Məhkəmə qərarları › İş №2-1(102)-86/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-86/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-86/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1410/2021 nömrəli iş üzrə 12.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə 09 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2001-ci ildə Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialında hüquq fakültəsinə hüquqşünaslıq ixtisasına qəbul olmuş və 2006-cı ilədək həmin ali təhsil müəssisəsində qiyabi təhsil almışdır. İddiaçıya verilmiş 01.07.2006-cı il tarixli, ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomla təsdiq edilir ki, iddiaçı Dağıstan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmiş və ona “hüquqşünas” ixtisas dərəcəsi verilmişdir. İddiaçıya verilmiş 01.07.2006-cı il tarixli, ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplom Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən qanunv ericiliyin tələblərinə uyğun olaraq tanınmış və 21.05.2009-cu ildə apostil olunmuşdur. 2006-cı ildə yuxarıda qeyd edilən diplom əsasında ikinci ali təhsil almaq üçün iddiaçı Bakı Dövlət Universitetinə beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə qəbul olunmuş və 2009-cu ilədək həmin fakültədə təhsil almışdır. Daha sonra iddiaçı Universitetin “Mülki proses, əmək və ekologiya” kafedrasında laborant vəzifəsində çalışmışdır. 2012-ci ildən hal hazıradək iddiaçı "xxxx" MMC-də hüquqşünas vəzifəsində çalışır.

2. İddiaçı Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarına uyğun olaraq ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün 09.01.2020-ci il tarixdə Elektron əriz ə sistemi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi elektron qaydada iddiaçıya 21.04.2020-ci il tarixdə imtina məktubu ünvanlamışdır.

3. İmtina belə əsaslandırmışdır ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır, bu səbəbdən də iddiaçının təhsil aldığı ixtisasın ölkə üzrə tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tan ınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsinə) müraciət etmişdir.

5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qurum diplomun tanınmasını mümkünsüz hesab edərkən və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina edərkən kifayət qədər ətraflı araşdırma aparmamışdır. Belə ki, iddiaçı 2001-2006-cı illərdə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetində təhsil almasına baxmayaraq, cavabdeh qurum 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsinə istinad edərək onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Sadalananlara əsasən qeyd edirlər ki, 1 sa ylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007- ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə müəyyən edilmiş halların hazırkı iddiaçı üçün preyudisial əhəmiyyəti yoxdur. Belə olan halda hesab edir ki, cavabdeh qurumun qeyd edilən qətnaməyə istinad edərək, iddiaçının adına verilmiş diplomun və ixtisasın tanınmasının mümkünsüz hesab edilməsi barədə verdiyi imtina qanunun tələblərinə zidd sayılmalıdır. Ümumilikdə, iddiaçıya ünvanlanmış imtina barədə yazılı məlumat “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”'na uyğun deyil. İddiaçının ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsi ilə bağlı yazılı məlumatda istinad edilən hal Qaydaların 3.7-ci maddəsində göstərilən mənfi rəyin verilm əsi üçün əsaslardan heç birinə uyğun gəlmir və formal xarakter daşıyır. Qaydaların 3.7-ci bəndinə istinad edərək, iddiaçının diplomunun və ixtisasının tanınmasından imtina etsə də, imtinasında əsaslandırdığı hal - təhsil aldığı universitetin fəaliyyətinin dayandırılması Qaydalarda ümumiyyətlə nəzərdə tutulmamışdır. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Lakin cavab məlumatının məzmununda Nazirliyin nəinki hansı ekspert qrupunun rəyinə əsaslandığı göstərilməyib, habelə ekspert qrupunun yaradılıb-yaradılmamasını da müəyyən etmək mümkün deyil. Qaydal arın 3.5-ci maddəsinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. Bildirir ki, iddiaçının ekspertiza materialları ilə tanış olmağa şərait yaradılmamışdır, ekspertizanın nəticəsi barədə hər hansı sənəd iddiaçıya təqdim edilməmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.

7. Birinci instansiya məhkəməsinin 12.02.2021-ci il tarixli, 2-1(112)958/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Fərid Mədətli) iddia tələbinin təmin edilməsi, Rusiya Federasiyası Dağıstan Dövlət Univeristeti tərəfindən İddiaçı adına verilmiş 01 iyul 2006-cı il tarixli, ДИС ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2., 1.3., 1.4., 1.6., 3.2., 3.3., 3.4., 3.5., 3.6., 3.7-ci bəndlərinə, «İnzibati icraat haqqında» Qanunun 15.1., 15.2-ci maddələrinə istinadən hesab etmi şdir ki, iddiaçıya Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 01 iyul 2006-cı il tarixli ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 12.02.2021-ci il tarixli, 2-1(112)-958/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-1410/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 12.02.2021-ci il tarixli, 2-1(112)-958/2021 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən, iddiaçının hazırkı tələbi əsassız olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 12.08. 2021-ci il tarixli, 2-1(103)-1410/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 saylı, 20.07.2007-ci il tarixli qətnaməsi ilə həmin işdə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı filialına qarşı iddiası qismən təmin edilmiş, filialın fəaliyyətinin dayandırılması və orada təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia "Filial fəaliyyətə baş ladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması" hissəsində rədd edilmişdir. Həmçinin, həmin qərarla Dağıstan Dövlət Universitetinin Bakı filialınında təhsil alan və təhsilinin başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Təhsil Nazirliyinə həvalə olunmuşdur. 14. "Dayandırma" anlayışı mahiyyətcə həm müvəqqəti xarakter daşıyır, yəni gələcəkdə bərpa oluna bilən kimi qiymətləndirilir, həm də bu hərəkət (dayandırılma) qanunsuz yox, qanuni əsaslarla həyata keçirilən fəaliyyətə aid ola bilər. Bundan başqa, həmin iş üzrə iddiaçı tərəfin (Təhsil Nazirliyinin) iddiasının qismən təmin olunması, yəni qalan hissədə təmin olunmaması "dayandırma”yadək verilmiş diplomların qanunsuz sayılmamasını ehtiva edir. 1 saylı Yerli İqtisad Məhkəməsi 20.07.2007-ci il tarixli qətnaməyə görə təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin "dayandırılmasına” qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Məhkəmə fəaliyyəti dayandırılanadək təhsil alan tələbələrin təhsillərini davam etdirməsi üçün digər təhsil müəssisələrinə yerləşdirilməsini də həmin qərarla müəyyən etmişdir. Bu da ona dəlalət edir ki, həmin Filialın fəaliyyəti dayandırılanadək bütün təhsil alanların (təhsilini bitirən və davam etdirən) təhsil fəaliyyətləri və təhsilləri tam qanuni olmuşdur. Təhsil Nazirliyinin Filial fəaliyyətə başladığ ı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılmasına dair iddiasının təmin edilməməsi barədə 1 saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 saylı 20.07.2007ci il tarixli qətnaməsi hal-hazırda da qüvvədədir. Azərbaycan Respublikası İPM-in 1.2-ci və MPM-in 82.3-cü maddələrinin tələblərinə əsasən həmin qətnamə Nazirlik (hazırki iş üzrə cavabdeh Agentlik) üçün preyudisial xarakter daşıyır və həmin qətnamədə müəyyən edilən halların hazırkı məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

15. Bundan başqa iddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Univeristeti tərəfindən verilmiş 01 iyul 2006-cı il tarixli, J\HC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplom əsasında Türkiyə Respublikasının nüfuzlu İstanbul Universitetinə magistr pilləsinə qəbu l olunmuşdur. İstanbul Universitetinə qəbul edilərkən, yuxarıda qeyd edilən diplom Türkiyə Respublikasının Təhsil Nazirliyi tərəfindən qeyd-şərtsiz tanınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.

7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüqu qun inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara mali k olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

18. Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə xarici dö vlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir 1.4-cü bəndinə əsasən, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə görə xaric dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhs il Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə əsasən, təhsil in məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təh silin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

19. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbayc an Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarla və qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Rusiya Federasiyası Mahaçkala “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş ДИС № ******* saylı, 01.07.2006-cı il tarixli bakalavr diplomuna əsasən İddiaçı 2006-cı ildə universiteti bitirmiş və “Hüquqşünaslıq” ixtisasına yiyələnmişdir. X2 Universiteti tərəfindən 21.05.2009-cu il tarixdə 96392 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.

23. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Rusiya Federasiyası Mahaçkala “Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* saylı, 01.07.2006-cı il tarixli bakalavr diplomuna əlavəyə əsasən İddiaçı “hüquqşünaslıq” ixtisası üzrə 5 il müddətində qiyabi təhsil almışdır. Universitetdə 2001-ci ildən 2006-cı ilə kimi olan dövrdə oxuduğu müddət ərzində ixtisası üzrə tədris olunmuş fənnlərdən, təcrübələr, dövlət attestasiyası və kurs işlərindən (layihələr) məqbul və yaxşı qiymətlər almış, hüquqşünaslıq ixtisası üzrə dövlət imtahanı vermişdir.

24. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti tərəfindən iddi açının nümayəndəsinin sorğusuna cavab olaraq ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli, 01-Ft/572 saylı məktubuna əsasən, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin qiyabi təhsilalma forması üzrə Beynəlxalq hüquq ixtisası (əlavə təhsil) üzrə təhsil almış İddiaçı 2008/2009-cu tədris ilində nəzəri kursu bitirmiş, lakin BDUya qəbul olan zaman təqdim etdiyi diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vaxtında nostrifikasiya olmadığına görə diplom işinin müdafiəsinə buraxılmamış, dörd ildə iki dəfə müdafiədə iştirak etmək hüququ saxlanılmaqla 20.10.2009-cu il tarixli 3/746 nömrəli əmrlə universitetin tələbələri sırasından xaric edildiyi bildirilmişdir.

25. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı müxtəlif müəssisələrdə çal ışmış, hal-hazırda "xxxx" MMC-də hüquqşünas vəzifəsində çalışır.

26. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 21 aprel 2020-ci il tarixli, elektron imtina məktubuna əsasən, iddiaçının ********** nömrəli müraciəti araşdırılaraq bildirilmişdir ki, araşdırma zamanı iddiaçının Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil almışdır, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli 2398/4-489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırıldığını, 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya nın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-1., 27.1., 27.4., 29.0.21., 44.2-ci maddələrinə, 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanununun 13-cü maddəsinə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27, 8.28-ci bəndlərinə, Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1., 1.6., 3.2., 3.6., 3.7-ci bəndlərinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 1.5-ci bəndinə istinad edib, qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsinə əsaslanmaqla b elə hesab etmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən, iddiaçının hazırkı tələbi əsassız olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiasının rədd edilməsi qənaətinə gəlməsində həlledici və faktiki olaraq yeganə olan əsası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsidir.

29. İşin 56-58-ci səhifələrində olan, qanuni qüvvəyə minmiş, həmin qətnamədən görünür ki, sözügedən işdə iddiaçı qismində çıxış etmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin qətnamənin “qət etdi” hissəsində göstərilmişdir ki, “İddia qismən təmin edilsin. Cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılsın. Cavabdehdən dövlət büdcəsinin xeyrinə 2.40 manat dövlət rüsumu tutulsun. İddia qalan hissələrdə rədd olunsun. Cavabdeh müəssisədə təhsil al an və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilsin.”

31. Burada məhkəmə kollegiyası hazırkı iş üçün önəmli üç məqamı xüsusi olaraq qeyd etməyi zəruri hesab edir.

32. Birinci önəmli məqam ondan ibarətdir ki, Təhsil Nazirliyinin iddiası sözügedən filialın başladığı gündən hal-hazırkı dövrə qədər ( 20 iyun 2007-ci il tarixi-qeyd Ali Məhkəmənindir) verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində rədd olunmuşdur.

33. Beləliklə hazırkı işdə iddiaçı olan İddiaçı Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş ДИC ******* saylı, 01.07.2006-cı il tarixli bakalavr diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, hazırda etibarlıdır və qüvvədədir.

34. İkinc i önəmli məqam isə ondan ibarətdir ki, İddiaçı sözügedən Universitetin Ə.Əliyev adına Bakı filialında 2001-2006-cı illər ərzində, yəni filialın fəaliyyəti 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən dayandırılmamışdan əvvəl oxumuşdur.

35. Digər tərəfdən 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir.

36. Bununla əlaqədar olan həmin məhkəmə qətnaməsinin əsaslandırma hissəsində yazılmışdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1ci hissəsində nəzərdə tutulmuşdur ki, Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəx slərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmalıdır. Bundan da başqa məhkəmə hesab edir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz.”

37. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən özü qanuni qüvvəyə minmiş 20 iyun 2007-ci il tarixli məhkəmə qətnaməsinə istinad etsə də, həmin qətnamə ilə müəyyən edilmiş işin həmin həlledici hallarını nəzərə almayaraq iş üzrə yanlış nəticəyə gəlmişdir.

38. Belə olan ha lda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 12.08.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının hazırkı iddiası təmin edilməlidir.

39. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 21(103)-1410/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçının iddiası təmin edilsin. İddiaçı məxsus Rusiya Federasiyası Dağıstan Dövlət Univeristeti tərəfindən təqdim edilmiş 01.07.2006-cı il tarixli, ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edi lməsi və ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar