Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-857/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması, əmək kitabçasındakı qeydlərin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2022-ci il tarixli, 2-1(103)-2315/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər (2 il 11 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir (NZ seriyalı ******* saylı hərbi bilet).
2. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 23 iyul 1973-cü il tarixli, 2524 nömrəli attestata əsasən, iddiaçı xx.xx.1972-ci ildə Bakı şəhəri 8 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1973cü ildə texniki məktəbin şəhər rabitə stansiyalarının elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru sənəti üzrə tam kursunu bitirmişdir (10 ay 23 gün).
3. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 29 iyul 1974-cü il tarixli, 1484 nömrəli attestata əsasən, iddiaçı xx.xx.1973-ci ildən xx.xx.1974-cü il tarixədək Bakı şəhəri 54 nömrəli orta texniki peşə məktəbində kran maşinisti (krançı) sənəti üzrə təhsil almışdır (10 ay 16 gün).
4. İddiaçıya məxsus 28 aprel 1975-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər BAİLB-də 3-cü dərəcəli kran maşinisti (9 ay 12 gün) işləmiş, xx.xx.1975-ci ildən xx.x x.1977-ci ilə qədər Sovet ordu sıralarında xidmət etmiş (02 il 11 gün), xx.xx.1977-ci ildən xx.xx.1986-cı ilə qədər Bakı Baş Tikinti İdarəsinin 2 saylı Evtikmə Kombinatında fəhlə, 3-cü və 4-cü dərəcəli körpü kran maşinisti (8 il 8 ay 25 gün), xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər 3-cü Bakı Montaj Trestində 5-ci dərəcəli körpü kran maşinisti (29 gün), xx.xx.1987-ci ildən xx.xx.1990-ci ilə qədər “X1” zavodunda 4-cü dərəcəli kran maşinisti və çilingər (2 il 7 ay), xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilə qədər Nəsimi rayon X2 gözətçi və nəzarətçi (7 il 1 ay 4 gün), xx.xx.1995ci ildən xx.xx.2002-ci ilə qədər Bakı Çayçəkici fabrikində, "xxxx" BM-də avtonəqliyyat sürücüsü (6 il 5 ay 12 gün) vəzifələrində işləmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərə k, bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubla tələbin təmin olunmasından imtina edilmişdir.
6. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabçasına, hərbi biletinin və texniki peşə təhsili haqqında attestatının surətlərinə əsasən, iddiaçının sığorta stajı xx.xx.2006-cı il tarixinədək 21 il 8 ay 1 gün olmaqla, tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək sığorta stajına (21 il 8 ay 1 gün) uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16511,51 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatı na imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən, xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumat olmadığından, həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 65 yaşının tamam olduğu vaxtdan, yəni 9 iyun 2021-ci il tarixdən ya şa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş,xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubla müraciəti təmin edilməmişdir. Halbuki, o, 17 iyul 1974-cü ildən 12 fevral 2002-ci ilədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqla, 31 il 9 ay əmək stajına malikdir. Odur ki, cavabdeh orqan imtinasını qanunsuz hesab edir.
9. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxx x" fabrikində işlədiyini və əmək haqqı aldığını iddia edir. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Filiala müraciət etmiş, lakin "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində iddiaçıya xx.xx.1995xx.xx.2002-ci illər ərzində əmək haqqı hesablanması barədə məlumat olmadığından, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 7-ci maddəsinə əsasən, iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Məsələnin obyektiv araşdırılması üçün Milli Arxiv İdarəsinə sorğu göndərilmişdir. Müraciətə verilən Milli arxiv idarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda "xxxx" ASC-nin 1995-2002-ci illərə dair əmək haqqı ödəniş cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat olmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı xx.xx.1995xx.xx.2002-ci illərdə "xxxx" ASC-də i şlədiyini iddia etdiyi dövrlərdir ki, bu da ümumilikdə 6 il 5 ay 11 gün təşkil edir. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
10. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA00806-2022 nömrəli məktubuna əsasən, Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" ASC-nin natamam arxiv sənədlərinin əmr kitabında iddiaçının xx.xx.1995-ci il tarixli, 29 saylı əmrlə xx.xx.1995-ci il tarixdən 81-59 AQU markalı maşının icarədar sürücüsü kimi işə qəbul olunması, xx.xx.1996-cı il tarixli, 07-k saylı əmrlə xx.xx.19 96-cı il tarixdən "xxxx" birgə müəssisəsinə işə keçirilməklə işdən azad edilməsi barədə məlumatlar mövcuddur. "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat yoxdur. "xxxx" Birgə Müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
11. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 247 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Bakı Çayçəkici fabrikinin bazasında "x xxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2014-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) Bakı Çayçəkici fabriki üzrə xx.xx.2000-ci il tarixinə səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında iddiaçının adı qeyd edilmişdir. Müraciətdə qeyd edilmiş "xxxx" Birgə Müəssisəsi haqqında Xidmətin bazasında heç bir məlumat aşkar edilməmişdir.
12. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********261500 nömrəli məktubuna əsasən, dövlət reyestrində hüquqi ünvanı AZ1132, ünvan 1kı Çayçəkici” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2004-ci il tarixdə D-3254 nömrə ilə dövlət qeyd iyyatından keçməsi barədə məlumat mövcuddur. Həmçinin, reyestrdə AzərbaycanBƏƏ "xxxx" MM Birgə Müəssisəsinin xx.xx.1996-cı il tarixdə 1014 (35) nömrə ilə hüquqi ünvanı ünvan 2 mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: Ş.A.Həsənova) 13 aprel 2022-ci il tarixli, 21(112)-5022/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin B akı Filialının xx.xx.2022-ci il tarixli, BA-00806-2022 nömrəli məktubundan göründüyü kimi, "xxxx" ASC-nin natamam arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılır və həmin arxiv sənədlərindən iddiaçıya aid işə daxil olma, yerin dəyişdirilməsi barədə əmrlər vardır. Təhvil verilmiş natamam sənədlərdə 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat aşkar edilməsə də, digər dövrlərə aid əmək haqqı cədvəlləri də yoxdur. Bundan əlavə, işəgötürən tərəfindən arxiv sənədlərinin natamam təhvil verilməsi iddiaçının iradəsindən asılı olan hal deyildir və bu hal iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Bundan əlavə, hazırda qüvvədə olan əmək qanunvericiliyində vətəndaşa pensiya təyin edilməsi üçün onun əmək haqqı cəd vəllərinin əsas götürülməsi nəzərdə tutulmur. Hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçının xx.xx.1995-ci ildən xx.xx.2002-ci ilədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut edilməsinə ehtiyac yoxdur. İddiaçının hərbi xidmət müddəti, təhsil müddəti və əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, 28 il 11 ay 12 gün sığorta stajı mövcuddur.
15. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsi ilə bağlı qeyd etmişdir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddia bu hissədə əsassızdır. 1
6. İddiaçı həmin qərardan (iddianın təmin olunmayan hissəsi ilə bağlı) apellyasiya şikayəti verməmişdir.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və M.A.Məmmədov) 07 dekabr 2022-ci il tarixli, 2-1(103)-2315/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında əmək kitabçalarında doldurulma qay dalarına uyğun olaraq onu vermiş müəssisənin adı, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad olunması, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işəgötürənin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
21. Cavabdehin kassasiya şikayətinin məzmunu və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın və apellyasiya şikayətinin məzmunu və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2022-ci il tarixli, 2-1(103)2315/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüq uquna malikdir.... 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
25. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir..
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təs diq edilməsi qaydası barədə Əsasnamə”:
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan d övrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.... 28. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 13 may 2022-ci il tarixli **********1 nömrəli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 29. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ma ddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdik də, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə g örə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisələndirdiyi – iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrlə bağlı əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etməkdə haqlı olmuşdur.
38. Belə ki, iddiaçının "xxxx" ASC-də işlədiyi dövr (1995-2002-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğundan, bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınmalıdır. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların mötəbər liyini şübhə altına alan hər hansı əsas müəyyən edilməmişdir.
39. Eyni zamanda, nəzərə almaq lazımdır ki, iddiaçı "xxxx" ASC-də əmək fəaliyyətinə xx.xx.1995-ci il tarixdə başlamış və fasiləsiz olaraq xx.xx.2002-ci ilə qədər həmin müəssisədə işləmişdir. Arxiv arayışlarına əsasən iddiaçının xx.xx.1995-ci il tarixli, 29 saylı əmrlə xx.xx.1995-ci il tarixdən 81-59 AQU markalı maşının icarədar sürücüsü kimi işə qəbul olunması, xx.xx.1996-cı il tarixli, 07-k saylı əmrlə xx.xx.1996-cı il tarixdən "xxxx" birgə müəssisəsinə işə keçirilməklə işdən azad olunması barədə məlumatlar mövcuddur.
40. Cavabdeh iddiaçının həmin müəssisədə əmək fəaliyyətini arxiv məlumatlarında 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində ona əmək haqqının hesablanması barədə məlumatın olmaması əsası ilə qəbul etm əmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz.
42. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi vətəndaşın qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.
43. Hazırkı qərarın 29-cu bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
44. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Halbuki, iddiaçının işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər arxivdə mövcuddur və bu hal iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini bir daha təsdiq edir.
45. Qərarın 28-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkə mə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2022-ci il tarixli, 2-1(103)-2315/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.