Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-855/2019 19.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili oğlunun və nümayəndəsi oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə Bakı Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2768/2018 saylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin 14/2982 saylı, 22 may 2018-ci il tarixli məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan iş stajı olmadığı üçün (19831992-ci illərin iş stajının düzgünlüyünü dəqiqləşdirmək mümkün olmadığı üçün) İddiaçı əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 01.08.1983-cü ildən 20.12.1992-cı ilə qədər Laçın rayon Mərkəzi Xəstəxanasının Qaraqışlaq kənd xəstəxanası nda həkim terapevt vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3484/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qərarı (hakim – T.Ə.Əsədova) ilə iddia təmin edilərək İddiaçı 01.08.1983cü il tarixdən 20.12.1992-ci il tarixədək Laçın rayon Mərkəzi Xəstəxanasının Qaraqışlaq kənd xəstəxanasında həkim terapevt vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So sial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin üzərinə qoylumuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2768/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3484/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən madd i və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2010-cu il 08 oktyabr tarixdə 4027 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.1.8-ci bəndində göstərilmişdir ki, pensiya sektorunun məsləhətçisi ərizəçi və ya onun ıümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasının yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. İddiaçının 01.08.1983-cü il tarixdən 20.12.1992-ci il tarixədək olan iş stajını n düzgünlüyünü yerində yoxlamaq mümkün olmadığı səbəbindən ona əmək pensiyası təyin etmək qanuna müvafiq olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsasla r yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən, eləcə də Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 oktyabr 2006-cı il tarixli, ** saylı arxiv arayışından müəyyən olunur ki, iddiaçı 01.08.1983-cü il tarixdən 20.12.1992-ci il tarixədək Laçın rayon Mərkəzi Xəstəxanasının Qaraqışlaq kənd xəstəxanasında həkim terapevt vəzifəsində işləmişdir. Cavabdeh həmin dövrü sosial sığorta stajına daxil edərək əmək pensiyasının təyin edilməsindən ona görə imtina etmişdir ki, iddiaçının 1983-1992-ci illərdə işlədiyini yerində qarşılıqlı yoxlama aparmaqla dəqiqləşdirmək mümkün olmamışdır. Kollegiya cavabdeh in imtinasının qanunsuz olduğuna dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə müb ahisəli məsələ 1983-1992-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla, eləcə də Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 oktyabr 2006-cı il tarixli, ** saylı arxiv arayışı ilə təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş əmək kitabçasındakı məlumatların həqiqiliyini qarşılıqlı yoxlama aparmaqla dəqiqləşdirməyin mümkün olmadığına dair dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal iddiaçının təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bu zaman kollegiya xüsusilə nəzərə alır ki, hazırkı işdə qarşılıqlı yoxlamanın mümkün olmaması hamıya bəlli olan hal kimi iddiaçının işlədiyi Laçın rayonunun Ermənistan Respublikası tərəfindən işğalı ilə əlaqədar sənədlərin çıxarılmasının mümkün olmaması ilə bağlıdır. Təsadüfi deyildir ki, Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 oktyabr 2006-cı il tarixli, 72 saylı arxiv arayışında da göstərilmişdir ki, Laçın rayonu erməni işğalçıları tərəfindən işğa edilərkən tibb işçilərinin şəxsi işlərini, əmək kitabçalarını çıxarmaq mümkün olmamışdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2768/2018 saylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-855/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-855/2019
19.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver