir Gülbaba oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Xaçmaz rayonu Qaraçay cek Bələdiyyəsinin 18 noyabr 2019-cu il protokoluna əsasən torpaq sahəsinin ayrılması barədə bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı ləğv edilmişdir. Ləğvin əsası kimi protokolda qeyd edilmişdir ki, ümumiyyətlə həmin tarixdə, yəni 20 dekabr 2006-cı il tarixli iclasın keçirilmədiyi, torpaq sahəsinin ayrılmasına dair torpaq ayırma sənədlərinin mövcud olmadığı, 14 saylı iclasın 31 may 2006-cı il tarixdə keçirildiyi, dekabr ayında keçirilən iclasın isə 27 saylı olduğu bildirilmişdir. Həmin qərarın ləğvi üçün aşağıdakı əsaslar olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsindən alınmış cavab məktubundan da görünür ki, vətəndaş Müslümov Şakir Gülbaba oğlunun fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.12 ha torpaq sahəsinin İddiaçı satılması ilə bağlı Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarının qanunauyğunluğunun yoxlanılması barədə eyni məzmunlu müraciəti əsasında aparılmış müvafiq araşdırma nəticəsində q eyd olunan qərarın qanunsuz olduğu müəyyən edilmiş və həmin qərarın ləğv edilməsi ilə bağlı Qaraçay cek bələdiyyəsinə xx.xx.2019-cu il tarixdə N° 04/M-554 saylı təklif məktubu göndərilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə 04/M-554 saylı məktubla DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Ş.Müslümova rəsmi məlumat verilmişdir. Qanunsuz olmağın əsası kimi isə həmin məktubda qeyd edilmişdir ki, ümumiyyətlə belə bir iclas keçiriiməmiş və bununla bağlı regional ədliyə idarəsinə heç bir məlumat verilməmişdir. Protokolda bununla tanış olmaq mümkündür. Bələdiyyə iclasının protoklunda həmin tarixdə heç bir iclasın keçirilmədiyi qeyd edilmişdir. Olmayan, keçirilməyən bir iclasa görə sənədlərin təqdim edilməsi və bunun əsasında maraqlı X11 Gülbaba oğlunun mülkiyyət hüquqlarını pozan bir qərar qəbul edilmişdir ki, hesab edirik bu məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “İnzibati icraat haqqında” Qanun: Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. (-). Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (-). Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsind ə qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə
68. Qanuni inzibati aktın ləğv olunması 68.4. Qanuni inzibati akt, həmin a ktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı iza hatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. X1 verdiyi kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi mə sələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə bələdiyyə tərəfindən 2006-cı ildə qəbul etdiyi qərarı 14 ildən sonra özü tərəfindən ləğv edilməsi iddiaçının hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəldiyindən əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv oluna bilər. Cavabdeh hazırda mübahisə predmeti olan qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyərək inzibati icraat aparmamış, iddiaçını icraata cəlb etməmiş, qəbul etdiyi aktı əsaslandırmamışdır. Odur ki, Qanunun 67-ci maddəsinə əsasən, haqlı olaraq bələdiyyənin qəbul etdiyi akt məhkəmə tərəfindən l əğv edilmişdir.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Müslümov Şakir Gülbaba oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-41/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.