Məhkəmə qərarları › İş №2-1(102)-852/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-852/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-852/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı5, İddiaçı1 və qeyriləri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı5, İddiaçı1 və qeyriləri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X4, X2, X5 və X1 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, o cümlədən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il ta rixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-448/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı5 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4, X2, X5 və X1 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, o cümlədən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində ap arılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-175/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim F.S.İsmayılzadə) iddia mümkün sayılmamışdır.

3. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-448/2022 nömrəli, 15 dekabr 2022 -ci il tarixli qərardadı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı5 həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçının kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, apellyasiya məhkəməsinin qərardadı iddiaçıya 23 dekabr 2022-ci ildə təqdim olunmuş, iddiaçının kassasiya şikayəti isə 6 yanvar 2023-cü il tarixdə, yəni 10 günlük prosessual müddət keçirilməklə verilmişdir.

7. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilə n bildirişdə göstərilən çatışmazlığın 17 aprel 2023-cü il tarixədək aradan qaldırılması təklif olunmuşdur.

8. İddiaçı məhkəməyə ərizə təqdim edərək 14 mart 2023-cü il tarixli, 2-1(102)852/2023 nömrəli bildirişdə qeyd olunan çatışmamazlığa münasibətdə bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)448/2022 saylı qərardadı 23 dekabr 2022-ci il tarixdə rəsmi olaraq təqdim olunduğundan həmin qərardaddan şikayət müddəti 2 yanvar 2023-cü tarixdə başa çatır. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2022-ci il 9 dekabr tarixli, 438 nömrəli Qərarına əsasən, 1 və 2 yanvar 2023-cü il tarixlər i Yeni il bayramı, 2023-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 və 4 yanvar 2023-cü il istirahət günü hesab edildiyindən, Şəki Apellyasiva Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il qərardadından şikayət bayram və istirahət günlərində sonra ilk iş günü hesab edilən 5 yanvar 2023-cü il tarixdə poçt vasitəsi ilə rəsmi olaraq Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu barədə ərizəyə əlavə edilmiş poçt qəbzində həm qəbzin yuxarı hissəsində, həm də ştampda şikayətin göndərilmə tarixinin "xx.xx.2023-cü il" olması qeyd edilmiş, həmçinin qəbzdə qeyd olunan "Tranzaksiya/Göndəriş: SS815725484AZ" nömrəsi əsasında da tarixin müəyyən edilməsi mümkündür. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti v erən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

10. Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

12. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya mümkünsüz sayılmalı və şikayətin qəbulundan imtina edilməlidir.

13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərardadın surəti poçt rabitəsi vasitə si ilə iddiaçı 23 dekabr 2022-ci il tarixdə almışdır. İşdə olan poçt zərfindən müəyyən olunmuşdur ki, kassasiya şikayəti poçta 6 yanvar 2023-cü il tarixdə təvil verilmişdir. İddiaçı həmin qərardaddan 6 yanvar 2023-cü il tarixdə kassasiya şikayəti vermişdir (zərfin kodu SS15725453AZ).

14. İddiaçı hesab edir ki, onun tərəfindən kassasiya şikayəti vaxtında verilib və ərizəni onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş poçt qəbzində həm qəbzin yuxarı hissəsində, həm də ştampda şikayətin göndərilmə tarixinin "xx.xx.2023-cü il" olması qeyd edilmiş, həmçinin qəbzdə qeyd olunan "Tranzaksiya/Göndəriş: SS815725484AZ" nömrəsi əsasında da tarixin müəyyən edilməsi mümkündür. Hesab edir ki, kassasiya şikayəti vaxtında ötürülmədən verildiyindən mümkün hesab edilməlidir.

15. Məhkəmə kollegiyası idd iaçı tərəfin bu dəlilini əsassız sayır belə ki, poçt qəbzində qeyd edilən SS kodla zərfin üzərində qeyd edilən SS kod fərqlidir. Yəni, poçt zərfində qeyd edilən Kod bu SS815725484AZ göstərilib, ərizəyə əlavə olunmuş qəbzin üzərindəki Kod isə bu 815725464AZ göstərilmişdir.

16. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təqdim etdiyi poçt qəbzin göndərilən kassasiya şikayətinə aid olduğunu sübut edə bilməmişdir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib ş ərtlərdən biridir.

18. Həmçinin qeyd olunmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından müddətlərin mühüm əhəmiyyət kəsb etməsini bir sıra qərarlarında vurğulamışdır.

19. Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".

20. Qeyd edilənlə rə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı5 kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar