Məhkəmə qərarları › İş №2-1(102)-86/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-86/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-86/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar kompensasiyanın hesablanması və şəxsin adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğ lundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 21(107)-323/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən, iddiaçıya şəxsi istehlak məqsədi ilə 32 faizlə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur.

2. Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, **********029 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə bank tərəfindən hesablanmış faizlərə və cərimə faizlərinin bağışlanılmaqla güzəşt edilməsinə dair məlumatları özündə əks etdirən güzəşt aktı və ya protokol tapılmadığından qeyd edilən xüsusatlar barədə dəqiq məlumatların verilməsi mümkün deyildir.

3. İddiaçı kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7362/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-dən şəxsi istehlak məqsədilə 3800 ABŞ dolları məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliyi tam və vaxtında yerinə yetirmiş, aylıq ödənişlərini vaxtlı-vaxtında gecikdirmədən ödəmişdir. O, müxtəlif vaxtlarda bir neçə dəfə Cavabdehna müraciət etsə də, cavabdeh orqan tərəfindən müraciəti müsbət həll olunmamışdır.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın qeyd edilən məlumat bazalarına əsasən, iddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasına onunla ləğv prosesində olan "xxxx" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilməmişdir. Bu səbəbdən iddiaçıya Fərman çərçivəsində kompensasiya məbləği hesablanmamışdır.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedi cisi Əmanətlərin Sığortalanması Fondu adi cəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

9. Üçüncü şəxsin nümayəndəsi iş üzrə birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndinə əsasən iddiaçıya kompensasiya məbləğinin ödənilməsinin qeyri-mümkün o lduğunu bildirmişdir.

10. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 01 mart 2023-cü il tarixli, 2-1(116)-192/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar iddiaçının adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın hesablanması öhdəliyi qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında 1-ci devalvasiyayadək 3800 ABŞ dolları məbləğində kredit verilməsi barədə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə iddiaçının "xxxx" ASC qarşısında kredit öhdəliyi olduğundan ona istinad olunan Fərmanın tələbləri baxımından kompensasiya hesablanmalı idi. Cavabdehin etirazının dəlilinə münasibətdə qeyd edilməlidir ki, istinad olunan Fərmanın 2-ci bəndinin tələbləri baxımından cavabdeh orqan iddiaçının banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının mövcudluğunu araşdırmalı, yalnız bankların təqdim etdikləri məlumatlarla kifayətlənməməli idi. Belə ki, müvafiq araşdırmanın aparılması “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinin tələbinə görə, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bununla belə, cavabdeh orqa n ötən müddət ərzində iddiaçının müraciəti üzrə ümumiyyətlə inzibati araşdırmanın tam şəkildə aparılmasını təmin etməmiş, nəticədə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Göründüyü kimi, ləğv prosesində olan "xxxx" ASC tərəfindən iddiaçı barəsində kredit müqaviləsinin bağlanılması barədə qeydlər sistemə daxil edilməsə də, tərəflər arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanması iş materialları ilə sübut olunur. Odur ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır.

12. Birinci instansiya məhkəməsi üçüncü şəxsin nümayəndəsinin izahatında bildirdiyi mövqeyi əsaslı hesab etməyərək qeyd etmişdir ki, sözügedən Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. İddiaçı isə kredit borcunun restrukturizasiyasını deyil, kompensasiyanın hesablanmasını və adının siyahıya daxil edilməsini tələb edir. Odur ki, Qaydaların 6.16-cı bəndinin hazırkı iş üzrə tətbiqi istisna edilir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Günay Cavadova) 07 iyun 2023cü il tarixli, 2-1(107)-323/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdir ilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun tərtib edilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, 01.03. 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində Palatada (PK) yaradılmış məlumat bazalarına əsasən, iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılmasına dair qeydlər mövcud deyildir. Odur ki, Fərmanın icrası məqsədilə yuxarıda qeyd edilən hər iki baza üzrə məlumatlar yoxlandıqdan sonra iddiaçıya hər hansı kompensasiya məbləği hesablanmamışdır. Lakin hazırda iddiaçı məhkəməyə müraciət edərək, onunla ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə ona 3800 ABŞ dolları məbləğində kreditin ayrıldığını bildirmiş və əsassız olaraq bu müqavilə üzrə ona kompensasiyanın hesablanmadığını iddia etmişdir. İşə baxan məhkəmələr Ləğv prosesində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsini yeganə sübut kimi qiymətləndirmiş və həmin müqaviləni əsas götürərək iddia tələbini təmin etmişdir. Cavabdeh hesab edir ki, hazırkı tələb üzrə yekun qərarın qəbul edilmə si məqsədilə sübut kimi yalnız müqavilənin qiymətləndirilməsi kifayət etmir.

18. Belə ki, Fərmanın tələblərinə əsasən fiziki şəxslərə kompensasiyanın ayrılması üçün əsas tələblərdən biri, həmin şəxsin devalvasiyaların baş verdiyi tarixlərə (21 fevral 2015-ci və 21 dekabr 2015-ci il tarixlərə) ödənilməmiş əsas kredit borcunun mövcud olmasıdır. Hər hansı şəxsin devalvasiyalardan qabaq xarici valyutada kredit borcunun olması həmin şəxsə Fərman üzrə kompensasiyanın hesablanaraq ödənilməsinə əsas vermir. Bu zaman həm də həmin kredit üzrə borc məbləğinin devalvasiyaların baş verdiyi tarixə qədər mövcud olmasını müəyyənləşdirmək lazımdır. Belə ki, məhz bu tarixlərdə xarici valyuta milli valyuta qarşısında bahalaşdığından, borcalanlar da öz növbəsində milli valyutaya münasibətdə artıq vəsait ödəmə li olduqlarından əlavə maliyyə itkisi ilə üzləşmişlər. Devalvasiyalardan qabaq bağlanmış müqavilələr üzrə kredit borcları devalvasiyalara qədər ödənildiyi halda bu hissədə borclular hər hansı əlavə maliyyə itkisi ilə üzləşmədiyindən, Fərman üzrə onlara kompensasiyaların ödənilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə də kredit müqaviləsinin devalvasiyalardan öncə bağlanmasını müəyyən etməklə kifayətlənməməli, həm də bu borc üzrə devalvasiyaların baş verdiyi tarixlərə hansı məbləğdə əsas kredit borcunun qaldığını və ya ümumiyyətlə kredit borcunun qalıb-qalmadığını müəyyənləşdirməli idi. Göründüyü kimi, məhkəmə iş üzrə bütün zəruri sübutları toplamadığından araşdırma da hərtərəfli şəkildə aparılmamışdır. Bu isə sonda iş üzrə qəbul edilmiş qərarın əsaslı olmasına ciddi şübhələr yaradır.

19. Bundan başqa, məhkəmə iddiaçının adının kompensasiya alacaqlar şəxslər siyahısına daxil edilməsi ilə yanaşı, həm də kompensasiyanın hesablanması ilə bağlı öhdəliyi də Mərkəzi Bankın üzərinə qoymuşdur. Əvvəla qeyd edilməlidir ki, məhkəmə öz qərarında inzibati orqan tərəfindən icra edilməli olan öhdəlikləri konkret olaraq göstərməlidir. İndiki halda, qərarın nəticə hissəsində araşdırmanın yekununda müəyyən edilmiş sübutlar üzrə iddiaçıya dəqiq olaraq hansı məbləğdə kompensasiyanın hesablanması da qeyd edilməli idi. Məhkəmə qərarında hesablanacaq kompensasiya ilə bağlı konkret məbləğin qeyd edilməməsi ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, devalvasiya günlərinə kredit müqaviləsi üzrə hansı məbləğdə əsas kredit borcunun qalığı barədə məlumatlar dəqiqləşdirilmədiyindən, iddiaçıya ümumiyy ətlə kompensasiyanın hesablanması mümkün deyildir. Məlum olduğu kimi, Fərmana əsasən kompensasiyanın hesablanması üçün ilk növbədə hər bir devalvasiya tarixinə əsas kredit borcunun məbləği bilinməli və birinci devalvasiya günü üçün 1 ABŞ dollarına 0,25 manat, ikinci devalvasiya günü üçün isə 1 ABŞ dollarına 0,6 manat əmsalı üzrə kompensasiya hesablanmalıdır. Başqa sözlə, həmin tarixlərə əsas kredit borcu barədə məlumat olmadan kompensasiyanın hesablanması da mümkünsüzdür.

20. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə lazımi sübutlar araşdırılmadan baxıldığından sonda əsassız qərar qəbul edilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, bütün sübutlar qiymətləndirilməklə (devalvasiya günlərinə iddiaçının əsas kredit borcunun qalıq məblə ği barədə məlumatlar müəyyən edilməklə) yeni qərarın qəbul edilməsi məqsədilə iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

23. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”

1. Ümumi müddəa Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir.

2. Əsas anlayışlar 2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.3. əsas kredit borcu – kredit müqaviləsi üzrə kredit təşkilatı tərəfindən borc verilmiş pul məbləğinin qalığı; 2.1.4. vaxtı keçmiş kredit borcu – fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclar; 2.1.5. ödəniş müddəti keçmiş əsas kredit borcu – fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclar; 2.1.10. kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ;

3. Kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması 3.1. Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesabla rında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Cavabdeh (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. 3.2. Kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. 3.3. Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azal dılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir.

4. Kompensasiyanın ödənilməsi 4.1. Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi B anka təqdim edir. 4.2. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. 4.3. Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.3.1. k ompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. 4.4. Bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borclarının fiziki şəxs tərəfindən 2019-cu il martın 1-dən sonra (2019-cu il martın 1-i daxil olmaqla) ödənildiyi müəyyən olunduqda, kredit təşkilatı kompensasiyanın ödəniş müddəti keçmiş əsas kredit borcunun ödənilməsinə yönəldilən hissəsinin 5 (beş) iş günü müddətində həmin fiziki şəxsə qaytarılmasına (onun sərəncamına verilməsinə) dair Fərmana və bu Qaydaya uyğun tədbir gö rür. 4.5. Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir. 24. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1616 nömrəli Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xid mətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Cavabdehna verilsin.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, müba hisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şik ayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli v ə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

30. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

31. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

32. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlan mış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən, iddiaçıya şəxsi istehlak məqsədi ilə 32 faizlə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, **********029 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə bank tərəfindən hesablanmış faizlərə və cərimə faizlərinin bağışlanılmaqla güzəşt edilməsinə dair məlumatları özündə əks etdirən güzəşt aktı və ya protokol tapılmadığından, qeyd edilən xüsusatlar barədə dəqiq məlumatların verilməsi qeyrimümkündür. İddiaçı kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi barədə cavabdehə müraciət etmiş, lakin ca vabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.

33. İddiaçı onunla ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə ona 3800 ABŞ dolları məbləğində kreditin ayrıldığını, lakin əsassız olaraq bu müqavilə üzrə ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanına müvafiq olaraq kompensasiyanın hesablanmadığını iddia edir.

34. Cavabdeh isə iddiaya qarşı etirazında xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində Palatada (PK) yaradılmış məlumat bazalarına əsasən, iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılmasına dair qeydlərin mövcud olmadığ ına istinad edərək, bu səbəbdən iddiaçıya hər hansı kompensasiya məbləğinin hesablanmadığını bildirmişdir.

35. Birinci instansiya məhkəməsi yalnız bankların təqdim etdikləri məlumatlarla kifayətlənməyib iddiaçının bank qarşısında ödəniş müddəti keçmiş əsas kredit borcunun mövcudluğunu araşdırmalı olduğu halda, ləğv prosesində olan "xxxx" ASC tərəfindən iddiaçı barəsində kredit müqaviləsinin bağlanılması barədə qeydlər sistemə daxil edilməsə də, tərəflər arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsinin bağlanılmasının iş materialları ilə sübut olunduğuna əsasən iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

36. Cavabdeh apellyasiya və kassasiya şikayətlərində qeyd etmişdir ki, sözügedən Fərmanın tələblərinə əsas ən, fiziki şəxsə kompensasiyanın ayrılması üçün əsas tələblərdən biri, həmin şəxsin devalvasiyaların baş verdiyi tarixlərə (21 fevral 2015-ci və 21 dekabr 2015-ci il tarixlərə) ödənilməmiş əsas kredit borcunun mövcud olmasıdır. Məhz bu tarixlərdə xarici valyuta milli valyuta qarşısında bahalaşdığından, borcalanlar da öz növbəsində milli valyutaya münasibətdə artıq vəsait ödəməli olduqlarından əlavə maliyyə itkisi ilə üzləşirlər. Devalvasiyalardan qabaq bağlanmış müqavilələr üzrə kredit borcları devalvasiyalara qədər ödənildiyi halda, bu hissədə borclular hər hansı əlavə maliyyə itkisi ilə üzləşmədiyindən Fərman üzrə onlara kompensasiyaların ödənilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan, məhkəmə də kredit müqaviləsinin devalvasiyalardan öncə bağlanmasını müəyyən etməklə kifayətlənməməli, hə m də bu borc üzrə devalvasiyaların baş verdiyi tarixlərə hansı məbləğdə əsas kredit borcunun qaldığını və ya ümumiyyətlə kredit borcunun qalıb-qalmadığını müəyyənləşdirməli idi. Devalvasiya günlərinə kredit müqaviləsi üzrə hansı məbləğdə əsas kredit borcunun qalığı barədə məlumatlar olmadan, iddiaçıya ümumiyyətlə kompensasiyanın hesablanması mümkün deyildir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən xüsusatlar nəzərə alınmamış, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, həmin xüsusatlarla bağlı hər hansı araşdırma aparılmadan, xüsusən də bu qərarın 22-23-cü bəndlərində istinad edilən normaların tələbləri baxımından iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə devalvasiyaların baş verdiyi tarixlərə hansı məbləğdə əsas kredit borcunun qaldığını və ya ümumiyyətlə kredit borcunun qalıb-qalmadığını müəyyənləşdirməyə yönəlmiş müvafiq prosessual hərəkətlər həyata keçirilmədən və müəyyən edilmiş hallara hüquqi qiymət verilmədən, sadəcə iddiaçının müraciəti üzrə cavabdehin inzibati araşdırmanın tam şəkildə aparılmasını təmin etmədiyinə və kredit müqaviləsinin devalvasiyalardan öncə bağlanmasının müəyyən edilməsinə istinadən mübahisələndirilən qərar qəbul olunmuşdur.

38. Halbuki cavabdehin əsas istinad nöqtəsinin devalvasiya günlərinə kredit müqaviləsi üzrə hansı məbləğdə əsas kredit borcunun qalığı barədə məlumatlar olmadan, iddiaçıya ümumiyyətlə kompensasiyanın hesablanmasının mümkün olmaması ilə bağlı olduğu nəzərə alındıqda, həmin xüsusatların müəyyən olunmasının mübahisənin qanunauyğun həlli, o cümlədən iddianın təmin edildiyi təqdirdə məhkəmə qərarının icrası baxımından xüsusi əhəmiyyət daşıdığı qəbul olunmalıdır.

39. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə obyektiv düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

41. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlən məməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

42. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkə məyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 21(107)-323/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar