Məhkəmə qərarları › İş №2-1(102)-858/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-858/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-858/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağa dair şəhadətnamənin etibarsız sayılması, şəhadətnamənin verilməsinə əsas olan inzibati aktın qüvvədə olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2780/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əzizbəyov rayon İcra Hakimiyyətini başçısının 615/38 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 6-li evdə yaşayan “Qaranquş” sanatoriyasında işləyən İddiaçı Mərdəkan qəsəbəsində M-515 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh 04 noyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin qeyd edilən torpaq sahəsi mübahisəli olduğundan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi Xəzər rayon İHB-nın xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ilə həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Yerində aparılan sorğu nəticəsində məlum olmuşdur ki, həmin zaman, yəni 1992-ci ildə vətəndaş İddiaçı qardaşı X8 və bacısı X1 da həmin cərgədə, yan-yana olaraq torpaq sahələri ayrılmışdır. Lakin onlar, o cümlədən vətəndaş İddiaçı torpaq sahəsində uzun müddət heç bir tikinti işləri aparmamışdır. Bu səbəbdən İddiaçı tərəfindən nəzarətsiz qoyulan torpaq sahəsi növbəti illərdə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən yenidən müraciət etmiş vətəndaşlara ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən cizgi planın etibarsız və heç bir əsası olmadan, kötüyü bilinməyən və JN-28011D torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qanunsuzluğundan istifadə edərək sözügedən sənədlərin etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixli, 615/38 nömrəli sərəncam əsasında keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 4 tərəfli hasar daxilindədir və giriş qapısı da böyük dəmir qapı olmaqla, bu günə kimi giriş-çıxış mövcuddur. Əlavə olaraq bildirir ki, üzərində elektrik enerjisindən istifadə üçün elektrik sayğacı da quraşdırılmışdır. Lakin, xx.xx.2022-ci ilin yanvar a yında X5 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə çıxarış verilmişdir. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis İdarəsinin araşdırılması zamanı xx.xx.2022-ci il tarixli, 056-14798 nömrəli qərara əsasən müəyyən edilmişdir ki, Fazil Məmmədovun torpaq üzərində JN-28011D saylı şəhadətnamə əldə etdiyi zaman qeydiyyatdan keçməmiş etibarsız cizgi sxemi keçmiş Əzizbəyov rayonun adından istifadə edərək şəhadətnaməni əldə etmiş, həmin şəhadətnamə də, tədqiqat araşdırılması zamanı məlum olmuşdur ki, qonşular, yəni JN-22295D saylı şəhadətnamə sahibi X13 Azərbaycan Respublikasında aşkar olunmamış və həmin torpaq sahəsi məhv olmuş vəziyyətdədir. Əlavə olaraq JN22301D saylı şəhadətnamə sahibi X9 etiraf edir ki, onun Mərdəkan qəsəbəsi ərazisində heç vaxt torpaq sahəsi olmamışdır. İşin araşdırılması gedişatı göstərmişdir ki, şəhadətnamə düzgün mövqe tutmur, o da, onun etibarsız olmasını təsdiq edir. Həmin sənədlərdən istifadə edərək Fazil Məmmədov daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən cizgi planın etibarsız və heç bir əsası olmadan, kötüyü bilinməyən və JN-28011D torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qanunsuzluğundan istifadə edərək sözügedən sənədlərin etibarsız hesab olunmasına dair iddiası etirazla qarşılanır. İddiaçı JN-28011D, KOD 00300016 nömrəli şəhadətnamənin ləğvi tələbi ilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İ darəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********00 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-28011D, KOD 00300016 saylı şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 425E saylı, **********19 reyestr nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyy atdan keçmiş, hazırda bağ sahəsi X10, Məmmədova Şəfəq, X11, X6 və X2 birgə mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(112)3514/52023 saylı qərardadı ilə X10, Şəfəq Məmmədova, X11, X6 və X7 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 615/8 saylı, xx.xx.1992-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən X5 Xəzər rayonu (keçmiş Əzizbəyov) İcra Hakimiyyətinin adından qanunsuz verilmiş plan-sxemin və onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2-1(112)-3514/2023 saylı qərarı ilə (hakim X3) iddia tələbi şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi X5 verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

11. Bakı İnzibati Məhkəməsinin eyni tarixli qərardadı ilə İddiaçı iddiası “615/8 saylı, xx.xx.1992-ci il tarixli sərəncam a əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən X5 Xəzər rayon (keçmiş Əzizbəyov) İcra Hakimiyyətinin adından qanunsuz verilmiş plan-sxeminin etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. Belə olan halda bu hissədə iddia mümkün sayıla bilməz.

13. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2780/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X14 (məruzəçi), X15 və X16) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 aprel 2 023-cü il tarixli, 2-1(112)-3514/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. X4 Məcəllənin 12.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

18. Qeyd edilmişdir ki, məhkəmələr İddiaçı məhkəmə təminatı hüququnu pozmuş, iddiaçıya məxsus torpaq sahəsini üçüncü şəxsin adına qanunsuz rəsmiləşdirmişdir. Eyni zamanda iş üzrə verilmiş ekspert rəyi də tam de yil. Bu halın aradan qaldırılması məqsədi ilə məhkəməyə vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Bununla da İPMin 12.1 və 12.2-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

22. Azərbaycan Respublikasının İnzibati P rosessual Məcəlləsi: Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həd də, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. İş materiallarından belə anlaşılır ki, iddiaçının hazırki iddia tələbi ilə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə Əzizbəyov rayon İcra Hakimiyyətini başçısının 615/38 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsidir. Bu nəticəyə çatmaq üçün o, JN-28011D nömrəli şəhadətnamənin ləğv edilməsini tələb edir.

30. Məhkəmə kollegiyası iddiaçının mövqeyini ə sassız hesab edərək bildirir ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/401 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı və plan cizgi olmuşdur. Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə bağlı məhkəmə kollegiyasının mövqeyi

31. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkə mə hesab etmişdir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi X5 verilmiş 10 may 1994-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır.

32. Həmin qərar iddiaçı tərəfindən apelyasiya qaydasında mübahisələndirilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)612/2023 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (apelyasiya instansiyası məhk əməsinin qərarından kassasiya şikayəti verilməmiş, qərar hüquqi qüvvəsini almışdır). Plan və sxemlə ilə bağlı məhkəmə kollegiyası mövqeyi

33. Etibarsızlığı tələb edilən şəhadətnamənin verilməsinə əsas həm də plan sxem olmuşdur. Lakin iddiaçının plan sxemin etibarsız hesab edilməsinə dair iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün cavabdehə qarşı yönəlməmə əsası ilə mümkün sayılmamış, bu qərardad iddiaçı tərəfindən mübahisələndirilməyərək qanuni qüvvəsini almışdır.

34. Yuxarıda qeyd edilənlərdən əlavə olaraq məhkəmə kollegiyası bildirir ki, inzibati aktın etibarsız sayılmasının əsasları “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə tənzimlənir. Həmin normaya əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasə n yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Lakin hazırki işdə qanunda qeyd edilən etibarsızlığın əsasları müəyyən edilmir.

35. İddiaçı eyni zamanda kassasiya şikayətində təkrar məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı məhkəməyə vəsatət verdiyini, lakin məhkəmənin vəsatəti əsassız olaraq rədd etdiyini qeyd etmişdir.

36. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, vəsatət inzibati məhkəmə prosesi iştirakçılarının məhkəm əyə ünvanladığı xahişidir. Qanunverici vəsatətlərin, o cümlədən təkrar ekspertiza keçirilib keçirilməməsi ilə bağlı məsələlərin həllini müstəsna olaraq məhkəmənin mülahizəsinə vermişdir. Yəni hər hansı məsələ ilə əlaqədar olaraq vəsatətin verilməsi onun mütləq şəkildə təmin edilməli olması anlamına gəlmir.

37. Eyni zamanda qanunun tələbinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi üçün qanuna nəzərdə tutulmuş əsaslar olmadığından məhkəmə iddiaçının təkrar məhkəmə ekspertizası keçirilməsi ilə bağlı vəsatətini təmin etməmişdir.

38. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

39. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2780/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar