Məhkəmə qərarları › İş №2-1(102)-852/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-852/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-852/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial müavinətin ödənişinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 03.05.2024 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Məmməd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və müavinətin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının xx.xx.2023-cü il tarixli, 21(103)-2405/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2019-cu ildən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun əvvəllər qüvvədə olmuş 1.0.2-ci maddəsinə əsasən (“3 və daha çox uşaq doğub tərbiyə etmiş və 57 yaşına çatmış qadınlara”) yaşa görə müavinət təyin edilmişdir.

2. Daha sonra, cavabdeh iddiaçının adına xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək aktiv VÖEN olmasını əsas götürərək, müavinətin ödənişini xx.xx.2021-ci il tarixindən dayandırmış, bununla bağlı xx.xx.2021-ci il tarixdə qərar qəbul etmiş, sonradan isə sosial müavinətin təyin edilməsinin mümkün olmaması, eyni zamanda artıq öd ənilmiş müavinətin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir.

3. İddiaçı cavabdehə müavinətin bərpa olunması ilə bağlı müraciət etmiş, heç bir fəaliyyətlə məşğul olmadığını bildirmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən ona təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş xx.xx.2019-cu il tarixli dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, Dövlət Vergi Xidmətdən vergi uçotunun ləğv edilməsi haqqında rəsmi arayış təqdim etməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2022-ci tarixindən 63 yaş müəyyən edildiyindən və beş və daha çox uşaq d oğub səkkiz yaşınadək tərbiyə etmədiyindən iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və sosial müavinətin bərpa edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

6. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən sosial müavinətin dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, sosial müavinətin təyin edilməsinin mümkün olmaması barədə xx.xx.2022-ci il tarixli qərarın və artıq ödənilmiş müavinətin geri qaytarılması haqqı nda xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və sosial müavinətin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə "Artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında" qərar qəbul edilmişdir və ona xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 4.329,55 manat məbləğində pulun Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır.

8. Buna səbəb iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi olduğu və sosial müavinətin təyin edilərək ödənilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığının aş kar edildiyi göstərilmişdir.

9. İddiaçının fiziki şəxs kimi vergi uçotuna alınmağı barədə məlumatı olmamışdır, bunun kim tərəfindən edilməsi məlum deyildir, iddiaçı şəxsən vergi orqanına getməmiş, həmçinin internet vasitəsilə də müraciət etməmiş, VÖEN almamışdır. Həmçinin ona vergi orqanından hər hansı bir bildiriş, xəbərdarlıq və s. gəlməmişdir.

10. Cavabdeh tərəf heç bir araşdırma aparmamışdır, aktiv VÖEN aşkar edilməsini əsas götürərək əsassız nəticəyə gəlmişdir.

11. İddiaçının vergi uçotuna alınmağı kimin tərəfindən və hansı məqsədə yaradılması barədə onun məlumatı yoxdur. İddiaçı bu barədə Nizami rayon Prokurorluğuna ərizə ilə müraciət etmiş, şikayət araşdırılması üçün Nizami RPİ-nin 24cü Polis Bölməsinə göndərilmişdir və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edi lməsi haqqında qərar çıxarılmışdır.

12. Cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan qanunsuz qərar qəbul edilmişdir. İddiaçının fəaliyyətimin olmaması, vergi ödəməməyi, heç bir qazanc əldə etməməyi, hətta fiziki şəxs kimi vergi uçotunda olmağı barədə məlumatsızlığı nəzərə alınmamışdır. Cavabdehin etirazları:

13. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən müddətsiz yaşa görə sosial müavinət təyin edilərək ödənilmişdir. İddiaçının ərizəsinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2013-cü il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda xx.xx.2019-cu il tarixdən yaşa görə so sial müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 11.1.2-ci maddəsinə əsasən iddiaçının yaşa görə sosial müavinəti xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçının adına xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv statuslu VÖEN olduğu üçün xx.xx.2019-cu il tarixə münasibətdə iddiaçının yaşa görə müavinəti hüququ yaranmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4050/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli qərarı, “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması barədə” xx.xx.2022-ci il tarixli qərarı və “Artıq ödənilmiş müavinətin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçıya təyin edilmiş yaşa görə müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir.

16. Hazırkı işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatı n hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş müavinət işindən görünür ki, “Sosial müavinətlər haqqında” Qanunun 11.1.2-ci maddəsinə əsasən İddiaçı müavinətin ödənişi onun xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi olması əsası ilə dayandırılmışdır.

17. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2019-cu i l tarixdən yaşa görə təyin edilmiş müavinət bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (müavinətin təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “müavinətin təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi sosial müavinətin təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə xx.xx.2021-cu il tarixdə müavinətin dayandırılması barədə q ərar qəbul etməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi məbləğin geri qaytarılmasını tələb etmiş, bununla da müavinətin təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan sosial təminat hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

18. Eyni zamanda, qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan sosial müavinətin təyin edilməsinin mümkün olmaması barədə xx.xx.2022-ci il tarixli qərarı qəbul edərkən iddiaçıya müavinətin təyin edilməsi barədə inzibati aktın qüvvədə olduğunu nəzərə almamış, həmin qərarı ləğv etmədən, müavinətin dayandırılması əsası ilə sosial müavinətin təyin edilməsinin mümkün olmaması barədə qərar qəbul etmişdir.

19. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati akt ın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən im tina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

20. Cavabdeh iddiaçının dinlənilmə hüququnu təmin etməli olduğu halda, onu inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının etimad göstərdiyi inzibati aktı ləğv etmədən, sosial müavinətin ödənilməsini dayandırmış, daha sonra sosial müavinətin təyin edilməsinin mümkün olmaması və artıq ödənilmiş müavinətin qaytarılması barədə qərar qəbul etmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi hər üç qərar prosessual pozuntular ilə qəbul olunduğundan, həmin qərarlar ləğv olunmalı, sosial müavinətin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən sosial müavinətin ödənilməsi bərpa edilməlidir.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilmə sini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2405/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4050/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə müavinətin dayandırılması ndan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

26. Qeyd edilməlidir ki, Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayand ırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Lakin iddiaçı işləməsi barədə cavabdehə məlumat verməmiş, nəticədə əmək pensiyası artıq ödənilmişdir.

27. Eyni məhkəmələr tərəfindən iddiaçıya münasibətdə artıq ödəmənin yaranma əsasları ilə bağlı məsələyə lazımi hüquqi qiymət vermədən, inzibati icraatla bağlı formal (prosessual) pozuntuları əsas gətirərək qərar qəbul edilmişdir.

28. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azə rbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir

29. Göründüyü kimi, Filial tərəfindən artıq ödənilən məbləğ iddiaçının pensiyasından tutularaq Fondun hesabına bərpa edilərkən “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. b) kassasiy a şikayətinə etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “İnzibati icraat haqqında” Qanun: Maddə

13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzif əsi;... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə

67. Qanunsuz inzibati ak tın ləğv olunması... 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbə b olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müavinətin ödənişinin dayandırılması barədə məsələni həll edərkən eyni zamanda həm sosial müavinətin təyini, ödənilməsi və ödənişin dayandırılması ilə bağlı qanunvericilik normalarının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. 37. “İnzibati icraat haqqında” Qanu nun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.

38. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, q üvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

39. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq ödənişin dayandırılmasına səbəb ola bilən hər hansı halın mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə müavinətin ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

40. Belə ki, ödənişin təyin edilməsi barədə qərarın ləğvinə və ya ödənişin dayandırılmasına əsas olan b ilən hər hansı halı aşkar etdikdə, inzibati orqan bu qərarın 21-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində ödənişin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, müavinətin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvə sinə zidd olardı.

41. Cavabdehin kassasiya şikayətində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin müddəalarına istinadına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin müddəalarda nəzərdə tutulan vəzifə və səlahiyyətlər cavabdehi “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən normalarının tələblərinə əməl etmək vəzifəsində azad etmir.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın xx.xx.2023-cü il tarixli 21(103)-2405/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar