Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-858/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü, dinlənilmə hüququnun təmin edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı ev verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1810/2020 sayl ı, 20 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ev verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2-1(82)2914/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə qədər cavabdehə müraciət etmədiyindən iddia mümkünlük şərtinə cavab vermir.
4. İddiaçı 25 iyul 2018-ci il tarixdə birinci instansiya məhkəməsinin qərardadını almış, 23 sentyabr 2020-ci il tarixdə ondan apelyasiya şikayəti vermi şdir.
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə vermədiyinə görə apelyasiya şikayətini mümkün saymayaraq şikayətin qəbulundan imtina etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
6. Apelyasiya şikayətinin qeyri-mümkün sayılması şikayət müddətinin ötürülməklə verilməsi, prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməməsi ilə əsaslandırılmışdır.
7. İPM-in 24.1-ci maddəsində ötürülmüş prosessual müddətin bərpa olunması qaydasını nəzərdə tutmuşdur.
8. Apelyasiya məhkəməsi İPM-in 48.1-ci maddəsinin tələbinə uyğun iddiaçıya yardım göstərməmişdir.
9. İddiaçı yalnız apelyasi ya məhkəməsinin qərardadını aldıqdan sonra ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə etməli olduğunu bilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının vəkili məhkəmə iclasında şikayətin təmin olunmasını xahiş etmişdir.
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü madd əsi). Tətbiq edilən hüquq
12. Maddə
24. Prosessual müddətlərin bərpa olunması (-). 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. (-). Maddə
87. Apelyasiya instansiyası məhkəməsində icraat 87.1. Apelyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Ap elyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132. 3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqe yi
15. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
16. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
17. İş iddiaçının apelyasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
18. Apelyasiya məhkəməsi 5 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayətini mümkün sayaraq işə baxılmasını 20 oktyabr 2020-ci il tarixə təyin etmiş, bu barədə tərəflərə məhkəmə bildirişi göndərmişdir. 19. 20 oktyabr 2020-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçı məhkəmə iclasında apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mübahis ə açdığı 20 oktyabr 2020-ci il tarixli qərardadında birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti vermə müddətinin iddiaçı tərəfindən buraxılması qənaətinə gələrək apelyasiya şikayətini qeyri-mümkün hesab etmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin tərəflərə, o cümlədən iddiaçıya göndərdiyi bildirişdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadından verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası 20 oktyabr 2020-ci il tarixə təyin edilmişdir, məhkəmə iclasında iştirak etmələri xahiş olunur və məhkəmə iclasına gəlmədiyi halda da, iştirakları olmadan işə baxıla və qərar qəbul edilə bilər.
22. Apelyasiya instansiyası məhkəməsi 16 oktyabr 2018-ci il tarixli qərardadında İPM-in 85.1 və 87.3-cü maddələrinə istinad edərək iddiaçının 10 gün müddətində ap elyasiya şikayəti vermədiyi və müddətin bərpası barədə ərizə ilə müraciət etmədiyi üçün şikayəti mümkün saymayaraq apelyasiya şikayətinin qəbulundan imtina etmişdir.
23. Apelyasiya məhkəməsi qərardadda həmçinin bildirmişdir ki, iddiaçı apelyasiya baxışı zamanı apelyasiya şikayətini xəstə olduğu üçün gec verdiyini bildirsə də, bunu sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir.
24. Apelyasiya məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli protokolundan görünür ki, iddiaçının apelyasiya baxışı zamanı apelyasiya şikayətini xəstə olduğu üçün gec verdiyini bildirməsi barədə məlumat olmamışdır.
25. İddiaçı kasasiya şikayətində bildirmişdir ki, apelyasiya məhkəməsinin qərardadını aldıqdan sonra ötürülmüş prosessual müddətin bərpası barədə məhkəməyə müraciət etməli olduğunu öyrənmişdir.
26. Məhkəmə kollegiyası apelyasiya şikayəti üzrə müddətin buraxılıbburaxılmaması, yaxud buraxilıbsa buraxılma səbəbinin üzrlü olub-olmamasına münasibət bildirmədən aşağıdakıları qeyd edir.
27. İPM-in 87.4-cü maddəsinə görə apelyasiya mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
28. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı iddiaçını lazımi qaydada məlumatlandırmamışdır. İddiaçı 20 oktyabr 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasının keçirilməsi məqsədi barədə (apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı) aydın bilgiyə malik olmamışdır. Apelyasiya məhkəməsi gö ndərdiyi bildirişdə apelyasiya şikayəti üzrə məhkəmə iclasının 20 oktyabr 2020-ci il tarixə təyin edilməsini bildirmiş, lakin bildirişdə apelyasiyanın mümkünlüyü ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir.
29. Apelyasiya məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki, apelyasiya məhkəməsi şikayət üzrə müddətin buraxılması ilə bağlı iddiaçı ilə hər hansı müzakirə aparmamışdır.
30. Dinlənilmə hüququnun təmin edilməsi tələbi mühüm əhəmiyyət daşıyır. Məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz mövqelərini ifadə etmək üçün imkan yaradılmalıdır. Bunun üçün məhkəmə proses iştirakçılarını icraatın mərhələsi, işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə elə şəkildə məlumatlandırmalıdır ki, onlar bununla ba ğlı məzmun baxımdan münasibət bildirə bilsinlər.
31. Bəhs olunanlara əsasən məhkəmə kollegiyasının mövqeyinə görə hazırkı vəziyyətdə apelyasiyanın mümkünlüyü ilə bağlı lazımi qaydada məlumatlandırılmayan iddiaçının dinlənilmə hüququ pozulmuş, nəticədə o, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlığının məhkəmədə müdafiəsinə təminat verilməsi hüququndan istifadə edə bilməmişdir.
32. Odur ki, apelyasiya instansiyası məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilməli, apelyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. İddiaçı şikayətində apelyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin mümkünlük şərti apelyasiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, bu hissədə şikayətin dəlili əsaslı sayıla bilməz.
34. Apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı işə baxılan zaman İPM-in 24.4cü maddəsinin tələbləri yoxlanılmalıdır.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.4, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1810/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş apelyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.