Məhkəmə qərarları › İş №2-1(102)-851/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-851/2019

16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-851/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı(bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə(bundan sonra cavabdeh) qarşı “iddiaçının 02.04.1979-cu il tarixdən 1995-ci ilədək Yardımlı rayonunun Lenin adına sovxozunda, “Yeni yol” kooperativində və “Qələbə” kolxozunda işləməsinin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 2198/2018 saylı, 8 noyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx xxx-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Yardımlı Rayon İcra Hakimiyyəti Yardımlı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 o ktyabr 2018-ci il tarixli arayışa əsasən iddiaçı 02.05.1979-cu il tarixdə Yardımlı rayonun Lenin adına sovxozunda 5 saylı briqadaya qəbul edilmiş, 07.03.1989-cu il tarixdə Telavar kəndində “Yeni Yol” kooperativinin yaradılması və “Yeni yol” kooperativinə işə daxil olması ilə əlaqədar olaraq sovxozda fəhləlikdən azad edilmişdir. 05.03.1989-cu il tarixdə “Yeni Yol” kooperativinə fəhlə kimi işə qəbul edilmiş və 20.10.1990-cı il tarixdə Lenin adına sovxozunun nəzdində fəaliyyət göstərən “Yeni Yol” kooperativində işləyən fəhlə və qulluqçuların ümumi arzusu nəzərə alınıb hamılıqla “Qələbə” kolxozuna üzv qəbul edilmişdir. İddiaçı “Qələbə” kolxozunda 1991-ci ildən 1995-ci ilədək əmək haqqı almışdır. İddiaçı “Yeni yol” kooperativində və “Qələbə” kolxozunda fəhlə, 01.01.2009-cu il tarixdən 01.05.2 012-ci il tarixədək X9 Yollarının Bakı nümayəndəliyində xadimə, 03.12.2012-ci il tarixdən 30.03.2018-ci il tarixədək “Unibank” Kommersiya Bankında xadimə işləmişdir. İddiaçı cavabdehə müraciət edərək 02.04.1979-cu il tarixdən 1995-ci ilədək Yardımlı rayonunun Lenin adına sovxozunda, “Yeni yol” kooperativində və “Qələbə” kolxozunda işləməsini sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı 11 may 2018-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, arxiv arayışı əsasında iddiaç ının 01.04.1979-cu il tarixdən 1995-ci il tarixədək iş stajını sığorta stajına hesablamaq mümkün deyildir. İddiaçı 13 iyun 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 02.04.1979-cu il tarixdən 1995-ci ilədək Yardımlı rayonunun Lenin adına sovxozunda, “Yeni yol” kooperativində və “Qələbə” kolxozunda işləməsini sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əmək kitabçasını və arxiv arayışını təqdim etməklə cavabdehə müraciət edərək, 02.04.1979-cu il tarixdən 1995-cı ilədək Yardımlı rayonunun Lenin adın a sovxozunda, “Yeni yol” kooperativində və “Qələbə” kolxozunda fəhlə, 01.01.2009-cu il tarixdən 01.05.2012-ci il tarixədək X9 Yollarının Bakı nümayəndəliyində xadimə, 03.12.2012-ci il tarixdən 30.03.2018-ci il tarixədək “Unibank” Kommersiya Bankında xadimə işləməyi üzrə sosial sığorta stajlarında hər hansı uyğunsuzluğun olub-olmamasını aydınlaşdırmağa çalışmışdır. Belə ki, 60 yaş 6 ayı tamam olan vaxtdan, yəni 26.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Müraciətinə 11.05.2018-ci il tarixli, 09-1174 saylı məktubla bildirilmişdir ki, əmək stajı əmək kitabçası əsasında müəyyən edilir. Ona görə də, arayışla müəyyən edilən 02.04.1979-cu il tarixdən 1995-ci ilədək Yardımlı rayonunun Lenin adına sovxozunda, “Yeni yol” kooperativində və “Qələbə” kolxozunda fəhlə işləmə si cavabdeh tərəfindən iş stajı kimi nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, gələcəkdə pensiya hüququnun təmin edilməsi üçün arayışla müəyyən edilən iş stajının sosial sığorta stajı kimi nəzərə alınmasının cavabdehə həvalə edilməsi barədə məhkəmə qərarının qəbul edilməsi zəruri və vacibdir. Belə ki, qanunvericilik əmək stajının əmək kitabçası əsasında müəyyən edildiyini qeyd etsə də, arayış əsasında müəyyən edilən iş stajının nəzərə alınmalı olmaması barədə hər hansı müddəanı əks etdirməmişdir. Cavabdehin mövqeyindən çıxış edərkən hər bir halda iş stajı nəzərə alınmamalıdır. Lakin obyektiv araşdırma tələb edilən belə işlərdə cavabdeh iddiaçının qeyd edilən dövrlərdə işləməsini təkzib edən sübuta sahib deyildir. İddiaçı qeyd edilən dövrlərdə əmək fəaliyyətində olmuşdur. 