Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-85/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 50+2 yaş, “əyirici” peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müda fiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1366/2021 saylı, 11 iyun 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xxxx-cü il tarixdə doğulmuşdur. Əmək kitabçasına əsasən 10.09.1981-ci ildən 13.03.1982-ci ilə qədər Bakı Mahud Kombinatında əyirici şagirdi, 13.03.1982-ci ildən 04.09.1995-ci ilə qədər isə 5-ci dərəcəli əyirici vəzifəsində işləmişdir. Sonra isə 18.09.1995-ci ildən 10.11.2002-ci ilə qədər “Azərmetaltəmirtikinti” İB-nin X1 İdarəsində anbar sahəsinin qablaşdırıcısı vəzifəsində işləmişdir
2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 29.07.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya göndərdiyi 2 avqust 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş st ajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Qeyd edilən müvafiq sənədlərin əsilləri idarənin qəbul mərkəzinə təqdim edildikdən sonra müraciətə baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 17 oktyabr 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, 10. 9.1981-ci ildən 13.3.1982-ci ilə qədər Bakı Mahud Kombinatında əyirici şagirdi, 13.3.1982-ci ildən 04.9.1995-ci ilə qədər isə 5-ci dərəcəli əyirici vəzifəsində işləmişdir. Sonra isə 18.9.1995-ci ildən 10.11.2002-ci ilə qədər “Azərmetaltəmirtikinti” İB-nin X1 İdarəsində anbar sahəsinin qablaşdırıcısı vəzifəsində işləmişdir. 1.7.2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyası haqqında qanunvericiliyinə əsasən qadınlar AR Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.07.2017-ci il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 52 yaşı tamam olduğu 16.01.2015-ci il tarixə qədər 21 il 1 ay 16 gün ümumi iş stajı, 13 il 5 ay 21 gün zərərli iş stajını tamamlamışdır. 52 yaşı tamam olan tarixdən, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdi. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(81)-4505/2019 saylı iş) 13 noyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək 52 yaşı tamam olduğu, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi «əyirici» vəzifəsi istər AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının Əlavəsində, istərsə də, 23.01.2007-ci il tarixli 12 №-li Qərarla təsdiq edilmiş Siyahının 32-ci Bölməsində əks edildiyindindən və iddiaçının həmin peşədə işləməsi sonuncuya məxsus əmək kitabçası ilə sübuta yetirildiyindən iddia tələbi əsaslıdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apely asiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X12 və X8, 21(103)-447/2020 saylı iş) 14 fevral 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 13 noyabr 2019-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
10. Cavabdeh 10 mart 2020-ci il tarixdə qərarın surətini almış həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər X2-məruzəçi X3 və X9, 2-1(102)-11/2021 saylı iş) 02.02.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmamışdır. Apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri ola n bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. İşə apelyasiya instansiyası məhkəməsi təkrar baxılarkən məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 10.6.2021-ci il tarixli cavab məktubu ilə iddiaçının Bakı Zərif Mahud Kombinatında işləməsi barədə tərtib edilmiş şəxsi vərəqənin təsdiq edilmiş kserosurəti və arxiv arayışı əmək haqqı cədvəli məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş arxiv arayışında qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Zərif Mahud Kombinatının natamam arxi v sənədlərinin əmr kitablarında iddiaçının 14.9.1981-ci il tarixli əmrlə 10.09.1981-ci il tarixdən 1-ci dərəcəli əyirici şagirdi kimi işə qəbul olunması, 04.09.1995-ci il tarixli, əmrlə 6.9.1995-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1988, 1989, 1990, 1991, 1992- ci illər və 1995-ci ilin sentyabr ayına dair əmək haqqı cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumatlar vardır.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X6məruzəçi, X10 və X7, 2-1(103)-1366/2021 saylı iş) 11 iyun 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş 1 saylı Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya 52 yaşından, lakin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinin tələbi nəzə rə alınmaqla, müraciət etdiyi 29.07.2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni, 29.07.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmaqla, ödənilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 16.01.2015-ci il tarixdə iddiaçının 52 yaşı tamam olmuşdur, həmin tarixə 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. 16.01.2015-ci il tarixdə iddiaçının 52 yaşı tamam olsa da, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilməlidir.
16. Cavabdeh 1 oktyabr 2021-ci il tarixdə qərarın surətini almış həmin qərardan 12 oktyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçının peşəsi Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü ildə təsdiq edilmiş Yeraltı işlərd ə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çal şan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında axtarılmalıdır.
14. Həmin siyahı 4 hissədən ibarətdir: 1-ci siyahı, 2-ci siyahı, toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin siyahısı və hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısı 1-ci və 2-ci siyahılara düşən peşələrlə bağlı tələb edilən iş stajlarının müddəti “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a, v, ə, b, bəndləri ilə tə nzimlənir. Lakin iddiaçının işləmiş olduğu əyirici peşəsi 1-ci və 2-ci siyahılarda deyil, toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin siyahısındadır. Həmin siyahıya düşən peşələrlə bağlı tələb edilən iş stajı müddətləri isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun e bəndində öz əksini tapıb. Həmin bəndə əsasən, toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar-Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə-50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda güzəştli şərtlərlə pensiya almaq hüququna malik olurlar.
15. İddiaçının isə əyirici kimi 20 il iş stajı olmamışdır. Buna görə də, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməzdi.
16. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır.
13. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanlarin qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq e dən sənədlər də daxil edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—ist ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və g östəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apelyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Kasasiya şikayətində apelyasiya mə hkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur.
23. İddiaçı 10 ildən çox əyirici peşəsində işlədiyini bildirib 52 yaşı tamam olduğu 16.01.2015-ci il tarixdən Nazirlər Kabinetinin təsdiq etdiyi 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş edir.
24. İşin mübahisə edilməyən hallarına görə, iddiaçının 16.01.2015-ci ildə 52 yaşı tamam olmuş və o, 21 il 1 a y 16 gün ümumi iş stajına malik olmuşdur.
25. Cavabdehin iddiaya etirazının, apelyasiya və kasasiya şikayətlərinin əsas dəlili onunla bağlıdır ki, iddiaçının əyirici kimi 20 il iş stajı olmadığından ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməz. Yəni, cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirmir, yalnız xüsusi iş stajının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün kifayət etməməsini bildirir. Cavabdeh bu mövqeyini əsaslandırmaq üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin e) bəndinə istinad edir. Belə ki, həmin maddəyə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:...e) toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə - 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda;...
26. Əvvəllər işə baxmış kasasiya məhkəməsi cavabdehin bu dəlillini əsassız hesab edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi nəzərə alındıqda 1992-ci ildə qəbul edilmiş və iddiaçının işlədiyi illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin e) bəndində “toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan” qadınlar üçün xüsusi müddət – 20 illik iş stajı müəyyən edilsə də, iddiaçının işlədiyi “əyirici” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 nömrəli Əlavədə təsbit olunmuş və sonradan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, “32. Toxuculuq istehsalatı” bölməsinə daxil edilmişdir. Odur ki, iddiaçının 52 yaşının tamam olduğu 16.01.2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun “əyirici” peşəsində 20 il deyil, 10 il işləməsi tələb edilirdi. Həmin normaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan i şlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
27. Kasasiya məhkəməsi işi təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərərkən araşdırılmalı hal iddiaçının həqiqətən 52 yaşı tamam olana qədər işlədiyi müddətin 10 ilinin güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsinin müəyyən edilməsi ilə bağlı olmuşdur.
28. Apelyasiya instansiyası məhkəməsinin əldə etdiyi sübutlara əsasən, iddiaçı 10.09.1981-ci il tarixdə Bakı Mahud Kombinatında əyirici şagirdi vəzifəsinə qəbul edilmiş, 13.03.1982-ci il tarixdən 5-ci dərəcəli əyirici vəzifəsində işləmiş, 04.09.1995-ci il tarixli, 36 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda 18.09.1995-ci il tarixli, 125 nömrəli əmrlə “Azərmetaltəmirtikinti” İB-nin X1 İdarəsində anbar sahəsinin qablaşdırıcısı vəzifəsinə işə qəbul olunmuş, 10.11.2002-ci il tarixli, 79-k nömrəli əmrlə işdən azad olunmuşdur. İddiaçının Bakı Zərif Mahud Kombinatında işləməsi barədə tərtib edilmiş şəxsi vərəqənin təsdiq edilmiş kserosurəti və arxiv arayışı əmək haqqı cədvəli məhkəməyə göndərilmişdir.
29. Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Zərif Mahud Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında iddiaçının 14.09.1981-ci il tarixli əmrlə 10.09.1981-ci il tarixdən 1-ci dərəcəli əyirici şagir di kimi işə qəbul olunması, 04.09.1995-ci il tarixli, 36/KŞ saylı əmrlə 06.09.1995-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1988, 1989, 1990, 1991, 1992-ci illər və 1995-ci ilin sentyabr ayına dair əmək haqqı cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumatlar vardır.
30. İddiaçının Bakı Zərif Mahud Kombinatında əyirici peşəsində işləməsi 10 ildən çoxdur.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə Əlavədə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “32. Toxuculuq istehsalatı” bölməsində əyirici peşəsi güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, 16.01.2015-ci il tarixdə iddiaçının 52 yaşı tamam olmuşdur, həmin tarixə 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na Əlavə üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə, onun 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərt lərlə yaşa görə pensiyası hüququ yaranmışdır.
33. Odur ki, cavabdehin şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
34. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
35. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1366/2021 saylı 11 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.