Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-857/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-857/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətinin 9 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-40/2018 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İsmayıllı rayon X1 İcraiyyə Komitəsinin xx xx 1993-cü il tarixli, 34 nömrəli qərarı ilə xüsusi mülkiyyətinə 0,12 ha torpaq sahəsinin verildiyini və xxxx 1993-cü il tarixli aktla 0,12 ha torpaq sahəsinin ona tanıdılmaqla təhkim edildiyini, İsmayıllı rayonunda torpaq islahatı aparılan zaman 0,12 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə əvəzsiz olaraq verildiyini, həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etdiyini, sonuncu, xxxx 2017-ci il tarixli məktubla həmin torpaq sahəsinin bir hissəsi idarənin elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı örüş sahəsinə, digər hissəsi isə yol və artezian quyusunun yerləşdiyi əraziyə düşməklə yaşayış məntəqələri torpaqlarından kənarda yerləşdiyinə istinad etməklə, müraciətdən imtina etdi yini bildirərək, İsmayıllı rayon X2 İcraiyyə Komitəsinin xxxx 1993-cü il tarixli qərarına əsasən istifadəsinə verilmiş rayonun Xəlilli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İsmayıllı rayon XDS İcraiyyə Komitəsinin xxxx 1993cü il tarixli qərarına əsasən istifadəsinə verilmiş və xxxx 1993-cü il tarixli aktla təhkim edilmiş İsmayıllı rayon Xəlilli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış veril məsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, məhkəmə xərci iddiaçıya aid edilmişdir (hakim – U.Osmanov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(107)-40/2018 saylı qərarı ilə (sədrlik edən G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və E.Ş.Hüseynov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin və üçüncü şəxs İsmayıllı rayon Gəraybəyli Bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, iddiaçıdan məhkəmə-tikinti-texniki ekspertizasının xərci tutularaq 100 manat Dövlət xəzinədarlığı agentliyinin hesabına və mütəxəssis rəyinin dəyəri 60 manat Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülmüşdür. Şə ki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdeh idarənin mütəxəssisləri tərəfindən ərazidə inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar idarədə mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin bir hissəsi idarənin elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı örüş sahəsinə, digər hissəsi isə yol və artezian quyusunun yerləşdiyi əraziyə düşməklə yaşayış məntəqələri torpaqlarından kənarda yerləşir, qanunvericiliyə əsasən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün təqdim olunan ərizəyə torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti və ya bələdiyyənin qərarı, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin ayrıc aktı (planı) və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktı (xxxx 2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi) və dövlət rüsumunun ödənilməsi ba rədə qəbz əlavə edilməlidir, məhkəmə tərəfindən bu hallar nəzərə almamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka h üquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və üçüncü şəxs İsmayıllı rayon Gəraybəyli Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq olun a bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və üçüncü şəxs İsmayıllı rayon Gəraybəyli Bələdiyyəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-40/2018 saylı qərarı də yişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İsmayıllı rayon XDS-in İcraiyyə Komitəsinin xxxx 1993-cü il tarixli, 34 nömrəli qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmiş, 01 oktyabr 1993-cü il tarixli torpaq sahəsinin ayrıc aktı ilə İsmayıllı rayon XDS-in İcraiyyə Komitəsinin xxxx 1993-cü il tarixli 34 nömrəli qərarına əsasən İddiaçı ölçülərək 0,12 ha torpaq sahəsi ona tanıdılmaqla təhkim edilmiş, iddiaçı qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu, xxxx 2017-ci il tarixli məktubla həmin torpaq sahəsinin bir hissəsi İdarənin elektron baza xəritəsində k ənd təsərrüfatı təyinatlı örüş sahəsinə, digər hissəsi isə yol və artezian quyusunun yerləşdiyi əraziyə düşməklə yaşayış məntəqələri torpaqlarından kənarda yerləşdiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, İsmayıllı rayonu Xəlilli, Gəraybəyli, Eyubbəyli və Keşqurd kəndlərində yaşayan və pasport qeydiyyatında olan xxxx 1997-ci il tarixədək torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına görə İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsi verilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 9 saylı Layihə Tədqiqat İdarəsinin xxxx 2018-ci il tarixli mütəxəssis rəyinə görə kameral qaydada mərkəzin elektron bazasına və naturada aparılmış ölçü işlərinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən təqdim olunmuş sxemdə göstərilən torpaq sahəsi ilə naturada göstərdiyi torpaq sahəsi arasında uyğunsuzluq olduğundan işin araşdırılması mümkün olmamış, eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin xxx 2018-ci il tarixli, *****nömrəli ekspert rəyinə görə mülki iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 9 saylı Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İsmayıllı rayon XDS-in İcraiyyə Komitəsinin xxxx 1993-cü il tarixli 34 nömrəli qərarı ilə İddiaçı ayrılmış və onun istifadəsində olan İsmayıllı rayonu Xəlilli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin cizgilərinin xxxx 1993-cü il tarixli torpaq sahəsinin aktında göstərilən və iddiaçıya təhkim edilmiş torpaq sahəsinin cizgiləri ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçıya mübahisə predmeti olan torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilməsə də, İsmayıllı rayon XDS-in İcraiyyə Komitəsinin xxxx 1993-cü il tarixli, 34 nömrəli qərarı ilə verilmiş, habelə xxxx 1993-cü il tarixli ayrıc aktı ilə də iddiaçıya təhkim edilmiş və İsmayıllı rayonu Xəlilli, Gəraybəyli, Eyubbəyli və Keşqurd kəndlərində yaşayan və pasport qeydiyyatında olan xxxx 1997-ci il tarixədək torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında iddiaçıya verilməsi göstərilən 0,12 ha torpaq sahəsinin başqa ərazidə yerləşməsinin müəyyən edilməsi mümkün olmamış, həmin torpaq sahəsinin m übahisə predmeti olan torpaq sahəsi olması işin mübahisələndirilməyən halıdır, həmin torpaq sahəsi 1993-cü ildə iddiaçıya verilmiş, həmin vaxtdan hal-hazıradək onun nəzarətində və istifadəsindədir, torpaq sahəsinin iddiaçıya ayrılmasına, iddiaçının torpaq sahəsindən istifadə etməsinə heç bir fiziki və ya hüquqi şəxs, o cümlədən inzibati orqanlar tərəfindən etiraz edilməmiş, xxxx 1993-cü il tarixli aktla 0,12 ha torpaq sahəsi ona tanıdılmaqla təhkim edilmiş, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onun mülkiyyətinə əvəzsiz olaraq verilmiş, həmin hal İsmayıllı rayonu Xəlilli, Gəraybəyli, Eyubbəyli və Keşqurd kəndlərində yaşayan və pasport qeydiyyatında olan xxxx 1997-ci il tarixədək torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından çıxarışla öz təsdiqini tapmış, habelə həmi n torpaq sahəsinin təyinatlı örüş sahəsinə, digər hissəsinin isə yol və artezian quyusunun yerləşdiyi əraziyə düşməklə yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməsi məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilməmiş, cavabdeh inzibati orqan isə iddiaçı tərəfin təqdim etdiyi sənədlərin mötəbərliliyini şübhə altına qoyaraq onların mötəbər olub-olmamasının müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, işin faktiki halları ilə əlaqədar iddiaçı tərəfindən təqdim olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, iddiaçı, həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən v ətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınm ası haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın istifadəsinə verilməsinə dair qəbul olunmuş aktları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin xxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətin ə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan torpaqlar əvəzsiz olaraq onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə mülkiyyətinə verilir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. 4 6.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası İsmayıllı rayon XDS İcraiyyə Komitəsinin xxxx 1993-cü il tarixli 34 nömrəli qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə həyətyanı məqsədi ilə 0,12 ha torpaq sahəsinin verildiyini, xxxx 1993cü il tarixli aktla təhkim edildiyini, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin onun mülkiyyətinə əvəzsiz olaraq verildiyini, həmin halın İsmayıllı rayonu Xəlilli, Gəraybəyli, Eyubbəyli və Keşqurd kəndlərində yaşayan və pasport qeydiyyatında olan xxxx 1997-ci il tarixədək torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından çıxarışla da təsdiq edildiyini, habelə həmin torpaq sahəsinin örüş sahəsinə, digər hissəsinin isə yol və artezian quyusunun yerləşdiyi əraziyə düşməklə yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməsinin məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmədiyini, cavabdeh inzibati orqanın isə iddiaçı tərəfin təqdim etdiyi sənədlərin mötəbərliliyini şübhə altına qoyaraq onların mötəbər olub-olmamasının müəyyən edilməsi ü çün heç bir tədbir görmədiyini, işin faktiki halları ilə əlaqədar iddiaçı tərəfindən təqdim olunan sənədlərin həqiqətə uyğun olmadığının cavabdeh tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-40/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(107)-40/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-857/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-857/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver