Məhkəmə qərarları › İş №2-1(102)-854/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-854/2019

13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-854/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin vəkili Tağıyeva Aidə Qafar qızının iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının təyin edilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 dekabr tarixli 2-1(103)-2886/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1953-cü il xx.xx. tarixdə doğulmuş, 1972-1974-cü illərdə hərbi xidmətdə olmuş, əmək kitabçasının məlumatlarına əsasən, 1978-ci ildən əmək fəaliyyətinə başlamış, 1997-ci il 28 noyabr tarixədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 16 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, kişilər 63 yaşına çatdıqda azı 12 il sığorta stajı olduqda əmək pensiyası hüququ qazanırlar. İddiaçının Şöbəyə təqdim etdiyi sənədlər əsasında yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 12 il sığorta stajı yaranmadığından, ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, iddiaçıya pensiya təyin edilərkən Şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 1983-cü il 12 noyabr tarixdən 1988-ci il 13 aprel tarixə qədər olan qeydlərdə düzəliş olduğundan və iş stajının düzgünlüyünün yoxlanılması mümkün olmadığından, həmin dövr sığorta stajına daxil edilməmişdir. İddiaçı 2018-ci il 21 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1983-cü il 12 noyabr tarixdən 1988-ci il 13 aprel tarixə qədər keçmiş Ermənistan SSR-nin Kalinin rayonu yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilmək lə, ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun 1983-cü il 12 noyabr tarixdən 1988-ci il 13 aprel tarixədək Ermənistan SSR-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, “Əmək pensiyaları haqqında” Qanunun 3.1.1, 3.4-cü maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33.2, 38.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin 2018-ci il 5 sentyabr tarixli 2-1(81)2716/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1983-cü il 12 noyabr tarixdən 1988-ci il 13 aprel tarixə qədər keçmiş Ermənistan SSR-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanunla tələb olunan 12 il sosial sığorta stajını toplaması işdə olan əmək kitabçası ilə təsdiq olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 18-ci il 4 dekabr tarixli 2-1(103)-2886/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 14 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 24 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil ol unmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutl ar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Belə ki, cavabdeh imtinanın və apellyasiya şikayətinin əsası kimi qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən Şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 1983-cü il 12 noyabr tarixdən 1988-ci il 13 aprel tarixə qədər olan qeydlərdə düzəliş olduğundan və iş stajının düzgünlüyünün yoxlanılması mümkün olmadığından, həmin dövr sığorta stajına daxil edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasının məlumatlarına istinadla kifayətlənmiş və hesab etmişdir ki, iddiaçının 12 il sığorta stajı onun əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının 12 il sığo rta stajı (və o stajdan irəli gələn pensiya hüququ), hətta cavabdehin mübahisələndirdiyi (əmək kitabçasında düzəlişə məruz qalan) 1983-1988-ci illərdəki iş dövrü nəzərə alınmadan digər müddətlər hesabına yarandığı halda belə, əgər iddiaçı məhz 1983-1988-ci illərin sığorta stajına daxil edilməsini iddia edirsə, məhkəmə mübahisələndirilən həmin illərə dair qənaətini əsaslandırmalıdır. İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. İPM-in yuxarıda qeyd edilən normalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellya siya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. İşə təkrar baxılarkən, həmçinin aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iddiaçının hazırkı məzmunda tələbini, tələbin əsası kimi istinad etdiyi halları, həmçinin iddiaçının pensiya hüququnun təmin olunmasına təsir edə bilən işin digər hallarını nəzərə almaqla qeyd edir ki, hətta cavabdehin hazırkı işdə mübahisələndirmədiyi və iddiaçının əmək kitabçasındakı digər dövrlər üzrə iş (sosial sığorta) stajlarının mövcud olduğu hallarda belə, nəzərə alınmalıdır ki, iddiaçı öz tələbinin əsasını məhz hazırkı məzmund a (iddia ərizəsində göstərilən müddətlər üzrə) irəli sürürsə, yəni iddiaçı cavabdehin üzərinə məhz həmin müddətlərin sosial sığorta stajına daxil edilməsi ilə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını tələb edirsə, iddianın əsaslılığı da ilk növbədə həmin müddətlər üzrə yoxlanılmalıdır. Yəni iddia olunan illərin sosial sığorta stajına daxil edilməsi özü-özlüyündə, yaxud əmək kitabçasında göstərilən və cavabdeh tərəfindən mübahisələndirilməyən digər müddətlərlə (iş/sosial sığorta stajı ilə) birlikdə nəzərə alındıqda iddiaçının yaşa görə əmək pensiyası hüququnu yaratmalıdır. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etira zla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Cavabdeh imtina məktubunda iddiaçının yalnız 1983-1988-ci illərdə işlədiyi dövrlərə aşkar münasibət bildirmişdir. Bu halda, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. Öz növbəsində, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Başqa sözlə, maraqlı şəxs imtinanın səbəbləri ilə yanaşı, onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görməli, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Cavabdehin imtina məktubundan bu nları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 dekabr tarixli 2-1(103)-2886/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar