Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-851/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: İddianın mümkünlük şərti) 26.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ cavabdeh tərəfindən üçüncü şəxsl ərin adına verilmiş xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın, həmin tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0,27 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, həmin hissə üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-453/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək, üçüncü şəxslərin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın və həmin tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini n 0,27 ha torpaq sahəsinə aid hissəsinin ləğv olunmasını xahiş etmişdir.
2. Cavabdeh 4 aprel 2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasında imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi onun səlahiyyətinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə (üçüncü şəxs Cavabdeh2 Sedreddinova olmaqla) qarşı məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın, həmin tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0,27 ha torpaq sahəsini təşkil edən hissəsinin ləğv olunması, ona məxsus olan 0,27 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı tələbini yenidən dəqiqləşdirərək ləğv edilməsini tələb etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0,27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi Azərbaycan Respubl ikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
7. İddia ərizəsində qeyd edilmişdir ki, Oğuz rayon “28 X4 Məhsulları” İstehsalı kooperativi tərəfindən alacağı əmək haqqının əvəzinə ona 121 ədəd fındıq, qoz və şabalıd ağaclarının yerləşdiyi 0,27 ha torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən üçüncü şəxsin adına xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Cavabdehə müraciət edərək həmin çıxarışın ləğv edilməsini və sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 se ntyabr 2022-ci il tarixli, 2-1(116)-1139/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın, həmin tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0,27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən çıxarış Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2-1(84)333/2019 nömrəli qərarı və A-147608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmişdir. İddiaçı sözügedən çıxarışı 0,27 ha torpaq sahəsinə dair hissə də mübahisələndirsə də, qeyd edilən hissənin ona ayrılmasını təsdiq edən hər hansı sənədi (ayrıc və ya təhkim aktını, sxematik planı, plan-ölçü sənədini və s.) məhkəməyə təqdim etməmişdir. İddiaçıya əmlak payı olaraq ayrılmış torpaq sahəsinin məhz mübahisələndirilən çıxarışda qeyd edilən torpaq sahəsi olduğunu müəyyən etməyə imkan verən, torpaq sahəsinin coğrafi yerləşmə xüsusiyyətlərini özündə əks etdirən hər hansı sənəd mövcud deyil.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmsını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev-məruzəçi, V.İ.Məlikov və G.İ.Cavadova) 2-1(107)-453/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kasasiya şikayətinin dəlilləri
14. Kasasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən in zibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını ) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir.
18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad et məklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Bununla bağlı, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara h üquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi 0,27 ha torpaq sahəsinin də aid olduğu 0,5096 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 Sədrəddinovnanın, X2, X1 və qeyrilərinin ümumi birgə mülkiyyətindədir.
25. Nə zərə almaq lazımdır ki, həmin çıxarış üçüncü şəxslərin adına Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2-1(84)333/2019 nömrəli qərarı əsasında verilmişdir və həmin qərarın qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxsin adına verilmiş həmin çıxarışın ləğvini və iddia etdiyi torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasını tələb hüququ da mövcud deyildir.
26. Belə ki, həmin çıxarışın ləğvini, eləcə də iddia etdiyi torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasını tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın ləğvindən və iddia etdiyi torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasından imtinanın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxsl ərə çıxarışın verilməsi barədə məhkəmə qərarı, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğu təqdirdə, maraqlarına toxunduğu hissədə iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində məhkəmə qərarı həmin hissədə ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına çıxarışın verilməsi barədə məhkəmə qərarının ləğvinə nail olmalı idi və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən mübahisələndirilən çıxarışın ləğvini, torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilərdi.
27. Hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxslərin adına çıxarışın verilməsinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 21(84)333/2019 nömrəli qərarını mübahisələndirdiyi və onun ləğvinə nail olduğu iş üzrə materiallardan görünmür. İddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı sübut təqdim olunmamışdır.
28. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş və etibarlı olan məhkəmə aktı məhkəmə icraatının tərəflərinə və üçüncü şəxslərə münasibətdə məcburi hüquqi təsirə malikdir və həmin şəxslər məhkəmə qərarının məzmununa uyğun davranmağa borcludurlar.
29. Qeyd olunmalıdır ki, iddia qaldırmaq səlahiyyəti iddianın mümkünlük şərtlərinə aiddir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq m ünasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddianı qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan ve rən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə düzgün və əsaslıdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-453/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.