Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-856/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdehin nümayəndəsi x2, Cavabdehin vəkili Əhməd İsmayıl Əhməd oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan x1-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 noyabr tarixli 2-1(103)-2686/2018 nömrəli qəra rdadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Cavabdeh ləğv prosesində olan x1-də növbədənkənar yoxlama keçirmiş, yoxlamanın nəticəsi kimi 2017-ci il 13 iyul tarixli akt tərtib olunmuş və həmin akta əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması barədə 2017-ci il 14 iyul tarixli **********102493 nömrəli qərar qəbul edilmişdir. İddiaçı 2018-ci il 18 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2017-ci il 13 iyul tarixli, **********076109 nömrəli səyyar vergi yoxlama aktına əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 2017-c i il 14 iyul tarixli **********102493 nömrəli qərarının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv olunmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək həmin ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisələndirilən aktı iddiaçıya 2017-ci il 14 iyul tarixdə təqdim edilmişdir. Qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin axımı həmin tarixdən başlamış və 2017-ci il 12 avqust tarixdə bitməlidir. Lakin 12 və 13 avqust qeyri iş günlərinə təsadüf etdiyindən, göstərilən müddət 2017-ci il 14 avqust tarixdə bitmişdir. Prosessual müddətin buraxılmasına səbəb bankın ləğvetmə prosesi ilə bağlı olmuşdur. Bank məhkəmənin qərarı ilə müflis elan edilmiş və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Mühasibat və hüquqi sənədlərin bankın keçmiş inzibatçılarından qəbul edilməsi və həmin sənədlərin öyrənilməsi uzun müddət vaxt tələb etmişdir. İddia ərizəsində göstərilmiş faktlar vergi orqanına təqdim edilmiş və vergi orqanı həmin sənədlərin öyrənilməsi üçün vaxt tələb etmişdir. Göstərilən hal üzrə cavabdehin rəhbər şəxsləri ilə dəfələrlə ləğvedicinin əməkdaşları görüşmüşlər. Cavabdeh dəfələrlə həmin sənədlərin öyrənildiyini və mübahisəli inzibati aktın ləğv olunacağını bildirmişdir. Lakin həmin akt ləğv olunmamışdır. İddiaçının rəhbərliyində dəyişiklik olunmuşdur. Ölkə üzrə ləğvetmə prosesində olan bankların idarəetməsi iddiaçı tərəfindən icra edildiyi üçün rəhbərliyin dəyişməsi vaxtı 12 bank ləğvetmə prosesində olduğundan, təhvil-təslim prosesi və sənədlərin araşdırılması üçün müəyyən vaxt tələb olunduğundan, aktın ləğvi tələbi ilə məhkəməyə müraciət üzrə müddət buraxılmışdır. Ona görə də bu hal məhkəmə tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün əsasdır. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək iddia müddətinin ötürülməsi səbəbindən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 sentyabr tarixli 2-1(81)3525/2018 nömrəli qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmiş, cavabdehin vəsatəti təmin olunmuş, iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan a pellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 noyabr tarixli 2-1(103)-2686/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı müddətin buraxılmasına səbəb olmuş halları əsaslandıra bilməmişdir. Məhkəmənin qərardadı iddiaçıya 2018-ci il 14 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2018-ci il 24 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin ə sasını buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizədə göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstər ilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin materiallarına görə cavabdehin 2017-ci il 14 iyul tarixli qərarının surəti iddiaçıya 2017-ci il 14 iyul tarixində təqdim edilmişdir. İddiaçı 2017-ci il 14 iyul tarixli qərarın ləğvi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 2018-ci il 18 iyul tarixdə, yəni 1 ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses işti rakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Normanın məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Mübahisələndirilən qərarın təqdim edildiyi tarixdən iddiaçının sərəncamında 30 gün sərbəst prosessual müddət olmuş, lakin həmin müddətdən iddiaçı istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi hallara gəldikdə, iddiaçının həmin hallarla bağlı irəli sürdüyü dəlillər müddətin buraxılmasında onun təqsirini aradan qaldırmır. Digər tərəfdən, iddiaçı istinad edilən halların qanunla müəyyən edilmiş 30 günlük m üddətdə mövcud olduğunu (baş verdiyini) və bu halların iddiaçının şikayət vermək imkanını mümkünsüz etdiyini əsaslandıra bilməmişdir. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 noyabr tarixli 2-1(103)-2686/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-856/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-856/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver