Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-853/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faiz borcunun hesablanmasının qanunsuz sayılması və borcun şəxsi hesab vərəqəsindən silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cava bdeh tərəfindən iddiaçıya faiz borcunun hesablanmasının qanunsuz sayılması və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3042/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ASC işə götürən kimi onunla işçi X4 arasındakı əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə 1 iyul 2020-ci il tarixdə xitam verərək, sonuncunu tutduğu vəzifədən azad etmişdir.
2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(006)4149/2020 saylı qətnaməsi ilə iddiaçı Rəfail Hacıyev ilə cavabdeh İddiaçı ASC arasında bağlanmış əmək m üqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 1 iyul 2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, Rəfail Hacıyevin əvvəlki işinə bərpa edilməsi, ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi, iddianın qalan hiss ədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-4149/2020 saylı iş üzrə qətnaməsi iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1014/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı 08 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır. Qeyd olunan iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir.
3. Məhkəmə qətnaməsi 15 mart 2022-ci il tarixdə qüvvəyə mindikdən sonra müvafiq icra vərəqəsi 5 may 2022-ci il tarixdə Banka daxil olmuşdur. İddiaçı ASC tərəfindən adıçəkilən şəxsə 43.133,98 manat əmək haqqı ödənilmiş köçürülmüş və əmək haqqına müvafiq məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Bundan sonra, İddiaçı ASC 2022-ci ilin avqust ayında 2020-ci ilin 3-cü rübündən 2022-ci ilin 1-ci rübünə qədər olan dövrü əhatə edən vahid bəyannamənin dəqiqləşmiş hesabatlarını uçotda olduğu vergi orqanı kimi hazırkı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə təqdim etmişdir. Cavabdeh hesabatın vaxtında təqdim edilməməsini əsas götürərək, həm in məbləğlərə 2.376,91 manat faiz borcu hesablamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçıya faiz borcunun hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Yelo Bank" ASC və X4 arasında 8 iyun 2018-ci il tarixdə bağlanmış 1288 nömrəli müddətli əmək müqaviləsinə əsasən X6 Filial müdiri vəzifəsinə qəbul etmişdir. Əmək müqaviləsinin müddəti altı ay – 11 iyun 2018-ci il tarixdən 11 dekabr 2018-ci il tarixədək müəyyən edilmişdir. Tərəflər qarşılıqlı razılıq ilə 1288 nömrəli 8 iyun 2018-ci il tarixli əmək müqaviləsinin müddətini beş dəfə uzatmışlar. Belə qarşılıqlı razılıqların ifadə olunduğu sonuncu – 30 sentyabr 2019-cu il tarixli 5 nömrəli əlavə ilə əmək müqaviləsinin son müddəti 1 iyul 2020-ci il tarix müəyyən edilmişdir. Rəfail Hacıyev ilə olan müzakirələrdən sonra həmin əmək müqaviləsinə Bank tərəfindən 1 iyul 2020ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam vermiş və bu barədə 1 iyul 2020ci il tarixli 13/2468 saylı bildirişlə Rəfail Hacıyevə məlumat vermişdir. Bank tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi haqqında 1 iyul 2020-ci il tarixli 128/A nömrəli əmrin surəti, əmək kitabçası təqdim edilmiş, onun son haqq-hesabı bank hesabına köçürülmüşdür. Bundan sonra X4 “Yelo Bank" ASC-yə qarşı əmrin etibarsızlığı, işə bərpa və s. tələblərə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır.
6. Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsi ilə iddiaçı Rəfail Hacıyev ilə cavabdeh “Yelo Bank" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 1 iyul 2020ci il tarixli 128/A saylı əmrin və əmrə əsasən 22(X)916 saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən (əmək müqa viləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin" qeydinin etibarsız sayılması, Rəfail Hacıyevin əvvəlki işinə bərpa edilməsi, ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı 8 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, X4 ilə cavabdeh İddiaçı ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqı nda 1 iyul 2020-ci il tarixli 128/A saylı əmrinin və əmrə əsasən 22(X)916 saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin" qeydinin etibarsız sayılması, X2 əvvəlki işinə bərpa edilməsi, X3 xx.xx.2020ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi, İddiaçı ASCdən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pulun tutularaq X3 ödənilməsi qət edi lmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1014/20221 saylı, 15 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bankın verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı 15 mart 2022-ci il tarixədək qanuni qüvvəyə minmədiyinə görə, Rəfail Hacıyevin işdən çıxarılması barədə əmr 1 iyul 2020-ci il tarixdən 15 mart 2022-ci il tarixədək qüvvədə olduğundan və həmin dövrdə Rəfail Hacıyev işə çıxmadığına və məhkəmə prosesi getdiyinə görə ona əmək haqqı ödənilməmiş və təbiidir ki, verilməyən əmək haqqına görə də məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinə ödənilməmişdir. Qeyd edilən qətnamənin icrası ilə bağlı icra vərəqəsi 4 may 2022-ci il tarixdə Banka daxil olmuşdur. 5 may 2022-ci il tarixdə icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilmiş, X3 43.133,98 manat məbləğində məcburi iş buraxmaya görə əmək haqqı köçürülmüşdür. Göründüyü kimi, icra sənədi üzrə borclu olaraq icra sənədində göstərilən bütün tələblər Bank tərəfindən könüllü icra olunmuşdur. X1 müxtəlif bəhanələr gətirərək üzrsüz olaraq işə çıxmaqdan boyun qaçırmışdır.
8. Yuxarıda qeyd edilən məsələ ilə əlaqədar olaraq 30 avqust 2022-ci il və 31 avqust 2022-ci il tarixlərdə 2020-ci ilin 3 rübündən 2022-ci il 1-ci rübünədək olan dövrü əhatə edən vahid bəyannamənin dəqiqləşmiş hesabatları Bank tərəfindən uçotda olduğu vergi orqanına təqdim edilmişdir. Həmin tarixlər üzrə şəxsi hesab vərəqəsində vergi orqanı tərəfindən heç bir qərar qəbul edilmədən, AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə Banka faiz hesablanmış və faizin qeyd edilən tarixlərdəki artıq ödəmələr hesabına avtomatik olaraq silindiyi göstərilmişdir. Halbuki, bu günədək müvafiq vergi orqanı tərəfindən Banka sözügedən faizin nəyə əsasən hesablanması barədə nə qərar təqdim edilmiş, nə də ki, bu barədə xəbərdarlıq göndərilmişdir. Vergi orqanı ilə telefon vasitəsilə əlaqə saxlandıqda iddiaçının nümayəndələrinə bildirilmişdir ki, mdssh vaxtında ödənilmədiyinə görə hər gecikdirilən günə görə bizə Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən 0,1% faiz hesablanmışdır, bu barədə qərar çıxarılmamışdır. Halbuki iddiaçıya Rəfail Hacıyev işə çıxmadığı dövrdə, həmçinin onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr qüvvədə olduğu dövrdə mdssh ödəni lməməsinə görə faizlər hesablanması qanunsuzdur, həmin faiz borcu şəxsi hesab vərəqəsindən silinməlidir. 10 noyabr 2022-ci il tarixdə vergi orqanına məktubla müraciət edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə İddiaçı ASCyə faizin hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun şəxsi hesab vərəqəsindən silinməsi xahiş olunsa da, cavabdeh tərəfindən məktuba cavab verilməmiş, borc silinməmişdir.
9. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, Yelo Bank” ASC-nin iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçı ASC və X4 arasında 8 iyun 2018-ci il tarixdə bağlanmış 1288 nömrəli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinin ləğv edilməsi barədə Rəfail Hacıyevin iddia tələbi təmin edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə Rəfail Hacıyevin 1 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi, İddiaçı ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pulun tutularaq X3 ödənilməsi qət edilmişdir. ASC tərəfindən 30 avqust 202 2-ci il və 31 avqust 2022ci il tarixlərdə 2020-ci ilin İİİ, İV, 2021-ci ilin İ – İV, 2022-ci ilin İ və İİ rübləri üzrə dəqiqləşmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” təqdim edilmişdir. Nəticədə aparılmış əlavə hesablamalar nəticəsində yaranan borc məbləği cari aylar üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə köçürülmüş ödənişlər hesabına (sosial üzrə bölüşdürülməmiş ödənişlər) bağlanmışdır. ASC tərəfindən 21 oktyabr 2022-ci il tarixdə 2022-ci ilin İİİ rübü üzrə cari hesabat təqdim olunduqda hesablanmış məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilmədiyi üçün Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən müvafiq faiz məbləğləri (cəmi 2.376,91 manat) hes ablanmışdır. İddiaçının hazırkı iddia tələbinin əsası kimi 1 iyul 2020-ci il tarixdən 15 mart 2022-ci il tarixədək olan dövr üzrə (məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix) məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin iddiaçının xeyrinə ödənilməsinin qət edildiyi bildirilmişdir. Bu səbəbdən də əvvəlki dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlara görə iddiaçıya faiz hesablanması əsassız hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizl ərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. İddiaçının vergi və ya cari vergi öhdəliklərinin Vergi Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə faiz hesablanması üçün qərar və ya xəbərdarlıq təqdim edilməməsinə dair bildirilir ki, Vergi Məcəlləsində vergi və ya cari vergi ödəmələrinin vaxtında ödənilməməsinə görə faiz hesablanması ilə əlaqədar hər-hansı bir qərarın verilməsi nəzərdə tutulmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4183/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmət inin Milli Gəlirlər Baş İdarəsi tərəfindən AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə İddiaçı ASC-yə faizin hesablanması qanunsuz hesab edilmiş, məcburi dövlət sosial sığorta haqları üzrə 2.376,91 manat faiz borcunun İddiaçı ASC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi kimi hazırkı İddiaçı ASC-yə istər vergilər, istərsə də, məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi üzrə faizləri buna yetərli əsaslar olduğu halda, faktiki hərəkətlərlə hesablaya bilməz, bununla bağlı ayrıca inzibati icraat aparmaqla inzibati akt qəbul edə bilməz. Bu isə, onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi inzibati icraatı tələb olunan tərzdə həyata keçirməmişdir.
12. Məhkəmə faizlərin hesablanması məsələsinə mahiyyətcə də toxunaraq, diqqətə çəkir ki, müvafiq məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası istiqamətində İddiaçı ASC tərəfindən işçinin ümumilikdə 43.133,98 manat əmək haqqı məbləğindən köçürülən məcburi dövlət sosial sığorta haqqlarının iki il sonra, lakin əvvəlki dövr üzrə dəqiqləşmə (bəyannamə) təqdim etməklə ödənilməsi müvafiq məbləğlərin “gecikdirilməklə ödənilmiş” kimi qiymətləndirilməsinə əsas vermir.
13. Bu qənaət ondan irəli gəlir ki, İddiaçı ASC tərəfindən işçiyə 43.133,98 manat əmək haqqı məbləği sonrakı dövrdə, yəni 2022-ci ildə ödənilsə də, bu məbləğ ötən 2 illik dövr üzrə hissə-hissə ödənilməli əmək haqqı məbləğlərinin cəmi kimi məhkəmə mübahisəsi həll olunduqdan sonra verilmişdir. Bundan başqa, 43.133,98 manat əmək haqqına münasibətdə köçürülmüş məcburi dövlət sosial sığorta haqqının birdəfəlik 2022-ci ilin hansısa dövrü üzrə köçürülməsinə bəyannamə verilməsi, hesabat tərtib olunması və s. hərəkətlərin AVİS proqramındakı texniki imkanların yol verməsi də müəyyən deyil.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3042/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il və 31 08.2022-ci il tarixlərində 2020-ci ilin 3-cü, 4-cü, 2021-ci ilin 1-ci, 2-cİ, 3-cü və 4 cü, 2022-ci ilin 1-ci və 2-ci rübləri üzrə dəqiqləşmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikd ən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" təqdim edilmişdir. Nəticədə aparılmış əlavə hesablamalar nəticəsində yaranan borc məbləği cari aylar üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə köçürülmüş ödənişlər hesabına (sosial üzrə bölüşdürülməmiş ödənişlər) bağlanmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin 3-cü rübü üzrə cari hesabat təqdim olunduqda hesablanmış məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilmədiyi üçün Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən müvafiq faiz məbləğləri (cəmi 2.376,91 manat) hesablanmışdır.
19. Hesab edir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
20. Məhkəmə idd iaçı tərəfindən əvvəlki dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamələrin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar təqdim edildiyi səbəbindən müvafiq məbləğlərin “gecikdirilməklə ödənilmiş” kimi qiymətləndirilməsinin düzgün olmadığı bildirilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1. Vergi ödəyicisi nin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək. Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.1. Bu Məcəl lə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulması nda özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uy ğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azal dılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜN LÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin halların ın tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
31. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar ına əsasən, İddiaçı ASC işəgötürən kimi onunla işçi X4 arasındakı əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə 1 iyul 2020-ci il tarixdə xitam verərək, sonuncunu tutduğu vəzifədən azad etmişdir. Bundan sonra məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə X2 işə bərpa edilməsi, ona 1 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 15 mart 2022-ci il tarixdə qüvvəyə mindikdən sonra müvafiq icra vərəqəsi 5 may 2022-ci il tarixdə Banka daxil olmuşdur. İddiaçı ASC tərəfindən adıçəkilən şəxsə 43.133,98 manat əmək haqqı ödənilmiş və əmək haqqına müvafiq məcburi dövlət sosial sığ orta haqları ödənilmişdir. Bundan sonra, İddiaçı ASC 2022-ci ilin avqust ayında 2020-ci ilin 3-cü rübündən 2022-ci ilin 1-ci rübünə qədər olan dövrü əhatə edən vahid bəyannamənin dəqiqləşmiş hesabatlarını uçotda olduğu vergi orqanı kimi hazırkı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə təqdim etmişdir.
32. Cavabdehin kassasiya şikayətinin əsas dəlili, hesabatın vaxtında təqdim edilməməsinə görə həmin məbləğlərə 2.376,91 manat faiz borcunun hesablanması ilə bağlıdır.
33. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, İddiaçı ASC tərəfindən işçiyə 43.133,98 manat əmək haqqı məbləği sonrakı dövrdə, yəni 2022-ci ildə ödənilsə də, bu məbləğ ötən 2 illik dövr üzrə hissə-hissə ödənilməli əmək haqqı məbləğləri nin cəmi kimi məhkəmə mübahisəsi həll olunduqdan sonra icra sənədinə əsasən verilmişdir. Bu səbəbdən də müvafiq məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası istiqamətində İddiaçı ASC tərəfindən işçinin ümumilikdə 43.133,98 manat əmək haqqı məbləğindən köçürülən məcburi dövlət sosial sığorta haqqlarının iki il sonra, lakin əvvəlki dövr üzrə dəqiqləşmə (bəyannamə) təqdim etməklə ödənilməsi müvafiq məbləğlərin “gecikdirilməklə ödənilmiş” kimi qiymətləndirilməsinə əsas vermir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya qanuni qüvvəyə minmiş və barəsində icra sənədi verilmiş müvafiq məhkəmə qətnaməsi əsasında işçiyə əvvəlki dövr üzrə 43.133,98 manat məbləğində əmək haqqı ödənilməsi ilə bağlı məcburi dövlət sosial sığorta haqlarını vaxtında bəyan etməməsi və köçürməməsinə görə faizlərin hesablanm ası qanunvericiliyin tələblərinə zidd hesab edilməli və həmin faiz borcu silinməlidir.
34. Qeyd edilməlidir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3042/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.