Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-85/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi) Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qərarın iddiaçıya aid hissədə ləğv edilməsi tələbinə dair in zibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 21(103)-1181/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 13 iyun 2019-cu il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə iddiaçı ilə bağlanmış 02 mart 2015-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKT LARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu ilin iyul ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı əmrinin ona aid hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş, işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, heç bir intizam tənbehi almamış, əksinə, dəfələrlə mükafatlar almışdır. Buna baxmayaraq onun barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir. Ancaq hər hansı xidməti araşdırmanın aparılması zəruri hesab edilməmişdir. Həmkarlar təşkilatı işdən azad edilməsinə razılıq verməsinə baxmayaraq, müvafiq məsələyə b axılması üçün həmkarlar iclasına dəvət edilməmişdir. Bu səbəbdən hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.
4. Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etirazında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının işdən azad edilməsinə əsas X7 Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərildiyi kimi, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki şəhər sakini X3 “xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti 23 may 2019-cu il tarixdə X7 Xidmətinə daxil olmuş, müraciət yerində baxılıb cavablandırılması üçün 4 saylı region üzrə X5 göndərilmişdir. Daxil olmuş materialların araşdırılması region rəisi tərəfindən baş əmək müfəttişləri İd diaçı və X2 tapşırılmışdır. Araşdırma zamanı 4 saylı region üzrə DƏM-in əməkdaşları İddiaçı və X2 tərəfindən “’’xxxx” MMC-yə müəssisənin səlahiyyətli nümayəndəsinin 4 saylı region üzrə X5 dəvət olunması üçün 29.05.2019-cu il tarixli məktub hazırlanmış, lakin məktub poçt vasitəsilə göndərilməmiş, əvəzində icraçılar tərəfindən 4 saylı region üzrə DƏM-in əməkdaşı X4 verilmiş və ona məktubu müəssisənin rəhbərliyinə təqdim etmək üçün aparması tapşırılmışdır. Müəssisənin baş mühasibi tərəfindən rəhbərliyin müəssisədə olmaması əsas gətirilərək məktub qəbul edilməmişdir. X2 məktubu qaytararaq icraçılara təqdim etmiş və icraçılar tərəfindən 30.05.2019-cu il tarixdə məktub poçt vasitəsilə müəssisəyə göndərilmişdir. X2 dəvət məktubunu təqdim edərkən cəmiyyətin səlahiyyətli nümayəndəsi ilə görüşmüş və ona müəssisəyə X3 əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən 20000-25000 manat inzibati cərimə tətbiq olunacağını bildirərək, məsələnin onların xeyrinə həll olunması üçün köməklik edəcəyini vəd etməklə ondan rüşvət tələb etmişdir. Əmək müfəttişləri İddiaçı, X1 və əmək müfəttişi X2 vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol vermiş, qanunvericiliyin tətbiqini düzgün həyata keçirməmiş, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermişlər. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1-ci, 18.0.4cü, 18.0.5-ci maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq “Dövlət qull uğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunması xahiş edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-160/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vəzifəsinin icrası zamanı kobud pozuntulara yol verdiyi üçün işdən azad edilmişdir və bu zaman onun işlədiyi qurumun həmkarlar təşkilatının razılığı alınmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli 2-1(103)-1181/2020 nömrəli qərarı ilə (hakimlər A.Nuriy eva (sədrlik edən və məruzəçi), V.Agayev və A.Huseyn) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətinin dəlillərinə görə, istər barəsində yuxarıda sözügedən əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəddə, istərsə də 13 iyun 2019-cu il tarixli əmrin məzmununda ümumi şəkildə ifadə olunmuş “əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlar” iş materialları ilə təsdiq olunmamaqla yanaşı, cavabdeh orqan tərəfindən iddiaya etirazın əsası kimi istinad olunan hallar da məhkəmədə sübuta yetirilməmişdir. Məhz bu səbəbdən də işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin səhvlərini təkrarlayaraq qəbul etdiyi qərarında bu və ya digər hala istinad edə bilməmiş, yalnız “Dövlət qulluğu haqqında” Qanunun bəzi müddəalarının məzmununu qərarında sadalamaqla hesab etmişdir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İstər iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi, istərsə də bu məhkəmənin səhvlərini təkrarlayan apelyasiya instansiyası məhkəməsi nəzərə almamışlar ki, barəsində olan əmr ümumi ifadələrlə, yəni əmək funksiyalarının icrası zamanı guya yol verdiyi nöqsanlara istinadən əsaslandı rılmışdır. Əmrdə əmək funksiyasını hansı qaydada icra edə bilmədiyi, hansı nöqsana yol verdiyi göstərilməmişdir. Barəsində olan əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəd də ümumi sözlərlə əsaslandırılmışdır. Həmin sənəddən də dəqiq müəyyən edilmir ki, iddiaçı tərəfindən hansı nöqsanlara yol verilmişdir. Məhkəmə kollegiyasının iclası zamanı, yazılı məruzənin tərtib edilməsinə əsas olmuş araşdırma materiallarının məhkəməyə təqdim edilməsinin təmin olunmasını məhkəmədən xahiş etsə də, məhkəmə bu materialları tələb etməmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz
11. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin ol unmasını xahiş etdilər.
13. Kollegiya cavabdehin nümayəndəsinin ştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dovlət qulluğu haqqında” Qanun Maddə 18.0. dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluq çularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;... 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20.1 Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqan ının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəs mi xarakter verməyə. Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qul luğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyət lərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. 15. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
2. Kargüzarlıq - təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir.
3. Təşkilatlarda kargüzarlığın aparılması dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşl ar (bundan sonra - kargüzarlıq xidməti) tərəfindən həyata keçirilir. Kargüzarlıq xidməti tərəfindən bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti təşkilatın rəhbərliyi həyata keçirir.
4. Kargüzarlıq xidmətinin əsas vəzifələri aşağıdakılardır: 4.2. Sənədləri göndərmək;
97. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.
98. Göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli m əktubla göndərilmir. 16. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə 7.1 dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Maddə 12.1 dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır, 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəşt lər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Maddə 23.1 etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Maddə 23.2 dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Maddə 23.3 aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: 23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgü n həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassas iya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları işin hallarına düzgün tətbiq olunmamışdır. Buna görə də apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün göndərilməlidir.
21. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı əmrinin iddiaçıya aid 1.2-ci bəndi aşağıdakı məzmundadır: “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 02 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin.
22. Eyni zamanda əmrin verilməsi üşün əsas kimi “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müf əttişliyi Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsi” qeyd olunmuşdur.
23. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri - inzibati akt kimi qəbul olunur və buna görə də verilmiş iddia mübahisələndirmə iddiasıdır. Bu iddianın hüquqi əsasını təşkil edən mərkəzi norma “İnzibati icraat haqqında” qanunun 67.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
24. Azərbaycan Respublikası İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati akt ın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
25. Bu normaların baxılan işə tətbiqi onu ehtiva edir ki, işə baxan məhkəmə, cavabdeh tərəfindən həmin əmr verilərkən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini araşdırsın. 26. “Dövlət qulluğu haqqında” qanunun 25.2 və 25.3-cü maddələrinin əlaqəli təhlili onu deməyə əsas verir ki, dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb olunması və intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq araşdırma aparılmasının qaydaları qanunla dəqi q müəyyən edilmişdir. İntizam tənbehinin tətbiqinə əsasların olduğunu müəyyən edən dövlət orqanının rəhbəri, müvafiq araşdırma aparılması barədə əmr verir və bundan sonra başlanan araşdırma zamanı dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.
27. Baxılan işdən görünür ki, iddiaçının dövlət qulluğundan azad edilməsi barədə əmr verilərkən, maddi hüquq normasının tələblərinə əməl edilməklə iddiaçının barəsində araşdırma aparılması üçün cavabdeh inzibati orqanın rəhbərinin əmrinin verilməsi və ondan izahat alınması müəyyən edilmir.
28. İş materiallarına əlavə edilmiş, mübahisələndirilən əmrin veril məsi üçün əsas olmuş xidmət rəisinin yazılı məruzəsinin məzmunundan görünür ki, iddiaçıya istinad olunan əsas nöqsanlar kimi:
1. Vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verilməsi, qanunvericiliyin tətbiqinin düzgün həyata keçirilməməsi; 2. vəzifə səlahiyyətlərini aşaraq qulluq etiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi göstərilmişdir.
29. Xidmət rəisinin yazılı məruzəsində umumi şəkildə bəhs olunsa da məlum olur ki, iddiaçının yol verdiyi nöqsanlardan biri kimi onun “xxxx” MMC-nin rəhbərinə yazılmış məktubu poşt vasitəsi ilə göndərmədiyinə istinad olunur.
30. İddiaçıya qarşı irəli sürülmüş bu dəlilə qiymət verilməsi üçün, həmin məktubun poçt vasitəsilə kimin tərəfindən göndərilməli olduğu, məktubun gəndərilməsinə görə kimin məsul olduğu müə yyən edilməlidir.
31. Bu baxımdan işin halları “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın aşağıdakı müddəaları əsasında təhlil olunmalıdır:
2. Kargüzarlıq - təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir.
3. Təşkilatlarda kargüzarlığın aparılması dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar (bundan sonra - kargüzarlıq xidməti) tərəfindən həyata keçirilir. Kargüzarlıq xidməti tərəfindən bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti təşkilatın rəhbərliyi həyata keçirir.
4. Kargüzarlıq xidmətinin əsas vəzifələri aşağıdakılardır: 4.2. Sənədləri gö ndərmək;
97. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.
98. Göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir.
100. Təşkilat daxilində sənədlərin çatdırılmasını struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirir. Göndərilən sənədləri isə təyinat üzrə kuryerlər çatdırırlar.
33. İddianın düzgün həlli məhkəmədən işin hallarının adı ç əkilən Təlimatın müddəaları əsasında həllini tələb edir. Lakin işə baxmış məhkəmələr bu cür araşdırma aparmamışdır.
34. Bundan başqa, xidmət rəisinin yazılı məlumatında iddiaçının kobud pozuntu sayılan xətaya yol verməsinə istinad edilməsinə baxmayaraq, T.Əliyev tərəfindən “xxxx” MMC-nin rəhbərindən və ya başqa işçisindən rüşvət istəməsinə (və ya rüşvət müqabilində araşdırmanın müsbət sonlandırılmasını bildirməsinə) dəlalət edən heç bir sübut (“xxxx” MMC-nin rəhbəri və ya başqa işçisinin ərizəsi, izahatı, şifahi müraciəti, nazirliyin əməkdaşı T.Əliyevin izahatı və s.) işdə yoxdur. Əksinə “xxxx” MMC-nin məhkəməyə ünvanladığı məktubda İddiaçı, X6 və X1 “xxxx” MMC-nə qarşı hər hansə qanun pozuntusuna, o cümlədən korrupsiyaya şərait yaradan hala yol verilmədiyi göstərilir.
35. Azərbaycan Respu blikası İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
36. Həmçinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsi işə baxan məhkəmədən proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağı, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağı təkəb edir.
37. Sübutların araşdırılması qaydalarını müəyyən edən İPM-nin 58.7-ci maddəsi isə, məhkəmədən sübutlara tam və hərtərəfli araşdırıldıqdan sonra qiymət verilməsini tələb edir.
38. Apelyasiya instansiyası məhkəməsi qərarın əsaslandırıcı hissəsində maddi və prosessual hüquq normalarını sadalamış və hər hansı əsaslandırılmış qiymətləndirmə aparmadan bundan dərhal sonra göstərmişdir ki, “Məhkəmə kollegiyası apelyasiya şikayərində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır”. 39. "Kuznetsov və digərlərinin işi üzrə" 21 yanvar 2007-ci il tarixli, "Hiro Bilani işi üzrə" 09 dekabr 1994-cü il tarixli Qərarlarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini, ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbu l etmişdir. Avropa Məhkəməsinin həmin qərarlarında qeyd edilir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir.
40. İşə baxmış məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən, iddianın həlli üçün yuxarıda göstərilən hüquqi əsasları yoxlamamış, işə tətbiq olunmalı maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu araşdırmamışdır.
41. Nəzərə alınmalıdır ki, məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunve ricilik aktlarını qərarda göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qərarda şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
42. Həmçinin qeyd olunmalıdır ki, istənilən intizam pozuntusunun mövcudluğu özlüyündə dövlət qulluqşusunun dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən xitam verilməsi üçün yetərli deyildir.
43. Belə ki, qanunverici intizam tənbehi institutunu müəyyən edərkən, işçiyə tərbiyəedici təsir etməklə onu əmək və icra intizamına əməl etməyə, əmək vəzifələrini yerinə yetirməyə məcbur etmək məqsədini güdür. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində bu məq sədə xidmət edən intizam tənbehi növləri müəyyən olunmuşdur. Həmin intizam tənbehi növləri ağırlıq dərəcəsinə görə sıralanmışdır. İntizam tənbehi, dövlət qulluqçusunun yol verdiyi xətanın xarakterinə, ağırlıq dərəcəsinə uyğun olmalıdır.
45. İşəgötürən aşkar olunmuş xətaya görə bu tənbeh növlərindən hər hansını seçə bilər və ondan bu tənbeh növlərinin ardıcıllığına riayət olunması tələb olunmur. Lakin nəzərə alınmalıdır ki, Qanunun 25.6-cı maddəsi tələbinə görə bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.
46. Bu normadan göründüyü kimi, şəxsə dövlət qulluğundan azad edilməsi növündə inzibati tənbeh növünün tətbiq edilməsi üşün 3 şərtdən ən azı birinin olması vacibdir. Bu şərtlərə aiddir:
1. Dövlət qulluqçusunun yol verdiyi pozuntunun kobud pozuntu olması;
2. Pozuntular kobud sayılmasa da onların mütəmadiliyi;
3. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsi.
47. İşə baxmış məhkəmələr, iddiaçı ilə dövlət qulluğuna xitam verilməsi üçün bu şərtlərin mövcudluğunu, iddiaçıya irad tutulan hərəkətlərin kobud pozuntu kimi xarakterizə edən halları, pozuntuların mütəmadiliyini və ya Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsini müəyyən etməmişdir.
48. Məhkəmələrin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyy ən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.
49. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
50. Yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismın təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli 2-1(103)-1181/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.