Məhkəmə qərarları › İş №2-1(102)-857/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-857/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-857/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxslər X11 və X14) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin qeydiyyatının ləğvi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxslər X11 və X14) qarşı “Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 34 saylı ev, 25 saylı mənzilə dair reyestrdə qeydiyyatın l əğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2363/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 noyabr 2009-cu il tarixli 1(007)212/2009 nömrəli hökmünə əsasən, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2, 131.1 və 187.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.1-ci maddəsi ilə 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.3-cü maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilmiş cəza şərti hesab edilmiş və 6 ay sınaq müddəti təyin edilmişdir.

2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2(007)4071/2015 nömrəli qətnaməsi ilə X2 ünvan 1 ünvanından çıxarılması, X11 və X12 həmin mənzilə köçürülmələri qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2016-cı il tarixli 2(103)-2471 /2016 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2(007)-4071/2015 nömrəli qətnaməsi X2 ünvan 1 ünvanından çıxarılması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2016-cı il tarixli 2(102)-5244/2016 nömrəli qərarına əsasən təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2471/2016 nömrəli iş üzrə 14 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(007)-38/2017 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Rusiya Federasiyası Maqadan şəhər notariat idarəsinin notar iusu tərəfindən 16 yanvar 2015-ci il tarixdə təsdiq edilmiş 49AA ******* nömrəli və 49AA ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 09 iyul 2015-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli 2(102)3028/2018 nömrəli qərarı ilə təmin edilməmiş və Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2012-ci il tarixdə ölmüş X6 vərəsəsi olan anası İddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak DƏDRX Bakı şəhəri Əİ tərəfindən xx.xx.2007-ci il tarixdə X9 verilmiş **********19-05101 093014 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.95 kv.m olan 3 otaqlı mənzildən ibarətdir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) çıxarışa əsasən, Bakı şəhəri, N izami rayonu, C.Naxçıvanski küçəsi, ev 34 ünvanında yerləşən 25 nömrəli mənzil İddiaçı (1/3 hissə), X6 (2/3 hissə açıq qalır) paylı (xüsusi) mülkiyyətindədir.

6. İddiaçı sözügedən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququ mülkiyyətçinin ərizəsi ilə ləğv edilir. Mənzilin qalan hissəsinə münasibətdə vərəsəlik qaydasında mülkiyyət hüququ tanındıqdan sonra qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Ni zami rayonu, C.Naxçıvanski küçəsi, 34 saylı evin 25 saylı mənzilinə dair reyestrdə qeydiyyatın ləğv olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 34 saylı evin 25 saylı mənzili əvvəllər ona məxsus olmuş, 2007-ci ildə həmin mənzili oğluna- X10 bağışlamışdır. 2008-ci ilin dekabr ayının 13-də binada baş vermiş partlayış nəticəsində ətraf mənzillər və o cümlədən sözügedən mənzilin bir hissəsi dağılmışdır. Dövlət tərəfindən bina tam sökülmüş və yaxın ərazidə, əvvəlki yerdən arxa tərəfdə yeni bina tikilmişdir. Yeni mənzil onlara 2009-cu il tarixdə dekabrın 30-da təhvil verilmişdir. X19 2012-ci il tarixdə Rusiyada vəfat etmişdir. Yeni mənzil və əvvəlki mənzilin ölçüləri fərqlidir. Cavabdehə mənzilinə dair reyestrdə qeydiyyatın ləğv edilməsi barədə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir.

9. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) xx.xx.2022-ci il tarixli 21(112)-11204/2022 nömrəli qərardadı ilə X11 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 09 yanvar 2023-cü il tarixli 21(112)-1920/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 34 saylı evin ümumi sahəsi 62.95 kv.m olan 25 saylı mənzilinə (daşınmaz əmlakın reyestr nömrəsi **********19-05101 093014) dair reyestrdə qeydiyyatın ləğv edilməsi öhdəliyi ca vabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə müəyyən edilmişdir ki, sözügedən mənzil məhv olmuşdur. İddiaçı mənzilin 1/3 hissədə mülkiyyətçisidir. Hazırkı halda da, iddiaçı mülkiyyət hüququnun mənzilə dair reyestrdə qeydiyyatının ləğv olunmasını tələb edir. İşin halları ilə müəyyən edilmişdir ki, əmlak məhv olmuş və sökülmüşdür. Məhkəmə hesab etmişdir ki, iddiaçı həmin əmlakın 1/3 hissədə mülkiyyətçisi olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada maraqlı şəxsdir. Hazırki iş üzrə məhkəmə araşdırması məhv olmuş əmlaka dair kompensasiya və ya məhv olmuş, sökülmüş, yenidən inşa edilmiş binada yeni mənzilin verilməsi ilə bağlı məsələləri əhatə etmədiyindən, iş üzrə qəbul ediləcək qərar üçüncü şəxslərin məhv olmuş əmlaka münasi bətdə kompensasiya hüquqlarına və ya qanunla qorunan digər maraqlarına toxunmur.

13. Üçüncü şəxslər qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 24 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2363/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2023 nömrəli 09 yanvar 2023-cü il tarixli qərarı ləğv olunmuş, iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayarq qeyd etmişdir ki, apellyasiya baxışı zama nı təqdim edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsələri X11 və X7rın hər biri miras əmlakdan 1/3 hissə miras almalıdır. Şəhadətnamə verilən əmlak DƏDRX Bakı şəhəri Əİ tərəfindən xx.xx.2007-ci il tarixdə X9 verilmiş **********19-05101 093014 saylı reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,95 kv.m, 3 otaqlı mənzildən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlak tam məhv olsa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinin “daşınmaz əmlak tam məhv olması nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirməsi” dispozisiya şərtinin təsiri altına düşən hal yaranmamışdır. Məhkəmə kollegiyası nəz ərə alır ki, tətbiq edilən normalara görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən də göründüyü kimi, X6 vərəsələri, yəni hazırkı 3-cü şəxslər X8 və X3rın hər birinin mübahisəli miras əmlakdan 1/3 pay almasına dair Şəhadətnamə xx.xx.2023-cü il tarixdə verilmişdir. Beləliklə, nə iddiaçı hazırkı iddia tələbini irəli sürərkən, nə də birinci instansiya məhkəməsi iddianın əsaslı olmasına dair qərar qəbul edərkən, daşınmaz əmlakın tam məhv olması nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirməmişdir.

16. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. İddiaçı kassasiya şikayətini iddia ərizəsi və birinci instansiya məhkəməsinin qərarının dəlilləri ilə əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 150.2. İstənilən maraqlı şəxs qeydiy yatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər.... Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. … 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınma z əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. … Maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə tə crübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏ Rİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. İşin hallarından göründüyü kimi, mübahisə predmeti olan - Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 34 ünvanında yerləşən 25 nömrəli mənzil X6 mülkiyyətində olmuş və sonuncu xx.xx.2012-ci il tarixdə ölmüşdür. Araz Məmmədovun ölümündən sonra mübahisə predmeti olan əmlak qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən, 1/3 hissə olmaqla, iddiaçı və üçüncü şəxslərə miras qalmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandımışdır ki, iddiaçı mülkiyyətçi olsa da, onun tələbi hazırkı qərarın 20ci bəndində istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin təsiri altına düşmür. Belə ki, mənzil 2008-ci ilin dekabr ayının 13-də binada baş vermiş partlayış nəticəsində məhv olsa da, bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirməmiş, iddiaçı ilə üçüncü şəxslər arasında bir çox, o cümlədən həmin əmlaka dair vərəsəliklə bağlı məhkəmə mübahisələri olmuşdur. Göründüyü kimi, daşınmaz əmlak tam məhv olsa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinin “daşınmaz əmlak tam məhv olması nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirməsi” dispozisiya şərtinin təsiri altına düşən hal yaranmamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən də göründüyü kimi, X6 vərəsələri, yəni hazırkı 3-cü şəxslər X8 və X3rın hər birinin mübahisəli miras əmlakdan 1/3 hissə irs almasına dair Şəhadətnamə xx.xx.2023-cü il tarixdə verilmişdir. Beləliklə, nə iddiaçı hazırkı iddia tələbini irəli sürərkən, nə də birinci instansiya məhkəməsi iddianın əsaslı olmasına dair qərar qəbul edərkən daşınmaz əmlakın tam məhv olması nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikay ət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 21(103)-2363/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar