Məhkəmə qərarları › İş №2-1(102)-850/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-850/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-850/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışın alınması ) Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004- cü il tarixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası İ qrup əlil X2 mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kv.metr olan həyətyanı torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2022-ci il tarixli, 21(105)-32/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı AZE - ********; FİN kodu – xxxxxxx; xx xxxxxx 1972-ci il tarixdə Sumqayıt şəhəri ndə anadan olub, Sumqayıt şəhəri, məh 40, ev. 21 A, m 29 ünvanında qeydiyyatdadır və yaşayır.

2. Sumqayıt şəhər Bələdiyyə Şurasının 19.11.2004-cü il tarixli qərarı ilə İ qrup əlil iddiaçının mərhum atası X4 Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində İ.Qayıbov küçəsi boyunca fərdi ev tikmək 500 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış, 28.01.2004-cü il tarixdə torpaq sahəsinə görə bələdiyyənin hesabına ******* manat ödənilmişdir.Atası 2 sentyabr 2008-ci ildə vəfat etmişdir.

3. Atasının vəfatından sonra o, torpağa dair bir sıra sənədləri, o cümlədən torpağın alqı-satqı haqqını ödədiyini təsdiq edən kassa mədaxil orderi qəbzinin əslini və torpağın alqı-satqı aktını tapa bilməsə də, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına etdiyi müraciət əsasında həmin sənədlərin surətləri on a təqdim olunmuşdur.

4. İddiaçı mərhum atası N.M.Əsgərova ayrılmış Sumqayıt şəhəri İ.Qayıbov küçəsindəki istifadəsində olan 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh bundan imtina edərək bildirmişdir ki, N.M.Əsgərova bələdiyyə qərarına əsasən 19.11.2004-cü ildə torpaq sahəsinin ayrılmasına baxmayaraq aidiyyəti orqanların rəyi alınmamış və alqı-satqı aktı bağlanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək «Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası İ qrup əlil X2 mülkiyyətinə verilmiş Sumqayıt şəhərin in 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kv.metr olan həyətyanı torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası İ qrup əlil X9 2004-cü ilin ortalarında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 51ci məhəlləsi ərazisində uzun müddətdir istifadə etdiyi sahəsi 500 kvadratmetr olan həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmiş, atasının müraciətinə bələdiyyədə etiraz edilməmiş və Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sə nədləşdirilməsi işlərinə başlanılmışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpağın mövqe planı tərtib edilmiş və torpağa yerində baxış keçirildikdən sonra torpaq sahəsinin alqı-satqı qaydasında atasının mülkiyyətinə ayrılmasının mümkün olduğu ona bildirilmişdir. Bundan sonra atası torpağın tələb olunan alqı-satqı haqqı olaraq ******* (bir milyon beş yüz min köhnə manat) məbləğində pul vəsaitini Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ödəmişdir. Bunun əsasında Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004cü il tarixli 141 nömrəli qərarı ilə Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kvadrat metr olan həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ilə əlaqədar Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən inşaat pasportu tərtib edilərək ona təqdim olunmuş, müvafiq təhkim aktı əsasında torpaq sahəsi yerində ona təhvil verilmişdir. Ancaq mərhum atası qanunları tam bilmədiyindən hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq sənəd üzrə onun mülkiyyətidir. Bu səbəbdən atası bələdiyyə qərarı əsasında ona verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanına müraciət etməmişdir. İddiaçının atası 2008-ci ilin sentyabr ayının 2-də vəfat etmişdir. Atasının ölümündən sonra torpaq sahəsindən və üzərində inşa olunmuş fərdi yaşayış evindən bugünədək o, istifadə edir. Atasının vəfatından sonra o, torpağa dair bir sıra sənədləri, o cümlədən torpağın alqı-satqı haqqını ödədi yini təsdiq edən kassa mədaxil orderi qəbzinin əslini və torpağın alqı-satqı aktını tapa bilməsə də, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına etdiyi müraciət əsasında həmin sənədlərin surətləri ona təqdim olunmuşdur. Bu sənədləri əldə etdikdən sonra o, müəyyən etmiş ki, mərhum atası torpağın sənədləşmə işlərini tam başa çatdıra bilməmiş və bu səbəbdən mərhumun vərəsəsi kimi torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, o adı çəkilən qərar əsasında torpaq sahəsini mülkiyyət hüququ əsasında dövlət qeydiyyatından keçirə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasın dan imtina etmişdir. Cavabdehin müraciətinə verdiyi 04 noyabr 2020-ci il tarixli, **********54 saylı cavab məktubunda imtinanın səbəbi kimi bələdiyyə qərarı qəbul edilərkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması göstərilmişdir. Cavabdehin bu əsasla mərhum atasını torpaq üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etməsini tamamilə qanunazidd hesab edir. Belə ki, onun mərhum atası torpaq sahəsinin alqı-satqı haqqını bələdiyyəyə ödəmiş və həmin dövrdə onun tərəfindən tələb olunan bütün öhdəliklərini yerinə yetirmişdir. Ancaq o, atasının vəfatından sonra atasına verilmiş bələdiyyə sənədlərini itirdiyindən, bu sənədlərin surətlərinin verilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və etdiyi müraciətə cavab olaraq ona bildirilmişdir ki, 201 0-cu ilədək olan bələdiyyə sənədlərinin bir qismi, o cümlədən kassa mədaxil orderi qəbzləri vaxtı keçmiş sənədlər kimi yandırılaraq məhv edilmiş, bir qismi isə Dövlət Arxivinin Sumqayıt şəhər filialına saxlanılması üçün təhvil verilmişdir. O ki, qaldı cavabdehin bələdiyyə qərarı verilərkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin guya alınmaması fikrinə, onun atası buna görə məsuliyyət daşıya bilməz, çünki həmin rəyin alınıb-alınmaması məsələsi bələdiyyə tərəfindən həyata keçirilməli olan bir hərəkətdir. Hətta bələdiyyənin qanunvericiliyə zidd olaraq bu rəyləri almaması cavabdehin mərhum atasının hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün əsas ola bilməz, belə ki, bələdiyyənin sözügedən qərarı hal-hazırda da qüvvədədir və heç kim, o cümlədən cavabdeh tərəfindən müb ahisələndirilməmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin mərhum atasının adına qərar qəbul edərkən yol verdiyi hər hansı pozuntular qərar qüvvədə olduğu surətdə mərhum atasının üzərinə qoyula bilməz və onun torpaq sahəsi üzərində hüququnun tanınmasına əngəl yarada bilməz. Bundan əlavə, iddiaçının mərhum atasının adına verilmiş qərara oxşar onlarla bələdiyyə qərarı əsasında fiziki şəxslərin mülkiyyət hüququ bu günədək cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.

7. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar olaraq müvafiq araşdırılma apaırlmış və ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmas ına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının 19 noyabr 2004-cü il tarixli 141 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Ona görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum X2 hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə iddiaçının etibarnamə üzrə nüma yəndəsinə 04 noyabr 2020-ci il tarixli qeydiyyat nömrəli bildiriş göndərilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixil 2-1(118)-569/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli qərarı olmasına baxmayaraq, müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bələdiyyə qərarından əlavə torpağın alqı-satqı aktı, keçmiş X7 Komitəsinin memarlıq xidmətinin və icra hakimiyyətinin müvafiq rəyləri mövcud deyildir. Hal- hazırda iddiaçı qeyd olunan bələdiyyə qərarı əsasında torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasını iddia edir və həmin hüquqların dövlət qeydiyyatına alınmasını cavabdeh təşkilatdan tələb edir. Cavabdeh təşkilat isə müvafiq hüquqmüəyyənedici sənədləri tələb etməklə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmamasında haqlı olmuşdur.

10. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021- ci il tarixil 2-1(118)-569/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya icraatında iddia tələbinin dəqiqləşdirilməsinə dair təqdim etdiyi ərizədə «Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası İ qrup əlil X2 mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerlə şən sahəsi 500 kv.metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə müvafiq arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi oxunmasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2-1(105)-32/2022 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi) X16 oğlu və X3 ) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli 2-1(118)-569/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyə sinin 19.11.2004-cü il taixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası X5 ayrılmış Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən 500 kv.metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə müvafiq arayışın verilməsi” tələbinə dair iddia təmin edilmişdir, İddiaçı Sumqayıt şəhər Bələdiyyə Şurasının 19.11.2004-cü il taixli 141 nömrəli protokol qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası X6 ayrılmış Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən 500 kv.metr olan həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyul ması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 19.11.2004-cü il tarixli 141 saylı qərarına əsasən vətəndaş X6 Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində fərdi yaşayış evi tikmək üçün ayrılmış 500 kvadratmetr torpaq sahəsi mərhum N.M.Əsgərovun istifadəsinə verilmiş, sonuncu 02.09.2008-ci ildə vəfat etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, hazırki iş üzrə yuxanda qeyd edildiyi kimi, Sumqayıt şəhər bələdiyyəsi tərəfindən ancaq qərar verilmiş, Torpaq Məcəlləsinin tələbləri yerinə yetirilməyərək tərəflər arasında müqavilə bağlanmamışdır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsasən bələdiyyə qərarı ilə bərabər tərəflər arasında bağlanmış müqavilənin olması tələbini nəzərə almamış, ancaq qərarın mövcud olması ilə kifayətlənmişdir, bununla da maddi hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özüözlüyü ndə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Kassasiya şikayətində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2, 9.6-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddələrinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı daxil olmuş etiraza əsasən iddiaçı Sumqayıt Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2-1(105)32/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların döv lət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qey diyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatla rın təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Madd ə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair plenum qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vax tında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şi kayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçı mərhum atası N.M.Əsgərova ayrılmış Sumqayıt şəhəri İ.Qayıbov küçəsindəki istifadəsində olan 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdehin mövqeyinə görə N.M.Əsgərova bələdiyyə qərarına əsasən 19.11.2004-cü ildə torpaq sahəsinin ayrılmasına baxmayaraq aidiyyəti orqanların rəyi alınmamış və alqı-satqı aktı bağlanmamışdır.

26. Bundan başqa işin mübahisə olunmayan hallarına əsasən Sumqayıt şəhər Bələdiyyə Şurasının 19.11.2004-cü il tarixli qərarı ilə İ qrup əlil X4 Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində İ.Qayıbov küçəsi boyunca fərdi ev tikmək 500 kv.metr həyətya nı torpaq sahəsi ayrılmış, 28.01.2004-cü il tarixdə torpaq sahəsinə görə bələdiyyənin hesabına ******* manat ödənilmişdir.

27. Qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra mərhum H.M.Əsgərova ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməli idi. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməli, öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməli idi. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir.

28. Bundan başqa qeyd edilməlidir ki, fərdi yaşayış evinin tikintisi üçün mərhum N.M.Əsgərova torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsinin rəyi alınmaqla bələdiyyə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etməli və ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olub-olmamasını müəyyən etmək üçün müv afiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmalı zəruri olsa da, həmin torpaq şöbəsinin rəyinin alınması və ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olub-olmamasını müəyyən etmək mərhum N.M.Əsgərovun səlahiyyətinə aid olmadığından, belə sənədlərin mövcud olmaması və iddiaçıdan tələb edilməsi düzgün olmazdı.

29. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda əsaslı olaraq onu da qeyd etmişdir ki, hazırda da fərdi yaşayış evinin inşa edilməsi üçün ayrılan torpaq sahəsi ilə bağlı yerli icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəy vermək səlahiyyəti olduğundan, məhkəmə kollegiyası tərəfindın mübahisəyə dair memarlıq xidmətinin münasibəti öyrənilməsi məqsədil ə 29.11.2021-ci il tarixli sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 05.01.2022-ci il tarixli münasibətində bildirilmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 19.11.2004-cü il tarixli 141 saylı qərarına əsasən X6 Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində 500 kvadratmetr torpaq sahəsi mavafiq rəy olmadan ayrılmışdır. Buna baxmayaraq Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 19.11.2004-cü il tarixli 141 saylı qərara əsasən vətəndaş X6 ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində 500 kvadratmetr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən etiraz edilmir.

30. Kollegiya onu da qeyd edir ki, iddiaçının mər hum atası tərəfindən 2004-cü ildə ******* manat bələdiyyənin hesabına torpağın dəyərinin ödənilməsi iddiaçı ilə bələdiyyə arasında sözügedən torpaq sahəsinin alqı-satqısı ilə bağlı prosedurlar çərçivəsində qanunvericiliyə uyğun həyata keçirilərək bələdiyyə tərəfindən bu və ya digər sənədlərin rəsmiləşdirilməməsinə görə inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinasının qanuni olması barədə cavabdehin mövqeyi ilə razılaşıla bilməz ona görə ki, torpağın alqı-satqısının mövcudluğu Bələdiyyə tərəfindən mübahisələndirilməyərək mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçının mərhum atası tərəfindən torpağın dəyərinin bə lədiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarın 31-32-ci bəndlərində istinad edilən normaların tələbləri ilə uzlaşmır.

31. İş materiallarında olan cavabdeh İdarəyə ünvanlanmış, ünvan 3bundan görünür ki, 02.09.2018-ci ildə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində yerləşən 500 kvadratmetr torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə İddiaçı müraciət etmiş, lakin mənzilin hüquqmüəyyənedici sənədi təqdim edilmədiyindən, icraatda olan vərəsəlik işi ilə əlaqədar Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində yerləşən 500 kvadratmetr torpaq sahəsinə hüquqmüəyyənedici sənə d verilməsi məsələsinə baxılması xahiş edilmişdir(i.v.15).

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı və qanuni hesab edərək vurğulayır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 19.11.2004-cü il tarixli 141 saylı qərarına əsasən vətəndaş X6 Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində fərdi yaşayış evi tikmək üçün ayrılmış 500 kvadratmetr torpaq sahəsi mərhum N.M.Əsgərovun istifadəsinə verilmiş, sonuncu 02.09.2018-ci ildə vəfat etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra hə min arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır.

33. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2-1(105)-32/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar