Məhkəmə qərarları › İş №2-1(102)-856/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-856/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-856/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Zamiq Hüseynovun iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2942/19 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarın dan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1971-ci il tarixdə Vardenis rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı cavabdehin imtinasını qanunsuz hesab edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1992-ci ildən torp aqlar uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissədə qulluq etmişdir. Laçın, Füzuli, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Hal-hazırda iddiaçı müharibə veteranı vəsiqəsi almaq istəyir. Bunun üçün o müvafiq sənədləri toplayıb cavabdehə müraciət etmişdir. Cavabdeh imtina məktubu ilə bildirilmişdir ki, xidməti təsdiq edən sənədlər (hərbi hissəyə daxil və xaric olması barədə) olmadığı üçün ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Hesab edir ki, cavabdehin cavabı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının topladığı bütün sənədlərdə məlumatlar öz əksini tapıb və möhürlə təsdiqlənmişdi. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2961/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə idd ia tələbinin təmin edilməsi, İddiaçı Valeh oğluna “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2942/19 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, X1 Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilm əsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsinin əsaslandırması qanunsuzdur. Belə ki, iddiaçı 1992-ci ildən torpaqlar uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissədə qulluq etmişdir. Laçın, Füzuli, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Hal-hazırda iddiaçı müharibə veteranı vəsiqəsi almaq istəyir. Bunun üçün o müvafiq sənədləri toplayıb cavabdehə müraciət etmişdir. Cavabdeh imtina məktubu ilə bildirilmişdir ki, xidməti təsdiq edən sənədlər (hərbi hissəyə daxil və xaric olması barədə) olmadığı üçün ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Hesab edir ki, cavabdehin cavabı qanunsuz və əsassızdır.Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-2942/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Z.Hüseynov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edi lməsini, iddia tələbinin təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Z.Hüseynovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə ola n qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kas asiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiyası məhkəməsinin əsaslandırması qanunsuzdur. Belə ki, iddiaçı 1992-ci ildən torpaqlar uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissədə qulluq etmişdir. Laçın, Füzuli, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Hal-hazırda iddiaçı müharibə veteranı vəsiqəsi almaq istəyir. Bunun üçün o müvafiq sənədləri toplayıb cavabdehə müraciət etmişdir. Cavabdeh imtina məktubu ilə bildirilmişdir ki, xidməti təsdiq edən sənədlər (hərbi hissəyə daxil və xaric o lması barədə) olmadığı üçün ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Hesab edir ki, cavabdehin cavabı qanunsuz və əsassızdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriy alarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yambəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazir liyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığ ının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən bu Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və biriəşmələrinin tərkibində döyüşmüş şəxsiər istisna olmaqlä) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Re spublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı ona müharibə veteranı statusu verilməsini tələbini onunla əsaslandırır ki, 1992-ci ildən N saylı hərbi hissənin tərkibində Laçın, Füzuli və Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir, lakin, arxiv arayışı və iddiaçının hərbi biletinin surəti və iş üzrə digər sənədlərlə ona müharibə veteranı adının verilməsini zəruri edən faktların tam həcmdə mövcudluğu sübuta yetirilmir. Belə ki, Nazirlər Kabinetinin qeyd edilən Əsasnaməsinin 1-ci hissəsinin bəndinin 1ci bəndinin tələblərindən göründüyü kimi, Mübafiə Nazirliyinin h ərbi hissələri və hərbi idarəetmə orqanları tərəfindən verilən arayışlar və hərbi biletində qeyd olunan məlumatlar - hərbi hissələrin nizami hissə üzrə əmrləri və arxiv arayışları ilə təsdiq olunduğu halda həqiqiliyi qəbul oluna bilər. Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən iddiaçıya verilmiş Mərkəzi Arxivinin xx.xx.2010-cu il tarixli 9/2-7230 №-li arxiv arayışında qeyd edilmişdir ki, «...İddiaçı 850/706) №-li hərbihissə komandirinin xx.xx.1992-ci il tarixli 38 №-li əmri ilə (əsas: səh.§5, sıra 35) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 184 №-li əmri ilə (əsası səh. 2, §2, sıra 1) xx.xx.1993-xx.xx.1993-cü il tarixli 5 (beş) günlük qısamüddətli məzuniyyətə göndərimişdir....N №-li hərbi hissə komand irinin avqust N-cı il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.» Göründüyü kimi, iddiaçının N №-li hərbi hissənin şəxsi heyətində xidməti barədə məlumatlar aşkar olsa da, onun 1993-cü ilin iyul ayından sonrakı illərdə, o cümlədən N-cı ildə il tarixli nizami hərbi hissə üzrə əmrlərdə, qeydiyyat kitablarında onun xidməti barədə məlumat mövcud deyil. Halbuki, iddiaçının xx.xx.N-cı il tarixdə verilmiş hərbi biletinin surətində xx.xx.1992-ci il tarixli əmrlə onun hərbi hissəyə daxil edildiyi və hərbi hissənin xx.xx.N-cı il tarixli əmrinə əsasən isə ehtiyata buraxıldığı qeyd olunur. İddiaçı hərbi hissəyə daxil olduğu ilkin dövrdə, yəni ölkədə qeyri-sabit hökm sürdüyü və müharibə şəraiti mö vcud olduğu bir dövrdə hərbi xidməti barədə nizami hərbi xidmət keçmə qaydalarına müvfaviq olaraq qulluq etdiyi hərbi hissədə müvafiq qeydiyyat aparıldığı halda, 1994-cü ilin mayından sonra, yəni «atəşkəs» dövrü başlandıqdan sonra onun sonrakı xidməti barədə qeydiyyat aparılmamışdır. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının döyüşlərdə iştirakı və N-cı il tarixdə tərxis olunması barədə hərbi biletinə daxil edilən həmin qeydlər mötəbər qəbul edilməz. İddiaçının xx.xx.1993-cü il tarixdən həmin hərbi hissənin tərkibində qulluq etməsi ilə bağlı N saylı hərbi hissənin xx.xx.1994-cü il tarixli M/527 saylı kserosurət arayışına gəldikdə isə onun nə hərbi btietində, nə də tədqiq olunan arxiv arayışında belə məlumatları əks etdirən qeydlər təsbit olunmadığı halda, h əmin həmin arayışda göstərilən məlumatın da həqiqiliyi qəbuledilməzdir. N saylı hərbi hissənin xx.xx.N-cı il tarixli kserosurət arayışına qəldikdə isə həmin arayış iddiaçıya qeydiyyata düşməsi məqsədilə verilsə də, onun hərbi biletinin «uçot» bölməsində N-cı ildə hərbi qeydiyyata durması barədə qeyd mövcud deyil. Həmin bölmədə onun xx.xx.1991-ci ildə Sabunçu RHK-da qeydiyyata qəbul olunduğu xx.xx.1998-ci il tarixdə qeydiyyatdan çıxdığı və xx.xx.2014-cü il tarixdə yenidən qeydiyyata düşdüyü müşahidə olunur. İddiaçının işə əlavə olunmuş Veteranlar Birliyi tərəfindən ona verilmiş 31.X.96-cı il tarixli 98№-li kserosurət vəsiqə ilə bağlı isə qeyd edilməlidir ki, həmin vəsiqə «Veteranlar haqqında» Qanununa və Nazirlər Kabinetinin təsdiq etdiyi qeyd olunan Əsasnaməsinə uyğun verilmədiyindən hüquq müəyyənedici sənəd kimi qiymətləndirilməsi və onda təsbit olunan məlumatlar mötəbəriyi istisna olunur. Göründüyü kimi, iddiaçının N-cı ildə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikasının Prezidentinin 433 №-li «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Fərmanı xx.xx.N-cı il tarixdə qəbul olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli 4 №-li əmri ilə təsdiq olunmuş «Müharibə veteranı» «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi Qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndində nəzərdə tutulurdu ki, «müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatl arı aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Göründüyü kimi, vetaran adı və vəsiqəsinin verilməsini zəruri edən şərtlər - arxiv arayışlarında və nizami hissə üzrə əmrlərində hərbi qulluqçu barədə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmasına dair mötəbər məlumatın mövcud olmasıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək həmin faktı subut edən heç bir subut işə əlavə edilmədiyini müəyyən etmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya in stansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli,2-1(103)-2942/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar