Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-851/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh XXXnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh XXXnə qarşı (üçüncü şəxs: X2) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3597/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qayda sında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkında layihə üzrə İddiaçı tərəfindən bərpa edilmiş pavilyonun onun adına rəsmiləşdirilməsi qərara alınmışdır.
2. Bundan sonra Nəsimi RİH-in 24 sentyabr 2012-ci il tarixli sərəncamı ilə 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamının 2-ci bəndinə dəyişiklik edilərək, obyektin X3 adına rəsmiləşdirilməsi qərara alınmışdır.
3. Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli və 24 sentyabr 2012-ci il tarixli sərəncamları etibarsız sayılmışdır.
4. Nəsimi RİH-in 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamı ilə müvafiq obyektin X1 adına rəsmiləşdirilməsi qərara alınmışdır. 5. 17 may 2016-cı il tarixdə İddiaçı həmin obyektə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilmişdir.
6. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız sayılması hissəsində ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-182/2017 saylı iş üzrə 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti verilsə də, şikayətlər təmin edilməmiş və birinci instansiya məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Bundan sonra, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni “5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız sayılması” hissəsində ləğv olunması tələbini irəli sürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3451/2018 saylı iş üzrə 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd olunmuş, Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti verilsə də, şikayətlər təmin edilməmiş və birinci instansiya məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. X2 Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə rək, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərini mübahisələndirmiş və daşınmaz əmlakın dövlət reyestrində obyektə dair İddiaçı adına aparılmış qeydiyyatın ləğvini tələb etmişdir. İddiaçı Nəsulla oğlu həmin iş üzrə icraata üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9048/2021 saylı iş üzrə 28 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. İş hazırda İddiaçı apellyasiya şikayətinə baxılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icratındadır (2-1(103)-1556/2022 saylı iş). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi RİH-in 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamınin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Nəsimi RİH hazırkı iddia ilə ləğvi tələb olunan inzibati aktı qəbul etməklə, Azərbaycan Respublikası Konstitusiyasının, «İnzibati icraat haqqında» Qanunun, Şəhərsalma və Tikinti Məcəlləsinin, «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin və digər normativ-hüquqi aktların tələblərini pozmuşdur. Qanunsuz inzibati aktı qəbul edərkən cavabdeh inzibati orqan, həmin sərəncamın qəbulu üçün hər hansı faktiki və hüquqi əsasları göstərməmişdir. Çünki, belə bir sərəncamın qəbul edilməsi üçün Nəsimi RİH başçısının hər hansı faktiki və hüquqi əsasları mövcud olmamışdır. Sərəncamla, guya vətəndaş Könül Əliyevanın adına “sənədləşdirilməsi” qərara alınan qeyri-yaşayış sahəsinin Nəsimi RİH başçısının 5 oktyabr 2007-ci il tarixl i 328 saylı sərəncamı ilə onun (iddiaçının) adına rəsmiləşdirilməsi, onun adına 30 sentyabr 2014-cü il tarixli istismara icazə sənədinin verilməsi və daşınmaz əmlak kimi mülkiyyət hüququ ilə ona məxsus olması işin mübahisəsiz halıdır ki, bu hallardan Nəsimi RİH-in başçısının birbaşa məlumatı olmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, müasir üslubda, şəhərin və yerləşdiyi ünvanda parkın təbii görünüşünə, şəhərsalma və memarlıq dizaynına uyğun olaraq yerləşir, ictimai iaşə obyekti kimi yüksək keyfiyyətlə xidmət göstərməklə hazırda da fəaliyyətdədir və iddiaçı tərəfindən istifadə olunur. Əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır və bu qeydiyyat qüvvədədir. Nəsimi RİH-in 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərənc amı qanunsuz olduğundan ləğv edilməlidir.
11. Cavabdeh iddiaya etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncam qanuni əsaslarla verilmişdir belə ki, iddiaçının adına verilmiş Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı etibarsız sayılmışdır. Bununla bağlı məhkəmə mübahisələri olsa da, hazırkı iddiaçının tələbi həmin işlərdə təmin edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2 avqust 2023-cü il tarixli, 2-1(112)-788/2023 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamı mübahisələndirmək üzrə subyektiv hüququ olmadığından, məhkəmə icraatında hazırkı cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır.
14. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3597/2023 nömrəli qərardadı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, A.Oruczadə və X.Cəmilova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, mövqeyini əsaslandırmaq üçün İPM 34.1, 35.1-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 02 avqust 2015-ci il tarixli Qərarına istinad etmişdir.
17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hazırki iş üzrə mübahisələndirilən inzibati aktla bağlı olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmla kın dövlət reyestrində qeydə alındığını, hazırki vaxtadək rəsmi reyestrin mövcudluğunu nəzərə almamışdır. Belə ki, məhkəmələr tərəfindən iş materialına əsasən birmənalı müəyyən olunan işin mübahisəsiz halı ondan ibarətdir ki, Nəsimi RİH başçısı tərəfindən K.R.Əliyevanın adına rəsmiləşdirilməsinə dair xx.xx.2016-cı il tarixli 33 №-li sərəncam verilmiş qeyri-yaşayış sahəsi 2007-ci ildən iddiaçının qanuni istifadəsində və sahibliyində, xx.xx.2016-cı il tarixdən isə, həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqla xüsusi mülkiyyətindədir. Hazırki vaxtadək də, Nəsimi RİH tərəfindən 2021-ci ilin payızından isə K.R.Əliyevanın iddialarına baxmayaraq, həmin qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatı qüvvədədir.
19. Kassator apellyasiya məhkəməsi tərəfin dən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139, 140-cı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.4-cü maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı üçüncü şəxs X4 etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılma sından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırla r.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmam ışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məh kəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasi ya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bil ər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı ilə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkında layihə üzrə İddiaçı tərəfindən bərpa edilmiş pavilyonun onun adına rəsmiləşdirilməsi qərara alınmış, sonradan iddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun adına sənədləşdirilmiş pavilyonun vətəndaş X3 adına sənədləşdirilməsini xahiş etmiş, vətəndaş A.Əsgərov özü də cavabdehə müraciət edərək qarşılıqlı razılıq əsasında göstərilən pavilyonu onun adına sənədləşdirilməsini xahiş etmişdir.
30. Nəsimi RİH-in 24 sentyabr 2012-ci il tarixli sərəncamı ilə RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamının 2-ci bəndinə dəyişiklik edilərək, obyektin X3 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, bundan sonra, Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli və 24 sentyabr 2012-ci il tari xli sərəncamları etibarsız sayılmışdır. Bundan sonra, Nəsimi RİH-in 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamı ilə müvafiq obyektin X1 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmçinin iddiaçı 17 may 2016-cı il tarixdə həmin obyektə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilmişdir.
31. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi məhz Nəsimi RİH-in 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamının ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə 17 may 2016-cı il tarixdə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilm işdir. Belə olan halda, iddiaçı hesab etmişdir ki, mübahisələndirilən sərəncam ilə onun mülkiyyət hüquqları pozulmuşdur.
32. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
33. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
34. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 35. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respub likası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıd ır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
36. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 37. “L.İ.Binnət ovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edil diyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
38. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.
39. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkındakı tikiliyə (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ daşınmaz əmlakın dö vlət reyestrində cavabdeh Bakı şəhəri Nəsimi RİHin tikilinin rəsmiləşdirilməsi barədə 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamı və həmin tikiliyə dair “istismara icazə” sənədi əsasında qeydiyyata alınsa da, sözügedən sərəncam cavabdehin özü tərəfindən ayrıca inzibati aktla etibarsız sayılmışdır, “istismara icazə” sənədinin isə hansı tarixdə, hansı icraat üzrə verilməsi (şəxsin ərizəsi, qeydiyyat kitabında qeyd aparılması) müəyyən edilmir. Nəzərə alınmalıdır ki, istismara icazə sənədinin cavabdeh Nəsimi RİH tərəfindən təsdiqlənməsi iş materiallarına əlavə edilmiş qurumun 20 iyul 2016-cı il tarixli arayışı və ona əlavə olunmuş sənədlərlə təkzib olunur.
40. Bundan əlavə iddiaçı Nəsimi RİH-nin 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamı məhkəmə qaydasında iki dəfə - “sərəncamın qi smən etibarsız sayılması” və “sərəncamın qismən ləğv edilməsi” tələbləri irəli sürülsə də, müvafiq məhkəmə aktları ilə iddialar əsassız qiymətləndirilmiş və rədd edilmişdir.
41. Bununla yanaşı qeyd olunmalıdır ki, Nəsimi RİH tərəfindən obyektin A.Əsgərovun adına rəsmiləşdirilməsi baş vermiş və həmin sərəncam iddiaçının ərizəsi əsasında qəbul olunmuşdur.
42. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya 7 may 2016-cı il tarixdə daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilərkən, həmin çıxarışın verilməsinə əsas olmuş Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı qurumun özünün 11 yanvar 2016cı il tarixli 01 nömrəli sərəncamı ilə etibarsız sayılmışdır.
43. «İnzibati icraat haqqında» Qanunun tələblərinə görə etibarsız sayılmış inzibati aktın hüquqi nəticələri onun qəbul edild iyi andan aradan qalxmış olur.
44. Belə olan halda, iddiaçının cavabdehə qarşı İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur və həmin sərəncamla onun hər hansısa hüququna toxunulmur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 21-22(a) bəndlərində göstərilən hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 21(103)-3597/2023 nömrəli qərardadı