Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-853/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-853/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı pensiyanın təyin edilmə si tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2713/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1977-ci ildən 1983-cü ilə qədər Şamaxı rayonu Dərəkənd kənd Telman adına kolxozda, xxxx 1994-cü ildən xxxx 2005-ci ilə qədər Yol Təmir Tikinti Təmir Trestində işlədiyini, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nun Binəqədi rayon Şöbəs inə ərizə ilə müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla işlədiyi iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, ona 1977-ci ildən 1983-cü ilə qədər Şamaxı rayonu Dərəkənd kənd Telman adına kolxozda,xxxx 1994-cü ildən xxxx 005-ci ilə qədər Yol Təmir Tikinti Təmir Trestində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla, yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3503/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – T.Ə.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2713/2018 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuş, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə, və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, İddiaçı cavabdeh təşkilata olmuş müraciəti tərəflərindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndirilmiş, lakin məhkəmələr yuxarıda qeyd olunan hallara və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclas ında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanıl ması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2713/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1954-cü ildə Ağsu rayonunda anadan olmuş İddiaçı, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X1 340 №-li, xxxx 2018-ci il tarixli arayışına görə 1977-ci ildən 1983-cü ilə qədər Şamaxı rayonu Dərəkənd kənd Telman adına kolxozda işləmiş, əmək kitabçasına əsasən xxxx 1977-ci ildən xxxx 1977-ci il tarixədək, xxxx 1983-cü ildən xxxx 1984-cü ilədək, xxxx 1984cü ildən xxxx 1993-cü il tarixədək, xxxx 1994-cü ildən xxxx 2005-ci ilədək, xxxx 2006-cı ildən xxxx 2010-cu ilədək, xxxx 2010-cu ildən xxxx 2015-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, iddiaçı, əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə DSMF-nin Binəqədi rayon şöbəsinə müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla iddiaçının 1977-ci il tarixdən 1983-cü il tarixədək Şamaxı rayonu Dərəkənd kənd Telman adına kolxozda, xxxx 1994-cü il tarixdən xxxx 2005-ci il tarixədək Yol Təmir Tikinti Təmir Trestində işlədiyi iş stajının yoxlanılmasının mümkün olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq və şikayətin dəlillərinə hüquqi qiymət verərək o nəticəyə gəlmişdir ki, cavabdeh şikayətində işlədiyi iş s tajının yoxlanılmasının mümkün olmadığını qeyd etsə də, cavabdehin göstərdiyi müddət Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X1 340 №-li, xxxx 2018-ci il tarixli arayışının əslində və əmək kitabçasında qeyd edilmiş, yəni iddiaçının 1977-ci il tarixdən 1983-cü il tarixədək, xxxx 994-cü il tarixdən xxxx 2005-ci il tarixədək müxtəlif müəssisələrdə işləməsi faktı iş materiallarındakı, buna dair müvafiq qeydləri olan əmək kitabçası və rəsmi arxiv arayışı ilə təsdiq edilir, cavabdeh inzibati orqan iddiaçıya, onun müraciətinə əsasən işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasını təyin etməli olduğu halda, hal-hazıradək bunu etməmiş, beləliklə, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensıyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya dıgər fəaliyyəti dövrlərinin (müvafiq icra hakımiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il xxxx tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası İddiaçı 1977-ci il tarixdən 1983-cü il tarixədək, xxxx 1994-cü il tarixdən xxxx 2005-ci il tarixədək müxtəlif müəssisələrdə işləməsi faktının, buna dair müvafiq qeydləri olan əmək kitabçası və rəsmi arxiv arayışı ilə təsdiq edildiyini nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmədiyi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu vəişlədiyi iş stajının yoxlanılmasının mümkün olmaması barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2713/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2713/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-853/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-853/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver