Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-855/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maraqlı şəxsin müraciəti üzrə inzibati icraat haqqında qanunvericiliyin tələblərinin vergi orqanı tərəfindən təmin olunmaması; müraciətə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələ binə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-779/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1120018878 qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. 2. 13.02.2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığına əsasən, MİDA-379/20 nömrəli müqavilə üzrə X2 tərəfindən 54007 manat pul ödənilmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan daşınmaz əmlakla əlaqədar fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən sənədlər də ərizəyə əlavə olunmaqla elektron ərizə ilə müraciət etmiş və müraciətinə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır
4. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********968100 nömrəli “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərara əsasən, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********968100 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv edilməsi və müraciəti üzrə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan daşınmaz əmlakla əlaqədar fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən sənədlər də ərizəyə əlavə olunmaqla elektron ərizə ilə müraciət etmiş və müraciətinə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır.
8. Həmin idarə tərəfindən xx.xx.2023-cü il tarixli, **********968100 saylı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar iş tam, hərtərəfli və obyektiv araşdırılmadan qəbul edilmiş qərardır, tamamilə əsassızdır. Həmin qərar ləğv edilərək yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə qərar qəbul edilməl idir.
9. İddiaçı hal-hazırda 8 (səkkiz) aylıq hamilədir. Uzun müddətdir ki, evli olmağına baxmayaraq övladı olmurdu. Bununla bağlı uzun müddətdir ki, çoxsaylı müalicələr almış və dəfələrlə əməliyyat olunmuşdur. Daha sonra isə mütəmadi olaraq həkim nəzarətində olmuşdur. Qeyd olunan müddət ərzində dəfələrlə ambulator və stasionar müalicələr almışdır. 10. "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir.
11. Həmin Fərmanı qəbul edilərkən və ondan sonrakı dövrlərdə də yalnız hamiləliyind ə baş verən problemlərlə və bətnində olan dölün tibbi problemləri ilə məşğul olmuşdur. Qeyd etdiklərini ərizəyə əlavə etdiyi tibbi sənədlər də bir daha təsdiq edir. Həmin sənədlərə nəzər salındıqda hamiləliyinin riskli hamiləlik kateqoriyasına aid olduğunu aşkar şəkildə müəyyən edilir.
12. İddia ərizəsinə əlavə olunmuş, Respublika Perinatal Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həmin vaxt iddiaçının səhhətində və bətnində olan dölün səhhətində çoxsaylı problemlər mövcud olmuşdur.
13. İddia ərizəsinə əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və X4"-nin Pataloji Anatomiya Bürosu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2546 saylı pataloji müayinə rəyindən görünür ki, müayinə olunmuş materialda vəzlər kistoz ge nəlmiş, bir qismi şaxələnmiş, anastomozlaşmış, sayı çoxalmışdır. Epitel silindrik formadadır. Endometrium proliferativ tiplidir. Lifli stroma divarları nazik damarlıdır.
14. Mərkəzi Klinika tərəfindən verilmiş tibbi arayışdan da görünür ki, onda hətta həmin dövrdə də düşük təhlükəsi olmuşdur. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş tibbi kitabçaya da nəzər saldıqda iddiaçının keçirdiyi hamiləliyin riskli hamiləlik kateqoriyasına aid olması və səhhətində olan ciddi problemlər bir daha müəyyən olunur.
15. İddiaçı hesab edir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasındakı şərtlərin 5.1-ci bəndində göstərilmiş müddət kifayət qədər üzrlü səbəblərdən tərəfindən ötürülmüşdür və o, səhhətində qismən müsbət dinamika müşahidə olunduqdan sonra fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət edə bilmişdir. Cavabdehin etirazları:
16. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmişdir.
17. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə xx.xx.2020-ci il tarixli müqavilə və ödəniş sənədləri əlavə etmişdir. Müraciət araşdırılarkən Azərbaycan Respubli kası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın tələblərinə cavab vermədiyi, müraciət üçün nəzərdə tutulmuş 90 gün müddətinin ötürüldüyü müəyyən edilmişdir.
18. Belə ki, iddiaçının vergi orqanına təqdim etdiyi MİDA-379/20 nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bank ödəniş tapşırıqlarına əsasən müəyyən etmək olur ki, alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə xx.xx.2020-ci il tarixdə ödənilmişdir.
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən isə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qayda nın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir.
20. Göründüyü kimi, portalın xx.xx.2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq alıcı tərəfindən ödənişin xx.xx.2020-ci il tarixdə tam başa çatdırılmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsinin alınması zamanı ödənilmiş ƏDV-nin nəzərdə tutulan hissəsinin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilməmiş, müddət ötürüldükdən sonra yəni, xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir.
21. İddiaçının hazırkı iddia tələbinin əsası kimi ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün 90 günlük müddətin ötürülməsini səhhətində yaranmış problemlərlə əlaqələndirmişdir. Bununla bağlı bildiririk ki, "Fiziki şəxs olan istehlakçılar tərəfi ndən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nda hər hansı bir səbəbdən 90 günlük müddətin buraxılmasının nəzərə alınması müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2813/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********968100 nömrəli qərarı ləğv edilmiş, cavabdehin üzərinə iddiaçının müvafiq müraciətinə məhkəmənin bu qərarında qeyd edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması və müvafiq qərar qəbul etməsi öhdəliyi qoyulmuşdur.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmiş, həmin ərizəyə xx.xx.2020-ci il tarixli müqavilə və ödəniş sənədləri əlavə etmişdir. Vergi orqanı tərəfindən müraciət araşdırılarkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərd ən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın tələblərinə cavab vermədiyi, müraciət üçün nəzərdə tutulmuş 90 gün müddətinin ötürüldüyü müəyyən edilmiş və vergi orqanının xx.xx.2023-cü il tarixli, **********968100 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərara əsasən iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddiaçı hazırki tələblə qeyd olunan qərarı mübahisələndirmişdir.
24. Azərbaycan Respublikası Vergi Məcəllənin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan ş əxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 25. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir:
26. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh orqan portalın xx.xx.2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq alıcı tərəfindən ödənişin xx.xx.2020-ci il tarixdə tam başa çatdırılmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra yəni, xx.xx.2023-cü il tarixdə müraciət edilməsi səbəbindən əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haq qında qərar qəbul etmişdir.
27. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən hamiləliklə bağlı müayinələrdə olmuş və müalicə almışdır. Sonuncu müayinə aktı isə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və iddiaçıya yataq rejimi məsləhət görülmüşdür. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı müvafiq ödəniş tələbi ilə xx.xx.2023-cü il tarixdə elektron qaydada müraciət etmişdir. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 49.2-ci maddəsinə əsasən inzibati orqan təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə maraqlı şəxsləri xəbərdar etməyə borcludur.
29. Cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən iddiaçının iştirakını təmin etməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 49.2 və 50 -ci maddəsinin tələblərinə əməl etmədən, başqa sözlə qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbini iddiaçının iştirakı ilə araşdırmadan maraqlı şəxs üçün əlverişli olmayan qərar qəbul etmişdir.
30. Odur ki, məhkəmə vergi orqanının xx.xx.2023-cü il tarixli, **********968100 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv edilməsi və cavabdeh tərəfindən məhkəmənin bu qərarda qeyd edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə yenidən baxılmalı olması qənaətinə gəlir.
31. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
32. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-779/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2813/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyanın hüquqi mövqeyi ilə razılaşmışdır.
34. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. Məhkəmə iş üzrə faktları tam araşdırmadan əsassız qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 49.2-ci maddəsində qeyd edilir ki, inzibati orqan təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə maraqlı şəxsləri xəbərdar etməyə borcludur. Məhkəmə s özügedən maddəyə istinad edərkən qanunun 49.1-ci maddəsini nəzərdən qaçırmışdır. Belə ki, qanunun 49.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətlər maraqlı şəxsin ərizəsi üzrə həmin orqan tərəfindən uzadıla bilər. Qanunun 49-cu maddəsindən görünür ki, sözügedən müddətlər inzibati orqan tərəfindən müəyyən edilən müddətlərdir və inzibati orqan həmin müddətləri maraqlı şəxsin ərizəsi əsasında uzada bilər və təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə maraqlı şəxsləri xəbərdar etməyə borcludur. Lakin, mənzilin alışına görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin geri qaytarılması ilə bağlı müəyyən edilmiş 90 günlük müraciət müddəti inzibati orqan tərəfindən deyil, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsiz qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” ilə müəyyən edilmişdir və sözügedən qaydalarla müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı vergi orqanının maraqlı şəxsləri xəbərdar etmək öhdəliyi yoxdur.
36. Sözügedən qaydalara əsasən ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması ilə bağlı müəyyən olunmuş 90 günlük müddət qətidir və həmin müddətin qısaldılması və ya uzadılması ilə bağlı hər hansı şərt və hal nəzərdə tutulmamışdır.
37. Həmçinin, məhkəmə vergi orqanının qərar qəbul edilən zaman müddətin ötürülməsi barədə maraqlı şəxsi xəbərdar etməli olduğun u bildirmişdir.
38. Maraqlı şəxs ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı ümumi qaydada müraciət etmiş, müraciətə müqavilə və ödəniş sənədləri əlavə edilmişdir. Vergi orqanı da əlavə edilmiş sənədləri qaydaların tələbləri çərçivəsində araşdıraraq müvafiq qərar qəbul etmişdir. Buna əsasən vergi orqanının iddiaçıya hansı məlumat verməli olması aydın deyil. Məhkəmə tərəfindən gəlinən qənaət və fikir də əsaslı deyil. Həmçinin onu da bildiririk ki, iddiaçı tərəfindən ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması üçün vergi orqanına müraciət edilən zaman müraciətə iddiaçının səhhətində yaranmış problem və müalicə alması və ya müddətin buraxılmasının üzrlü səbəbləri və buraxılmış müddətin bərpası ilə bağlı hər hansı bir ərizə əlavə edilməmişdir. Göründüyü kimi qaydalarla müəyyən edilmiş müraciə t müddətinin ötürülməsinin səbəbi inzibati orqanın hər hansı hərəkət və ya hərəkətsizliyi olmamış, iddiaçının vergi orqanına gec müraciət etməsi ilə bu baş vermişdir.
39. Fərmanla təsdiq edilmiş qaydalarda göstərilən müddətlərə əməl edilməsi bir başa fiziki şəxslərin öhdəliyi kimi qəbul edilməlidir. Başqa sözlə vergi orqanı tərəfindən həmin müddətlərin bərpa edilməsi və ya hər hansı hissədə araşdırması kimi vəzifəsi qoyula bilməz. Belə ki, hər hansı müddətin bərpasını araşdırmaqdan ötrü vergi orqanının hər hansı hərəkət və ya hərəkətsizliyindən yaranan münasibətlər olmalıdır ki, sonradan vergi orqanı qarşı tərəfin müraciət etmək hüququ ilə bağlı müddətlərə əməl edib-etməməsini araşdırsın. Başqa sözlə hal-hazırkı məsələdə ümumiyyətlə inzibati icraat haqqında qanunun tətbiq edilməsi düzgün h esab edilməməlidir. Məhkəmənin mövqeyi nəzərə alınarsa, fiziki şəxslər tərəfindən əldə edilmiş çeklər üzrə 90 gün keçirilməsi ilə əlaqədar qüvvədən düşmüş hallarla bağlı hər kəs üçün inzibati icraat başlanılmalı və fiziki şəxslərə məktublar göndərilməlidir ki, bu da ümumi hüquqi prinsiplərə uyğun gəlmir.
40. Gəncə Apellyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh orqan portalın xx.xx.2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq alıcı tərəfindən ödənişin xx.xx.2020-ci il tarixdə tam başa çatdırılmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra yəni, xx.xx.2023-cü il tarixdə müraciət edilməsi səbəbindən əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən ed ilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən hamiləliklə bağlı müayinələrdə olmuş və müalicə almışdır. Sonuncu müayinə aktı isə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və iddiaçıya yataq rejimi məsləhət görülmüşdür. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı müvafiq ödəniş tələbi ilə xx.xx.2023-cü il tarixdə elektron qaydada müraciət etmişdir.
41. Məhkəmənin müayinə aktı və bununla bağlı inzibati orqana müraciətdə gecikmələrin olması ilə bağlı dəlili anlaşılan deyil. Həmçinin portalın xx.xx.2022-ci il tarixdən istifadəyə verilməsinə baxmayaraq, müvafiq fərmanın təsdiq edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixindən ƏDV-nin qaytarılması ilə bağlı müraciətlər edilə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
42. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassas iya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
43. Etirazın dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.... Maddə
48. İnzibati icraatda müddətlərin hesablanması 48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 48.2. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 48.3. Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir.... Maddə
50. Müddətlərin bərpası Maddə 50.1. İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
49. İPM-in 96.7-ci maddəsinin tələbinə görə, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
50. Məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında istinad edilən “İnzibati icraat haqqında” Qanunun 49-cu maddəsində məhz inzibati orqan tərəfindən təyin edilmiş müddətlərdən bəhs olunur və həmin norma müddətlərin bərpasını deyil, inzibati orqan tərəfindən təyin edilmiş müddətlərin uzadılmasını nəzərdə tutur.
51. Bununla yanaşı, məhkəmə kollegiyası İPM-in 96.7-ci maddəsinin tələbinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 49-cu maddəsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə tətbiqini şikayətin təmin olunmasının və apellyasiya i nstansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, qeyd olunan normaya istinad nəticəyə təsir etmir və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticəni əsaslı hesab edir.
52. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi qərarında gəldiyi nəticənin hüquqi əsası kimi “İnzibati icraat haqqında” Qanunun 50-ci maddəsinə də istinad etmişdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, inzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
53. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanun təkcə inzibati orqan tərəfindən təyin edilmiş müddətlərin uzadılmasını deyil, həm də qanunla müəyyən edilmiş müd dətin bərpasını da nəzərdə tutur. Başqa sözlə, inzibati orqan maraqlı şəxsin müraciətinə baxarkən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa etmək səlahiyyətinə malikdir. Həm də bu səlahiyyət istinad edilən normada imperativ olaraq inzibati orqanın vəzifəsi kimi təsbit olunmuşdur (...buraxılmış müddəti bərpa edir.).
54. Buna görə də, şikayətin “vergi orqanı tərəfindən müddətlərin bərpa edilməsi və ya hər hansı hissədə araşdırması kimi vəzifəsi qoyula bilməz....hal-hazırkı məsələdə ümumiyyətlə inzibati icraat haqqında qanunun tətbiq edilməsi düzgün hesab edilməməlidir” məzmunda dəlili əsaslı hesab edilə bilməz.
55. Eyni ilə, cavabdehin şikayətində “Sözügedən qaydalara əsasən ödənilmiş ƏDVnin 30 faizi nin qaytarılması ilə bağlı müəyyən olunmuş 90 günlük müddət qətidir və həmin müddətin qısaldılması və ya uzadılması ilə bağlı hər hansı şərt və hal nəzərdə tutulmamışdır.” məzmunda dəlili də əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nda müəyyən edilmiş müddətin qəti olduğuna və həmin müddətin bərpasına yol verilmədiyinə dair müddəa nəzərdə tutulmamışdır.
56. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayət in dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
57. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-779/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.