Məhkəmə qərarları › İş №2-1(102)-859/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-859/2019

13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-859/2019 ALİ MƏHKƏMƏ Iddiaçı DSMF-nun Səbail rayon Şöbəsinə qarşı iş üzrə 13.03.2019 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh DSMF-nun Səbail rayon Şöbəsinə qarşı yaşa görə pensiya təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2855/2018 saylı 13 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cı il təvəllüdlü idd iaçı Iddiaçı 03.03.1977-ci ildən 16.06.1993-cü ilə kimi 4 nömrəli uşaq bağçasında dayə vəzifəsində işləmişdir. İddiaçıya 03.04.2018-ci il tarixdən üçüncü dərəcəli əlillik təyin olunmuşdur. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh 23.05.2018-ci il tarixli **-*/**** saylı imtina məktubunda bildirmişdir ki, iddiaçının əmək stajı əmək kitabçasında qeyd olunmadığından 03.03.1977-ci ildən 16.06.1993-cü ilə qədər Ağdam rayonu Axundov adına üzümçülük sovxozunun nəzdində 4 saylı uşaq bağçasında dayə işlədiyi illərin sığorta stajına daxil edilməsi mümkün deyildir. Bundan sonra iddiaçı Iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 20 iyul 2018-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun 03.03.1977-ci ildən 16.06.1993-cü ilə qədər Ağdam rayonu Axundov adına üzümçülük sovxozunun nəzdində 4 saylı uşaq bağçasında dayə işləməsinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2855/2018 saylı 13 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmə miş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 03.03.1977-ci ildən 16.06.1993-cü ilə kimi 4 nömrəli uşaq bağçasında dayə işləməsi iş materiallarında olan müvafiq arayışla təsdiq edildiyi üçün iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2855/2018 saylı 13 dekabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının sosial sığorta stajı əmək kitabçası ilə təsdiq edilmir. Qanunvericiliyə əsasən isə üzürlü səbəbdən əmək stajını təsdiq edən sənədlər təqdim edilmədikdə hüquqi faktın müəyyən edilməsinə dair müvafiq məhkəmə qərarı olmalıdır. Lakin hazırkı iş üzrə iddiaçının 03.03.1977-ci ildən 16.06.1993-cü ilə qədər Ağdam rayonu Axundov adına üzümçülük sovxozunun nəzdində 4 saylı uşaq bağçasında dayə işləməsi barədə hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəmə qərarı yoxdur. Kassator İnzibati Prosessual Məcəllənin 90,91-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2855/2018 saylı 13 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən idd iaçı Iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2855/2018 saylı 13 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi onun 03.03.1977-ci ildən 16.06.1993-cü ilə qədər Ağdam rayonu Axundov adına üzümçülük sovxozunun nəzdində 4 saylı uşaq bağçasında dayə işləməsinin sığorta stajına daxil edilməsidir. Cavabdehin imtinasının əsasını isə iddiaçının əmək stajının əmək kitabçasında qeyd olunmaması təşkil edir. İddiaçı tələbini Ağdam rayonu M.F.Axundov adına üzümçülük sovxozu tərəfindən verilmiş arayışla əsaslandırır. Həmin arayışd a iddiaçının 03.03.1977-ci ildən 16.06.1993-cü ilə qədər Ağdam rayonu Axundov adına üzümçülük sovxozunun nəzdində 4 saylı uşaq bağçasında dayə işləməsi, 16.06.1993-cü ildən 31.12.2004-cü ilədək minimum əmək haqqı alması, o cümlədən iddiaçının iş stajına aid olan sənədlərin, əmək kitabçasının və əmək haqqı cədvəllərinin işğal zonasında qalması qeyd edilmişdir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Naz irlər Kabineti müəyyənləşdirir. Həmçinin qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Başqa sözlə qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi q aydasını nəzərdə tutduğundan cavabdehin “iddiaçının əmək stajının əmək kitabçasında qeyd olunmaması” ilə bağlı kassasiya şikayətinin dəlili əsassızdır. Bununla yanaşı qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Halbuki hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı ilə razılaşarkən iddiaçı tərəfindən təqdim edilmiş Ağdam rayonu M.F. Axundov adına üzümçülük sovxozu tərəfindən verilmiş arayışa istinad etmiş, hə min arayışda qeyd olunan ziddiyyətli məqamlara hüquq qiymət verməmişdir. Belə ki, həmin arayışda həm iddiaçının 03.03.1977-ci ildən 16.06.1993-cü ilə qədər Ağdam rayonu Axundov adına üzümçülük sovxozunun nəzdində 4 saylı uşaq bağçasında dayə işləməsi, həm də iddiaçının iş stajına aid olan sənədlərin, əmək kitabçasının və əmək haqqı cədvəllərinin işğal zonasında qalması qeyd edilmişdir. Belə olan halda Ağdam rayonu Axundov adına üzümçülük sovxozu tərəfindən verilmiş arayışdakı məlumatın, daha dəqiq isə iddiaçının 03.03.1977-ci ildən 16.06.1993-cü ilə qədər Ağdam rayonu Axundov adına üzümçülük sovxozunun nəzdində 4 saylı uşaq bağçasında dayə işləməsi barədə məlumatın hansı sənədlər əsasında yazılması məsələsini apellyasiya instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1 -ci maddəsinə əsasən araşdırılmalı olduğu halda araşdırılmamışdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının 03.03.1977-ci ildən 16.06.1993-cü ilə qədər Ağdam rayonu Axundov adına üzümçülük sovxozunun nəzdində 4 saylı uşaq bağçasında dayə işləməsi barədə məlumatın hansı sənədlər əsasında yazılması məsələsini araşdırmalı, lüzum olarsa iddiaçıya hüquqi faktın ( 03.03.1977-ci ildən 16.06.1993-cü ilə qədər Ağdam rayonu Axundov adına üzümçülük sovxozunun nəzdində 4 saylı uşaq bağçasında dayə işləməsi) təsdiq edilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Mə hkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2855/2018 sa ylı 13 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar