Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-855/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdlü: xx.xx.1952-ci il; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan - ölçünün verilməsi” tələbinə dair inzi bati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)-1257/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 305 saylı sərəncamı ilə iddiaçıya mülkiyyətində olan mənzili öz şəxsi hesabına söküb yenidən tikməyə icazə verilmiş və həmin sərəncam əsasında “X2” MMC tərəfindən ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin mövcud eskiz lahiyəsi hazırlanmış və Nərimanov RİH-nin memarı tərəfindən imzalanaraq təsdiq edilmişdir. 2. 08.01.2020-ci il tarixli, **********94-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi ya şayış evi iddiaçının xüsusi mülkiyyətində, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət torpağı olmaqla iddiaçının istifadəsindədir.
3. İddiaçı cavabdehə müraciət edərək ünvan 3 ünvandakı fərdi yaşayış evinə aid 1985-ci ildən istifadəsində olan ümumilikdə 0.682 ha torpaq sahəsinin, o cümlədən 0.03 ha tikilialtı və 0.382 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********91 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmuəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvandakı fərdi yaşayış evinə aid 1985-ci ildən qanuni istifadəsində olan ümumilikdə 0.682 ha torpaq sahəsinin, o cümlədən 0.03 ha tikilialtı və 0.382 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə almaqla, mülkiyyət hüququna dair çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvandakı fərdi yaşayış evi onun mülkiyyətindədir və texniki pasporta əsasən tikintialtı torpaq sahəsi 0.03 ha təşkil edir. Həmin yaşayış evi 1985-ci ildə orderlə onun qanuni istifadəsinə və sahibliyinə, 1994cü ildən isə mülkiyyətinə verilmişdir. Ümumilikdə 0.682 ha həyətyanı və tikilialtı torpaq sahəsi olan köhnə fərdi yaşayış evi sökülməklə, həmin evin yerində eskiz layihəsi əsasında yeni ev inşa edilmişdir. Evin altındakı və həyətyanı torpaq sahəsi isə uzun müddətdir ki, qanuni əsaslarla onun istifadəsindədir. Qeyd edilən fərdi yaşayış evinə aid qanuni istifadədə olan 0.682 ha tikilialtı və həyətyanı torpaq sahəsinin daşınmaz əmakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydə alınması və to rpaq sahəsinin plan-ölçüsünün verilməsi üçün cavabdehə müraciət etmiş, müraciəti təmin edilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən cavabdehin imtinasını əsassız hesab edir.
7. Cavabdeh iddia tələbinə qarşı imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim M.Hacıbəyova) 02 dekabr 2021-ci il tarixli, 21(112)-8108/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının ünvan 3 ünvandakı fərdi yaşayış evinə aid 0.03 ha tikilialtı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, mülkiyyət hüququna dair çıxarışın və həmin torpaq sahəsinin plan-ölçüsünün iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin olunmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına və qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi qanuni əsaslarla istifadədə olan torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmişdir və həmin fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi 0.03 ha tikilialtı torpaq sahəsi onun mülkiyyətindəki fərdi yaşayış evinin altındakı torpaq sahəsidir ki, həmin torpaq sahəsi dövlət tərəfindən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələri kateqoriyasına aiddir. Odur ki, iddiaçının həmin torpaq sahəsi üzərində də mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmasını tələb etmək hüququ vardır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia 0.382 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınması hissəsində əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən 0.382 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər və sübutlar cavabdehə və məhkəməyə təqdim edilməmiş, həmin sənəd və sübutlar barədə məhkəməyə məlumat verilməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin “0.382 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının təmin edilməməsi” hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Apellyasiya baxışı zamanı iddiaçı tərəf məhkəməyə iddia tələbinin təmin olunmayan hisəsinə dair dəqiqləşdirilmə barədə ərizə ilə müraciət etmiş, iddia tələbinin həmin hissədə “ünvan 3 ünvandakı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi kimi 27 iyul 1995-ci il tarixli texniki pasportda göstərilmiş 293.8 kv.m. həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmaqla iddiaçının mülkiyyət hüququna dair çıxarışın və torpaq sahəs inin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi nəzərə alınmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Orucazdə) 18 noyabr 2022-ci il tarixli, 21(103)-1257/2022 nömrəli qərarı iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmuş, iddiaçının ünvan 3 ünvandakı fərdi yaşayış evinə aid 27 iyul 1995-ci il tarixli Texniki Pasportda göstərilmiş 293.8 kv həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydi aparılmaqla, onun adına mülkiyyət hüququna dair çıxarışın, torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Apellya siya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin 293.8 kv.m həyətyanı torpaq sahəsinə dair hüquqları işdə olan faktiki sübutlarla təsdiqini tapdığından, həmin həyətyanı sahəyə dair hüuquqların dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçünün verilməsinə dair tələbi təmin edilməlidir.
16. Həmçinin qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətini qeydə alınması tələb edilən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırsa da, 1995-ci il tarixli texniki pasport müraciət zamanı cavabdehə təqdim edilmiş, lakin qeyd edilən sənədin mövcudluğu cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a.kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətini imtina məktubu ilə oxşar məzmunda tərtib etmiş və öz mövqeyini əsaslandırmaq üçün Torpaq Məcəlləsinin 55-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 11, 23-cü maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüq uqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyild irsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üz ərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı... 2.4-cü bənd. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir....
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllə nin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Hazırkı iş üzrə iddiaçının tələbi onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi ilə bağlıdır.
30. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, həmçinin apellyasiya və kassasiya şikayətlərində qeyd etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinə hüquqmuəyyənedici sənədlər təqdim edilməmişdir.
31. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
32. Hazırkı işin apellyasiya instansiyası tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, ünvan 5 ünvandakı fərdi yaşayış evi 1985-ci ildə orderlə iddiaçının qanuni istifadəsinə və sahibliyinə, 1994-cü ildə isə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ndə yerləşən mənzil 1994-cü ildən iddiaçının mülkiyyətində olmuş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 30/29034 nömrəli Qeydiyyat Vəsiqəsi və evin 27 iyul 1995-ci il tarixdə inventarlaşdırma idarəsi tərəfindən tərtib edilən qeydiyyata alınmış şəxsi mülkiyyətdə olan evin Texniki Pasportu tərtib edilərək verilmişdir. X3 həyətyanı torpaq sahəsinin ümumi sahəsi 293.8 kv.m qeyd olunmuşdur. Bu səbəbdən iddiaçı apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddia tələbinin təmin olunmayan hissəsinə dair dəqiqləşdirilmə barədə ərizə verərək, 27 iyul 1995-ci il tarixli Texniki Pasportda göstərilmiş 293.8 kv.m. həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyya ta alınaraq çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmiş və apellyasiya instansiyası.
33. Beləliklə də, iddiaçının üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsi texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək, yəni 1995-ci il iyulun 27-də tərtib olunmuş Texniki Pasportda qeyd edildiyindən, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən həmin toprpaq sahəsinin mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması, buna müvafiq olaraq cıxarış və plan-ölçü sənədinin verilməsini tələb etməkdə haqlıdır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının qan unazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxl anılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 21(103)-1257/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.