Məhkəmə qərarları › İş №2-1(102)-850/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-850/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-850/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş qərarın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdeh xxxnə qarşı (üçüncü şəxs X7) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2-1(103)-1199/2023 nömrəli qərarından üçü ncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (********** qeydiyyat nömrəli, 7 sentyabr 2019-cu il qeydiyyat tarixli) əsasən, İddiaçı2 Tariel qızının xüsusi mülkiyyətindədir.

2. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X2 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli, 25 mart 2005-ci il tarixli Qərarına əsasən, ünvan 1, mənzil 69-da yaşayan X2 M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsində yaşadığı 57 saylı binanın yaxınlığında yerləşən, daş hasara alaraq uzun müddət bağ sahəsi kimi istifadə etdiyi 250 kv. m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə verilməsi barədə 5 mart 2005-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının 23 mart 2005-ci il tarixli rəyinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.m. torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə X2 mülkiyyətinə verilmişdir. 3. xxxnin 50 nömrəli, 25 mart 2005-ci il tarixli Qərarı əsasında bələdiyyə ilə X7 arasında “Torpaqların alqı-satqısına dair” Akt bağlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya m əhkəməsində icraat

4. İddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (3-cü şəxs: X7) məhkəməyə müraciət edərək, 25 mart 2005-ci il tarixli, 50 saylı qərarın və alqı-satqı aktının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 binanın arxasında yerləşən ünvan 2, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan İddiaçı1 bağ kimi istifadə etdiyi torpaq sahəsini (4 sota yaxın torpağı) zəbt edərək sonradan mübahisələndirilən qərarın qəbul edilməsinə nail olmuşdur. Ə.Əliyev Binəqədi rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsində çoxlu sayda mişar daşları tökməklə fərdi yaşayış evi tikmək istəyir və bununla əlaqədar 2 metrdən artıq olaraq onların icarəyə götürüb bağ kimi istifadə etdikləri torpağa keçərək zəbt etmişdir. Ə.Əliyev torpağı hasara almaqla binanın zirzəmisinə, telefon qovşağına və digər kommunal xətlərə giriş-çıxışı bağlamışdır. Nəticədə, gələcəkdə yarana biləcək təhlükəli və fövqəladə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışı mümkün olmayacaqdır. Bundan əlavə, üçüncü şəxsin mənzil tikmək istədiyi torpaq Binəqədi rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsidir və həmin torpaq sahəsi binaya tam yapışıq vəziyyətdədir. Bununla da, ünvan 2 ünvanda yerləşən binada bir çox mənzildə yaşayan ailələrin hüquqları pozulur. 6. 2 noyabr 2020-ci il tarixli məhkəmə iclasında İddiaçı3 əsl İddiaçı2 ilə əvəz edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)1111/2021 nömrəli 17 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçıların “Binəqədi rayonu M.Ə.R əsulzadə Bələdiyyəsi tərəfindən torpağa fərdi yaşayış evinin tikintisinə dair verilmiş xx.xx.2005-ci il tarixli, 50 saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi”nə dair dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)1111/2021 nömrəli 10 mart 2021-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı1 münasibətdə mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsinin keçirdiyi yerində müayinə zamanı (xx.xx.2020ci il tarixdə) müəyyən edilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.metr torpaq sahəsi hasara alınmış, sağ tərəfdə fərdi yaşayış evi tikilmişdir. Arxa tərəfdə isə doqquz mərtəbəli yaşayış binası mövcuddur. Ərazidə heç bir tikili mövc ud deyildir.”

10. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, mübahisələndirilən torpaq sahəsi 25 mart 2005-ci il tarixə kimi və hal-hazırda da yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X2 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli, 25 mart 2005-ci il tarixli qərarı etibarsız saymışdır.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı2 Bak ı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binanın sakini və həmin binada yerləşən mənzilin mülkiyyətçisi olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, binanın yaxınlığında müvafiq ara məsafəsi gözlənilmədən ayrılmış torpaq sahəsinə dair inzibati aktın mübahisələndirilməsi üçün subyektiv hüququ mövcuddur. Bundan əlavə, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 50 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin həmin qərardan əvvəl və halhazırda dövlət mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin mübahisələndirilən qərarı ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin tor paq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2005-ci il tarixli, 50 saylı qərar Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, mübahisələndirilən qərar etibarsız hesab edilməlidir.

13. Cavabdeh və üçüncü şəxs X7 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icr aat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli 2-1(103)-1609/2021 nömrəli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmişdir. 15. “X6 və Ekspertiza Mərkəzi” MMC-nin 10 yanvar 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən bina ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 mülkiyyətinə verilmiş 250 kv.m torpaq sahəsinin ara məsafəsi 2.10 metrdir və ara məsafəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a uyğun deyildir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli 2-1(103)-127/2022 nömrəli qərarı ilə (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisələndirilən qərar qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması, həmin torpaq sahəsi ayrılarkən digər daşınmaz əmlaklarla, yəni iddiaçıların mükiyyətçi olduqları mənzillərin yerləşdiyi bina ilə qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsinin gözlənilməməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən X5 ayrılan torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, iddiaçının sakini olduğu binanın yaxınlığında müvafiq ara məsafəsi gözlənilmədən ayrılmış torpaq sahəsinə dair inzibati aktın mübahisələndirilməsi üçün subyektiv hüququ mövcuddur.

18. Cavabdeh və 3-cü şəxs X7 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. c) kasassiya instansiyası məhkəməsində icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 2-1(102)-1158/2022 nömrəli qərarı ilə (hakimlər K.Bədəlov - sədrlik edən və məruzəçi, İ.Dadaşov və R.Nəbizadə) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinin yaxınlığında yerləşən binada mənzilinin olması hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğu nəticəsinə gəlmək üçün kifayət deyil. Belə ki, işə baxan aşağı instansiya məhkəmələri yalnız iddiaçının binanın sakini olması aspektindən çıxış edərək subyektiv hüququnun mövcudluğu nəticəsinə gəlmişlər. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi həmin dəlillər üzrə ətraflı araşdırma aparmamış, həmin torpaq sahəsinin ayrılmasının iddiaçının bina sakini kimi hüquqlarından və mənzildən sərbəst istifadə etməsinə maneəçilik törədib-törətməməsini, fövqəladə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışının mümkün olubolmamasını, binaya sərbəst giriş-çıxışa (piyada və avtomobillə) maneənin mövcudluğunu qiymətləndirməmiş, nəticədə İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli 2-1(103)-1199/2023 nömrəli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki eksper tizası təyin edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2450 saylı ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən bina ilə xxxnin xx.xx.2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsinin ara məsafəsi 2.1 metr təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 3 ünvanında yerləşən bina ilə X1 verilmiş 250 kv.m torpaq sahəsinin ara məsafəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nın tələblərinə uyğun olmadığı müəyyən edilir. ünvan 3 ünvanında yerləşən bina ilə həmin torpaq sahəsinin sərhədinə qədər olan məsafə 2,1 metr olduğunu və AZDTN 2.6-1 "Dövlət şəhərsalma Norma və Qaydaları"nın Yanğın əleyhinə tələblərin 2-ci bəndinə əsasən binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün ara məsafəsinin 5-8 metr olduğunu nəzərə alaraq, həmin X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsi fövqəladə hallarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışına, ümumiyyətlə, binaya sərbəst girişçıxışa (piyada və avtomobillə) maneə törətdiyi müəyyən olunur. X3 istifadəsinə verilmiş 250 kv.m. torpaq sahəsinin ayrılmasının ünvan 3 ünvanında yerləşən bina sakinlərinin, o cümlədən iddiaçının bina sakini kimi hüquqlarından və mənzildən sərbəst istifadə etməsinə maneəçilik törədib-törətməməsinin müəyyən olunması tikinti-texniki ekspertinin səlahiy yətlərinə aid deyildir. Qeyd: Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci tarixdə verilmiş mütəxəssis rəyinə əsasən yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə Dövlət mülkiyyətindədir. Həmçinin, X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsi iş materiallarında olan sxemə əsasən binanın tikintisi və abadlığı üçün ayrılmış sahədir.

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2-1(103)-1199/2023 nömrəli qərarı ilə (hakimlər R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilov a və A.Oruczadə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2-1(112)-1111/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Bələdiyyənin mübahisələndirilən qərarı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması, həmin torpaq sahəsi ayrılarkən digər daşınmaz əmlaklarla, yəni iddiaçının mükiyyətçisi olduğu mənzilin yerləşdiyi bina ilə qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsinin gözlənilməməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən X5 ayrıl an torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, xx.xx.2005-ci il tarixli 50 saylı qərar Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində bələdiyyənin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, ən əsası isə iddiaçının və qeyd olunan yaşayış binasında yaşayan digər sakinlərin maraqlarına toxunduğuna görə mübahisələndirilən qərar etibarsız hesab edilməlidir.

25. Apellyasiya məhkəməsi “Bələdiyyələrin statusu haqqında” Qanunun 33-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4, 6.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 2-ci bəndinə istinad etmişdir.

26. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

27. Üçüncü şəxs kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuş, mübahisə üzrə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, MPM-nin 217.2-cİ maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüqu q normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə üzrə 2005-ci il tarixdən qüvvədə olan Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin mübahisələndirilən qərarına münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı Qərarı ilə təsdiqlənmiş “Ara məsafəsi barədə müfəssəl Qaydalar” tətbiq oluna bilməz.

28. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 312 saylı Sərəncamı ilə Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncamda edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə təhvil verilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında xx.xx.2 000-ci il tarixində həmin ölçüdə torpaq sahəsi Binəqədi bələdiyyəsinə təhvil verilmişdir və bu barədə tərəflər arasında protokol imzalanmışdır. Binəqədi bələdiyyəsinin iddiaçıya, eləcə də qonşulara satdığı və ya istifadəyə (icarəyə) verdiyi torpaq sahələri həmin 501,26 ha torpaq sahəsinin içərisindədir. Binəqədi bələdiyyəsinin həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ vardır.

29. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, Azərbaycan Respublikası MPM-nin 217.2-cİ maddəsi tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

65. İnziba ti aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 32. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

33. Bələdiyyə mülkiyyəti

1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.

3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

4. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər.

5. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə mülkiyyəti nin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur.

6. Bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər.

7. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun artmasına imkan yaradır. 33. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxı lmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.... Maddə

4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;... Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdi yyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur....

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Ma ddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

35. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

43. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı xxxnin xx.xx.200 5-ci il tarixli, 50 nömrəli qərarının etibarsız sayılmasına yönəlmişdir.

44. İşin araşdırılmış hallarına əsasən, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 57 saylı binanın sakini və həmin binada yerləşən mənzilin mülkiyyətçisidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsi ilə iddiaçının yaşadığı bina arasında ara məsafəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nın tələblərinə uyğun deyil. Eləcə də ekspertin rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən bina ilə həmin torpaq sahəsinin sərhədinə qədər olan məsafə 2,1 metr olduğunu və AZDTN 2.6-1 "D övlət şəhərsalma Norma və Qaydaları"nın Yanğın əleyhinə tələblərin 2-ci bəndinə əsasən binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün ara məsafəsinin 5-8 metr olduğunu nəzərə alaraq, həmin X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsi fövqəladə hallarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışına, ümumiyyətlə, binaya sərbəst girişçıxışa (piyada və avtomobillə) maneə törətdiyi müəyyən olunur.

45. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən qərar ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsi xx.xx.2005-ci il tarixə kimi və hal-hazırda da yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır.

46. Hazırkı qərarın 32-ci bəndində qeyd olunan maddi hüquq normasına əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yer li vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanun la müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

47. Həmçinin qeyd edilməlidir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bəl ədiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

48. Yuxarıda istinad edilən normalardan aydın olur ki, bələdiyyə yalnız mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir və yalnız mülkiyyətində olan torpaq sahəsini qanunvericiliyə uyğu n olaraq qanuni istifadəyə verə bilər.

49. Göründüyü kimi, xxx tərəfindən mübahisələndirilən qərar ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır.

50. Hazırkı qərarın 32-ci bəndində göstərilənlərə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız hesab edilir.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 31-34 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarına uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolle giyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 21(103)-1199/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar