Məhkəmə qərarları › İş №2-1(102)-85/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-85/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-85/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1980-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “müavinətin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(103)-411/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov 18 a ünvanında müvəqqəti məskunlaşmışdır.

2. İddiaçının həyat yoldaşı X1 yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 2ün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü övladı X3 məcburi köçkünlər üçün vahid aylıq müavinətin verilməsini xahiş etmişdir.

4. Cavabdeh 18 dekabr 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq iddiaçının müraciətini müvafiq qaydada baxılması üçün Cəbrayıl rayon İcra Hakimiyyətinə göndərmişdir.

5. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavininin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “01 yanvar 2011-ci il tarixindən 2016-cı ilin 31 dekabr tarixinədək qüvvədə olan "Məcburi köçkünlərə yemək xərci üçün Dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 6.1.12-ci bəndinə və 2017-ci ilin 01 yanvarından qüvvədə olan "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, h abelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri məcburi köçkün statusu olmayan uşaqlara vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmamışdır. Sizin məcburi köçkün statusunuz olsa da, həyat yoldaşınızın məcburi köçkün statusu yoxdur. Siz 2010-cu ildə doğulmuş övladınızın sənədlərini 2011-ci ilin yanvar ayından qüvvəyə minmiş təlimatdan sonra Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim etmisiniz. Sənədlər 2020-ci ilin fevral ayının hesabatına əlavə olunaraq Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Lakin 2011-ci ilin yanvar ayından qüvvəyə minmiş Təlimatdan sonra təqdim edildiyi əsas gətirilərək övladınızın vahid aylıq müavinəti bə rpa edilməmişdir”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 anadan olduğu tarixdən, yəni xx.xx.2010-cu ildən vahid aylıq müavinətin təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehlər Cəbrayıl rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsində işin hallarını sadalamış və qeyd etmişdir ki, övladına müvafiq müavinətin verilməməsi əsassızdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı həyat yoldaşı X1 yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 2ü n statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6cı bəndinə əsasən, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil olunmur. Odur ki, Qaydanın 2.6-cı bəndinə uyğun olaraq, iddiaçının övladı xx.xx.2010-cu il təvəllüdlü X3 vahid aylıq müavinət verilə bilməz.

9. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-5670/2021 nömrəli qərardadı ilə iddia tələbi Cəbrayıl rayon İcra Hakimiyyətinə münasibətdə mümkün s ayılmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: X8) 11 avqust 2021-ci il tarixli, 2-1(112)5670/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.2010-cu il təvəllüdlü övladı X3 fevral 2020-ci il tarixdən vahid aylıq müavinətin təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, K.Məstalıyevin doğulduğu vaxt qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4.3-cü bəndinə əsasən, valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinət tə yin edilirdi. Sonradan xx.xx.2011-ci ildən qanunvericilikdə baş vermiş dəyişikliklə valideynlərinin yalnız hər ikisi məcburi köçkün statusunda olan uşaqlara müavinətin verilməsinin nəzərdə tutulması iddiaçının ziyanına şərh və tətbiq edilə bilməz.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərar və qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X6 və X4) 18 avqust 2022-ci il tarixli, 2-1(103)-411/2022 nömrəli qərardadı, eyni tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüqu qi mövqeyi ilə razılaşmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(103)-411/2022 nömrəli qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbinə etirazın dəlillərini sadalamış, əlavə olaraq qeyd etmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommu nal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət təyin edilmiş və həmin Fərmanın 2.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının icrası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tətbiqi ilə bağlı məcburi köçkünlərə dövlət büdcəsindən yemək xərci üçün verilə n aylıq müavinətin paylanılmasını tənzimləyən “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”ın ləğv edilməsi zərurəti yarandığından, Komitənin 2017-ci il 15 fevral tarixli 1 nömrəli Qərarı ilə həmin Təlimat ləğv edilmişdir. Hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Qüvvədən düşmüş Təlimatlarla yalnız məcburi köçkünlərə yemək xərci üçün müavinətin ödənilməsi nəzərdə tutulurdusa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli Qərarı İlə təsdiq edilmiş Qayda ilə isə nəinki yemək xərci, həmçinin kommunal və digər xidmətlər üzrə d övlət büdcəsindən ödənişlər əvəzinə, yeni vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulur. Məzmunundan da göründüyü kimi, hal-hazırda məcburi köçkünlərə verilən vahid aylıq müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən ödənişlərin xələfi, davamçısı qismində çıxış etmir. Məcburi köçkünlərə ödənilən vahid aylıq müavinət yemək xərci üçün ödənişlərdən müstəqil, yeni bir müavinət növü - yeni bir sosial müdafiə tədbiridir və onun verilmə şərtləri müəyyən olunan zaman yemək xərcinə görə ödənişlərin verilməsinə dair Təlimata deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaya istinad olunmalıdır.

17. Hazırkı iş üzrə iddiaçının həyat yoldaşı Sevinc Kərimova məcburi köçkün statusuna malik olmadığından, iddiaçının övladı X3 Azər baycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə uyğun olaraq vahid aylıq müavinət ödənilə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdə 2744 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2011-ci ilədək qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimat İ V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.1. “Məcburi köçkün” statusuna malik olub respublika ərazisində olan şəxslərə; 4.2. Valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara; 4.3. Valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara; 4.4. Ər və ya arvaddan biri “məcburi köçkün” statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında “məcburi köçkün” statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; 4.5. Ər və ya arvaddan birinin “məcburi köçkün” statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra “məcburi köçkün” statusuna malik olan şəxsin himayəsində olan uşaqlara; 4.6. Faktiki nikahdan doğulmuş, “məcburi köçkün” statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); 4.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; 4.8. “Məcburi köçkün” statusu olan hər iki valideynini itirmiş uşaqlara (belə uşaqların adından yalnız onların qəyyumları və himayəçiləri çıxış edirlər);

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 17 dekabr 2010-cu il tarixdə 4076 nömrəsi ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2011-ci il tarixdən qüvvəyə minmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimat (qüvvədən düşmüş): İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi kö çkün statusu almış şəxslərə verilir: 4.1. İşğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə; 4.2. Hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 4.3. “Məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər). 4.4. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakini (məcburi köçkünə) ilə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olmuş, lakin işğal zamanı işğal olunmamış rayon (şəhər ) üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyata düşmüş şəxslərə.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası Bənd 1.1. Ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir. Bənd

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir:... 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara;

22. İnzibati Pro sessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qayda da əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

26. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür, həyat y oldaşı Sevinc Kərimova isə məcburi köçkün statusuna malik deyildir.

27. Hazırkı iş üzrə iddiaçının tələbi onun övladı K.Məstalıyevə (xx.xx.2010-cu il təvəllüdlü) məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsidir.

28. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının övladı üçün tələb etdiyi vahid aylıq müavinətin verilməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə tənzimlənir. Həmin Qay daların 1.2 və 2.6-cı bəndlərinə əsasən, müavinət hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara verilir, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara isə müavinət ödənilmir.

29. İddia tələbini əsaslı hesab edən aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyinə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdə 2744 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2011-ci ilədək qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinətin verilməsini nəzərdə tuturdu. K.Məstalıyevin doğulduğu vaxt atası məcburi köçkün statu sunda olmuş və onun həmin dövrdə qüvvədə olmuş Təlimata əsasən, atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaq olmaqla doğulduğu gündən bu statusdan irəli gələn yemək xərci üçün müavinət almaq hüququ yaranmışdır. Sonradan xx.xx.2011-ci ildən qanunvericilikdə baş vermiş dəyişikliklə valideynlərinin yalnız hər ikisi məcburi köçkün statusunda olan uşaqlara müavinətin verilməsinin nəzərdə tutulması iddiaçının ziyanına şərh və tətbiq edilə bilməz. Bərabərlik prinsipinə əsasən, xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş təlimatla atası məcburi köçkün statusunda olduğuna görə müavinət təyin edilmiş uşaqlarla hazırkı iş üzrə iddiaçının övladı K.Məstalıyevin hüquqi vəziyyəti eynidir. Bundan əlavə, qanunvericilikdə baş vermiş dəyişikliklə xx.xx.2017-ci il tarixdən artıq yemək xərci mü avinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər birləşdirilərək onların əvəzinə vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Təcrübədə əvvəllər yemək xərci üçün müavinət təyin edilmiş məcburi köçkünlərin eyni zamanda həmin dövrdə kommunal, nəqliyyat və digər xidmətlər üzrə aylıq müavinətlərdən yararlandığı, həmin kateqoriya şəxslərin 2017-ci ildən qeyd edilən ödənişlər əvəzinə vahid aylıq müavinətlərlə təmin edildikləri nəzərə alındıqda hesab edilir ki, hazırkı vahid aylıq müavinət hər iki növ müavinətin davamı qismində çıxış etmişdir. Bu mənada, iddiaçının övladı K.Məstalıyevin keçmiş qanunvericiliklə müavinət almaq hüququ yarandığından hazırkı yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə veri lən vahid aylıq müavinətə də hüququ mövcuddur və ona yeni qayda ilə müəyyən edilmiş vahid aylıq müavinət təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2 və 2.6cı bəndlərində göstərilən vahid aylıq müavinətin hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara təyin edilməsi ilə bağlı tələb yalnız yeni qaydanın qəbul edildiyi xx.xx.2017-ci il tarixdən sonra doğulmuş uşaqlara münasibətdə keçərlidir, qeyd edilən müddəa əvvəlki qanunvericiliklə hüququ yaranmış şəxslərə, o cümlədən i ddiaçının övladı K.Məstalıyevə münasibətdə tətbiq edilə bilməz.

30. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan mövqe ilə razılaşmayaraq bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə ("Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat") nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir.

31. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olur ki, “Məcburi köçkünlər və onlara bərabər tutu lan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməlidir. Halbuki, sözügedən Qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub.

32. Digər tərəfdən, aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı hesab olunsa, onda “Qaydalar”dakı bəzi müddəaların (məs.: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq mü avinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə, qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də qanunvericilik yeni yanaşma əsasında dəyişdirilmişdir

33. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının oğluna hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqini qanuni hesab edir. Belə olan halda, iddiaçının oğlunun yeni tənzimləməyə əsasən aylıq müavinət almaq hüququ yoxdur.

34. Lakin, işə baxan aşağı instansiya məhkəmələri maddi hüquq normalarını işin hall arına düzgün tətbiq etməyərək iddia tələbinin əsaslı olması nəticəsinə gəlmişlər.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 21(103)-411/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “X2 anadan olduğu tarixdən, yəni xx.xx.2010-cu ildən vahid aylıq müavinətin təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar