Məhkəmə qərarları › İş №2-1(102)-857/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-857/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-857/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi vəzifəyə təyin etmə) Azərbaycan Respublikası 15.09.2020 Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “dövlət qulluqçusu kimi vəzifəyə təyin etmə” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019 tarixli 2-1(103)2461/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsinə dövlət qulluqçusu kimi onun təyin edilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi Qaydalar”ının 5.9-cu hissəsinə əsasən, müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün beş iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbərinin qəbul etdiyi qərar barədə Dövlət İmtahan Mərkəzinə məlumat veriləcəkdir və iddiaçı bu qərar barədə Dövlət İmtahan Mərkəzindən məlumat əldə edə bilər. İddiaçı 2018-ci il 01 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsinə dövlət qulluqçusu kimi onun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2016-cı il tarixli, 09/11-140 saylı əmri ilə xx xxxx 2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsinə müvəqqəti təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə dövlət qulluğuna qəbul üçün təyin edildiyi vəzifəyə uyğun elan edilmiş müsahibəyə namizəd kimi sənədlərini təqdim edərək 2018-ci ilin aprel ayında uğurla ümumi müsahibədən keçmişdir. Dövlət imtahan mərkəzi onun dövlət əmək müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsinə uyğun gəlməsi barədə nəticəyə gəlmiş və bu barədə informasiya elektron portalında yerləşdirilmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən 1 saylı regi on üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsinə dövlət qulluqçusu kimi təyin edilməsi ilə bağlı qərar qəbul edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsaslanmışdır, lakin müsahibə vasitəsi ilə inzibati vəzifənin tutulması həmin Qanunun 29-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli, 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydaları”na əsasən həyata keçirilməlidir. Adı çəkilən Qaydalarda dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması məqsədilə təşkil edilən müsahibələrə aşağıda g östərilən şəkildə tərif verilmişdir. 1 müsahibə - vakant vəzifənin tutulması üçün dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxslər üçün keçirilən, Qanunun 28.6-cı maddəsində nəzərdə tutulan müsahibə; 2 daxili müsahibə - vakant vəzifənin tutulması üçün keçirilən və ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə; 1.4.3. ümumi müsahibə - vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzi fələrdə çalışmış şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibə. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən, daxili müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.429.9-cu maddələrinə uyğun olaraq maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Bu Qanunun 29.10-cu maddəsinə əsasən müsahibənin nə ticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsinin də daxil olduğu ümumi müsahibə elan edilmişdir. X1 və İddiaçı həmin vəzifəyə uyğun sayılmışlar. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsindən göründüyü kimi inzibati vəzifənin ümumi müsahibə və ya daxili müsahibə vasitəsi ilə tutulması dövlət qulluqçuları, eləcə də dövlət qulluqçusu olmuş şəxslər üçün imtiyaz kimi nəzərdə tutulmuş, lakin işəgötürənlər üzərinə məcburi öhdəlik kimi qoyulmamışdır. Ümumi müsahibənin nəticəsinə uyğun olaraq namizədlə r nazirliyə dəvət edilərkən iddiaçı Nazirliyin rəhbər işçisinə qarşı etik davranış qaydalarını pozmuş, namizədlər arasında seçim edilmək məqsədi ilə ona ünvanlanmış sualları cavablandırmaqdan imtina etmişdir. Ümumi müsahibənin nəticəsi ilə bağlı iddiaçının daxil olmuş müraciətinə Nazirliyin xx xxxxxxxx 2018-ci il tarixli **********8 nömrəli məktubu ilə müvafiq cavab verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)1440/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1053/2019 nömrəli xx xxxxx 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hə rəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Birinci instansiya məhkəməsindəki ikinci icraat: İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək inzibati aktın - “əmrin” Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsinə dövlət qulluqçusu kimi 2018-ci il may ayından onun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)1440/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının dövlət qulluqçusu kimi nazirliyə işə götürülməsi cavabdehin öz səlahiyyətləri daxilində diskresion səlahiyyətinə aid olan məsələdir və cavabdehin üzərinə məhkəm ə tərəfindən dövlət qulluqçusu kimi işə qəbul edilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə tərəfindən yalnız cavabdehin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl edib-etməməsi və diskresion hüququnun onun səlahiyyətlərinin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsi yoxlanıla bilər. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019 tarixli 2-1(103)-2461/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmı şdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçını işə qəbul etmək inzibati orqanın diskresion səlahiyyətdirsə, onda bu “imtahan və Dövlət qulluğundan müsabiqə yolu ilə keçmə” kimi prosedurlar nəyə lazımdır və bunun anlamı nədir.?! Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında” Əsasnamənin 5-ci maddəsinin müddəalarından görünür ki, Xidmətin aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan R espublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər, xidmətin rəisi öz səlahiyyətləri daxilində Xidmətin işçilərini işə qəbul edir. “Dövlət qulluğu haqqında” Qanunun 29.3-cü maddəsinin 3-cü hissəsinə əsasən daxili müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakı nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Bu Qanunun 29.10-cu maddəsinə əsasən müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir. İddiaçı da bu qeyd olunan normativ aktlar çərçivəsində müvafiq prosedura riayət edərək imtahanda iştirak edərək, müvəffəqiyyət qazanmış və işlə təmin olunmağı üçün səlahiyyətli qurumdan göndəriş almışdır. Mübahisəli halın yaranması ondan ibarət olmuşdur ki, müvafiq orqanın rəhbəri tərəfindən heç bir müsbət və ya mənfi qərarın qəbul olması barədə əsaslar müəyyən edilmədiyindən məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Məhkəmə isə qeyd edir ki, cavabdeh təşkilat hansısa qərar qəbul etmişdir. Halbuki, iddiaçının əleyhinə dair qərar qəbul edilməmiş, sadəcə olaraq qanunsuz məktubla hüquqlarının pozulmasına gətirib çıxaran hərəkət etmişdir. Qanunvericilik müəyyən edi r ki, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında qəbul etdiyi qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır, həmçinin inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən, diskr esion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən, diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassı z məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-cı maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilm əməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Mübahisəli hal əmək münasibəti deyildir və cavabdehin qeyd etdiyi kimi “işəgötürən və işçi münasibətindən” söhbət gedə bilməz. Burada dövlət qulluğu, dövlət qulluqçusu və qulluğa qəbul məsələləri kimi ciddi inzibat prosesin aliliyindən danışılır və Dövlət İmtahan Mərkəzinin müvafiq qaydada məqbul hesab edərək informasiya elektron portalında yerləşdirilmiş adlı siyahı üzrə təqdim olunan prosedura riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi” Qaydalarının məzmununda qeyd olunur ki, “vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesa b olunur. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir. Müsahibənin nəticələri dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün beş iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən on beş gün müddətində qəbul etdiyi qərar barədə mərkəzə məlumat verir.” “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsində qeyd olunur ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Həmin Qanunun 28.9-cu bəndində qeyd olunur ki, daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində n əzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir. İddiaçı 2005-ci ildən dövlət qulluğuna qəbul olunmuş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında digər xidmətlərdə çalışmışdır. Bu hallar əmək kitabçasında qeyd olunmuşdur. İddiaçı ilk dəfə dövlət qulluğuna qəbul olunan şəxs olmuş və bu baxımdan da nə stajçı, nə də sınaq müddətli qulluğa qəbul olunan şəxslər sırasına daxil deyil. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qər ar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında kasasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X5 və vəkili xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında şikayətə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səb əblərə görə təmin oluna bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2016-cı il tarixli, 09/11-140 saylı əmri ilə xx xxxx 2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsinə müvəqqəti təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə dövlət qulluğuna qəbul üçün təyin edildiyi vəzifəyə uyğun elan edilmiş müsahibəyə namizəd kimi sənədlərini təqdim edərək 2018-ci ilin aprel ayında ümumi müsahibədən uğurla keçmişdir. Dövlət İmtahan Mərkəzi onun dövlət əmək müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişl iyinin rəis müavini vəzifəsinə uyğun gəlməsi barədə nəticəyə gəlmiş və bu barədə informasiya elektron portalında yerləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında» Əsasnamənin 5.6-cı bəndinə əsasən, xidmətin aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər. Həmin Əsasnamənin 5.7.5-ci bəndinə əsasən, Xidmətin rəisi öz səlahiyyətləri daxilində Xidmətin işçilərini işə qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azə rbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında” Əsasnamənin 5.5.6-cı bəndinə əsasən, Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. «Dövlət qulluğu haqqında» Qanunun 29.3-cü maddəsinin 3-cü hissəsinə əsasən daxili müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinc i hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakı nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Bu Qanunun 29.10-cu maddəsinə əsasən müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir. İddiaçı hesab edir ki, qeyd olunan normativ aktlar çərçivəsində müvafiq prosedura riayət edərək imtahanda iştirak edərək müvəffəqiyyət qazanmış və işlə təmin olunması üçün səlahiyyətli qurumdan göndəriş almışdır. Lakin cavabdeh tərəfindən onun barəsində qərar qəbul edilməmişdir. Cavabdehin dəlilinə görə, xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsinin də daxil olduğu ümumi müsahibə elan edilmiş, X1 və İddiaçı (hazırkı iş üzrə iddiaçı) həmin vəzifəyə uyğun sayılmışlar. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsindən göründüyü kimi inzibati vəzifənin ümumi müsahibə və ya daxili müsahibə vasitəsi ilə tutulması dövlət qulluqçuları, eləcə də dövlət qulluqçusu olmuş şəxslər üçün imtiyaz kimi nəzərdə tutulmuş, lakin işəgötürənlər üzərinə məcburi öhdəlik kimi qoyulmamışdır. Ümumi müsahibənin nəticəsinə uyğun olaraq namizədlər Nazirliyə dəvət edilərkən iddiaçı Na zirliyin rəhbər işçisinə qarşı etik davranış qaydalarını pozmuş, namizədlər arasında seçim edilmək məqsədi ilə ona ünvanlanmış sualları cavablandırmaqdan imtina etmişdir. Ümumi müsahibənin nəticəsi ilə bağlı iddiaçının daxil olmuş müraciətinə Nazirliyin xx xxxxxxxx 2018-ci il tarixli **********8 nömrəli məktubu ilə müvafiq cavab verilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı da məhz həmin normaların tələblinə uyğun olaraq onun arzuladığı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoymağı tələb edir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanı n istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd edildiyi kimi, müsahibənin nəticəsi olaraq X7 və İddiaçı (hazırkı iş üzrə iddiaçı) iddia olunan vəzifəyə uyğun sayılmış, müsahibənin nəticəsinə uyğun olaraq namizədlər Nazirliyə dəvət edilmişlər. Namizədlər arasında seçim edilmək məqsədi ilə iddiaçı ona ünvanlanmış sualları cavablandırmaqdan imtina etmişdir. Məhkəmə kollegiyası işin qeyd olunan hallarından çıxış edərək hesab edir ki, vakant vəzifəyə bir nəfərdən artıq şəxsin iddia etməsi inzibati orqana diskresion səlahiyyət əsasında qərar qəbul etmək, onun özünün qiymətləndirməsinə əsasən seçim etmək imkanı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri). Məhkəmə kollegiyası nəzərə alır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, inzibati orq an diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımı ndan məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (müvafiq ixtisas üzrə vəzifəyə şəxslər arasından seçim etmək və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019 tarixli 2-1(103)-2461/2019 nömrəli qərarı dəyiş dirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar