Məhkəmə qərarları › İş №2-1(102)-855/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-855/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-855/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Zülfüqar oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04.05.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Zülfüqar oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-1(103)-452/2021 nömrəli qərardadından iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2020-ci il 08 iyul tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2018 saylı 2019-cu il 15 mart tarixli icra vərəqəsi əsasında başlanmış icraat çərçivəsində həmin şöbənin icra məmurunun 8179-62028/2019-5-1 saylı, 2020-ci il 19 iyun tarixli qərarının qanunsuz sayılaraq ləğv edilməsinı xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 06 oktyabr tarixli, 2-1(112)-5362/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, icra qanu nvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Odur ki, məhkəmənin qənaətinə görə icra işi üzrə tərəf kimi hazırkı iddiaçı icra məmurunun məcburi gətirilmə barədə qərarından şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. 4. iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-1(103)-452/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmə dən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmənin “İcra haqqında” Qanuna görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və hərəkətsizliyindən şikayət verilməsinin mümkün olduğu və qanunvericinin hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianı n qaldırılmasının istisna etməsinə dair mövqeyi qəbuledilməzdir. Məhkəmənin hansı əsasla şəxsin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırdığı, iddia və ya şikayət kimi məhkəməyə müraciət formalarını fərqləndirdiyi qeyri-müəyyəndir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə görə, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. İcra qanunvericiliyində maraqlı şəxsin iddia ilə məhkəməyə müraciət etmək hüququ birbaşa müəyyən olunmuşdur.

9. Məhkəmə kollegiyası qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarına istinad edərək qətna mənin icrası ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyindən, habelə qəbul etdiyi qərarlardan qətnaməni çıxarmış məhkəməyə şikayət edilməli olduğunu bildirsə də, hazırda mübahisənin məhkəmə qətnaməsinin icra edilməsi ilə bağlı deyil, cinayət işi üzrə qəbul edilmiş hökmün icrası ilə bağlı yarandığının və cinayət prosessual qanunvericilikdə hökmün icrası zamanı yaranan mübahisələr ilə bağlı həmin məhkəməyə şikayət verilməsi hüququ və belə şikayətlərə baxılması qaydası müəyyən edilmədiyinin fərqinə varmamışdır. 10. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq, məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməyəcəyini və icra məmurunun qərar və hərəkətlərindən şikayətlərə dair işlərin aidiyyətini müəyyən edən zaman bu Qanunun nəzərə alınmalı olmadığını qeyd etsə də, digər tərəfdən həmin Qanunun 84.2-ci və 84.3-cü maddələrinə istinad etməklə icra məmurunun qərarlarından yalnız hökmü çıxarmış məhkəməyə şikayət edilməli olduğu qənaətinə gələrək ziddiyyətli mövqe nümayiş etdirmişdir. Məhkəmənin icra qurumunun icra sənədinin icrası ilə bağlı qərarı, hərəkəti ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün münasibətin inzibati hüquqla bağlı yaranmasının tələb olunması və qaldırılmış iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən birinə aid olmalı olduğuna dair mövqeyi də anlaşılan deyil. Halbuki, iddia tələbi də inzibati orqanın Bakı Şəhəri Cavabdeh 8179-62028/2019-5-1 nömrəli, 2020-ci il 19 iyun tarixli qərarının qanunsuz hesab olunmasına, yəni onun mübahisələndirilməsinə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsində bilavasitə müəyyən olunmuşdur ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Aşağı instansiya məhkəmələri qeyd olunan hüquq normasının tələblərinə zidd mövqe nümayiş etdirməklə, əsassız olaraq iddianı mümkün saymamışlar. b. məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

12. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəy işdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Şikayət aşağıdakı səbə blərə görə təmin oluna bilməz. 16. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

17. Normanın məzmunundan göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından şikayət verilə bilmək imkanını təsbit edir. Bununla da, qanunveri ci hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada, inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir.

18. Beləliklə, hazırkı işdə istinad edilən icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarın inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inz ibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi istisna edilir.

19. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-1(103)-452/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar