Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-86/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X6) qarşı “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2-1(103)-57/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə X3 Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş sahəsində 500 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X16 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin “Torpağın icarəyə verilməsinə dair” 20 iyul 2007-ci il tarixli qərarına və torpaq icarə müqaviləsinə əsasən, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 m2 torpaq sahəsinə dair iddiaçının atası X5 ilə Kürdəxanı Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Atası X17 öldükdən sonra iddiaçı həmin torpaq sahəsinə sahiblik etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (X6 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X16 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli qeydiyyatın ləğv olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X3 Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli, 11/387 nömrəli qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş sahəsində 500 m2 torpaq sahəsi ayrılmışdır. Nazilə Ağabəyova həmin ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X16 kitabında xx.xx.2013-cü il tar ixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” almışdır. Həmin sənəd əsasında isə məhkəmə qərarı ilə bağ sahəsinə xüsusi mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 m2 torpaq sahəsinə dair iddiaçının atası X5 ilə Kürdəxanı Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Atası X5 öldükdən sonra iddiaçı həmin torpaq sahəsinə sahiblik etmişdir. Nazilə Ağabəyova iddia edir ki, ona ayrılmış bağ sahəsi iddiaçının sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu əsasdan iddiaçı hesab edir ki, X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X16 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “ Torpaq sahəsinin planı və ölçüsü” və dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli qeydiyyat ləğv edilməlidir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-272/2018 nömrəli qərardadı ilə iddia “torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının qeydiyyatının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq torpaq sahəsinə dair qeydiyyat qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli məhkəmə qərarı əsasında aparıldığından, onun mübahisələndirilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, hazırkı iddiaçının müvafiq məhkəmə icraatı üzrə işə cəlb olunması barədə ərizəsi təmin edilməmişdir. Lakin mərhum X5 ilə Kürdəxanı bələdiyyəsi arasında müvafiq torpaq sahəsinə dai r icarə müqaviləsi bağlandığından və hazırkı iddiaçının ərizəsi əsasında atası mərhum X11 miras qalmış əmlaklarla bağlı vərəsəlik işi açılaraq İddiaçı vərəsələrin dairəsinə (tək vərəsə kimi) daxil edildiyindən, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 6-cı bəndinə əsasən iddiaçının həmin müqavilə ilə icarəyə verilmiş 1200 m2 torpaq sahəsinə hüquqları yaranır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1144/2020 saylı qərardadı ilə (hakim Ş.A.Həsənova) iddianın mümkün saylımaması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməli olduğu halda bunu etməmişdir
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab olunmasın ı xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsind birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1131/2020 nömrəli qərardadına əsasən (hakimlər: H.Ü.Həmidov-sədrlik edən, E.E.Nağıyeva və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1144/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi barədə nə birinci instansiya məhkəməsinə, nə də iddia tələbinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsində baxılarkən hər hansı sənəd təqdim edilməmişdir. Ona görə də iddia tələbinin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanun i və əsaslı olmuşdur.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1860/2020 nömrəli qərarı ilə (hakimlər: N.İ.Rəsulbəyova-sədrlik edən, İ.K. Hüseynov və K.N. Bədəlov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1131/2020 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə X3 ayrılmış bağ sahələrinin üst-üstə düşdüyünə istinad etdiyindən, id diaçının iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirmək üçün ilk növbədə sözügedən torpaq sahəsinin üçüncü şəxsə ayurılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi araşdırılmalı idi. Məhkəmə tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmadığından, iddiaçının iddia etdiyi hüquq pozuntusunun mövcud olub-olmadığı, dolayısıyla hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığı da müəyyən edilə bilməz. apelyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə əlaqədar “X14 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 140 saylı mütəxəssis rəyinə əsasən naturada mübahisələndirilən torpaq sahəsinin və 3-cü şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə qeydə alınaraq kameral şəraitdə “Gülüstan” bağçılıqyoldaşlıq sahəsinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, “Gülüstan” bağçılıqyoldaşlıq sahəsinin ərazisi ümumilikdə mübahisələndirilən torpaq sahəsindən 2230 metr cənubda yerləşir, mübahisələndirilən ərazi ilə üst-üstə düşmür. Google Yer proqramının illər üzrə ortofoto görüntülərinə əsasən, mübahisələndirilən torpaq sahəsi üzərində X1 adına mülkiyyət hüquqları qeydiyyata alınmış, həmin torpaq sahəsində tikili mövcud olmuşdur. Torpaq sahələrinin yerləşdiyi massiv yaşayış məntəqələrinin torpaqlarına aiddir. 20 iyul 2007-ci il tarixli Azərbaycan Respublikası Ba kı şəhər Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “Torpağın icarəyə verilməsinə dair” qərarına və torpaq icarə müqaviləsinə əsasən X2 ayrılmış 1200 kv.m torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışı ilə X1 adına mülkiyyət hüquqları qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Gülüstan bağçılıq-yoldaşlıq sahəsində yerləşən 41 saylı bağ sahəsinin koordinatlarından 2230 metr kənarda yerləşdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.8.2022-ci il tarixli, 21(103)-57/2022 nömrəli qərardadı ilə (hakimlər: A.Ə. Hüseyn-sədrlik edən, İ.Ə. Kərimli və S.İ.Bəktaşi) apelyasiya şikayəti təmin edilm əmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1144/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiаçı İddiaçı onun X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X16 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. İddiaçı iddia etdiyi torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini göstərən plan-sxemi və digər hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir.
19. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinə görə, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 m2 torpaq sahəsi xx.xx.2007-ci il tarixli, 1424 nömrəli torpaq icarə müqaviləsi ilə onun mərhum atası X2 ayrılmışdır. İşə baxan məhkəmə bu halı nəzərə almadan əsassız olaraq iddia tələbini mümkün saymamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Q ərarı: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslan dırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından plan və ölçü sənədinin ləğvinə dair iddianın mümkünlüyü ilə bağlı məsələ Ali Məhkəmənin həmin iş üzrə göstərişləri nəzərə alınmaqla, apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apell yasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
31. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyə tlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının subyektiv hüquqa malik olması şərti də yerinə yetirilməlidir.
33. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxıl ması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olma yaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizl iyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
36. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, üzərində X4 mülkiyyət hüququnun qeydiyyata alındığı və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində «Gülüstan» bağçılıq-yoldaşlığının ərazisində yerləşən bağ sahəsi İddiaçı faktiki sahibliyində olduğunu iddia etdiyi torpaq sah əsi ilə üst-üstə düşmür. Eyni zamanda X4 mülkiyyət hüququnun qeydiyyata alındığı bağ sahəsi “Gülüstan-2” bağçılıq yoldaşlığının üzvlərinə ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Ümumiyyətlə “Gülüstan” bağçılıq-yoldaşlığının ərazisi mübahisələndirilən torpaq sahəsindən 2230 metr cənubda yerləşir və bu baxımdan mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşməsi istisna olunur.
37. Bundan başqa, iş üzrə materiallardan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin “Torpağın İcarəyə verilməsinə dair” qərarına və torpaq icarə müqaviləsinə əsasən X2 ayrıldığı iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Belə olan halda Kürdəxanı bələdiyyəsinin dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul etmək və həmin sahənin icarəyə verilməsi barədə müqavilə bağlamaq səlahiyyətinə malik olmadığı da nəzərə alınmalıdır.
38. Bu baxımdan Sabunçu rayonu, Ləhiş bağ sahəsində «Gülüstan» bağçılıqyoldaşlığının ərazisində yerləşən bağ sahəsinə dair üçüncü şəxsin adına çıxarışın verilməsi və plan-ölçü sənədinin tərtib edilməsi ilə bağlı cavabdehin hərəkətləri nəticəsində hüququnun pozulduğunu bəyan etməkdə iddiaçı haqlı sayıla bilməz.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının subyektiv hüququnun mövcud olmaması qeyd edilən torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədinin ləğv olunmasını cavabdehdən tələb etmək imkanını istisna edir. Odur ki, mübahisəyə dair iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün hesab edilməli, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 21(103)-57/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.