Məhkəmə qərarları › İş №2-1(102)-853/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-853/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-853/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiy yat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı həmin 4.9664 ha torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-417/2022 saylı, 7 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “T orpağa mülkiyyət hüququna dair” JN-0178 kod 40503028 nömrəli Dövlət Aktına əsasən, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 85/99 nömrəli qərarı ilə 4.97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılara verilmişdir.

2. Cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Oğuz rayon Muxas kəndində yerləşən 4.9664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir.

3. İddiaçı4 istifadələrində olan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən əriz əçinin iştirakı ilə ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün onunla əlaqə yaradılmış, lakin o, hal-hazırda gələ bilmədiyini bildirmişdir. Bu səbəbdən ərizənin qanunvericilikdə müəyyən olunmuş vaxt ərzində icrası mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrasina 1 (bir) ay müddətinə dayandırılma verilmişdir. Bu müddət ərzində ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün şərait yaradılmasa ərizənin icrasından imtina ediləcəkdir. 5. 2020-ci ilin iyul ayında tərtib olunmuş müayinə (baxış) aktında qeyd edilmişdir ki, iddiaçılara verilmiş torpaq sahəsi sənəd üzrə 4.9664 ha, faktiki 4.97 ha-dır. Torpaq sahəsində su kəməri (Oğuz-Qəbələ-Bakı), 2 ədəd 30000 kVt-luq, 2 ədəd 10000 kVt-luq y üksək gərginlikli elektrik xəttləri, həmçinin, artezian quyusu yerləşir. Ərazinin 0.92 ha hissəsi həmin xəttlərin mühafizə zolağına düşməklə beş hissəyə bölünüb.

6. Müayinə aktında qeyd edilən səbəblərdən iddiaçıların müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 4.9664 ha torpaq sahəsinə onların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışd ır ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 03 iyul 1999-cu il tarixli 85/99 nömrəli qərarı ilə iddiaçılara (5 nəfər ailə üzvü olmaqla) 4.97 hektar kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsi ayrılmış, lakin ayrılmış torpaq sahəsi barədə heç bir rəsmi sənəd, dövlət aktı verilməmişdir. İslahat komissiyasından ayrılmış torpaq sahəsinin yerini tələb etsələr də, onlara Şəki rayonu ilə həmsərhəd, Şəkinin Aydınbulaq kəndinin torpaqları ilə həmsərhəd olan Muxas kəndindən 25 km aralı məsafədə bir sahə göstərilmişdir. Həmin sahə əkinə yararlı olmadığından, iddiaçılar 2004-cü ildə əkinə yararlı torpaq sahəsinin ayrılması üçün Muxas kənd Bələdiyyəsinə və Oğuz rayon Aqrar İslahat Komissiyasına müraciət etmişlər. Muxas kənd Bələdiyyəsi əkinə yararlı torpaq sahəsindən, Malıx yolunun kənarından id diaçılara torpaq ayrılması barədə qərar vermişdir. Qərar və torpağın ayrılması ilə bağlı tələb olunan digər sənədlər idiaçı İddiaçı1 tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bazaya vurulmuş həmin torpaq sahəsilə bağlı DTXK Oğuz rayon Torpaq şöbəsi tərəfindən Dövlət aktı qeydiyyat kitabında 8280 nömrə ilə qeydiyyata alınmış 15 sentyabr 2004-cü il tarixli JN 178 (KOD ********) nömrəli 5 nəfər ailə üzvünə mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) göstərilməklə 4.97 ha sahə üçün torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Dövlət Aktına əlavə edilmiş torpaq sahəsinin planında (cizgisində) torpaq sahəsinin qonşu sərhədlərinin koordinatları metr dəqiqliyi ilə qonşuların soyadı, adı və atasının adı qeyd olunmaqla əks etdirilmişdir. İddiaçılar mülkiyətlərinə verilmiş 4.97 hektar əkinə yararlı pay torpaq sahəsini 2004-cü ildən hal-hazıradək, yəni 17 ildir əkib becərirlər. JN 178 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı iddiaçılara təhvil verildikdən sonra əvvəl onlar üçün ayrılmış torpaq sahəsi Muxas bələdiyyəsinə verilmiş və iddiaçılar həmin torpaqdan istifadə etməmişlər.

9. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddiaçıların müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Dövlət Aktında göstərilən yerlə elektron baza xəritəsində öz əksini tapmış yerlər tamamilə fərqlidir. Həmçinin, iddiaçılar tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsindən Oğuz- Qəbələ-Bakı su kəməri, 2 ədəd 30000 KV və 2 ədəd 10000 KV yüksək gərginlikli elektrik x ətti keçir, faktiki iddia edilən torpaq sahəsinin 0.92 ha hissəsi qorunma zolaqlarına düşür. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

10. Şəki İnzibati Məhkəməsinin (hakim F.İsmayılzadə) 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)-33/2022 saylı qərarı ilə iddia təmin edilmiş, 31 yanvar 2015-ci il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Rizvanova (Salamova) Saliyə Babək qızının mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 4.9664 ha torpaq sahəsinə onların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə üzərinə qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina edilməsi əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, həmin sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi b arədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-417/2022 saylı, 7 dekabr 2022-ci tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/; V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətini torpaq sahəsindən Oğuz-Qəbələ-Bakı su kəməri, 2 ədəd 30000 KV və 2 ədəd 10000 KV yüksək gərginlikli elektrik xəttinin keçməsi, faktiki iddia edilən torpaq sahəsinin 0.92 ha hissəsinin qorunma zolaqlarına düşməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, torpaq sahəsi iddiaçıların adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********83 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.Bunda n əlavə,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarında cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasından, qeyd edilən əsaslara görə imtina nəzərdə tutulmamışdır.

15. Cavabdeh qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində imtinanın və iddia tələbinə etirazın dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki: 16.1. Dövlət Aktında göstərilən yerlə elektron baza xəritəsində öz əksini tapmış yerlər tamamilə fərqlidir. Dövlət Aktında göstərilən torpaq sahəsinin 0.0457 ha və 1.49 ha hissəsi faktiki olaraq, torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin faktiki torpaq sahəsinin 3.4307 ha hissəsi Oğuz rayon Muxas Bələdiyyəsinin mülkiyyətinə aid uqodiyası əkin olan ehtiyat fond torpaqları kateqoriyasına aiddir. Belə olan halda isə torpaq sahəsinin müvafiq kateqoriyaya keçirilmədən istifadə edildiyi müəyyən olunur. 16.2. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsidə göstərilən maddi hüquq normasının tələblərini nəzərə almamışdır. Belə ki, iddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsindən 2 ədəd 30000 KV və 2 ədəd 10000 KV yüksək gərginlikli elektrik xəttləri keçir. Belə olan halda isə göstərilən Qaydalar ın tələblərinə əsasən qeyd olunan məsafələrdə mühafizə zonaları müəyyən edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Torpaq Məcəlləsi: Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlar ın əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

20. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi

21. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismə n) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq he sab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanu nvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Bununla bağlı, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, ap ellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0178 kod 40503028 nömrəli Dövlət Aktına əsasə n, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 85/99 nömrəli qərarı ilə 4.97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılara verilmişdir və RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Oğuz rayon Muxas kəndində yerləşən 4.9664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir. Eyni zamanda, torpaq sahəsinin iddiaçılarnın mülkiyyətində olduğu və digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də torpaq sahəsi ilə bağlı hər hansı məhkəmə mübahisəsinin mövcud olmadığı mübahisəyə dair iş üzrə materialları ilə də təsdiq olunur.

31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıların tələbinin təmin edilməməsi əsaslı olmamışdır. Çünki, istinad o lunan hallar (Dövlət Aktında göstərilən torpaq sahəsinin 0.0457 ha və 1.49 ha hissəsinin faktiki torpaq sahəsi ilə üstüstə düşməsi, faktiki torpaq sahəsinin 3.4307 ha hissəsinin Oğuz rayon Muxas Bələdiyyəsinin mülkiyyətinə aid uqodiyası əkin olan ehtiyat fond torpaqları olması, torpaq sahəsinin sənəd üzrə 4.9664 ha, faktiki 4.97 ha olması, torpaq sahəsində su kəməri (Oğuz-Qəbələ-Bakı), 2 ədəd 30000 kVt-luq, 2 ədəd 10000 kVt-luq yüksək gərginlikli elektrik xəttləri, həmçinin, artezian quyusunun yerləşməsi, ərazinin 0.92 ha hissəsinin həmin xətlərin mühafizə zolağına düşməsi) imtina üçün əsas deyildir. Belə ki, iş materiallarında “Torpağa mülkiyyət hüququna dair” JN-0178 kod 40503028 nömrəli Dövlət Aktı mövcuddur və həmin Dövlət Aktında torpaq sahəsinin koordinatları göstərilmişdir. Həmin Ak ta müvafiq olaraq da plan-ölçü sənədi verilməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnam əsi” nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

34. Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasport un və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur.

35. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, ba rəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.

36. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.

38. Beləliklə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-417/2022 saylı, 7 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar