Məhkəmə qərarları › İş №2-1(102)-858/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-858/2019

12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-858/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti olmaqla) pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2361/2018 nömrəli, 23 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 12 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1945-ci ildə Dəvəçi rayonunda anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş 002832 nömrəli vəsiqəyə əsasən iddiaçı 01 sentyabr 1994-cü ildən polkovnik rütbəsində Bakı şəhər Qaradağ rayon hərbi komissarı vəzifəsində ordu sıralarından tərxis olunmuş, 01.07.2004cü il tarixdən ona pensiya təyin edilmişdir. O, hazırda pensiyaçıdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 09/89/02-117 nömrəli, 08.02.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərclıyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsa sən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Maliyyə İdarəsinə müraciət edilməlidir. Bu cavabla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon şöbəsinə həmin xidmətin rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə “İdarə” statusu verilməsi nəzərə alınaraq, pensiya məbləğinin 2012-ci ilin aprel ayından başlayaraq, xidmətin Qaradağ rayon İdarəsinin rəisinin vəzifə maaşına uyğunlaşdırılmaqla ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01 sentyabr 1994-cü il tarixində polkovnik rütbəsində, Bakı şəhərinin Qaradağ rayon hərbi komissarı vəzifəsində ordu sıralarından xidmət müddətinin başa çatması ilə əlaqədar tərxis edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə Xidmətin Qaradağ rayon şöbəsi Xidmətin Qaradağ rayon İdarəsi kimi təsdiq edilmişdir. Yeni struktur yaradıldıqdan sonra ona ödənilən pensiya məbləği dəyişdirilmədən əvvəlki kimi Xidmətin Qaradağ rayon şöbə rəisinin vəzifə maaşına uyğun hesablanmaqla ödənilməkdədir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 16 mart 2012-ci il t arixli əmri ilə Bakı şəhəri Qaradağ rayon şöbəsinə “idarə” statusu verilməsi nəzərə alınaraq, ödənilən pensiya məbləği Xidmətin Qaradağ rayon İdarəsi rəisinin vəzifə maaşına uyğunlaşdırılmalı olduğu halda, cavabdeh tərəfindən iddiaçıya bütün bu müddət ərzində xidmətin Bakı şəhəri Qaradağ rayon şöbəsi rəisinin maaşına uyğun pensiya məbləği hesablanaraq ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2-1(81)1727/2018 nömrəli qərarı ilə (hakim: A.A.Abdullay eva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə 27 fevral 2013-cü il tarixli, 30 nömrəli qərarı ilə Qaradağ rayon Hərbi Komissarlığı ştat dərəcəsinə görə 2-ci dərəcəli hərbi komissarlıq kimi müəyyən olunduğundan, ona görə də Qaradağ rayon Hərbi Komissarı vəzifəsi xidmətin rayon şöbəsinin rəisi vəzifəsinə bərabər olduğundan, iddia təmin edilmə məlidir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2361/2018 nömrəli iş üzrə 23 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və T.S.Səmədov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2-1(81)-1727/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmaqla iddiaçının pensiya məbləğinin 2012-ci ilin aprel ayından başlayaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisinin vəzifə maaşına uyğunlaşdırılmaqla ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Apelyasiya instansiyası məhkəmə si hesab etmişdir ki, Qaradağ rayon Hərbi Komissarlığının yerində xidmətin yerli şöbəsi deyil, idarəsi yaradıldığı üçün Qaradağ rayon hərbi komissarı vəzifəsi də xidmətin yerli idarəsinin rəisi vəzifəsinə uyğun hesab edilməlidir. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2361/2018 nömrəli iş üzrə 23 oktyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirinin **********5 nömrəli, 06 fevral 2019-cu il tarixli əmrinin 1.3.-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi adlandırılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli Qərarı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçuların və ya vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin ərizə ilə müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçu ların vəzifələrinin hal-hazırda mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli Qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığın tabeliyindəki Hərbi Komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq əlavələr edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli Qərarı 01 mart 2013-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013 və 30 dekabr 2013-cü il tarixli Qərarları və həmin Qərarlarda nəzərdə tutu lmuş hərbi xidmət vəzifələrinin uyğunlaşdırılması, qanunamüvafiq olaraq Qərarın qüvvəyə mindiyi tarixdən, yəni 01 mart 2013-cü il tarixdən etibarən ödənilmişdir. Daha sonra qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Kassator qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən qərarı n qəbul edilməsi zamanı prosessual hüquq normalarının pozuntularına da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmənin əsaslandığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli Qərarında Müdafiə Nazirliyinin tabeliyində olmuş Hərbi Komissarlıqda mövcud olmuş hərbi xidmət vəzifələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi xidmət vəzifələrinə uyğunlaşdırılmasının 01 mart 2013-cü il tarixdən qüvvəyə minməsi göstərildiyi halda, məhkəmə normativ hüquqi aktı qi ymətləndirərkən əsassız olaraq onun 01 aprel 2012-ci il tarixdən tətbiq edilməli olduğunu göstərmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının iddia tələblərini təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 135 nömrəli Qaydalara əsasən iddiaçın qulluq etdiyi orqan tərəfindən “məlumat vərəqi”nin hazırlanıb İdarəyə göndərilməsi birbaşa olaraq qərarda öz əksini tapmışdır. Və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən, habelə Qanunun 1.0.5-ci maddəsi və 9.6-cı maddələrinin tələblərini pozaraq iddiaçıya hansısa vəzifənin uyğunlaşdırılınası barədə qərar tətbiq edərək, birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2361/2018 nömrəli iş üzrə 23 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 4982 saylı, 10 iyul 2017-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli, 601 saylı Fərmanı ilə Xidmətin strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə keçmiş Qaradağ rayonu Hərbi Komissarlığına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsi statusu verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli, 30 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 3.2-ci bölməsinə əsasən ikinci dərəcəli hərbi komissarlıqlarda əvvəlki vəzifə adı hərbi komissar şöbə rəisi adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) 1.0. 5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı məsələlərin həlli zamanı nəzərə alınmalı olan pul məbləği təminat xərcliyində əks olunmalıdır. Təminat xərcliyinin zəruriliyi Qanunun 20.1.11-ci və ona müvafiq olaraq 9.5 və 20.14cü maddələrində əks olunmuşdur və həmin maddələrdə hərbi qulluqçuların pensiyalarına qulluq stajına görə əlavələrin məbləğinin təminat xərcləyində göstərilmiş məbləğin müvafiq faiz nisb əti ilə hesablanması müəyyən edilmişdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən isə, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: -1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində (...) xidmət edən hərbi rü tbəli şəxslərə (...) əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; - 3-ci bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların (...) müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respubli kasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; - 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Sadalanmış bu normalarda isə təminat xərcliyinin bir halda pensiya hüququ ilə təmin olunan şəxsin müraciəti əsasında pensiyanın təyin edilməsi zamanı, digər halda isə təminat xərcliyində baş vermiş artımlar olduqda təminat xərcliyinin həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən Azərbaycan Respublikasın ın Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi müəyyən edilmişdir. Bilavasitə qanun qüvvəli normativ aktda təminat xərcliyinin hərbi qulluqçuların xidmət etdiyi müvafiq qurumlar tərəfindən cavabdehə göndərilməsi nəzərdə tutulmamışdır. Qanunda yalnız müvafiq qaydalar əsasında təminat xərcliyi ilə bağlı məsələlərin həll olunması göstərilmişdir. Yəni, pensiyanın hesablanması ilə bağlı təminat xərcliyinin göndərilməsinin təşəbbüskarı kimi şəxsin xidmət etdiyi qurum olduğu barədə göstəriş birbaşa olaraq qanun qüvvəli aktla deyil, qanunvericilik sisteminə daxil olunan normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında əks olunmuşdur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəb ul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; -3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur; - 3.3-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Bu qanunun müddəalarının mənasına görə, ümumi qayda olaraq inzibati icraatı həyata keçirən inzibati orqanlar öz fəaliyyətində həmin qanunun tələblərini rəhbər tutmalıdırlar. Lakin əgər həmin orqanların fəaliyyətinə dair xüsusi qanunla r müəyyən olunmuşdursa, bu zaman xüsusi qanunları tətbiq edərkən, onları tamamlayan və onlara zidd olmayan inzibati icraata dair istinad edilən qanunun tələblərini də inzibati orqanlar tətbiq etməlidirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -6.0-ci maddəsinə əsasən, inzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər: 6.0.3. müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda; -7.1-ci maddəsinə əsasən, inzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər: hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda (7.1.1); hüqu qi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda (7.1.2.); -24.4-ci maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; - 45.2.6-cı maddəsinə əsasən, inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan istifadə oluna bilər. Sadalanan maddələrin məzmunundan göründüyü kimi, inzibati icraat çərçivəsində sübutların toplanması məqsədilə inzibati orqan digər inzibati orqanlardan hüquqi yardım qaydasında müvafiq zəruri sənədləri tələb edə bilər. Hüquqi yardımın göstərilməsindən imtina iki halla şərtləndirilmişdir: müvafiq tədbirlərin keçirilməsi inzibati orqanın səlahiyy ətinə aid olmadıqda və yaxud onlar hüquqa zidd olduqda. Mübahisəli məsələyə münasibətdə sonuncu maddələrin sadalanması və təhlili o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının pensiyasının yeni təminat xərcliyi əsasında hesablanması zamanı cavabdeh inzibati orqan olaraq şəxsin qulluq etdiyi digər inzibati orqana hüquqi yardımın göstərilməsi qaydasında müraciət etmək hüququna malik olmuşdur. Çünki pensiyanın təminat xərcliyi əsasında hesablanması və onun üçüncü şəxs tərəfindən tərtib edilməsi hər iki inzibati orqanın səlahiyyətlərinə aid olmuşdur və bu halda hüquqi yardımın göstərilməsini istisna edən şərtlərin olmadığı müəyyən edilir. Habelə, yuxarıda qeyd edildiyi kimi, bilavasitə istinad edilmiş Qanunun müddəalarında təminat xərcliyinin imperativ qaydada yalnız hərbi qulluqçuların xidmə t etdiyi qurumlar tərəfindən təqdim edilməsi və yalnız bu hal baş verdikdə pensiyanın hesablanmasının mümkünlüyü qaydası müəyyən edilməmişdir. Belə olan təqdirdə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaların cavabdehin fəaliyyətinə aid olan xüsusi qanunla ziddiyyət təşkil etmədiyi müəyyən edilir. Çünki həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu eyni qüvvəyə malik olan qanunvericilik aktlarıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə təcrübəsində artıq təşəkkül tapmış analoji mübahisələr üzrə işlərdə cavabdehin bildirdiyi dəlil üzrə şəxslərin pensiya hüququnun təmin edilməsindən imtina qanunsuz hesab edilmiş və hazırki mübahisədə bu təcrübədən fə rqli qərarın qəbul edilməsini istisna edən hal müəyyən olunmamışdır. Bu hissədə məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlili əsassız hesab edir. Bundan əlavə, maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apelyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apelyasiya məhkəməsinin nəticəsinə görə, iddiaçının vaxtılə xidmət etdiyi Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığına sonradan Bakı şəhəri Qaradağ rayon İdarəsi statusu verildiyindən, 2012-ci ilin aprel ayından etibarən iddiaçıya ödənilən pensiya məbləği Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarə rəisinin vəzifə maaşına uyğunlaşdırılmaqla ödənilməli idi. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, apelyasiya məhkəməsi maddi hüquq normaları düzgün tətbiq etməməklə yanaşı işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə kollegiyası bu dəlillə aşağıdakılara əsasən razılaşdığını qeyd edir. Tərəflər arasında mübahisələndirilən məsələ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 saylı, 27 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın tətbiqi ilə bağlıdır. Belə ki, həmin Siyahının 3.1-ci bəndində pensiya təyin edil məsi üçün hərbi qulluqçunun müraciət etdiyi vaxt mövcud olmayan Azərbaycan Respublikasının Hərbi Komissarlıqların hərbi xidmət vəzifəsinin adı “birinci dərəcəli hərbi komissarlıqların hərbi komissarı” vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mövcud hərbi xidmət vəzifəsinə “idarə rəisi” kimi uyğunlaşdırılması müəyyən edilmişdir. Bununla yanaşı, həmin Siyahının 3.2-ci bəndində isə müəyyən olunmuşdur ki, “ikinci dərəcəli hərbi komissarlıqların hərbi komissarı” vəzifəsi Xidmətin “şöbə rəisi” vəzifəsinə uyğunlaşdırılmalıdır. Qeyd olunmalıdır ki, istinad edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı xüsusi sahəni tənzimləyən normativ hüquqi akt olduğundan, yəni bilavasitə pensiyanın təyin edilməsi üçün müvafiq məsələləri tən zimlədiyindən, mübahisə yarandığı təqdirdə yalnız bu qərarın normaları tətbiq edilməlidir. Hüquq doktrinasında xüsusi normanın ümumi normadan daha üstün olduğunu bildirən “generalia specialibus non degrogant” prinsipi mövcuddur. Bu prinsip “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakı qaydada öz təsdiqini tapmışdır: - 10.2-ci maddəsinə əsasən, normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir; - 10.3-ci maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvə yə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aid olsun; - 10.4-cü maddəsinə əsasən, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10.07.2017-ci il tarixli məktubuna istinad edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə Qaradağ rayonu Hərbi Komissarlığına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsi statusu verilməsi qənaətinə gəlmişdir. Halbuk i, apelyasiya məhkəməsi bu qənaətə gəlmək üçün həmin məktubla kifayətlənməməli, bu halın hansı normativ hüquqi aktdan irəli gəldiyini və sahəvi, yəni pensiya təminatı məsələləri ilə bağlı olub-olmadığını xidməti vəzifəsinə uyğun olaraq araşdırmalı idi. Çünki, ilkin olaraq məktubda göstərilmiş həmin halın hazırda fəaliyyətdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştatlarının müəyyən edilməsi ilə bağlı olduğu görünsə də, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 saylı, 27 fevral 2013-cü il tarixli qərarı bilavasitə pensiyanın təyin edilməsi məsələlərinə aiddir. Bu halda, xüsusi qaydanı müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 saylı, 27 fevral 2013-cü il tarixli qərarına münasibətdə digər sah əyə aid olan normativ hüquqi aktın tətbiq edilməsi düzgün sayıla bilməz. Bundan başqa, işin hallarına görə iddiaçının xidmət etdiyi Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığının ikinci dərəcəli hərbi komissarlığa aid olduğunun hansı hüquqi aktla tənzimləndiyi və bu halın hansı qaydada müəyyən edildiyi də araşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələbləri pozulmuşdur. Odur ki, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə gön dərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2361/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar