Məhkəmə qərarları › İş №2-1(102)-851/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-851/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-851/2021 04.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əmlakının siyahıya alınması haqda qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X2, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X4, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəh əri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2020-ci il tarixli, 2-1(103)-972/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 05.08.2017-ci il tarixli **********233900 nömrəli, 19.08.2017-ci il tarixli, **********680400 nömrəli, 08.09.2017-ci il tarixli və 17.11.2017-ci il tarixində qəbul edilmiş **********435300, **********0489600, **********416600, **********515600 nömrəli qərarlar əsasında əlavə vergi məbləğləri hesablanmış və iddiaçının şəxsi hesabına həmin qərarlar əsasında vergi borcu hesablanmışdır.

2. Sonradan iddiaçı tərə findən vergi borcunun ödənilmədiyinə istinad edərək cavabdeh orqanının “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 10.08.2018-ci il tarixli, **********3 nömrəli qərarı əsasında iddiaçının əmlakı siyahıya alınmış və iddiaçıya saxlanılması üçün təhvil verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC iddia ərizəsi ilə 21.08.2018-ci il tarixində 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı MMC barəsində “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 10.08.2018-ci il tarixli, **********3 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması barədə 05.08.2017-ci il tarixli, **********233900 nömrəli, 19.08.2017-ci il tarixli, **********49680400 nömrəli, 08.09.2017-ci il tarixli və 17.11.2017-ci il tarixdə qəbul edilmiş **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarlarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərarların ləğv edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-285/2018 nömrəli, 23.07.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçı barəsində əlavə vergi məbləğinin hesablanmasına dair 05.08.2017-ci il tarixli, **********233900 nömrəli, 19.08.2017-ci il tarixli, **********680400 nömrəli, 08.09.2017-ci il tarixli və 17.11.2017-ci il tarixdə qəbul edilmiş **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarlar ləğv edilmişlər. Buna baxmayaraq cavabdeh iddiaçı barəsində “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 10.08.2018-ci il tarixli, **********3 nömrəli qərar qəbul edərək iddiaçının əmlakını siyahıya almışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaya dair 18.09.2019-cu il tarixli, **********486700 nömrəli etirazında cavabdeh göstərmişdir ki, iddiaçının vergi borcu yarandığı üçün vergi ödəyicisinə vergi borcunun ödənilməsi ilə bağlı 24.08.2018-ci il tarixli, **********1 nömrəli borc bildirişi göndərilmiş, borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Borcun göstərildiyi müddət ərzində ödənilmədiyi təqdirdə borclu vergi ödəyicisinə məxsus olan əmlakın siyahıya alınması da daxil olmaqla vergi orqanı tərəfindən həyata keçirilə biləcək tədbirlər sadalanmışdır. İddiada göstərilən məhkəmə qərarı hələ qüvvəyə minmədiyindən vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyqun olaraq verqi borcunun dövlət büdcəsinə alınması üçün vergi ödəyicisinə məxsus əmlakın siyahıya alınması həyata keçirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6. 19.09.2019-ci il tarixdə iddiaçının direktoru X5 məhkəməyə ərizə təqdim edərək, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 10.08.2018-ci il tarixli, **********3 saylı qərarı ilə MMC-nin siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(81)3865/2018 saylı qərardadı ilə (hakim M.Hacıbəyova) iddiaçı MMC-nin ərizəsinin təmin edilməsi; müvəqqəti xarakterli müdaf iə tədbiri qismində cavabdeh Departamentin “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 10.08.2018-ci il tarixli **********3 nömrəli qərarı ilə MMC-nin siyahıya alınmış əmlakları ilə hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2621/2018 saylı qərardadı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və A.Hüseynov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

9. Həmin qərardaddan cavabdeh Departament kassasiya şikayəti verərək, qərardadın ləğv edilməs i və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(102)356/2019 saylı qərarı ilə (hakimlər-A.Hüseynov, R.Nəbizadə, X.Məmmədov) kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-188/2019 saylı iş üzrə 04.12.2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı MMC-nin iddiası təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı MMC barəsində “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 10.08.2018-ci il tarixli, **********3 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, 05.08.2017-ci il tarixli, 19.08.2017-ci il tarixli, 08.09.2017-ci il tarixli və 17.11.2017-ci il tarixli qərarlar ləğv edilsə də, həmin qərarlar əsasında hesablanmış borclar iddiaçının şəxsi hesab vərəqindən silinməmişdir. Cavabdeh mübahisələndirilən qərar qəbul edilənədək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 21(81)-285/2018 nömrəli iş üzrə qəbul edilmiş 23.07.2018-ci il tarixli qərarı ilə ləğv edilmiş qərarlar əsasında hesablanmış borclardan başqa iddiaçının əmlakının siyahıya alınması üçün əsas ola bilən borcun olmasını məhkəmədə sübuta yetirməmişdir.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-188/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2020-ci il tarixli, 21(103)-972/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Elmira Nağıyeva, hakimlər – Vidadi Məmmədov və Həmid Həmidov) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-188/2019 saylı iş üzrə 04.12.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

16. Məhkəmə qərarı cavabdehə 09.12.2020-ci il tari xində təqdim edilmişdir.

17. Cavabdeh 06.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2020-ci il tarixli, 2-1(103)-972/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya məxsus əmlakın siyahıya alınması barədə qərarın qəbul olunduğu tarixədək, yəni 10.08.2018-ci il tarixinədək onun şəxsi hesab vərəqəsində müxtəlif tədiyyələr üzrə həm özü tərəfindən təqdim edilən, həm də vergi orqanı tərəfindən həyata keçirilən yoxlamalar əsasında hesablanmış vergi borcunun ödənilməsi məqs ədilə iddiaçıya borc bildirişləri göndərilmişdir. Lakin şəxsi hesab vərəqəsindən də aydın olduğu kimi iddiaçı tərəfindən vergi borcu üzrə ödəniş həyata keçirilmədiyindən vergi orqanı vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüququndan istifadə edərək əmlakın siyahıya alınması barədə qərar qəbul etmiş və vergi ödəyicisinə məxsus əmlakın siyahıya alınmasını həyata keçirmişdir.

19. Aşağı instansiya məhkəmələri işin hallarını tam və hərtərəfli tədqiq etməmiş, iş üzrə mübahisə predmetini təşkil edən qərarın qəbul olunması əsaslarını isə ümumiyyətlə araşdırmamışdır.

20. Belə ki, iş üzrə mübahisənin doğru həlli üçün ən mühüm əhəmiyyət kəsb edən hal məhz siyahıya alınma barədə qərarın qəbuluna əsas olmuş borc məbləğinin tərkibinin müəyyən edilməsi olsa da, bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi siyahıya alınma barədə qərarın qəbul olunduğu tarixədək mövcud olan borc məbləğinin yaranma əsası həm də vergi ödəyicisinin özü tərəfindən təqdim edilən cari vergi bəyannamələridir.

21. Məhkəmə qərar qəbul edərkən ləğv edilmiş qərarlar üzrə iddiaçının şəxsi hesab vərəqəsində azalma edildikdən sonra borc məbləğinin qalmasını ümumiyyətlə nəzərə almamışdır. Belə ki, qüvvəyə minmiş məhkəmə qərarının icrası təmin edilərək, sözügedən kameral qərarlar üzrə hesablanmış vergi məbləğləri 11.07.2019-cu il tarixində iddiaçının şəxsi hesab vərəqəsində azaldılmışdır.

22. Şəxsi hesab vərəqəsi üzrə çıxarışdan aydın olduğu kimi ləğv edilən qərarlar üz rə müvafiq azalmalar edilməsinə baxmayaraq şəxsi hesab vərəqəsində borc məbləği qalmışdır. Göründüyü kimi, siyahıya alınma barədə qərarın qəbul edilməsi əsasını təkcə ləğv edilən kameral qərarlar əsasında hesablanmış vergi borcu deyil, həmçinin iddiaçının özü tərəfindən bəyan edilmiş və qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş vergi borcları təşkil edir. Lakin kameral qərarlar üzrə azalma edildikdən sonra şəxsi hesab vərəqəsində borcun qalması halı məhkəmə araşdırması predmetindən uzaqda qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və iddiaçının vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin e dilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Vergi Məcəlləsi: Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır 28. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquq i aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

29. İnzibati-Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmlakının siyahıya alınması haqqında mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş iddiaçıya 2017-ci ilin may dövrü üçün ƏDV hesablanması barədə 05.08.2017-ci il tarixli, **********233900 nömrəli qərarı, 2017-ci ilin iyun dövrü üçün ƏDV hesablanması barədə 19.08.2017-ci il tarixli, **********680400 nömrəli qərarı, 2017-ci ilin iyul dövrü üçün ƏDV hesablanması barədə 08.09.2017-ci il tarixli, **********680400 nömrəli və 2017-ci ilin a prel, may, iyun və iyul dövrləri üçün ƏDV hesablanması barədə 17.11.2017-ci il tarixdə qəbul edilmiş **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarlar 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-285/2018 nömrəli iş üzrə qəbul edilmiş 23.07.2018-ci il tarixli qərarı ilə qanunsuz hesab edilərək ləğv edilmişdir.

34. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)2473/2018 saylı 18.12.2018-ci il tarixli qərardadı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 23.07.2018-ci il tarixli qərarı qismən, cavabdehin **********233900 nömrəli, 19.08.2017-ci il tarixli, **********680400 nömrəli, 08.09.2017-ci il tarixli, **********680400 nömrəli qərarlarının ləğv edilməsi hissəsində ləğv edilmiş, iddiaçının cavabdehə qarşı cavabdehin 05.08.2017-ci il tarixli, 05.08.2017-ci il tarixli, **********233900 nömrəli, 19.08.2017-ci il tarixli, **********680400 nömrəli və 08.09.2017-ci il tarixli, **********680400 nömrəli qərarlarının ləğv edilməsi tələbinə aid hissədə işin icraatına xitam verilmişdir. Qərardadın əsası kimi qeyd olunan qərarların vergi orqanının özü tərəfindən ləğv edilməsi, 2017-ci ilin aprel,may, iyun və iyul ayları üçün yenidən 2017-ci ilin noyabr ayında kameral qaydada vergilərin hesablanması barədə 17.11.2017-ci il tarixdə **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarların qəbul edilməsi göstərilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 2-1(103)2473/2018 saylı 18.12.2018-ci il tarixli qərarı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı 17.11.2017-ci il tarixdə qəbul edilmiş **********35300, **********489600, **********00416600, **********515600 nömrəli qərarlarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

36. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2473/2018 saylı 18.12.2018-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08.05.2019-cu il tarixli, 2- 1(102)-1595/2019 saylı qərarı ilə (hakimlər N.Rəsulbəyova, Z.Quliyev, İ.Hüseynov) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İ nzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı 18.12.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

37. Göründüyü kimi, cavabdeh inzibati orqanın yuxarıda adıçəkilən qərarları qüvvədə olan məhkəmə qərarları ilə ləğv edilsə də, cavabdehin 10.08.2018-ci il tarixli, **********3 nömrəli qərarı ilə iddiaçının əmlakı siyahıya alınması barədə qərar qəbul edilmiş, lakin həmin qərar qəbul edilənə qədər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-285/2018 nömrəli iş üzrə qəbul edilmiş 23.07.2018-ci il tarixli qərarı ilə ləğv edilmiş qərarlar əsasında hesablanmış borclardan başqa iddiaçının əmlakının siyahıya alınması üçün əsas ola bilən digər borcun olmasını məhkəmədə sübuta yetirməmişdir.

38. Halbuki, hazırkı qərarın 29-cu bəndində göstərilən normaya əsasən mübahisələndi rilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

39. Eyni zamanda, hazırkı qərarın 26-cı bəndində göstərilən normanın məzmunundan və 27-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən aydın olur ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir və vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

40. Cavabdeh vergi orqanı isə kassasiya şikayətində iddiaçının şəxsi hesab vərəqində ləğv edilmiş qərarlar əsasında hesablanmış borc silindikdən s onra da borc məbləğinin qalmasını bildirsə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən həmin borcun yaranma əsasları barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirini sübut edə bilməmişdir. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir.

41. Cavabdeh vergi orqanı əsassız olaraq “vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərar qəbul etməklə həm Vergi Məcəlləsinin, həm “İnzibati icraat haqqında” Qanunun hazırkı qərarın 28-ci bəndində göstərilən normaların tələblərini pozmuşdur. Həmin normaların məzmunundan isə göründüyü kimi, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, birinci instansiya məhkəməsi qanunauyğun olaraq iddianın təmin edilməsi və vergi orqanının mübahisələndirilən qərarının ləğv edilməsi barədə qərar qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq məhkəmənin qərarını qüvvədə saxlamışdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2020-ci il tarixli, 21(103)-972/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar