Məhkəmə qərarları › İş №2-1(102)-852/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-852/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-852/2021 22.06.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1 və X6 Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2rşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçılar İddiaçı1 və X6, iddiaçıların vəkili Vəkil, cavabdehin nümayəndəsi X9, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X6 cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (üçüncü şəxslər X12, Cavabdeh1) qarşı “qərar və əmrlərin ləğv edilməsi” tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2021-ci il tarixli, 2-1(103)-444/2021 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh1 başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması məqsədi üçün Maştağa-Buzovna yolunun şimalından, BAİB-ə gedən asfaltın qərbindən, BAİB-in yaşayış evinin cənubundan hər ailə üçün 0,10 ha. hesabı ilə 50 ailəyə 5 ha. həyətyanı torpaq fondunun ayrılması, həmin torpağın Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutmaql a, növbəlik əsasında verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1nə (üçüncü şəxslər X12 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamını X12 adına Ünvan1 ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1102/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərarına əsasən iddia rədd edilmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qərar iddiaçılar üçün hər hansı hüquqi nəticə yaratm adığından, habelə həmin qərarda iddiaçıların hüquq və qanunla qorunan maraqlarına toxunan hər hansı bir hal müəyyən olunmadığından həmin qərar ləğv oluna bilməz.

5. İddiaçılar həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)40/2019 saylı, 07 yanvar 2019-cu il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-1102/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir.

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən qərarda iddiaçıların hüquq və qanunla qo runan maraqlarına toxunan hər hansı bir halın müəyyən olunmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddiaçılara yardım etməli olduğu hal ilə bağlı yardım etməməsinə rəğmən həmin halı iddianın əsaslı olmaması kimi qiymətləndirərək işə mahiyyəti üzrə qiymət vermişdir. c. Birinci instansiya məhkəməsindəki ikinci icraat

8. İşə yenidən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılarkən mübahisənin vəziyyəti və Sumqayıt Apelyasiya Məhkəməsinin mövqeyi müzakirə olunduqdan sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, X1 Buzovna qəsəbəsi Südçülük-Tərəvəzçilik Sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 21.05.2003-cü il tarixli 28 saylı əmrini n, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30.07.1999-cu il tarixli qərarı və sovxoz direktorunun 16.08.1999-cu il tarixli 27/k saylı əmrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-648/2019 saylı, 17 aprel 2019cu il tarixli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

10. İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən iddiaçılar daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X1 X12 oğluna Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair 21. 05.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovan SüdçülükTərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30.07.1999-cu il tarixli qərarı və sovxoz direktorunun 16.08.1999-cu il tarixli 27/k saylı əmrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1306/2020 saylı, 18 mart 2020-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsası kimi istintad etdikləri sənədlər əsassızdır. Yəni onların adına Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X8 tərəfindən 828 saylı 10 yanvar 2003-cü il tarixli əmri ilə torpaq sahəsi ayrılması müəyyən edilməmiş, iddiaçılar tərəfindən istinad olunan sənədlərin saxta olmasına dair əsaslı şübhələr mövcud olduğu, əksinə X12 adına verilmiş sənədlərin hüququ əsasının olması müəyyən edilmişdir.

13. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti vermişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1186/2020 saylı, 04 iyun 2020-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1306/2020 saylı, 18 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıların iddianın dəyişdirilməsinə dair ərizəsinə hüquqi qiymət verməmiş, ərizənin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə qərardad qəbul et məməklə, prosessual qanunvericiliyin tələblərini yerinə yetirməmişdir. d. Birinci instansiya məhkəməsindəki üçüncü icraat

16. Bakı İnzibati Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1186/2020 saylı, 04 iyun 2020-ci il tarixli qərardadında göstərilən mövqeyinə əsasən iddiaçılar tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinə hüquqi qiymət verərək, 01 sentyabr 2020-ci il tarixli qərardadla ərizəni icraata qəbul etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Başçısının 15 aprel 1999cu il tarixli 096 saylı sərəncamı üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsində hər birinə 0,08 ha həyətyanı torpaq s ahəsi ayrılmış və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 10 yanvar 2003-cü il tarixli əmri ilə baş planına uyğun olaraq onlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilmişdir. Cavabdeh1 Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə eyni torpaq sahəsinə dair X12 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, SüdçülükTərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair sərəncam X12 aid hissədə ləğv edilməlidir. Cavabdeh1 üzrə sərəncamından çıxarışdan görünür ki, həyətyanı torpaq sahəsi ayrılması haqqında 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə Buzovna Tərəvəzçilik-Südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 ha hesabı ilə həyətyan ı torpaq sahəsi ayrılması nəzərə alınaraq X12 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində Tərəvəzçilik-Südçülük Sovxozunun əmək kollektivi Şurasının və Həmkarlar İttifaqı Komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K saylı əmri nəzərə alınmalıdır. X12 oğlunun adına verilmiş Cavabdeh1 Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamdan 20 avqust 1999-cu il tarixli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında çıxarışda cavabdeh “X12”nun adı yazılmış hissədə və 30 iyul sözlərində düzəlişlər edilməsi açıq aydın görünür. X12 adına torpaq vergisi 07.09.2017-ci ildə ödənilmişdir. Halbuki əgər həmin torpaq sahəsi cavabdehə sərəncamda göstərilən vaxtda ayrılmışsa h əmin vaxtdan vergi ödəməli idi. Sərəncamdan görünür ki, torpaq sahəsi həmin sovxozda işləyən və ehtiyacı olan şəxslərə verilmişdir. X14 qəsəbəsində Tərəvəzçilik Südçülük sovxozunda heç vaxt işləməmişdir. Həmçinin ayrılmış həyətyanı torpaq sahəsinin sxemi 2017-ci ildə tərtib etdirmişdir. Bunlar onu göstərir ki, torpağa dair X12 adına verilmiş sənədlər qanunsuzdur. Cavabdeh1 arxiv çıxarışından görmək olur ki, X12 adına verilmiş sənədlərlə Cavabdeh1 üzrə sərəncamda göstərilən qərar və məktubların tarixlərində uyğunsuzluqlar vardır. Onların hər ikisi Laçın rayonundan məcburi köçkünlərdir. Onlar ev tikmək üçün verilən torpaqdan başqa qeyri nə torpaqları, nə də hər hansı bir başqa evləri yoxdur.

18. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 iddiaya qarşı yazılı etiraz tə qdim etmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Tərəvəzçilik-südçülük” sovxozu Azərabycan Respublikası Prezidentinin 1 avqust 1992-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 2000-ci il 1 noyabr tarixli, 45 saylı Sərəncamı ilə “Tərəvəzçiliksüdçülük” sovxozu ləğv edilmiş və onun bazasında təsisçisi işlər İdarəsi olmaqla onun tabeliyində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “X8” yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 05 yanvar 1999cu il tarixli 22 saylı məktubuna əsasən Cavabdeh1 Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna q əsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Tərəvəzçilik-südçülük” sovxozunun torpaq sahələrindən sovxozun bir sıra fəhlə və mütəxəssislərə, Azərbaycan Respublikası Prezidentinin Admnistrasiyasının, İşlər İdarəsinin bəzi əməkdaşlarının hər birinə 0,10 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. “xxxx” Müəssisəsinin keçmiş rəhbərliyi bu haldan istifadə edərək və səlahiyyətlərini aşaraq özbaşına müəssisənin istifadəsində olan torpaqların qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün hüquqi şəxslərə fermer təsərrüfatı yaradılması pərdəsi altında satmışdır. Keçmiş rəhbərlik qanunsuz əməllərinə görə 19.10.2010-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmişdir. “X8” 2006-cı ildən faktiki olaraq fəaliyyət göstərmədiyindən İşl ər müdirinin 11/318 nömrəli 15 dekabr 2008-ci il tarixli Sərəncamı ilə onun fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq X12 hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək üçün torpaq sahəsinin vətəndaş X12 məxsus olması barədə 07.09.2017-ci ildə 850 saylı arayış və plan cizgi təqdim edilmişdir. İddiaçı1 və İddiaçı2 “xxxx” Müəssisəsinə dəfələrlə müraciət etmiş, torpaq sahəsinin ayrılmasına dair əmrlər yoxlanılmış, torpaq sahəsinin ayrılması barədə əmrin məharətlə saxtalaşdırılaraq tərtib edildiyi və arxiv kitablarında torpaq sahəsinin həmin şəxslərə ayrılmasına dair məlumatların olmadığı izah olunmuş və bu səbəbdən onların sənədləri qəbul olunmamışdır. İddiaçılar Ağcabədi rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədi ilə salınmış “Taxta-Körpü” qəsəbəsində qeydiyyatda olsa da, məcburi köçkün statusuna arxalanaraq “xxxx” Müəssisəsinin balansındakı torpaq sahəsinə aid X12 məxsus 3-355 kodlu torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Azərbaycan Respublikası Prezidentini İşlər İdarəsinin “X8”nin istifadəsində olan torpaqların mövcud istifadə vəziyyətinin araşdırılması məqsədilə “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin” “xxxx” Müəssisəsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3120 nömrəli, 19 iyul 2017-ci il tarixli sərəncamı ilə dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə Komissiya yaradılmışdır. Sözügedən torpaq sahəsinə dair İddiaçı1 və İddiaçı2 iddia qaldırmağa əsası və hüquqi sənədi olmadığından iddianın rədd edilməsini xahiş etmişdir.

19. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1306/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların torpaq sahələrinə dair hər hansı hüquqları mövcud olmadığı halda, hüquqlarını pozduğuna istinad edərək göstərilən əsaslarla Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X12 Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha. torpaq sahəsi ayrılmasına dair 21.05.2003-cü il tarixli 28 nömrəli əmrinin, Buzovna Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30.07.1999-cu il tarixli qərarı və sovxoz direktorunun 16.08.1999-cu il tarixli 27/k saylı əmrinin onların hüquqlarına toxunması əsası ilə ləğv edilməsini tələb etməyə subyektiv hüquqlarının mövcud olması müəyyən edilmir.

21. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. e. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2-1(103)-444/2021 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Afaq Nuriyeva və Valeh Ağayev) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1306/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Məhkəmə qərardadı İddiaçı1 05 mart 2021-ci il tarixində təqdim olunmuşdur.

25. İddiaçı1 15 mart 2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2-1(103)-444/2021 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçılara məxsus sənədlərin saxta olmasını cavab məktubuna əsasən qeyd etmiş, əksinə X 12 məxsus sənədlərin isə qanunauyğun olmasını göstərmişdir. Məhkəmənin bu qənaətə hansı əsasla gəlməsi məhkəmə qərarlarında da öz əksini tapmır. Əksinə, hər iki sənəd nümayiş olunsa burda həqiqətən saxta tərtib edilmiş sənədin məhz Osedov Samilə məxsus olması görünər. Həmin sənədlərə dair hər-hansı ekspertiza da keçirilməmişdir. Həmin ekspertiza keçirilsə idi hər iki sənədin həqiqətən mövcudluğu və hansı qaydada tərtib edilməsi də öz əksini tapardı. Bundan başqa, X12 ümumiyyətlə özünün istinad etdiyi sənədin əslini belə təklif olunsa da, məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Üçüncü şəxs X12 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, ona məxsus torpaq sahəsini iddiaçılar ələ keçirməyə cəhd edir, eyni zamanda, qaçqınlıq statusundan istifadə etməklə onun hüquqlarını pozur. Xəzər Rayon Məhkəməsinin qərarına əsasən sözügedən torpaq sahəsində aparılan tikintinin dayandırılmasına qərar verilsə də, İddiaçı1 ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə tikinti işləri həyata keçirməyə başlamışdır. Beləliklə, kassasiya şikayəti əsassız və qanunsuz olduğundan rədd edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və cavabd ehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

30. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

31. İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkət sizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

32. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

33. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhə miyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olma masını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı ic raat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin id dia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

39. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.

40. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya m üəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.

41. Başqa sözlə, iddiaçı iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

42. Hazırkı işin aşağı instansiya məhkəmələrində araşdırılan hallarından isə görünür ki, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur və apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.

43. Belə ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçıların subyektiv hüququnun olub-olmamasını araşdırmaq üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 sorğu göndərilərək, Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X4 baş plana uyğun olar aq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı1 0,09 ha hesabı ilə 828 №li həyətyanı torpaq sahəsinin ayrılması haqqında 828 №li 10 yanvar 2003-cü il tarixli Əmrdən Çıxarışın, X10 0,09 ha hesabı ilə 569 №li həyətyanı torpaq sahəsinin ayrılması haqqında 569 №li 10 yanvar 2003-cü il tarixli Əmrdən Çıxarışın və İddiaçı1 0,09 ha hesabı ilə verilmiş həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında 096 №li 15 aprel 1999-cu il tarixli, X10 0,09 ha hesabı hesabı ilə verilmiş həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında 096 №li 15 aprel 1999-cu il tarixli Cavabdeh1 üzrə sərəncamından çıxarışların surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir.

44. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Prezid entinin İşlər İdarəsinin X8 tərəfindən verilmiş 039 saylı, 04 mart 2020-ci il tarixli məktub ilə bildirmişdir ki, İddiaçı1 və X7 adına Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X8 tərəfindən 828 saylı 10 yanvar 2003-cü il tarixli əmri ilə torpaq sahəsi ayrılmamışdır. Torpaq sahəsi 21.05.2003-cü il tarixli 28 saylı əmri ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 arxiv qovluğunda həmin vətəndaşların adları eynilik təşkil etdiyi halda ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim etmək üçün arxiv arayışı və yerləşmə sxemi təqdim edilir. Belə ki, vətəndaş İddiaçı1 və İddiaçı2 adlarına tərtib olunan sənədlər məharətlə saxtalaşdırılaraq tərtib edilmişdir.

45. Göründüyü kimi, iddiaçı məhkəmənin lazımi araşdırma aparmadığını bildirsə də, işə apellyasiya inst ansiyası məhkəməsində baxılarkən iddiaçılar tərəfindən istinad olunan sənədlərin mötəbərliyinə dair əsaslı şübhələr mövcud olduğu, əksinə X12 adına verilmiş sənədlərin hüququ əsasının olması müəyyən edilmişdir.

46. Göründüyü kimi, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumu və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.

47. Odur ki, İddiaçı1 kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2-1(103)-444/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsas ən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 21(103)-444/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar