Məhkəmə qərarları › İş №2-1(102)-86/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-86/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-86/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təhsil, hərbi xidmət dövrünün sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, onun vəkili Sadıxov Əlimərdan Sadıx oğlunun və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1481/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.

2. İddiaçıya məxsus hərbi biletində, diplomunda və əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o,1979-cü ildən 1984-cü ilə qədər Bakı Neft Texnukumunda təhsil almış, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər «Kirovneft » NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatında istilik mövsümü müddətində maşinist qazanxana operatoru vəzifəsində, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər növbə mühəndisi, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər texnoloji kompressorların maşinisti, xx.xx.1990-cı ildən xx.xx.1991ci ilə qədər mühəndis, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər kompressor stansiyasının rəis müavini, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər «Kirovneft» NQÇİdə Qaz Kompressor sexində usta, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər həmin sexdə 4-cü stansiya rəisi, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər qaz kompressor sexinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər kompressor st ansiyasının rəisi, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə qədər qazkompressor sexinin rəis müavini, xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilə qədər Qaz kompressor sexində böyük mühəndis vəzifələrində işləmişdir.

3. İddiaçı xx.xx.2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 25 ildən az olduğu üçün, qanunvericiliyə əsasən ona pensiya təyin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2019-cu il 09 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia əri zəsi ilə müraciət edərək, onun 1979-cu ildən 1984-cü ilə qədər təhsil aldığı dövrü sosial sığorta stajına daxil etməklə 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 5 ay 17 gün ümumi iş stajı, 21 il 0 ay 2 gün zərərli iş stajı vardır. Zərərli iş stajınını təsdiq edən «xxxx» Şirkəti tərəfindən müvafiq arayış verilmişdir. Zərərli iş stajı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qə dər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti və xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər texnoloji kompressorların maşinisti, vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ Bölməsinin 3-cü yarımbölməsinin 2-ci hissəsinin 2130302a-13775 şifrinə, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər növbə mühəndisi və xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər mühəndisi vəzifələri 2130302b-22171 şifrinə, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər kompressor stansiyasının rəis müavini və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə qədər qazkompressor sexinin rəis müavini vəzifələri 2130302b-24094 şifrinə, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər «Kirovneft» NQÇİ-də Qaz Kompressor sexin də usta vəzifəsi 2130302b-23187 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər həmin sexdə 4-cü stansiya rəisi, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər qaz kompressor sexinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər kompressor stansiyasının rəisi vəzifələri 2130302b-24097 şifrinə uyğundur

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilmiş, İddiaçı 1979-1984-cü illərdə Bakı Neft Texnukumundakı təhsil müddətinin sosial sığorta stajına daxil etməklə xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 7.1 Birinci instansiya mə hkəməsi hesab etmişdir ki, iş materialları ilə X1 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının olması və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda nəzərdə tutulan peşə və ya vəzifədə işlədiyi dövr üzrə güzəştli sosial sığorta stajının olması sübuta yetirilir. Belə ki, iddiaçının təhsil müddəti daxil edilməklə ümumi iş stajı 26 il 5 ay 17 gün, güzəştli iş stajı isə 21 il 2 gün təşkil edir.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx xx 2020-ci il tarixli 2-1(103)-1481/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” qanunun 9.8ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan tarixdə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı” haqqında qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cı il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edıimiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin iddiaçının sənədlərindən göründüyü kimi onun x xxxxxx 2006-cı il tarixinədək ümumi staj müddəti 25 ildən az təşkil edir. b. Kasasiya şikayətinə qarşı etirazlar

13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.

15. İddiaçı və vəkili Sadıxov Əlimərdan Sadıx oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Re spublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddət in azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı o lduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. (xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstə lərində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

20. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanı n davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət edilməmiş, işin halları tam araşdırılmamışdır. Buna görə də qərar ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun.

26. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

27. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onunla izah edir ki, iddiaçının x xxxxxx 2006-cı il tarixinədək ümumi staj müddəti 25 ildən azdır.

28. İşə baxmış məhkəmələr isə cavabdehin imtinasını bu hissədə əsassız hesab edərək, iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajının olduğu barədə nəticəyə gəlmiş və bu zaman iddiaçının işlədiyi dövrlə yanaşı iddiaçının orta-ixtisas təhsili aldığı müddəti də staja daxil etmişdir. Məhkəmə kollegiyası məhkəmələrin orta-ixtisas təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Çünki «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində orta ixtisas müəssisəsini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının orta-ixtisas təhsili aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüq uqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Buna görə də məhkəmə iddiaçının orta-ixtisas təhsili aldığı müddətləri sosial sığorta stajına daxil etməkdə haqlı olmuşdur. Həmçinin iddiaçının xx.xx.1979-xx.xx.1983-cü illərdəki orta-ixisas təhsili və hərbi xidmət dövrləri, xx.xx.1984-cü ildən xx.xx.2006-ci i lədək əmək fəaliyyəti dövrü 25 ildən çoxdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aid olması apelyasiya instansiyası məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçınını işlədiyi hansı vəzifə və ya peşələrin, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulan hansı peşə və vəzifəyə uyğun olduğunu müəyyən etməmişdir. Buna görə də cavabdeh apelyasiya şikayətində iddiaçının iddia ərizəsinə istinad edərək bildirmişdir ki, idiaçının 2 saylı Siyahıya uyğunlaşdırdığı vəzifələr qaz kondensatı, qaz, neft emalı sahəsinə aiddir. Lakin idd iaçının əmək kitabçasında göstərlmiş peşələr neftin, qazın, qaz kondensatının hasilatı sahəsi ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının işlədiyi kompressor qurğularının maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda 2130302a - 13775 kodu ilə, növbə mühəndisi və mühəndis vəzifələri 2130302b - 22171 kodu ilə, kompressor stansiyasının rəis müavini və qazkompressor sexinin rəis müavini vəzifələri 2130302b - 24094 kodu ilə, Qaz Kompressor sexində işlədiyi usta vəzifəsi 2130302b-23187 kodu ilə, kompressor sexinin stansiya rəisi və rəis vəzifələri isə 2130302b-24097 kodu ilə qeyd olunmuşdur. Beləliklə, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmu ş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısında əks olunmuşdur. Apelyasiya məhkəməsinin uyğunlaşdırdığı bu peşələr də şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan şəxslərə aiddir. Lakin məhkəmə apelyasiya şikayətində göstərilən dəlilə, yəni iddiaçının hasilat sahəsində işlədiyi halda onun işlədiyi peşələrin emal sahəsinə aid peşələrə uyğunlaşdırılmasının qanunsuz olması barədə dəlilə “apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır” kimi münasibət bildirsə də, gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının işlədiyi sahənin emal və ya hasilat sahəsinə aid olmasını araşdırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya məhkəməsi “xxxx” tərəfindən verilmiş 128 sayl ı, xx.xx.2019-cu il tarixli arayışa və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********80020123X0037 saylı, xx.xx.2019-cü il tarixli, arxiv arayışına istinad etmişdir. Bu arayışların sübut kimi əhəmiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şə xsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışda şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilməli, ümumi ifadələrdən istifadə edilməməli, sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin Siyahıda göstərilən peşələrə uyğunl aşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri arayışlar bu tələblərə cavab vermir. “xxxx” tərəfindən verilmiş 128 saylı, xx.xx.2019-cu il tarixli arayışda iddiaçının 2005-ci ildən etibarən işlədiyi müxtəlif peşələr göstərilməsinə baxmayaraq, hansı peşənin hansı bölmədə nəzərdə tutulduğu göstərilməmiş, ümumi şək ildə qeyd olunmuşdur ki, “yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. Məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********80020123X0037 saylı, xx.xx.2019-cü il tarixli, arxiv arayışında isə iddiaçının işlədiyi peşələr və müddətlər sadalanmış olsa da, bu peşələrin Siyahılarda olan hansı peşəyə uyğunluğu ümumiyyətlə qeyd olunmamışdır. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfində n tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. İşin hallarının İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun araşdırılması üçün geniş həcmdə sübutlar araşdırılmaqla davam etdirilməsinə ehtiyac vardır. Bu da məhkəmə qərarının ləğv edilməklə işin təkrar baxılması üçün müvafiq apelyasiya məhkəməsinə göndərilməsi üçün əsaslardan biridir.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1481/2020 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar