Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-858/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüquqa dair mübahisə üzrə ərazi aidiyyəti qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X7 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil2 Üçüncü şəxs X1 vəkili (nümayəndəsi) Vəkil3 Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: X2, X8 və X5) “sərəncamın etibarsızlığının tanınması və s” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 noyabr tarixli 21(103)-2223/2019 nömrəli qərarından üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2019-cu il 14 yanvar tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti başçısının 454 saylı 2016-cı il 2 noyabr tarixli sərəncamının cavabdehin 2014-cü il 2 iyun tarixli 248 saylı sərəncamının ləğv edilməsi hissəsinin və cavabdehin üçüncü şəxs X1 adına X6 ayrılmış Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə “xxxx” MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerl əşən 57 saylı mənzilin addan ada keçirilməsinə dair 201 saylı 2016-cı il 16 may tarixli sərəncamının ləğv edilməsini və həmin mənzil üzərində iddiaçının hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə “xxxx” MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 57 saylı mənzilin İman Hüseynovdan satın almaq barəsində arasında olan razılığa əsasən 54000 manat pulu iddiaçı mənzilin sahibinə vermiş və İ.Hüseynov mənzilin iddiaçının adına keçirilməsinə etiraz etməməsinə dair Bakı şəhəri 12 saylı notariat kontorunda notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. İddiaçı və İ.Hüseynov cavabdehə müraciət edən zaman onlara bildirmişlər ki, mənzil in addan ada keçirilməsi üçün məhkəmə qərarı tələb olunur və buna görə də həmin mənzilin iddiaçının adına keçirilməsi üçün iddiaçı 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət etməlidir. Bakı şəhəri İH-nin işçilərinin məsləhəti ilə iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdehə qarşı (X8 üçüncü şəxs olmaqla) iddia qaldıraraq Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə “xxxx” MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m. yaşayış sahəsi, 88,8 kv.m. ümumi sahəsi olan 57 saylı mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 503 saylı 2013-cü il 13 dekabr tarixli sərəncamının X3 adından iddiaçının adına keçirilməsinə dair sərəncam verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunm asına dair qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 14 may tarixli 2-1(81)-2585/2014 saylı qərarı ilə iddiaçının ərizəsi təmin edilmiş, həmin qərar Bakı şəhər İH-nə göndərildikdən sonra, qərar qüvvəyə minməmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən 2014-cü il 2 iyun tarixli 248 saylı sərəncam verilərək Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə “xxxx” MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m. yaşayış sahəsi, 88,8 kv.m. ümumi sahəsi olan 57 saylı mənzil X3 adından iddiaçının adına keçirilmişdir. Həmin sərəncamın bir surəti iddiaçıya özü üçün və bir surəti isə “xxxx” MTK-ya təqdim etmək üçün verilmişdir. Mənzilin iddiaçının adına keçirilməsinə dair cav abdehin 248 saylı 2014-cü il 2 iyun tarixli sərəncamı qüvvədə olduğu bir vaxtda cavabdeh tərəfindən 2016-cı il 16 may tarixli 201 saylı qanunsuz və əsassız sərəncam verilməsi və mübahisəli mənzilin X1 adına keçirməsinə dair hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdehin iddiaçının xəbəri olmadan onun adına qarşılıqlı razılıq əsasında və mənzilin razılaşdırılmış 54000 manat pulun İ.Hüseynova ödənilməsi müqabilində keçirilməsinə dair sərəncamını birtərəfli qaydada ləğv etmək səlahiyyəti olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyun tarixli 2-1(81)1008/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 454 saylı 2016-cı il 2 noyabr tarixli sərəncamının cavabdehin 2014-cü il 2 iyun tarixli 248 saylı sərəncamının ləğv edilməsi hissəsində etibarsız sayılması; cavabdehin üçüncü şəxs X1 adına X6 ayrılmış Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346- 2347 nömrəli məhəllədə “xxxx” MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m. yaşayış sahəsi, 88,8 kv.m. ümumi sahəsi olan 57 saylı mənzilin addan ada keçirilməsinə dair 201 saylı 2016-cı il 16 may tarixli sərəncamının etibarsız sayılması; məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, həmin mənzilə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin Bakı şəhər İcra Hakimi yyəti münasibətdə mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs R.Babayeva həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 noyabr tarixli 2-1(103)-2223/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərarı üçüncü şəxs R.Babayevaya 2019-cu il 29 dekabr tarixdə təqdim edilmişdir. Üçüncü şəxs həmin qərardan 2020-ci il 27 yanvar tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini və ya iddianın aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, işə daşınmaz əmlakla, yəni mənzillə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisə kimi baxılmışdır. Belə olan halda, mübahisəyə daşınmaz əmlakın olduğu yerin, Xətai rayonunun ərazi yurisdiksiyası üzrə daxil olduğu 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı idi. Bundan başqa, məhkəmənin diqqətdən kənarda saxladığı məqam ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamlarının etibarsız sayılması hissəsində iddia müddəti iddiaçı tərəfindən dəfələrlə ötürülsə də və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilməsə də, buna əhəmiyyət verilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Üçüncü şəxsin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu iza hat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili (nümayəndəsi) şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və digər üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyas iya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır;... Normanın tələbindən göründüyü kimi, qa nunverici daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın olduğu yerə görə müəyyən etmişdir. Hazırkı işdə də iddiaçının yuxarıda qeyd edilən məzmunda tələbi daşınmaz əmlaka olan hüquqla əlaqədardır. Həmin daşınmaz əmlak isə Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşir. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2017-ci il 11 aprel tarixli, 2 №-li Qərarı ilə (Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə 2020-ci il 1 yanvar tarixdən qüvvədən düşmüş hesab edilmişdir) Xətai rayonu 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edilmişdi. Beləliklə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia olunan daşınmaz əmlakla bağlı hüquqa dair hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olmamışdır. İPM-in 92.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: 92.0.1. mübahisə ilə bağlı işə, həmin işə baxmaq hüququ olmayan məhkəmə tərəfindən baxıldıqda;... Hazırkı mübahisə ilə bağlı işə səlahiyyəti olmayan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxıldığından, Qanunun müstəsna aidiyyətlə bağlı tələbi həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 92.0.1-ci maddəsinə əsasən ləğv edilməlidir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə Xət ai rayonu 2020-ci il 1 yanvar tarixdən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, bununla da, hazırkı mübahisəyə baxmaq hüququ Bakı İnzibati Məhkəməsinə aid olduğundan, iş baxılması üçün həmin Məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaya əsasən mütləq ləğv edilməli olduğundan, həmçinin işin faktiki halları buna hüququ olmayan məhkəmə tərəfindən araşdırıldığından, şikayətin işin digər faktiki halları və həmin hallara aid hüquq normaları ilə bağlı dəlillərinə münasibət bildirilməsinə lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 noyabr tarixli 2-1(10 3)-2223/2019 nömrəli qərarı ləğv edilir. İş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-858/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-858/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver