Məhkəmə qərarları › İş №2-1(102)-859/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-859/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-859/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; dinlənilmə hüququnun və işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs “X6” MMC) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3484/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli qərarı ilə iddiaçıya 2022-ci ilin iyul ayı üçün 17.919,0 manat məbləğində vergi hesablanmışdır.

2. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********040300 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmi ş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********040300 nömrəli qərarının və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********617300 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə “X6” MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:

7. İ ddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarından iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə şikayət edilmişdir.

8. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********040300 nömrəli qərarı ilə iddiaçının şikayəti təmin olunmayaraq, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********040300 nömrəli qərarı və cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barəd ə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır.

9. İddiaçı xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınaraq, əsas fəaliyyət növü “binalarda və digər tikinti obyektlərində elektrik şəbəkəsi və elektrik cihazlarının quraşdırılması”ndan ibarətdir. Şamaxı-Abxalı və ŞamaxıDəmirçi istiqamətlərində işıqlandırma dirəklərinin quraşdırılması layihəsi ilə əlaqədar olaraq qum və çınqıl lazım olduğu üçün, satıcı “X6” MMC ilə xx.xx.2020-ci il tarixi, 05 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, xx.xx.2020-ci il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən “X6” MMC-dən 117.469 manat məbləğində, kubu 22 manata 2300 kub, cəmi 50.600 manata qum, kubu 22 manata 2225 kub, cəmi 48.950 manata çınqıl alınmışdı r. 10. “X6” MMC-dən alınmış qum və çınqılın ümumi dəyəri 99.550 manat olmuşdur. 99.550 manatın ƏDV-si 17.919 manat məbləğindəydi. xx.xx.2020-ci il tarixdə malların təhvil-təslim aktı ilə “X6” MMC-dən mallar (qum və çınqıl) qəbul edilmişdir. “X6” MMC 99.550 manat (ƏDV-si 17.919 manat) məbləğində malların (qum və çınqıl) alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, EBAW seriyalı 384635 nömrəli elektron qaimə-faktura göndərmişdir. Həmin elektron qaimə-fakturaya əsasən 99.550 manat (ƏDV-si 17.919 manat) məbləğində pul “X6” MMC-nin hesabına köçürülmüşdür.

11. Şamaxı-Abxalı və Şamaxı-Dəmirçi istiqamətlərində işıqlandırma dirəklərinin quraşdırılması layihəsi üzrə iddiaçıya həvalə edilmiş işləri tam görərək təhvil verildikdən iki il sonra Dövlət Vergi Xidməti iddiaçıya qanunsuz və əsassız olaraq b ildirmişdir ki, malların (qum və çınqıl) alındığı “X6” MMC dövlətə olan vergilərini ödəmədiyindən, ödədiyiniz 99.550,00 manatın əvəzləşdirilmiş 17.919 manat ƏDV məbləği dövlət büdcəsinə bərpa edilmişdir. Cavabdehin etirazları:

12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "binalarda və digər tikinti obyektlərində elektrik şəbəkəsi və elektrik cihazlarının quraşdırılması”ndan ibarət olduğu müəyyən edilmişdir.

13. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək təqd im edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot-baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir.

14. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********017500 nömrəli məktub göndərilərək müvafiq dövrlər üzrə dəqiqləşmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin məktubda qeyd olunan müddət ərzində iddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslandırılmış münasibət bildirilmədiyi üçün Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyul ayı üçün 17.919 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.

15. İddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 110.140 manat (ƏDV-si 19.825,20 manat) məbləğin 99.550 manat (ƏDVsi 17.919 manat) məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək 2022-ci ilin iyul ayı üçün təqdim edilmi ş ƏDV bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlaması zamanı əvəzləşdirilmiş 17.919 manat ƏDV məbləği dövlət büdcəsinə bərpa edilmiş və qeyd olunanlar bəyannamənin 324-cü sətrində “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği” göstərilmişdir.

16. Araşdırma zərurəti ilə əlaqədar olaraq cəmiyyətin rəhbəri şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuşdur. Cəmiyyətin rəhbəri X2 izahatında bağlanmış müqavilə əsasında qarşı tərəflə əməliyyatlar aparıldığını, Şamaxı-Abaxlı və Şamaxı-Dəmirçi istiqamətlərində işıqlandırma dirəklərinin quraşdırılması layihəsi ilə əlaqədar olaraq qum və çınqıl lazım olduğu üçün Cəmiyyətin iş icraçısı olan Kazımov Məhəmməd tərəfindən ve rilən təqdimat əsasında "X6" MMC ilə alqı-satqı əməliyyatlarının aparıldığını bildirimişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən "X6" MMC-dən 99.550 manat (ƏDV-si 17.919 manat) məbləğində malların (qum və çınqıl) əldə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBAW seriyalı 384635 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamış və dövlət büdcəsinə bərpa edilmişdir.

17. Araşdırma zamanı "X6" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə elektron qaimə-faktura əsasında rezin metal simpleks, şam tir, kronşteyn və s. tipli mallar təqdim edilməsinə baxmayaraq, qeyd olunan mallar iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının vergi orqanında olan uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və işçi qüvvəsinin olmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1.,2.1.3.,3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçının riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********582700 nömrəli qərar qəbul edilmişdir.

18. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "X6" MMC-yə (VÖEN: **********) x x.xx.2022-ci il tarixli **********962900 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktub göndərilmiş və Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 11:00 da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. Qeyd olunan hal xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir.

19. Bundan əlavə, "X6" MMC-nin rəhbəri X1, eyni zamanda, "X7" MMC-nin, "X3" MMC-nin, "xxxx" MMC-nin və "X8" MMC-nin rəhbəri olduğu və onların da riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir.

20. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən iddiaçı tərəfind ən "X6" MMC-dən (VÖEN: **********) 99.550 manat (ƏDV-si 17.919 manat) məbləğində malların iş və xidmətlərin (qum və çınqıl) əldə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBAW seriyalı 384635 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "X6" MMC tərəfindən fəaliyyət istiqamətinə uyğun təqdim edilmiş iş və xidmətin mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlərin inzibati araşdırma zamanı müəyyən edilmədiyini, "X6" MMC-nin inzibati araşdırmada iştirak etmədiyini, Vergi Məcələsinin 175.11-ci m addəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "X6" MMC tərəfindən müxtəlif adda iş, xidmətlə bağlı (qayka, bolt, mufta, şplint və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin iş və xidmətlərin yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün və təsərrüfat subyektinin (obyektinin) olmadığı üçün vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarın qüvvədə olduğunu nəzərə alaraq, iddiaçının inzibati şikayəti təmin edilməməli və cavab deh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərar dəyişdirilmədən saxlanılmalıdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5466/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli qərarı ləğv edilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə "X6" MMC arasında alqı-satqı əməliyyatları xx.xx.2020-ci il - xx.xx.2021-ci tarixləri aralığında aparılmış, "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar elə həmin gün xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir.

23. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

24. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilə bilməsi üçün müvafiq orqan(qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da ris kli hesab olunur.

25. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

26. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.

27. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının əm əliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, həmin mallar iddiaçıya təqdim edilmiş və o, öz növbəsində malların dəyərini həmin şirkətlərə ödəmiş və aparılmış əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələri tərəfindən yerinə yetirilmişdir. Beləliklə də, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisə ilə aparmışdır.

28. İddiaçının əməliyyat apardığı müəssisənin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir.

29. Belə olan halda, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.

30. Beləliklə, vergi orqanı tərəfindən “Vergilərin, sosial sıgorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbu l edildiyindən, məhkəmə hesab edir ki, vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

31. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3484/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5466/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

34. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

35. Şikayətin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.

36. Şikayətdə, həmçinin qeyd olunur ki, məhkəmə iş materiallarında olan sübutları qiymətləndirməmiş, cavabdehin mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i,fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər birsifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektro n qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

38. Qeyd olunanlardan göründüyü kimi "X6" MMC tərəfindən aparılan əməliyyatlar qeyd olunan meyarlara tam uyğun olduğundan riskli əməliyyatlar hesab edilmiş və məntiqi ardıcıllığa uyğun olaraq bu riskli əməliyyatları aparan vergi ödəyiciləri həmin Meyarların 2-ci və 3-cü bəndində qeyd edilən əsaslara görə riskli vergi ödəyiciləri hesab olunmuşdurlar.

39. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə araşdırılmadığından, ilkin olaraq iddianın təmin edilmə əsasları olduğu kimi qəbul edilmişdir.

40. Əslində, həm birinci instansiya, həm də apelyasiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarın qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərar qəbul edilmişdir.

41. İddiaçıya göndəril miş uyğunsuzluq məktubunda konkret hansı əməliyyatların riskli hesab olunduğu qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd uyğunsuzluq məktublarına münasibət bildirilməmiş və vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatların həqiqətdə həyata keçirildiyinin sübutlarını iddiaçı inzibati icraata təqdim etməmişdir.

42. Məhkəmə tərəfindən iddiaçıdan bu əməliyyatların həqiqətdə baş verməsi ilə bağlı sübutlar tələb olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrində aşağıdakılar göstərilir: -“Mühasibat uçotu haqqında” AzərbaycanRespublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilə n məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək; -qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; -qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək.

43. İşə baxan məhkəmə kollegiyası iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələblərini araşdırmadan qərar qəbul etdirmişdir. Yuxarıda qeyd olunanları nəzərə almadan məhkəmə əsassız və qanuna zid d şəkildə qərar qəbul etməklə işin faktiki hallarına qiymət vermədən, sadəcə iddiaçının və birinci instansiya məhkəməsinin göstərdiklərini nəzərə almaqla qərar qəbul etmiş və ədaləti məhkəmə baxışı prinsipini pozmuşdur.

44. Son olaraq cavabdeh bildirir ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır.

45. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə aşağıdakı kimi münasibəti bildirilmişdir: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci iltarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, hə min hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.”

46. Məhkəmə tərəfindən inzibati aktın ləğvi əsası olaraq qeyd edilən dəlillər işin faktiki hallarına uyğun olmamaqla və vergi qanunvericiliyinin tələblərinə zidd olmaqla əsaslı olmamışdır. 47. 2022-ci ilin iyul ayı üzrə bəyannamə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Bu da onu deməyə əsas verir ki, vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddə sinin tələblərini pozmamışdır.

48. İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 87.8-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi-nəzərdən də hesab edilir ki, barəsində şikayət olunan məhkəmə qərarı qanunsuz və əsassızdır.

49. Cavabdehin aşağıdakı dəlillərinə münasibət bildirilməmişdir:

1. Təqdimedilmiş mallarla alınmış malların çeşid fərqi barədə dəlilinə;

2. Elektron qaimə-fakturaların təhlil edilməsinə dair dəlilinə; 3. 2022-ci ilin iyul ayı üzrə bəyannamənin xx.xx.2023-cü il tarixdə təqdim olunmasına dair dəlilinə b. kassasiya şikayətinə etirazın dəlilləri

50. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

51. Etirazın dəlillərinin əsasını iddia ərizəsində götərilənlər təşkil edir.

52. Etirazda, həmçinin qeyd olunur ki, Bakı Apelyasiya Məhkəməsinin VM-in 13.2.82-ci maddəsində göstərilən hallar üzrə mövqeyi düzgündür. Belə ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilə bilməsi üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.

53. Bakı Apellyasiya Məhkəməsinin VM-in 175.11-ci maddəsində göstərilən hallar üzrə mövqeyi də düzgündür. Belə ki, iddiaçının tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən VM-in 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmi n elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

54. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələ rini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin də lillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdi rilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

55. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

56. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

57. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

58. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasə n, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

59. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq, gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İddiaçı ilə "X6" MMC arasında alqı-satqı əməliyyatları xx.xx.2020-ci il - xx.xx.2021-ci tarixləri aralığında aparılmış, "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar elə həmin gün xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilə bilməsi üçün müvafiq orqan(qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.”.

60. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, “iddiaçının əməliyy at apardığı müəssisənin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, həmin mallar iddiaçıya təqdim edilmiş və o, öz növbəsində malların dəyərini həmin şirkətlərə ödəmiş və aparılmış əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələri tərəfindən yerinə yetirilmişdir.”.

61. Məhkəmə kollegiyası oxşar mübahisə üzrə qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən qeyd edir ki, əvvəla, iddiaçının və məhkəmələrin əsaslandıqları "X6" MMC-nin “riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamı şdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur (Bax: 2-1(102)-1212/2023 №-li iş üzrə Qərar).

62. Digər tərəfdən, burada, söhbət təkcə, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, “müəssisənin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması”ndan deyil, ümumiyyətlə satıcının elektron qaimədə göstərilən mallara (qum və çınqıla) malik olub-olmadığından gedir. Belə ki, malı təqdim edənin qum və çınqıl məhsulunu aldığına, idxal və ya istehsal etdiyinə dair məlumat işdə yoxdur. Üçüncü şəxs qismində icraata cəlb edildiyinə baxmayaraq, "X6" MMC, - ən azından onun icraata cəlb edilməsinin məqsədləri üçün, - məhkəmə araşdırmasında da iştirak etməmişdir.

63. Cavabdeh də etiraz və şikayətinin dəlili kimi qeyd etmişdir ki, “...qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir... Araşdırma zamanı "X6" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə elektron qaimə-faktura əsasında rezin metal simpleks, şam tir, kronşteyn və s. tipli mallar təqdim edilməsinə baxmayaraq, qeyd olunan mallar iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının vergi orqanında olan uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və işçi qüvvəsinin olmadığı müəyyən edilmişdir... "X6" MMC tərəfindən fəaliyyət istiqamətinə uyğun təqdim edilmiş iş və xidmətin mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlər inzibati araşdırma zamanı müəyyən edilməmiş, "X6" MMC inzibati araşdırmada iştirak etməmişdir.”.

64. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

65. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatla rın üzərindən sükutla keçə bilməz.

66. Cavabdehin yuxarıda qeyd olunan dəlillərinin, o cümlədən apellyasiya şikayətinə əlavə etdiyi yazılı məlumatların proses iştirakçıları ilə müzakirə və tədqiq edildiyinə dair məlumat işdə yoxdur.

67. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.

68. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunma sı üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

69. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-3484/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar