Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-856/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasını n təyin edilməsi və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-407/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1973dən kolxoza üzv qəbul edilmiş, kolxoz sovxoza çevrildiyi üçün xx.xx.1977-ci il tarixdən sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1978-xx.xx.1983-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, xx.xx.1983-xx.xx.2001-ci illərdə “Cavanşir” adına sovxo zda işləmişdir.
3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 12 aprel 2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir.
4. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən xx.xx.1977-ci il tarixli əmək kitabçasına və diploma əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil dövrü nəzərə alınmaqla) 22 il 11 ay 2 gün təşkil edir. Həmçinin xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında qeyd edilmiş xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək Cavanşir adına kolxozda əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. İsmayıllı rayon Dövlət Arxivini n xx.xx.2022-ci il tarixli 33 saylı məktubuna əsasən Cavanşir adına kolxozun 1950-1975-ci illər üzrə əmək haqqının hesablaşma kitablarında adı aşkarlanmamışdır. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cava bdehə qarşı 12 may 2022-ci il tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1956-cı il təvəllüddür. Onun cavabdehə rəsmi müraciətindən sonra təqdim etdiyi sənədlərə əsasən yaşa görə əmək pensiyası deyil, sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəb göstərilərək ona yaşa görə sosial pensiya təyin edilmişdir. Bu təyinatla razılaşmır və hesab edirəm ki, pensiya hüququ ciddi şəkildə pozulmuşdur. Belə ki, cavabdeh təşkilatın yaşa görə əmək pensiyası təyin edilməsindən imtinasında qeyd edildiyi kimi onun xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 22 il 11 ay 2 gün deyil, 30 ildən çox, yəni 30 il 2 ay 17 gün təşkil edir. Belə ki, 1973-cü ildə İsmayıllı rayon Təzəkənd kənd orta məktəbini bitirdikdən sonra Cavanşir adına kolxozun 1 oktyabr 1973-cü il tarixli qərarı ilə kolxoza üzv qəbul olunmuş və həqiqi hərbi xidmətə gedənədək kolxozun fermasında malabaxan işləmişdir. 1974-cü ilin dekabr ayının 3-də İsmayıllı rayon keçmiş hərbi komissarlığı tərəfindən keçmiş sovet ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. 1975-ci ildə Cavanşir adına kolxoz eyni adlı sovxoza çevrilmiş və hərbi xidməti başa vurduqdan sonra yenidən İsmayıllı ray on Təzəkənd kənd Cavanşir adına sovxoza işə qayıtmış, sovxozun 8 yanvar 1977-ci il tarixli 314 saylı əmri ilə işə qəbul olunmuş, malabaxan kimi əmək fəaliyyətini davam etdirmişdir. Sovxozun göndərişinə əsasən sovxozun öz vəsaiti hesabına Azərbaycan Respublikası Gəncə X1 hazırlıq kursuna göndərilmiş, institutun 30 noyabr 1977-ci il tarixli 698 saylı əmri ilə əyani hazırlıq kursuna dinləyici, kursu bitirdikdən sonra həmin institutun 26 iyul 1978-ci il tarixli 495 saylı əmri ilə institutun 1-ci kursuna qəbul olunmuş, təhsili başa vurmağı ilə əlaqədar institutun 15 aprel 1983-cü il tarixli 279 saylı əmri ilə institutdan xaric olunmuş, ona tərəvəzçilik və üzümçülük üzrə alim aqronom ixtisası üzrə ali təhsil diplomu verilmişdir. İnstitutu bitirdikdən sonra institutun hərbi kafedrasının göndərişi nə əsasən 11 aprel 1983-cü ildən 9 iyun 1983-cü ilədək hərbi təlimdə olmuş və təlimdən sonra ona kiçik leytenant hərbi rütbəsi verilərək zabit kimi ehtiyata buraxılmışdır. İsmayıllı rayon Cavanşir adına sovxozun 12 oktyabr 1983-cü il tarixli 97 saylı əmri ilə aqronom vəzifəsinə təyin edilmiş, həmin vaxtdan fasiləsiz olaraq 17 aprel 2001-ci il tarixədək, yəni ölkədə aparılan məlum islahatlarla əlaqədar sovxozda da islahatlar aparılıb başa çatdığına və təsərrüfatın fəaliyyəti ləğv edildiyinə görə əmək fəaliyyətimə xitam verilmiş, yəni işdən azad olunmuşam. Bütün bu dövrlərdə rəsmi əmək haqqı almış və əmək haqqından sosial sığortaya pul ödənilmişdir. Ondan sonra heç yerdə işləməmiş, beləliklə də, 30 il 2 ay 17 gün sosial sığorta stajı vardır. Cavabdehin etirazları:
7. Cavabdehin yazılı etiraz ının dəlilləri onun iddiaçıya ünvanladığı 12 aprel 2022-ci il tarixli imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin 23.9.2022-ci il tarixli, 2-1(116)-1361/2022 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmasa da, hərbi xidmət (2 il), təhsil (4 il 8 ay 20 gün) və əmək fəaliyyəti (21 il 8 ay 9 gün) müddətləri nəzərə alındıqda, onun ümumi sosial sığorta stajı 28 il 5 ay olmaqla, tələb olunan 25 ildən çoxdur.
10. İsmayıllı rayon “Cavanşir” adına kolxozda iddiaçının əmək fəaliyyəti müddətinə gəldikdə isə müəyyən edilir ki, iddiaçı əmək fəaliyyətinə başlayarkən sözügedən təsisat kolxoz olsa da, xx.xx.1976-cı ildən sonra kolxoz sovxoza çevrilmiş və iddiaçı, fəhlə olaraq əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının “Cavanşir” adına kolxozda işlədiyi müddət ərzində yerinə yetirdiyi əmək günlərinin və minimum adam günlərinin miqdarı bəlli olmasa da, iddiaçının əmək fəaliyyətini işdə olan əmək kitabçası sübuta yetirdiyindən, qeyd olunan dövr ərzində iddiaçının minimum adam günü normasından az işləməsi, ümumiyyətlə əmək günlərinin yetərli olmaması ilə bağlı sübutu cavabdeh orqan təqdim etməlidir. Yəni, cavabdeh orqan həmin müddətin əmə k stajına hesablanmalı olmadığını bildirirsə, əmək kitabçasındakı qeydlərin mötəbərliyi ilə razılaşmadığını əsaslandırmalı və buna dair sübutlar təqdim etməlidir. İşin hallarından göründüyü kimi, cavabdeh orqan tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
11. İsmayıllı rayon Dövlət Arxivinin, “Cavanşir” adına kolxozun 1950-1975-ci illər üzrə əmək haqqının hesablaşma kitablarında iddiaçının adının qeyd olunmaması ilə bağlı qeydlərinə münasibətdə isə məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq qeydiyyatın aparılması və saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, onun ziyanına şərh edilə bilməz.
12. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hətta “Cavanşir” adına kolxozun xx.xx. 1976-cı ildə sovxoza çevrildiyi vaxtadək olan dövr nəzərə alınmasa belə, yenə də iddiaçının 25 il 5 ay olmaqla əmək stajı yaranacaqdır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-407/2022 nömrəli qərarı (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) ilə Şəki İnzibati Məhkəməsinin 23.9.2022-ci il tarixli, 21(116)-1361/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə ra zılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və inzibati işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə yazılı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə müvafiq olaraq iddiaçının mübahisələndirilən sosial sığorta stajına dair müvafiq təsdiqedici sübutlar müəyyən edilmədiyi üçün həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. Buna görə də iddiaçının sosial sığorta stajı 25 ildən az olduğun dan ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti də əsassız olaraq təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(107)-407/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qe ydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmü şdür). Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesab lanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 22. “İnzibati icraat haqqında” Azər baycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul ed ir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhk əməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
27. İddiaçının xx xxxx 1956-cı ildə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 11 iyun 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.
28. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
29. Cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilinə görə, iddiaçının əmək kitabçasına və diplomuna əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil dövrü nəzərə alınmaqla) 22 il 11 ay 2 gün təşkil edir. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək Cavanşir adına kolxozda olan əmək fəaliyyəti dövrünü mübahisələndirərək həmin kolxozun 1950-1975-ci illər üzrə əmək haqqının hesablaşma kitablarında iddiaçının adının aşkarlanmadığını qeyd edir.
30. Məhkəmə kollegiyası cavabdehin imtinasını və şikayətinin dəlillərini əsassız hesab edərək göstərir ki, iddiaçının hərbi xidmət dövrü, təhsil dövrü və əmək k itabçasında qeyd edilən iş dövrləri nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 11 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
31. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınm ası üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
32. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.
33. Hazırkı işdə də iddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır.
34. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
35. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
36. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-407/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.