Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-856/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçının hüquqi varisi X19 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın qismən etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçının hüquqi varisi X19 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: X21 və X22) “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-88/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qərarından üçüncü şəxsl ər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSRİ Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X23 bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən verilmiş orderə görə, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi X20 ayrılmışdır. Order 177 saylı BTK-nın sədri tərəfindən xx.xx.1990-cı il tarixdə imzalanmışdır. X24 23 dekabr 2005ci il tarixdə vəfat etmişdir.
2. Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 12 mart 2018-ci il tarixli, 148 saylı məktubdan görünür ki, X11 miras qal mış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat kontoruna X26 və İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X14 xx.xx.2005-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsələri X26 və İddiaçı ərizələri əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 3144 saylı bağ sahəsində olan 0,12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş olunmuşdur.
3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən X15 verilmiş 36/1635 saylı, xx.xx.2013-cü il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2004-cü ilə dair sərəncamlar kitabında X4 və İ stismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında“ xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncam vardır. “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X4 və İstismarı Birliyinin 29 dekabr 2004-cü il tarixli, 92 saylı Protokolu təsdiq edilmişdir. 29 dekabr 2004-cü il tarixli, 92 saylı protokoldan görünür ki, “Vətəndaşların rəsmi notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamının 2.42-ci bəndinə əsasən X7 Ləhiş ərazisində bağ sahəsi ayrılmışdır.
4. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X4 Departamenti ilə X9 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilədən görünür ki, Birlik tərəfindən Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha 3144 saylı bağ sahəsi xx.xx.2015-ci ilədək T.Kazımovanın istifadəsinə verilmişdir.
5. Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 2014-cü il tarixli məktubdan görünür ki, X5 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə notariat kontoruna X22 tərəfindən müraciət olunmuşdur. T.Kazımovanın xx.xx.2004-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə S.Sultanovanın ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3144 saylı bağ sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X6 adına qeydiyyata alınm ışdır.
7. Bakı şəhər 5 saylı notariat kontoru tərəfindən 14 mart 2014-cü il tarixdə verilmiş 2V1- 64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 dekabr 2004-cü ildə vəfat etmiş X6 vərəsəsi qızı X16r və miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan ünvanında yerləşən 0,116456 ha torpaq sahəsindən ibarətdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarix də daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X12 adına qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X13 adına qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən xx.xx.2 021-ci il tarixli, 05/2-3491/13 saylı məktubla məhkəməyə təqdim edilmiş 1071 saylı, 24 avqust 2005-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X9 13 dekabr 2004-cü il tarixdə vəfat etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və İstismarı Birliyinin 29 dekabr 2004-cü il tarixli 92 nömrəli protokolunun, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 319 saylı sərəncamının X6 adına Ləhiş bağlar sahəsindən bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinin, X4 və İstismarı Birliyi ilə vətəndaş X9 arasında 11 yanvar 2005-ci il tarixdə Ləhiş ərazisindəki 3144 saylı bağ sahəsinə dair bağlanmış 33877 saylı müqavilənin ləğv edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı daha sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X6 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyinin verdiyi 30 noyabr 1990-cı il tarixli orderə əsasən Ləhiş bağlar sahəsindən 177 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ iddiaçının X8nın istifadəsinə verilmişdir. X8 23 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. Bağ sahəsini dəmir setka ilə çəpərləmiş və orada müxtəlif meyvə ağacları əkmişlər. Mütəmadi olaraq bağ sahəsindən istifadə edərək həmin meyvə ağaclarının məhsullarından bəhrələnmişlər. Anasının vəfatından sonra bağ sahəsinə ancaq yay ayları gedə bilmişlər. Təxminən 2012-ci il tarixdə bağ sahəsinə gedərkən görmüşdür ki, bağın bir tərəfi qazılıb və orada hasar çəkilməsi üçün hazırlıq işləri görülüb. Bunu kimin etdiyini öyrənmək istəsə də, bütün yayı orada heç kimi görə bilməmiş və heç bir məlumat əldə edə bilməmişdir. Sonrakı illərdə də heç nə baş verməmişdir. 2018-ci ilin aprel ayında o, bağ torpaq sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu ilə onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmişdir.
14. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2-1(82)-3451/2018 saylı qərardadı ilə iddia ərizəsi mümkünsüz sayılaraq, ona bildirilmişdir ki, ilk növbədə miras əmlakın - Bakı şəhəri, Ləhiş bağlar sahəsi, 177 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsinin xx.xx.2005-ci ildə vəfat etmiş X20 məxsus olması haqqında arayışın verilməsi barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli dir. O, yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin İdarənin xx.xx.2019-cu il tarixli **********62 saylı imtina məktubunu 04 fevral 2019-cu il tarixdə almışdır. Həmin imtinada göstərilir ki, 177 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3144 nömrəli bağ sahəsinin ayrılmasına dair X17 adına order İdarənin arxivində mövcuddur. Məlumat üçün bildirilmişdir ki, vətəndaşın Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 3144 nömrəli bağ sahəsi üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdar əsinə müraciətində göstərilən sahənin digər fiziki şəxsin adına qeydiyyata alınması barədə **********25 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla cavab verilmişdir. Belə ki, imtina məktubundan görünür ki, həmin bağ sahəsinə mərhum X17 adına order İdarənin arxivində mövcuddur. Lakin idarə arayış verməkdən imtina etmişdir. Ona görə də mərhum X17 vərəsəsi kimi o, yenidən məhkəməyə müraciət etmişdir. 15. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sərəncamına cavab olaraq məhkəməyə sənədlər təqdim olunmuşdur. Həmin sənədlərə əsasən məhkəmədə bildirilmişdir ki, onun iddiasına iddia icraatı qaydasında baxılmalıdır. 2019-cu ilin may ayında o, iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və sənədləri geri götürmüşdür. Səhhətində olan problemlə bağlı məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İnzibati-İqtisadi Məhkəməsinin sərəncamına əsasən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onun X8na Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi tərəfindən 30 noyabr 1990-cı il tarixli orderlə Ləhiş bağlar sahəsindən 177 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi verilməsinə baxmayaraq, X4 və İstismarı Birliyi 11 yanvar 2005-ci il tarixdə həmin bağ sahəsinə dair vətəndaş X9 ilə 33877 saylı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında xx.xx.2013- cü il tarixdə Torpaq sahəsinin kadastr planı alınmış və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhəri 5 saylı Notariat Kontorunun 17 yanvar 2014-cü il tarixli, 52 saylı məktub undan görünür ki, X9 xx.xx.2004-cii il tarixdə vəfat etmişdir. Belə olan halda X9 11 yanvar 2005-ci il tarixdə X4 və İstismarı Birliyi ilə necə müqavilə bağlaya bilərdi? Müqavilənin saxta olması heç bir şübhə doğurmur. Belə ki, X6 ölümündən sonra X4 və İstismarı Birliyi 29 dekabr 2004-cü il tarixli 92 saylı protokolunu təsdiq edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edir və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-ci il tarixli 319 saylı Sərəncamının 2.42-ci bəndi ilə həmin tarixə kimi vəfat etmiş və onunla müqavilə olmadan iddiaçının anasına məxsus olan bağ sahəsinə dair iclas protokolu təsdiq edilir. Bundan sonra, 14 mart 2014-cü il tarixdə onun qızı həmin bağ torpaq sahəsinə öz adına vərəsə kimi Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadə tnamə əsasında onun adına xx.xx.2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bütün göstərilən sənədlər verilərkən heç kim müqavilənin 11 yanvar 2005-ci il tarixdə bağlanmasını nəzərə almamış və yaxud da nəzərə almaq istəməmişlər. Mərhum X8nın vərəsəsi kimi onun həmin bağ sahəsinə istifadə hüququ vardır. 3144 saylı bağ sahəsi anasının istifadəsinə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/374 saylı qərarına əsasən, yəni bunu etməyə vəkil edilmiş dövlət orqanının qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK-nın nəzdində verilmişdir. Hesab edir ki, bağ sahəsinə dair X8nın adına verilmiş orderin qüvvədə olması onu göstərir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X6 adına bağlanmış müqavilə onun ölüm ündən sonra bağlandığından qanuni hesab edilə bilməz.
16. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə X21 və X22 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3847/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X6 adına Ləhiş bağlar sahəsində bağ sahəsinin ayrılması barədə 2.42-ci bəndinin etibarsız hesab edilməsi qərara alınmışdır.
18. Məhkəmə qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X6 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi həmin bağ sahəsinin Xalsa Yaqubovaya ayrılması barədə Bakı şəhər i craiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarı qüvvədə olduğu halda, həmçinin sərəncam verilənədək artıq ölmüş şəxs barəsində verildiyindən hüquqi cəhətdən etibarlı sayıla bilməz. İnzibati akt ölmüş şəxs barəsində verildiyindən o, icrası mümkün olmayan inzibati akt olmuşdur və həmin inzibati aktın etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir.
19. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. İş üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etdiyinə görə Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə hüquqi varisi (oğlu) X27 ilə əvəz edilmişdir.
21. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-88/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Üçüncü şəxslər həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Üçüncü şəxslərin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati icraat haqqında” Qanunun 64.1-ci və67.1-ci maddələrinin tələbləri düzgün tətbiq edilmədiyi üçün Mülki Məcəllənin178.1-ci maddəsinin tələbləri pozulmuşdur.
25. Belə ki, apellyasiya instansiya məhkəməsi mübahisəli qərarında maddi hüquq norması kimi yalnız xx.xx.2005-ci il tarixdə qəbul olunmuş “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrinə istinad etmişdir. Göründüyü kimi hazırkı mübahisə predmetini – Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319saylı sərəncamı təşkil edir ki, həmin sərəncam qəbul olunarkən “İnzibati icraat haqqında” Qanun mövcud deyildir.
26. Beləliklə, apellyasiya instansiya məhkəməsi mübahisəli qərarını qəbul edərkən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004- cü il tarixli, 319 saylı sərəncamının etibarsızlığına dəlalət edən hər hansı maddi hüquq nor masına istinad etmədən 3-cü şəxs X2 13-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan mülkiyyət hüququnun toxunulmazlığına müdaxilə edərək, Mülki Məcəllənin 178.1-ci maddəsi ilə əldə etdiyi mülkiyyət hüququnu şübhə altına alaraq, onu qanuni yolla əldə etdiyi mülkiyyət hüququndan faktiki olaraq məhrum etmişdir.
27. Apellyasiya instansiya məhkəməsi mübahisəli qərarı qəbul edərkən 3-cü şəxs Saleh Əfəndiyevə münasibətdə onun vicdanlı əldə edən olması məsələsinə diqqət yetirməmiş və nəticədə Saleh Əfəndiyevin konstitusion hüququ olan – mülkiyyət hüququna müdaxilə baş vermişdir.
28. Saleh Əfəndiyevin mübahisəli bağ sahəsini alarkən onun nə Bakı şəhər İcraiyyə Komitəsininxx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarından, nə də ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 319 saylı,xx.xx.2004-cü il tarixli sərəncamından xəbəri olmamışdır. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, Saleh Əfəndiyev mübahisəli bağ sahəsini əldə edərkən tam qanuni şəkildə əldə etmiş, əldə etmədə hər hansı bir qanuni pozuntu baş verməmişdir.
29. Səidə Sultanova ilə Saleh Əfəndiyev arasında torpaq sahəsinə dair xx.xx.2014cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sonuncu xx.xx.2014-cü il tarixində torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış almışdır. Bu baxımdan işə baxan məhkəmələr tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamı etibarsız hesab edilməsi tələbi təmin edilməklə Saleh Əfəndiyevin vicdanlı alıcı olması nəzərdən yayınmış, nəticədə onun xeyrinə reyestrdəki qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası diq qətdən kənar qalmışdır.
30. İddiaçının hazırda mübahisələndirilən - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamından 04 fevral 2019-cu il tarixdə məlumatı olmuşdur. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən həm İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan 30 gün müddəti, həm də Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.
31. İlk olaraq apellyasiya instansiya məhkəməsi, iş üzrə olduqca zəruri əhəmiyyətə malik olan – Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli Sərəncamının mövcudluğuna toxunmamışdır. Halbuki, iddiaçı tərəfind ən mübahisələndirilən – Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamı məhz Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli Sərəncamı əsasında verilmişdir.
32. İkincisi, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfə üçün əlverişli olan - Bakı şəhər İcraiyyə Komitəsininxx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarının qüvvədə olubolmaması məsələsini araşdırmamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi Xalsa Yaqubova ilə bağlı mövcud olan - Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374saylı qərarının, o cümlədən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyinin verdiyi30 noyabr1990-cı il tarixli orderin Xalsa Yaqubovanın ölümündən sonra (xx.xx.2005-ci ildən) hər hansı bir hüquqi qüvvəyə ma lik olub-olmaması məsələsinə də münasibət bildirməmişdir.
34. Apellyasiya instansiya məhkəməsi, Tamara Kazımovanın xx.xx.2004-cü il tarixdə vəfat etməsini və onun vəfatından sonra xx.xx.2005-ci il tarixdə bağ sahəsinin istifadəyə verilməsi müqavilə bağlanması məsələsinə toxunsa da, sözügedən müqavilənin nə zaman tərtib olunması, nə zaman və kim tərəfindən imzalanması, ümumiyyətlə Tamara Kazımovanın vərəsələrinin belə bir səlahiyyətə malik olması məsələsinə aydınlıq gətirməmiş, bununla bağlı hər hansı bir münasibət bildirməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1.5. Faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
37. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məlum olduğu kimi, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və İstismarı Birliyinin 29 dekabr 2004-cü il tarixli 92 nömrəli protokolunun, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 319 saylı sərəncamının X6 adına Ləhiş bağlar sahəsindən bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinin, X4 və İstismarı Birliyi ilə vətəndaş X9 arasında 11 yanvar 2005-ci il tarixdə Ləhiş ərazisindəki 3144 saylı bağ sahəsinə dair bağlanmış 33877 saylı müqavilənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Bakı İnzibati M əhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə X21 və X22 3cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər.
42. İddiaçı daha sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X6 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
43. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-384/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncam ının X6 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi etibarsız hesab edilmişdir.
44. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-88/2023 nömrəli qərarı ilə üçüncü şəxslər X13 və X12 apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-3847/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
45. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası həmin nəticəyə gələrkən belə hesab etmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X6 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi həmin bağ sahəsinin Xalsa Yaqubovaya ayrılması barədə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/3 74 saylı qərarı qüvvədə olduğu halda, həmçinin sərəncam verilənədək artıq ölmüş şəxs barəsində verildiyindən hüquqi cəhətdən etibarlı sayıla bilməz. İnzibati akt ölmüş şəxs barəsində verildiyindən o, icrası mümkün olmayan inzibati akt olmuşdur və həmin inzibati aktın etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsaslıdır.”
46. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X23 bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən verilmiş orderə və Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi xx.xx.1990- cı il tarixdə X20 ayrılmışdır. Həmin bağ sahəsinin sonuncuya ayrılmasına baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 319 saylı, xx.xx.2004-cü il tarixli sərəncamının 2.42-ci bəndinə əsasən bağ sahəsi X7 ayrılmış və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X4 Departamenti ilə X9 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqaviləyə əsasən sözügedən bağ sahəsi Tamara Kazımovanın istifadəsinə verilmiş, sonuncunun adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir.
47. Burada məhkəmə kollegiyası onu vurğulamağı zəruri hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2004-cü ilə dair sərəncamlar kitabında X4 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında“ xx.xx.2004-cü il tarixl i, 319 saylı sərəncam vardır. “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X4 və İstismarı Birliyinin 29 dekabr 2004-cü il tarixli, 92 saylı Protokolu təsdiq edilmişdir. 29 dekabr 2004-cü il tarixli, 92 saylı protokoldan görünür ki, “Vətəndaşların rəsmi notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamının 2.42-ci bəndinə əsasən X7 Ləhiş ərazisində bağ sahəsi ayrılmışdır.
48. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nın Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X4 Departamenti ilə X9 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilədən görünür ki, Birlik tərəfindən Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha 3144 saylı bağ sahəsi xx.xx.2015-ci ilədək T.Kazımovanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli, 36676 nömrəsi ilə uçota alınmış A № 480141 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.metr sahəsi olan 3144 saylı bağ Bakı şəhər İH-nin BTİ və İB-nin xx.xx.2005-ci il tarixli, 33877 saylı müqaviləsi ilə bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı plan və ölçüsü tərtib edilmişdir. Bakı şəhəri 5 saylı notar iat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 2014-cü il tarixli məktubdan görünür ki, X5 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə notariat kontoruna X22 tərəfindən müraciət olunmuşdur. T.Kazımovanın xx.xx.2004-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə S.Sultanovanın ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3144 saylı bağ sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X6 adına qeydiyyata alınmışdır. Bakı şəhər 5 saylı notariat kontoru tərəfindən 14 mart 2014-cü il tarixdə verilmiş 2V164 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 dekabr 2004-cü ildə vəfat etmiş X6 vərəsəsi qızı X16r və miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan ünvanında yerləşən 0,116456 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X12 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması dövründə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 3144 saylı bağ sahəsinə dair arxiv qovluğundakı bütün sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********55 saylı məktub əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 33877 nömrəli müqavilə əsasında ayrılmış 3144 bağ sahəsinə və 177 nömrəli BTK nəzdində ayrılmış 3144 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba yuxarıda sadalanmış X6 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, X12 adına verilmiş RX seriyalı ****** * saylı Çıxarışların, Bakı şəhər 5 saylı notariat kontoru tərəfindən 14 mart 2014-cü il tarixdə verilmiş 2V-1-64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli, 36676 nömrəsi ilə uçota alınmış A № 480141 saylı torpaq sahəsinin plan və ölçüsünün, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X4 Departamenti ilə X9 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilənin, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən X15 verilmiş 36/1635 saylı, xx.xx.2013-cü il tarixli arxiv arayışının, həmin arayışa əlavə olunmuş xx.xx.2004-cü il tarixli, 92 saylı protokolun, Azərbaycan SSR Bakı şəhər icra iyyə komitəsinin X4 və İstismarı Birliyi tərəfindən Ləhiş bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən X17 adına verilmiş orderin surətindən əlavə aşağıda qeyd olunan sənədlərin surəti əlavə edilmişdir.
49. Bununla bağlı olaraq məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, T.A.Kazımovanın xx.xx.2004-cü il tarixində vəfat etməsi işin təkzib olunmaz faktıdır.
50. Beləliklə, yuxarıda göstərilmiş sənədlər, o cümlədən X4 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli protokolunun, təsdiq edilməsi barədə cavabdehin 319 saylı sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X4 Departamenti ilə X9 arasında sözügedən bağ sahəsinə dair bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilə, Dövl ət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü və hətta Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Sabunçu rayonu Ləhiş bağ sahəsinə 3144 saylı 0,116456 ha bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə verilmiş çıxarış, artıq 10 il bundan əvvəl vəfat etmiş şəxsin, yəni T.A.Kazımovanın adınadır.
51. Başqa sözlə, bütün sadalanan sənədlər verildiyi zaman T.A.Kazımova vəfat etmiş, fiziki olaraq həyatda olmamışdır.
52. Belə olan halda bu sənədlər, o cümlədən cavabdehin xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamı qanuni sayıla bilməz.
53. Apellyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, T.A.Kazı movanın qızı X22, bütün yuxarıda sadalanan sənədlərin anası T.A.Kazımovanın adına onun artıq vəfat etdikdən sonra verildiyini bildiyi halda həmin bağ sahəsi vərəsəlik qaydasında öz adına xx.xx.2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və bu barədə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. S.Sultanova onun adına mülkiyyət hüququ əsasında qeydə alınmış bağ sahəsini AN-İ № ******* saylı, 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncunun mülkiyyət hüququ xx.xx.2014cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
54. Göründüyü kimi bağ sahəsi ilkin olaraq X20 ayrılmışdır və X.Yaqubovaya bağ sahəsinin a yrılması barədə qərar və order qüvvədə olduğu halda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X6 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinə əsasən sözügedən bağ sahəsi X7 ayrılmışdır. Buna dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti X4 Departamenti ilə X9 arasında 11 yanvar 2005-ci il tarixdə bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır, hətta ölmüş şəxsin adına bağ sahəsinə dair xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. Halbuki, yuxarıda artıq göstərildiyi kimi, X9 13 dekabr 2004-cü il tarixdə vəfat etmişdir.
55. Həmçinin, işin birinci instansiya məhkəməsində araşdırması dövründə bağ sahəsinin X.Yaqubovaya ayrılması barədə Bakı şəhər İcraiyyə Komitəsin in xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarının hazırda qüvvədə olub-olmaması barədə məlumatın verilməsi cavabdehdən tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab verilməmiş, həmin qərarın ləğv olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
56. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X4 və X23 bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən verilmiş orderdən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi X20 ayrılmışdır. Order 177 saylı BTK-nın sədri tərəfindən xx.xx.1990-cı il tarixdə imzalanmışdır.
57. İşdə ol an AZ-İ 171415 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 23 dekabr 2005-ci il tarixdə vəfat etmişdir.
58. Bununla yanaşı işdə olan Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 12 mart 2018-ci il tarixli, 148 saylı məktubdan görünür ki, X11 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat kontoruna X26 və İddiaçı tərəfindən müraciə daxil olmuşdur. X14 xx.xx.2005-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsələri X26 və İddiaçı ərizələri əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 3144 saylı bağ sahəsində olan 0,12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş olunmuşdur.
59. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X6 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi həmin bağ sahəsinin Xalsa Yaqubovaya ayrılması barədə Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarı qüvvədə olduğu halda, həmçinin sərəncam verilənədək artıq ölmüş şəxs barəsində verildiyindən hüquqi cəhətdən etibarlı sayıla bilməz. İnzibati akt ölmüş şəxs barəsində verildiyindən o, icrası mümkün olmayan inzibati akt olmuşdur və həmin inzibati aktı n etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsaslıdır.
60. Üçüncü şəxs S.Ə.Əfəndiyevin kassasiya şikayətindəki iddiaçı tərəfindən iddia müddətinin buraxılması barədə dəlili əsassızdır, belə ki, iş üzrə müəyyən olunur ki, iddiaçı mübahisələndirilən sərəncam haqqında məlumatı başqa bir işə baxılarkən əldə etmiş və dərhal (xx.xx.2021-ci il tarixdə) hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
61. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesabe edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsini 3 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslərin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-88/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.