1 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-3124/18 saylı iş) 12 iyul 2018-ci il tarixli qərarı iddia təmin edilərək iddiaçıya 02.04.1979-cu il tarixdən 1995-ci ilədək Yardımlı rayonunun Lenin adına sovxozunda, “Yeni yol” kooperativində və “Qələbə” kolxozunda işləməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi iş materialları ilə təsdiq edildiyindən təmin edilməlidir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X4 və X1, 2-1(103)-2198/2018 saylı iş) 8 noy abr 2018-ci il tarixli qərarla, cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 3 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 20 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onlar ın işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Cavabdeh bildirmişdir ki, iddiaçının cavabdeh təşkilata olmuş müraciəti onun tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməklə qiymətləndirilməlidir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddiaçının ərizəsini pozaraq qiymətləndirmişlər. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkün lüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı 1979-cu ilin aprel ayından 1995-ci ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, məhkəmələr tərəfindən yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının 1979-1995-ci illərə aid iş stajı dövlət arxivinin verdiyi arayışlarla təsdiq edilir. İddiaçının 1979-1991-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. İddiaçının işlədiyi 1992-1995-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminat ı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Qaydaların 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajını təsdiq edən sənəd-dövlət arxivinin verdiyi arayış mövcuddur, dövlət arxivinin arayışı yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus arayışdakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr dövlət arxivinin verdiyi arayışda qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Odur ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən sax lanılmalıdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi hissəsində gəldiyi nəticəni kifayət qədər işdə olan sübutlar əsasında ətraflı araşdırmamışdır. Əvvəla, məhkəmə qərarında iddiaçının hansı vaxtdan pensiya hüququ yaranması və hansı vaxtdan pensiyanın təyin edilməsini cavabdehə həvalə etməsini qeyd etməmişdir. Yaşa görə əmək pensiyası hüququ olan şəxslərin dairəsi “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində əksini tapmışdır. Həmin normanın tələbləri 1 iyul 2017-ci ilə qədər və 1 iyul 2017-ci ildən sonra fərqli məzmunda olmuşdur. Məhkəmə qərarında həmin normalara uyğun iddiaçının tələb olunan yaşı və stajı ilə bağlı araşdırma aparmamışdır. Digər tərəfdən, apellyasi ya instansiyası məhkəməsi qərarında iddiaçının 2009-2018ci illərdə ayrı-ayrı vaxtlarda işlədiyi dövrü də onun sosial sığorta stajı kimi qəbul etmiş, lakin həmin dövrdə onun əmək haqqından məcburi dövlət sosial sığorta tutulması barədə araşdırma aparmamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət mü ddətləri sığorta stajına daxil edilir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, bu hissədə iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2198/2018 saylı, 8 noyabr 2018-ci il tarixli qərarı iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmi n hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar iddiaçının 2 aprel 1979-cu ildən 1995-ci ilədək işlədiyi dövrün onun sosial sığorta stajına aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar