Məhkəmə qərarları › İş №2-1(102)-858/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-858/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-858/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı hüquqi varisi X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı hüquqi varisi X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X16) «bölgü sxeminə müvafiq olaraq daşınmaz əmlakın mülkiyyət hüququ i lə dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-2380/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 138 nömrəli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qanuni nümayəndə əri xx.xx.1946-cı il təvəllüdlü İddiaçı üzərində qəyyumluğuna xitam verilməsi, Səbail RİH başçısının 38 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi, vətəndaş X11 atası xx.xx.1946-cı il təvəllüdlü İddia çı üzərində qəyyum təyin edilməsi qərara alınmışdır.

2. Bakı şəhəri, 2 saylı Dövlət Notariat Ofisində qeydə alınmış xx.xx.1998-ci il tarixli, 3M/37 nömrəli X2 ilə İddiaçı arasında bağlanmış mənzilin bağışlanma müqaviləsi üzrə notariat işinin lazımi qaydada təsdiq edilmiş materiallarından görünür ki, 06 may 1998-ci il tarixli mənzil bağışlama müqaviləsinə əsasən X3 Bakı şəhər TİBdan kt. №157, səh.5621, qeydəalma № 30/846, xx.xx.1988-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə, TİB-dən ver. 30/1127, xx.xx.1998-ci il tarixli Arayışa əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 53,3 kv.m. olan 4 otaqlı mənzilin və sahəsi 44,9 kv.m. olan 4 köməkçi otağın 1/2 hissəsini oğlu İddiaçı bağışlamışdır. 3. xx.xx.2001-ci il tarixli, 136842 nömrəli müqaviləyə əsasən X19 Bakı şəhəri T İ və MHQİ tərəfindən xx.xx.1992-ci il tarixdə, 157 №-li reyestr kitabının 5621-ci səhifəsində, 30/7182 №-li qeydəalma ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Berq küçəsi, ev 75-də yerləşən yaşayış evinin 1/2 hissəsini on doqquz milyon manata X1. 12 fevral 1976-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, X23 X8 vərəsəsi kimi Bakı şəhəri, 5-ci Bayıl küçəsi, ev 75-dəki fərdi yaşayış evinin 1/2 hissəsini qəbul etmişdir. 26 may 1976-cı il tarixli müqaviləyə əsasən X23 mülkiyyətində olan 429,2 kv.m. torpaq sahəsində yerləşən Bakı şəhəri, 5-ci Bayıl küçəsi (yeni Berq), ev 75-in 1/2 hissəsini 5000 manata İddiaçı satmışdır.

4. Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən 06.1965-ci il tarixdə 26 ünvan 2 ünvanına dair tərtib edilmiş şəxs i mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 1930-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evinin “ev sahibi” X4muş, sonradan “ev sahibi” kimi İddiaçı və X9 adları qeyd olunmuş, cəmi tikintinin sahəsinin 262,9 kvm, cəmi meydançanın sahəsinin isə 429,2 kvm. təşkil etdiyi qeyd edilmişdir. Fərdi yaşayış evi “A” və “B” tikililərindən ibarətdir.

5. Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin bölgü sxemindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin mülkiyyətçilər X16 və İddiaçı Yüzbekoviç arasında bölgüsü aparılmış, bölgü aşağıdakı kimi müəyyən olunmuşdur: İddiaç ı Yüzbekoviçə aid hissə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin 0,03147 ha, evin ümumi sahəsinin 140,65 kvm., evin sahəsi (tikiliş “A2”) – 47,5 kvm., bölünmüş saray sahəsi (tikiliş “Б”) – 93,15 kvm.. X10 aid hissə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin 0,01565 ha, evin ümumi sahəsinin 110,33 kvm., evin sahəsi (tikiliş “A1”) – 70,86 kvm.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək daşınmaz əmlakın mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasını və reyestrdən çıxarışın verilməsini və planölçünün tərtib olunmasını xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarla müraciətin təmin olunmasından imtina edildiyini bildir miş və qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən “B” tikilisinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Qeyd edilən tikiliyə dair Sabunçu rayon Məhkəməsinin 2-609/2004 saylı qətnaməsi ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, qeyd edilən ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərini aparmaq üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair sənədlərin əsli “ASAN xidmət” mərkəzinə təqdim edildiyi təqdirdə, müraciətə qanunamüvafiq qaydada baxılacaqdır.

8. İddiaçı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Mərhumun vərəsəsi - X11 təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 2V-151 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 93,15 kvm. olan “B” tikilisi və həmin ünvandakı "A" tikilisinin 47,5 kvm. olan hissəsinə (cəmi 140,65 olan tikili və fərdi yaşayış evi), texniki pasportda qeyd edilən evinin və hasarının yerləşdiyi faktiki tikintialtı həyətyanı 272,7 kvm. torpaq sahəsinə (ümumi 429.2 kv.metrin 272.7 kv.m. hissəsini) xüsusi mülkiyyət hüququnu n ayrıca vahid əmlak kimi qeydə alıb yeni çıxarış və ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan, l-ci qrup əlildir. 1981-1988-ci illərdə dənizdə mühəndis kimi işləyərkən xəstəliyə tutulmuş, Ruhi-əsəb xəstəxanalarında aldığı müalicələr nəticə verməmiş, fəaliyyət qabiliyyəti olmayan elan edilmişdir. Sabunçu rayon məhkəməsinin 08 aprel 2004-cü il tarixli, 2609 nömrəli qətnaməsi, Səbail RİHB-nin 12 mart 2020-ci il tarixli, 38 saylı sərəncamı ilə Qanuni nümayəndə ona qəyyum təyin edilmişdir. Cavabdehə yazılan ərizələrdə göstərildiyi kimi, iddiaçı mülkü alqı-satqı müqaviləsi ilə əldə etmiş və müqaviləyə əsasən mülkiyyət hüququ 18 iyun 1976-cı il tarixdə, 157 saylı kitabın 5621-ci səhifə sində paylı mülkiyyət kimi 1/2 hissədə cavabdeh tərəfindən qeydə alınmışdır. Digər 1/2 hissəyə mülkiyyətçi X5muşdur. İddiaçıdan fərqli olaraq ona qanuni çıxarış verilmişdir. Onların hazırda həm fərdi yaşayış evinə, həmçinin də torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədləri mövcuddur ki, bu sənədlər əsasında iddiaçı vahid əmlak kimi çıxarış almaq hüququ qazanır. Belə ki, notariat işində iddiaçının 10 avqust 1988-ci ildə anası Mirvariyə evin 1/2 hissəsini bağışlamasına dair sənədlərdə qeydiyyat çıxarışının surəti aşkar edilmiş və orada yuxarıda göstərilən qeydiyyat öz əksini tapmışdır. Həmin işdə cavabdehin verdiyi sənədlərdə evin torpaq sahəsinin axırıncı invertarlaşmada 429,2 kv.m olması və evin 1930-cu ildə tikilməsi barədə Büronun rəisi və mühəndisinin imzaladığı 30\751 saylı şt amp və möhür vurulmuş 10 avqust 1988-ci il tarixli rəsmi arayış da var. İddiaçının anası Mirvarinin ona bağışlanmış 1/2 hissənin iddiaçıya bağışlamasına dair 06 may 1998-ci il tarixli notariusda təsdiq edilmiş bağışlama müqaviləsi vardır. Bundan sonra Texniki İnventarlaşma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi 148037 nömrəli, MH seriyalı,10 iyun 1998-ci il tarixli qeydiyyat vəsiqəsi vermişdir. İddiaçı ona məxsus evin sənədlərini təqdim etməklə, reyestrdə qeydiyyatının adına aparılması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci və 17.07. 2021-ci il tarixli, cavab məktubları ilə həmin yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrasının mümkün olmaması əsası ilə imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, təkzibolunmaz sənədlər olduğu, qeydiyyat kitabları durduğu halda, cavabdehin inventarlaşma aparmaqdan, mülkün qeydiyyatından, çıxarış verilməsindən imtina etməsi anlaşılan deyil.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, sözügedən fərdi yaşayış evinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından iddiaçının ərizəsi tərəflərindən mümkün olmamışdır. Sərəncamın icrası ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq fərdi yaşayış evinə yerli baxış keçirilmiş, iddiaçının faktiki istifadəsində olan sahənin «A» tikilisinin bir hissəsi (1; 2; 5 və 9 saylı sahələr) olduğu müəyyən edilmişdir. Hazırda ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, digər 1/2 hissəsi isə X6 mülkiyyətindədir. Belə ki, faktiki olaraq “A” tikilisinin bir hissəsi iddiaçının istifadəsində olduğu və müvafiq fərdi yaşayış evi (A tikilisi) vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu üçün bölünməsi, evə və həyətyanı torpaq sahəsinə (429.2 kv) dair İddiaçı adına ayrıca çıxarışın verilməsi mümkün olmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2795/2022 nömrəli qərarı (hakim: X20) ilə iddia təmin edilmiş, ünvan 7 ünvan E.Berq küçəsi 75) ünvanında yerləşən ümumi sahəsi 93,15 kvm. olan “B” tikilisindən və həmin ünvandakı "A" tikilisinin sahəsi 47,5 kvm. olan hissəsindən (cəmi 140,65 kvm.) ibarət fərdi yaşayış evinin və həmi n fərdi yaşayış evinin yerləşdiyi 272.7 kvm. həyətyanı torpaq sahəsinin üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun ayrıca vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb yeni çıxarış və ünvan verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində səciyyələnmiş hüquqmüəyyənedici sənədlərə malik olduğundan, həmçinin fərdi yaşayış evi paylı mülkiyyətdə olmasına baxmayaraq, onunla bağlı üçüncü şəxs ilə arasında bölgü sxemi tərtib edilərək tikilinin ayrı-ayrılıqda onlara aid hissəsi müəyyən olunduğundan, o cümlədən də həmin daşınmaz əmlakın xüsus iyyətlərinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa malik, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev olduğundan, fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə vahid əmlak kimi qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı maneənin olması müəyyən edilməmişdir. İddiaçının istifadəsində olan fərdi yaşayış evinin bir hissəsinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu üçün bölünməsinin mümkünsüz olması barədə cavabdehin irəli sürdüyü dəlil isə əsaslı hesab edilə bi lməz.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-2380/2022 nömrəli qərarı (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X7 və X22) ilə Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-2380/2022 saylı qərarı İdarəyə daxil olduqdan sonra aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Mərhumun vərəsəsi X11 təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 2V-151 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat aparılmışdır. İnzibati iş üzrə birinci və apellyasiya instansiya məhkəmələrində icraatı zamanı iddiaçının vəfat etməsi ilə bağlı araşdırılma aparılmamış və iddiaçı hüquqi varisi ilə əvəz edilməmişdir. 19. 1965-ci ildə Azər baycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasporta əsasən daşınmaz əmlaklar “A” və “B” tikilisindən ibarətdir. İdarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinin iddiaçıya aid hissəsi texniki pasporta əsasən “A” tikilisinin 1, 2 və 5 saylı sahələri və “B” tikilisidir. “A1 tikilisinin 8 saylı sahəsi söküldüyünə görə, tikilinin texniki pasporta əsasən ölçüsü 125.8 kv.m olmasına baxmayaraq, faktiki ölçüsü 98.2 kv.m-dir. “A" tikilisinin İddiaçı və üçüncü şəxs X10 aid hissələri vahid dam altında yerləşdiyinə görə fərdi yaşayış evinin bölgüsü və hər bir hissənin müstəqil olaraq dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Həmçinin, “B” tikilisinə keçirilmiş yerli baxış zaman ı müəyyən edilmişdir ki, texniki pasporta əsasən ölçüsü 89.7 kv.m olan tikili sökülmüş və ümumi ölçüsü 93.15 kv.m olan yeni “B” tikilisi inşa edilmişdir. Texniki pasportda qeyd olunan “B” tikilisi söküldüyü üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə uyğun olaraq məhv edilmiş tikili üzərində mülkiyyət hüququnun ləğv edilməsi barədə ərizə və yeni inşa edilmiş “B” tikilisinin qeydiyyata alınması barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. 20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin v ə ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3cü maddəsi). Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5354/2021 saylı, xx.xx.2021 ci il tarixli məhkəmə qəra rının kassasiya instansiyası məhkəməsinin mövqeyi hissəsinə əsasən payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün b ölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xi tam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə mü raciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Madd ə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2 Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

23. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu a şağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və or ada şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 138 nömrəli sərəncamı ilə vətəndaş X18 atası xx.xx.1946-cı il təvəllüdlü İddiaçı qəyyumu təyin edilmişdir.

28. Eyni zamanda mübah isəyə dair iş üzrə materiallardan X11 aşağı instansiya məhkəmələrində icraat zamanı İddiaçı qanuni nümayəndəsi qismində iştirak etdiyi və qanuni nümayəndə kimi onun maraqlarını təmsil etdiyi müəyyən olunur.

29. Mübahisə üzrə məhkəmə icraatının gedişində İddiaçı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Ölmüş şəxsin vərəsəsi və qanuni nümayəndəsi X11 təqdim etdiyi və iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 2V-151 nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə” əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat aparılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi iş üzrə İddiaçı öldüyünü nəzərə alaraq onu hüquqi varisi ilə əvəz etməmiş, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia t ərəfinə münasibətdə yardımetmə vəzifəsini yerinə yetirməmişdir.

31. Mülki-Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

32. Bu baxımdan məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə hüquq varisliyinin mümkünlüyünü və prosessual qənaət prinsipinin tələblərini nəzərə alaraq vəfat etmiş İddiaçı onun hüquqi varisi X12 əvəz edilməsini qərara alır.

33. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən iddiaçının mübahisəli fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə bu qərarın 22-ci bəndində istinad olunan normalarda təsbit edilmiş hüquqmüəyyənedici sənədlərə malik olduğu müəyyən olunmuş və mübahisəyə dair qanunauyğun qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılması təmin edilmişdir.

34. Bununla belə, apelyasiya məhkəməsi tərəfindən iddiaçının vəfat etməsi və onun hüquqi varisi ilə əvəz olunması kimi xüsusatlar nəzərə alınmamış, konkret işin hallarından asılı olaraq iddiaçının hüquqi varisinin marağının məzmunu və onun məqsəd i müəyyən olunmamış, bu qərarın 22-ci bəndində istinad olunan normanın tələbləri nəzərə alınmaqla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmənin yardımetmə vəzifəsinə riayət edilməmişdir.

35. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

36. Bu baxımdan apelyasiya məhkəməsi istinad olunan norma anlamında ən azından iddiaçının hüquqi varisinin hüquqi marağının müəy yən olunması məqsədi ilə bu hissə üzrə də iddia tələbinin dəqiqləşdirilməsində ona yardım etməli, eləcə də bununla bağlı müraciətin məzmun və ifadə tərzi baxımından qeyd olunan daşınmaz əmlakın atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi kimi ifadə olunmasına məhkəmə tərəfindən onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından qiymət verilməli idi. Bu zaman həmçinin məhkəmənin iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığı da nəzərə alınmalı idi.

37. Məhkəmə tərəfindən həmçinin nəzərə alınmalı idi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir və həmin arayış qeydiyyat orqanı tərəfindən verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

38. Digər tərəfdən, məhkəmə tərəfindən yardım etmək vəzifəsinin layiqincə yerinə yetirilməsi iddia tələbinin dəqiqləşdirilməsi üçün işin aşağı instansiya məhkəməsinə qaytarılmasının və beləliklə də, həmin səbəbdən məhkəmə icraatının hədsiz dərəcədə uzanmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddia tələbinin dəqiqləşdirilməsi üçün işin aşağı instansiya məhkəməsinə göndərilməsi mübahisəyə ağlabatan müddətlərdə ba xılması imkanını məhdudlaşdırardı. Hüququn hamılıqla qəbul olunmuş prinsiplərindən sayılan prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə yönəlmişdir.

39. Beləliklə, apellyasiya məhkəməsinin ölmüş iddiaçının hüquqi varisi ilə əvəz edilməməsində ifadə olunan hərəkətsizliyi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlili ilə razılaşmasına rəğmən, məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apelyasiya məhkəməsinin qərarının əsasları qismən dəyişdirildiyindən kassasiya şikayəti yalnız həmin hissədə qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı qismən dəyişdirilməlidir.

40. Belə ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində təsbit edilmiş hüquqmüəyyənedici sənədlərə malikdir və cavabdehin kassasiya şikayətində istinad etdiyi dəlillər mübahisəli daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən imtinaya səbəb ola bilməz.

41. Bu zaman həm də mübahisə predmetinə aid ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüququn cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 2V-151 nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik haqqında Şəhadətnamə” əsasında daşınmaz əmlak ın dövlət reyestrində xx.xx.2022-ci il tarixində vəfat etmiş İddiaçı vərəsəsi X11 adına qeydiyyata alındığı da nəzərə alınmalıdır.

42. Lakin hazırkı mübahisəyə münasibətdə hüquqi maraq sadəcə olaraq fərdi yaşayış evinə deyil, həm də həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə müvafiq arayışın verilməsinə nail olmaqdan ibarətdir və həmin arayış gələcəkdə vərəsəlik sənədləri təqdim edən vərəsənin adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın rəsmiləşdirilməsi üçün əsas kimi çıxış edir.

43. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 93,15 kvm. olan “B” tikilisindən və həmin ünva ndakı "A" tikilisinin sahəsi 47,5 kvm. olan hissəsindən (cəmi 140,65 kvm.) ibarət fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 272.7 kvm. torpaq sahəsinə hüququn İddiaçı məxsus olmasına dair arayışın onun hüquqi varisi X15 verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-2380/2022 nömrəli qərarı dəyişdirilir. ünvan 11 ünvanda yerləşən, ümumi sahəsi 93,15 kvm. olan “B” tikilisindən və həmin ünvandakı "A" tikilisinin sahəsi 47,5 kvm. olan hissəsindən (cəmi 140,65 kvm.) ibarət fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 272.7 kvm. torpaq sahəsinə hüququn İddiaçı məxsus olmasına dair arayışın onun hüquqi varisi X15 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar