Məhkəmə qərarları › İş №2-1(102)-85/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-85/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-85/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabi litasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-418/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçıya xx.xx.2016-cı il tarixli göndərişinə əsasən 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin olunmuşdur. (Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: L4-L5, L5-S1 disk yırtığına görə “Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət LS-L4 diskin yırtığı.)

2. İddiaçıya xx.xx.2017-ci il tarixli göndərişinə əsasən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin olunmuşdur. (Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: L4-L5, L5-S1 disk yırtığına görə “Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət LS-L4 diskin yırtığı.)

3. Bakı X3 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən iddiaçıya diaqnoz və ağırlaşmasının əlilliyin təyininə əsas vermir səbəbi ilə əlilliyin təyin olunmasından imtina olunmuşdur.

4. Bakı X3 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuşdur. Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Diskogen bel-oma radikulopatiya. L4-L5.L5-S1 hemilaminoektomiya Diaqnozun mətni: əməl.sonrakı vəziyyət. L4-L5, L5-S1 f/a disklərin residivləşən yırtıqları. Sol sinir kökünün L5-S1 sıxılması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziy yətlər, L4-L5,L5-S1 hemilamlnoektomiya (xx.xx.2015, xx.xx.2015) Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının **********1 nömrəli 01 dekabr 2022-ci il tarixli qərarından müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1129 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L4-L5, L5-S1 disk yırtığına görə xx.xx.2015 və xx.xx.2015 tarixlərdə “Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət. L3-L4 diskin yırtığı. Dural kisənin və sol sinir Kökcüyünün sıxılması ilə L4-L5, L5- S1 disklərin resid iv gedişli yırtıqları. L4-L5, L5-S1 diskogen L5-S1 radikulopatiya, davamlı ağrı sindromu ilə, hərəki, hissi və trofiki pozulmalarla, funksiyaların mülayim dərəcədə pozulması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yeriyə bilmədiyindən, sol ayağda hissiyatsızlıqdan şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda atrofiya, trofik pozuntu, parez izlənilməmiş, diz reflekslər canlı çağrılmış, pəncələrini gərgin saxladığı üçün axil refleksləri çağrılmamış, əzələ gücü və tonusu bərabər və normal olmuş, klonus izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. X3 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 4103/865 nömrəli Çıxarışında diaqnoz “Diskogen bel-oma radikulopatiya L4- L5. L5-S1 hemilanminektomiya əməliyyatından sonrakı nəticələri L4-L5, L5-Si disklərin yırtıqları. Sol aşağı ətrafın süst parezi. Hissi-hərəki funksiya pozulması” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X5 xx.xx.2022-ci il tarixli Bel fəqərələrinin MRT müayinəsinin nəticəsi “Fizioloji lumbal lordoz düzləşib. Lumbal spondilyozun və faset oynaqlarında artrozun MRT əlamətləri mövcuddur. L5.-S1 fəqərələrdə keçirilmiş sol tərəfli hemilaminektomlya əməliyyatına post op dəyişikliklər qeyd edilir. L4-L5, L5-S1 səviyyələrində sol lateral resessi daraldan post op fibroz dəyişikliklər qeyd edilir. L3-L4 intervertebral diskdə 6mm ölçülü geniş əsaslı sentral protruziya təyin edilir. L4-L5 intervertebral diskdə sirkutyar protruziya fonunda sol lateral resessi daraldan və so l L5- sinir kökcüyünü kompressiya edən 8 mm ölçülü sol subartikulyar yırtıq aşkar edilir. L5-S1 intervertebral diskdə ön epidural sahəni daraldan kalsifikasiya olunmuş sentral protruzya fonunda sol lateral resessi daraldan və sol sinir kökcüyünü kompressiya edən 7 mm ölçülü minimal kaudal miqrasiyalı sekvestrasiya olunmuş sol subartikulyar yırtıq qeyd edilir” kimi qeyd olunmuşdur. Təqdim etdiyi, xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioioji göstəricilər sol ayaqda L5 daha ifadəli olmaqla L4, L5, S1 sağda S1 innervasiyalı əzələlərdə xroniki dövr radikulopatiyaya işarət edir” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən e dilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq оİaraq Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 xx.xx.2023-cü il tarixli T301/2023 saylı ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinə əsasən onun hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Fəqərə arası diskin digər dəqiqləşdirilməmiş yerdəyişməsi, Diskogen bel-oma radikulopatiya. Keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət. L4-L5; L5-S1 hemilaminoektomiyadan sonrakı vəziyyət. L4-L5; L5-S1 f\a disklərin residivləşən yırtıqları. Sol sinir kökünün L5-S1 sıxılması. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L4-L5; L5-S1 hemilaminoektomiya (xx.xx.2015; xx.xx.2015).” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair “Əlavə”də müəyyən olunan maddələrin hər hansı birinə a id etmək mümkün olmadı.

7. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli “Vətəndaşın əyani müayinə olunması haqqında” məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X3 A00034975XCU nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəra r qəbul edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-31733/2024 saylı 12 mart 2024-cü il tarixli qərarından görünür ki, məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1129 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L4-L5, L5-S1 disk yırtığına görə 03.04.15 və 30.04.15 tarixlərdə “Hemilanminektomiva” əməliyyatından sonrakı vəziyyət. L3-L4 diskin yırtığı. Dural kisənin və sol sinir kökcüyünün sıxılması ilə L4-L5, L5-S1 disklərin residiv gedişli yırtıqları.(M51.2) L4-L5, L5-S1 diskogen L5-S1 radikulopatiya, davamlı ağrı sindromu ilə, hərəki, hissi və trofiki pozulmalarla, funksiyaların mülayim dərəcədə pozulması diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda hərəkət məhdudluğu, mədə qanaxması, qarabasmalardan şikayətlənmişdir. Anamnestik məlumatlarında paraşütdən yıxılaraq xəsarət aldığını, onurğa sütununda cərrahi əməliyyat keçirildiyini, qarabasmaları olduğunu, gözünə görünən məxluqların onu müxtəlif yerlərə çağırdıqlarını, evdən qaçıb getdiyini ifadə etmişdir. Müayinə zamanı onurğanın bel hissəsində təxminən 3-4 sm ölçülü əməliyyat ça pığı izlənilmişdir. Nevroloji statusda aşağı ətraflarda hipotrofiva və parez əlamətləri izlənilməmiş, reflekslər, gərgin saxladığı üçün alınmamış, əzələ gücünün müayinəsi zamanı aqrovasiya davranış nümayiş etdirmişdir. Vətəndaşın bildirdiyi şikayətlərdə, həmçinin təqdim etdiyi epikrizlərdə də sol aşağı ətrafında parez olduğu qeyd edilsə də, hərəkət zamanı sağtərəfli “parez” göstərməyə çalışmışdır. Psixi statusda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli olmuş, ünsiyyətə həvəslə daxil olmuş, verilən sualları ətraflı cavablandırmışdır. Qəbul etdiyi medikamentoz preparatların reseptlərini təgdim etsə də, heç birinin adlarını xatırlamamışdır. Emosional labil, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun olmuş, əhval-ruhiyyəsi “normal” kimi dəyərləndiril mişdir. Beləliklə, vətəndaş ekspertizaya təqdim etdiyi müalicə və instrumental müayinə nəticələrinə uyğun şikayətlər bildirməmiş, “Orta dərəcəli depressiv epizoda" uyğun klinik əlamətlər müşahidə edilməmiş, nümayişkar xarakterli davranış sərgiləməyə çalışmışdır. Bütün sadalananları nəzərə alaraq hal-hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv pozuntular aşkar edilməmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinədə olmuş “xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yeriyə bilmədiyindən sol ayaqda hissiyatsızlıqdan şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda atrofiya, trofik pozuntu, parez izlənilməmiş, diz reflekslər canlı çağ ırılmış, pəncələrini gərgin saxladığı üçün axil refleksləri çağırılmamış, əzələ gücü və tonusu bərabər və normal olmuş, klonus izlənilməmiş. Hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafa irradiasiya edən bel nahiyəsində ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2 dəfə fəqərəarası disk yırtığının xaric edilməsi əməliyyatı keçirdiyini, bəzi hallarda evi özbaşına tərk etdiyini, həmin vaxt anlaqsız vəziyyətdə olduğunu, həmçinin qarabasmaları olduğunu, kimlərinsə onu müxtəlif yerlərə çağırdıqlarını ifadə etmişdir. Müayinə zamanı onurğanın bel hissəsində boylama istiqamətdə təxmini olaraq 3-4 sm ölçüdə, boylama istiqamətdə 2 paralel çapıq izlə nilmişdir. Nevroloji statusda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, refleksləri canlı çağrılmış D=S, sol Axil refleksi abs, sağ Axil refleksi zəif alınmış, əzələ gücü və tonus norma daxilində olmuş, atrofiya, parez, iflic aşkar edilməmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həvəslə daxil olmuşdur. İntellektual mnestik funksiyaları yaşam tərzinə uyğun, emosional labil kimi dəyərləndirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12611/23 nömrəli Çıxarışında diaqnoz “Orta dərəcəli depressiv epizod” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1172 nömrəli Çıxa rışında diaqnoz “L4L5 və L5-S1 fəqərəarası diskin yırtığının çıxarılması əməliyyatlarından sonrakı vəziyyət. Soltərəfli koxlear ağrı sindromu, sol pəncənin parezi. L3-L4, L4-L5 və L5-S1 fəqərəarası diskin yırtıqları (residiv)” kimi qeyd edilsə də, əlillik təyinatına əsas verməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Bel-oma fəqərələri MRT müayinəsinin nəticəsi “L3, S1-fəqərə cisimlərində subxondral sklerotik dəyişiklik mövcuddur. L1-S1-səviyyəsində fəqərə arası disklərin degenerativ dəyişikliyi nəticəsində İntensivlikləri T2-ağırlıglı sekanslarda zəifləmişdir. L3-L4-fəqərəarası diskin arxa median sola meyilli yırtığı (5.5x11.0), dural kisənin və sol sinir kökcüyünün sıxılması (7.0x16.0 mm), dural kisənin və sol sinir kökcüyünün sıxılması, bu səviyyədə sol tərəfli əməliyyatdan sonrakı vəziyyət, L5-S1-fəgərəarası diskin arxa median geniş əsaslı yırtığı (4.0 mm), dural kisənin və hər iki lateral sinir kökcüyünün sıxılması, bu səviyyədə əməliyyatdan sonrakı vəziyyət diqqəti cəlb etmişdir" kimi qeyd edilsə də, əlillik təyinatına əsas verməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Kompyuter EMQ müayinəsinin nəticəsi “Sol peroneal sinirin aksonal zədələnməsi leyhinədir” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qəran ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona xəstəliyinə və əlilliyinə görə pensiya təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək iddia tələbi “iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ki mi göstərilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 oktyabr 2007-ci il tarixindən etibarən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamış, 30 oktyabr 2008-ci il tarixli 1425 ş/h nömrəli əmrlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinə keçirilmişdir. Nümunəvi xidməti ilə əlaqədar dəfələrlə orden və medallarla təltif edilmiş və ona mənzil də verilmişdir. 2015-ci ilin əvvəllərində 2021 saylı “Zəfər hərəkət dəstəsi”ndə təlim-döyüş tapşırıqlarının icrası zamanı bədəninin onurğa-bel nahiyyəsindən zədə almış və Dövlət Sərhəd Xidmətinin Mərkəzi hospitalında müayinə və müalicə olunmuşdur. Aparılmış konservativ müalicələr effekt verməmiş və hospital 31 mart 2015-ci ildə “Bel fəqərələrinin osteoxondrozu, polidiskoz L. 4-L.5,L5-S1 fəqərəarası disklərin sol tərəfli yırtıqları, Sol tərtəfli kəskin ağrılı bel-oma radikulyar sindromu” diaqnozu ilə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə xəstəxanasına göndəriş vermişdir. Neyrocərrahiyyə xəstəxanasında 03 aprel 2015-ci il tarixdə üzərində cərrahi əməliyyat aparılmış, cərrahi müdaxilə nəticəsində L4-L5 fəqərələrinin soldan hissəvi hemilaminektomiyası, L4-L5 fəqərəarası disk yırtığının çıxarılması icra olunmuşdur. Lakin əməliyyatdan sonrakı reabilitasiya dövründə bel nahiyyəsində ağrılar davamlı olaraq narahat etməyə başlamışdır. MRT müayinəsində səviyyədə əməliyyat sahəsində ödem yaranması, L5-S1 səviyyədə sol paramedian disk ekstruziyası aşkar olunmuşdur. Neyrocərrahiyyə xəstəxanasında ağrılarının keçməməsi nəzərə alınaraq 30 aprel 201 5-ci il tarixdə təkrar cərrahi əməliyyata məruz qalmışdır. Əməliyyat zamanı cərrahi yaranan təftiş, L5 fəqərəsinin soldan hemilaminektomiyası, meninqoradikuloliz, L5S1 fəqərəarası disk yırtığının çıxarılması, sol L5-S1 kökcüklərinin dekompressiyası icra edilmişdir. Bir ay ərzində aparılmış hər iki əməliyyat uğursuz olmuş, nəticədə əlavə olaraq sol pəncədə parez və hipesteziya kimi fəsadlar yaranmışdır. Ağrılar nəticədə bel sütununun əyilməsinə gətirib çıxarmışdır. 24 avqust 2015-ci il tarixdə yenidən MRT müayinəsinə göndərilmiş, xidmət dövründə sağlamlığında yaranan xəstəlik səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəlinin 66 “b” və 26 “b” maddələrinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi x idmətə yararlı” olmağı barədə qərar qəbul olunmuşdur. Sonrakı dövrdə ağrılar səbəbindən hərbi xidmətini davam etdirməyi mümkün olmadığından DSXnin Kadrlar İdarəsinin 22 sentyabr 2015-ci il tarixli 4/14-228 nömrəli göndərişinə əsasən DSX-nin Mərkəzi Hərbi-Həkim komissiyasında müayinədən keçirilmişdir. 07 yanvar 2016cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (indi Agentliyi) tərəfindən hərbi xidmət dövrü ilə əlaqədar ona 2-ci dərəcəli ilkin, 07 yanvar 2017-ci il tarixdə isə 5 il müddətinə təkrar əlillik qrupu təyin edilmişdir. Lakin həmin tarixdən indiyə qədər mütəmadi olaraq müayinə və müalicələrini davam etdirməyinə baxmayaraq, sağlamlığında əsaslı irəliləyiş baş verməmiş, əksinə davamlı olaraq qəbul etdiyi ağrıkəsici dərmanlar sağlamlığında əlavə fəsadlar yaratmış, onda mədə qanaxması ilə müşayiət olunan mədə xorası xəstəliyi əmələ gəlmişdir. O, növbəti hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupunun təyin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. 26 may 2022-ci il tarixli **********3 №-li məktubla bildirilmişdir ki, onun əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədi ilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Lakin 14 iyun 2022-ci il tarixdə ona SMS vasitəsi ilə bildirilmişdir ki, 17 may 2022-ci il tarixli göndərişə (Forma 088) Diaqnoz əlillik dərəcəsi təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. 31 may 2022-ci il tarixində Agentliyə dəvət edilsə də heç bir müayinə aparılmadan, sağlamlığımın mövcud vəziyyəti obyektiv araşdırılmadan, vizual baxış keçirildi və ona bildirildi ki, hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupu təyin edilmir. Agentlikdən verilmiş 22 iyul 2022-ci il tarixli **********5 nömrəli elektron sənədin çıxarışında qeyd edilmişdir ki, Agentlikdə nəzarət qaydasında əyani müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq “Diaqnoz və ağırlaşması əlilliyin təyinatına əsas vermədiyi” barədə əsaslı və düzgün qərar verilmişdir. xx.xx.2022-ci il tarixli forma 88 arayışına əsasən iddiaçıya əlilliyin növbəti müddətə təyin olunma sından imtina edilmiş, səbəb isə “Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur.

12. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial eksper tiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin e yni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməs i faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

13. Bakı İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(112)-6238/2023 nömrəli qərarı ilə (hakim L.S.Musayeva) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyinin müəyyən olunmasından imtina haqqında qərarın tamamilə əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi eks pertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən X4 tərtib olunmuş A00034975XCU saylı göndərişdə qeyd edilən iddiaçının səhhətini əks etdirən diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin və xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların hər hansı birini aid etmək mümkün olmadı.

15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yen i qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-418/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: X.A.Cəmilova, hakimlər: R.Ə.Səmədov və E.Ə.Əliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6238/2023 saylı 18 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıda bundan öncə ona 2-ci dərəcə əlilliyin verilməsi üçün əsas olan diaqnoz – “Xİİİ Sinif- Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri- M95-M99- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozgunluqları- M96- sümük-əzələ sisteminin pros... Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, Bel fəqərələrin osteoxondrozu. Polidiskoz. L4-L5, L5-S1, F\diskinin sol tərəfli yırtığı. Sol tərəfli kəskin ağrılı bel-oma radikulyar sindromu ilə. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və daimi kəskin kökcük ağrıları. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5,L5-S1 f/diskinin sol tərəfli yırtığı” olmuşdur. Hazırki vəziyyətdə onda müşahidə olunan diaqnoz – “sinir sistemi xəstəlikləri- G50-G59- Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi- G54 – sinir köklərinin və kələflərinin zədələnməsiG54.8- sinir köklərin L4-L5, L5-S1 disk yırtığına görə "Hemilanminek tomiya" əməliyyatından sonrakı vəziyyət LS- L4 diskin yırtığı.” Diaqnozu həm ekspert rəyinə əsasən, həm də cavabdeh qurumun məhkəmə qərardadına əsasən apardığı müayinəsinə əsasən təsdiqlənmiş, lakin həmin diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən ağırlaşmalarının mövcudluğu öz təsdiqini tapmamışdır. Halbuki iddiaçıya əlilliyin təyin olunması üçün onda təkcə müvafiq diaqnozun mövcudluğu deyil, həm də onun ağırlaşmasının da mövcud olması şərtdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təyin edilərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti işin faktiki hallarına, apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaları Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında i sə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni oldu qda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz a ralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç fai z aralığı müddəti üzrə nəzərə alınır. Bənd 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətin ə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək v əzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

28. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 07 yanvar 2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əl aqədar 2-ci dərəcəli ilkin, 07 yanvar 2017-ci il tarixdə isə 5 il müddətinə təkrar əlillik qrupu təyin edilmiş, daha sonra əlillik vəziyyəti tibbi müəssisənin 2709003AADXH nömrəli xx.xx.2022ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin A00034975XCU nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir.

29. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında iddiaçının iddia tələbini dəqiqləşdirərək qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının f aiz göstəricisinin) təyin edliməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etdiyi qeyd olunsa da, xx.xx.2023-cü il tarixli qərardad ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək iddia tələbi “iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmişdir.

30. Kollegiya qeyd edir ki, iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizədə ona təyin edilmiş əlilliyin bərpa olunması xahiş etsə də, iddiaçının hüquqi marağı əlilliyin müəyyən edilməsinə yönəlmişdir.

31. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçının əlillik dərəcəsini ləğv etməmiş, dayandırmamış və etibarsız hesab etməmişdir. Sadəcə olaraq iddiaçının əlillik müddəti 2022-ci ilin yanvar ayında bitdiyinə görə iddiaçı ona növbəti dəfə əlilliyin müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh iddiaçıya məhz növbəti əlillik dərəcəsinin təyinatı ilə bağlı 3 noyabr 2022-ci il tarixdə imtina etmişdir.

32. Apellyasiya instansiya məhkəməsi iddiaçının hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsinə yardım etməlidir.

33. Belə ki, qanunvericiliyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qi ymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

34. Eyni zamanda məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini nəzərdə tutan bu Qərarın 18-ci bəndində istinad olunan normaya əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, izahatlarını və bunlarla əlaq ədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

35. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

36. Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsin i müəyyən edir.

37. İş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2022, xx.xx.2022 və məhkəmə gedişatı zamanı xx.xx.2024-ci il tarixli imtinalar verilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş üzrə cavabdehin imtina tarixi nəz ərə alınmaqla müəyyən edilməlidir.

39. İddiaçı cavabdeh tərəfindən xx.xx.2022-cü il tarixli göndəriş əsasında verilmiş xx.xx.2022-ci il tarixli imtinadan sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədə baxılan iddianın predmetini xx.xx.2022-cü il tarixli imtina qərarı təşkil etmişdir.

40. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi üçün əsaslandığı həlledici sübut-Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli T301/2023 saylı ekspert rəyi olmuşdur.

41. Ekspert rəyindən də görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi əməkdaşı iştirak etmiş və o da eks pert rəyini imzalamışdır. 42. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər. 43. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsi nə əsasən, rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, məhkəmə ekspertizası idarəsi rəhbəri onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək Məhkəmə ekspertizası idarəsinin rəhbərinə qadağandır.

44. Həmin Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığ ı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

45. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Bu anlamda, Birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir.

47. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxm ası göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.

48. Cavabdeh Agentliyin əməkdaşı məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir.

49. Bundan başqa, işdən görünür ki, iddiaçının vəkili vəsatətdə cavabdehin mütəxəssislərinin iştirakı və müdaxiləsi olmadan ekspertizanın keçirilməsini xahiş etmişdir.

50. İşin hazırkı vəziyyətini nəzərə alaraq məhkəmə ekspertizası keçirildiyi zaman, cavabdehin ekspert kimi iştirak etməsi yolverilməzdir.

51. Bundan başqa, Bakı X3 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli, A00034975XCU nömrəli göndərişinə əsasən iddiaçının əsas diaqnozu M51.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Diskogen bel-oma radikulopatiya. L4-L5.L5-S1 hemilaminoektomiya əməl.sonrakı vəziyyət. L4-L5, L5-S1 f/a disklərin residivləşən yırtıqları. Sol sinir kökünü n L5-S1 sıxılması. Sol a/ə süst parezi.Hissi-hərəki funkpoz.Çanaq orqanların funk.poz., Ağırlaşma: R52.2 Digər daimi ağrı, Daimi kəskin sinir kökcük ağrıları, R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Hərəkətin və yerişin pozulmaları, R32 Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək. Çanaq orqanların funksiya pozulması. Sidik saxlamamazlığı (Orta dərəcə), G83.1 Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın süst parezi, Yanaşı xəstəliklər: K25 Mədə xorası, MelloriVeys sindromu. Qanaxma” qeyd edilmişdir.

52. Kollegiya qeyd edir ki, göndərişdə XBT-10 kodu R32 olan “dəqiqləşdirilməmiş sidik saxlamama” diaqnozu qeyd olunduğu və iddiaçıda da həmin göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapdığı halda, onun vəziyyəti qiymətləndirilməklə əlilliyin müəyyən edilməsi m əsələsinə baxılmalıdır.

53. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən şəxsə R32- “Dəqiqləşdirilməmiş sidik saxlamama” diaqnozu qoyularkən müvafiq qaydada qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsdə ifrazetmə funksiyasının mülayim pozulması – sidik saxlamamanın orta dərəcəsi (8 saat ərzində 400600 ml), sidik kisəsinin dolması hissinin olmaması; sistometriya zamanı detruzorun hipotoniyası zamanı sidik kisəsinin həcmi 500-400 ml; qalıq sidik 100 ml-dən çox, detruzorun hipertoniyası zamanı həcmi 20-125 ml ilə halı müəyyən edilərkən 1 il müddətinə 35-60 faiz dərəcəsi ilə əlillik, ifrazetmə funksiyasının ciddi pozulması - sidik saxlamama nın ağır dərəcəsi (8 saat ərzində 600 ml və daha çox), sidik ifrazı çağırışının və sidiyin kanaldan keçmə hissinin olmaması, sistometriya zamanı detruzorun hipotoniyası zamanı sidik kisəsinin həcmi 500-600 ml, qalıq sidik 400 ml-ə qədər, detruzorun hipertoniyası zamanı həcmi 20-30 ml ilə müəyyən edilərsə 2 il müddətinə 65-80 faiz dərəcəsi ilə əlillik, ifrazetmə funksiyasının ağır pozulması – sidik saxlamamanın ağır dərəcəsi (8 saat ərzində 600 ml və daha çox) gigiyenik vasitələrin istifadə edilməsinin qeyri-mümkün olması zamanı müəyyən edilərsə isə müddətsiz 90 faiz dərəcəsi ilə əlillik təyin edilir.

54. Bununla yanaşı, qeyd edilməlidir ki, XBT10 kodu R32 olan xəstəlik özü ayrılıqda, yəni 4.1.7-ci bəndin altbəndində olan qiymətləndirmə aparılmadan əlillik təyini üçün əsas vermir.

55. Növbə ti apellyasiya baxışı zamanı işin bu halı araşdırılmaqla iddiaçının xəstəlik vəziyyəti qiymətləndirilməklə onun vəziyyətinin hansı kod üzrə alt bəndə uyğun olub olmaması müəyyən edilməli, əlillik müəyyən olunduğu halda uyğun bəndə müvafiq olaraq əlillik müddəti göstərilməlidir.

56. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətlən dirilə bilməz.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-418/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-418/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar