Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-86/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2024-cü il tarixli, 2- 1(103)-1787/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1993-cü il təvəllüdlüdür.
2. İddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli 9783 №-li HUİ 050016 №-li Səfərbərlik Sərəncamından görünür ki, Manaflı X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə çağırılmışdır.
3. SX ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən ezam olunaraq atıcı vəzifəsində işləmiş və döyüş tapşırığının yerinə yetirmək məqsə dilə döyüş bölgəsinə hərbi hissə tərəfindən ezam olunmuşdur. Hərbi hissənin siyahısına xx.xx.2020-ci il tarixli, 206 №-li əmrlə daxil edilmiş, hərbi hissənin siyahısından xx.xx.2020-ci il tarixli, 266 №-li əmr əsasında çıxarılmış, xx.xx.2020-ci il tarixdə Binəqədi rayon İdarəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. 4. 01 dekabr 2020-ci il tarixli, 340 №-li N nömrəli şəhadətnamədən və çıxarış epikrizindən görünür ki, 251 №-li hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş İddiaçı sol ağciyərinin yuxarı payının infiltrativ vərəmi, dağılma və səpələnmə mərhələsində ağciyər sahəsində səpələnmiş ocaqlar şəklində diaqnozu ilə hərbi hissənin siyahısından çıxarılaraq sərəncama verilmişdir.
5. N nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvaf iq vəsiqələrin verilməsi üzrə komissiyaya ünvanlanan 12 may 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun xx.xx.2022-ci il tarixli 4/3-46/4 saylı ərizəsi N nömrəli hərbi hissədə araşdırılmış və aşağıdakı məzmunda cavab verilmişdir: “N nömrəli hərbi hissəyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi şəhər İdarəsi tərəfindən qismən səfərbərliklə toplanışa cəlb olunmuş hərbi vəzifəli əsgər İddiaçı, xx.xx.2020-ci il tarixdə Qərargah və təchizat bölüyünün mühafizə taqımında atıcı vəzifəsinə qəbul edilmiş xx.xx.2020-ci tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 340 nömrəli xəstəlik haqqında şəhadətnamə əsasında sol ağciyərinin yuxarı payının infiltrativ vərəmi diaqnozu ilə hərbi hissənin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Top lanışda olduğu müddət ərzində Qərargah və təchizat bölüyünün mühafizə taqımında hərbi hissənin anbar və qeyri-yaşayış binalarının mühafizəsi üçün atıcı vəzifəsində xidmət aparmışdır. Hərbi hissədə şəxsi heyətin sayı az olduğundan mühəndis silahlandırma vasitələrinin təminatı məqsədi ilə Fizuli rayon Şükürbəyli kəndində yerləşən mühəndis anbarına yüklərin daşınması və boşaldılması üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Ezamiyyətdə olduğu müddət ərzində heç bir aktiv döyüş əməliyyatlarında iştirak etməmişdir. Ehtiyata buraxılarkən toplanışda iştirakı nəzərə alınaraq hərbi hissə komandiri tərəfindən həvəsləndirilərək fəxri fərmanla təltif edilmişdir.
6. N №-li hərbi hissənin komandiri tərəfindən verilmiş fəxri fərmanın surətində n görünür ki, əsgər İddiaçı qismən səfərbərliklə N №li hərbi hissədə xidmət etdiyi müddət ərzində qazandığı nailiyyətlərə və yüksək nizam-intizamı ilə fərqləndiyinə görə təltif edilmişdir.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 fevral 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır.
8. N №-li hərbi hissə tərəfindən verilmiş N aprel 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Səfərbərlik toplanışı ilə əlaqədar olaraq hərbi hissədə qərargah və təchizat bölüyünün mühafizə taqımında xidmət keçmişdir. Mühəndis silahlandırma vasitələrini yükl əmə məqsədilə N nömrəli hərbi hissəyə hərbi hissə komandirinin rəhbərliyi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli əmri ilə ezam olunmuşdur. Lakin ezamiyyət müddətində əsgər İddiaçı heç bir döyüş əməliyyatlarında iştirak etməmiş və heç bir döyüş tapşırığına cəlb olunmamışdır. Mühəndis Silahlandırma vasitələrinin çatdırıldığı anbar hərbi hissənin daimi dislokasiya məntəqəsi olmuş, yəni aktiv döyüş əməliyyatları gedən ərazidə yerləşməmişdir. Əsgər İddiaçı ezamiyyət vərəqəsi Müdafiə nazirinin müvafiq qərarına əsasən saxlama müddətini keçdiyinə görə hərbi hissənin arxiv saxlanılmasında olan iş, kitab və jurnalların məhvetmə komissiyası tərəfindən yoxlanılaraq xx.xx.2023-cü il tarixli 304 nömrəli akta salınaraq məhv edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Müdafiə n azirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli əmrinin (Azərbaycan Ordusunun “Vətən müharibəsi” dövründə döyüş fəaliyyətində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşməsi haqqında) 1.12 bəndində göstərilmişdir: - N nömrəli hərbi hissədən (Qeydiyyat əməliyyat bölməsi, Qərargah və Təchizat bölüyünün mühafizə taqımı istisna olmaqla) digər bölmələr aktiv döyüşə cəlb olunmuş hesab olunsun. 9. 110 №-li hərbi hissə tərəfindən verilmiş N avqust 2023-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixədək Beyləqan rayon Xaçınabad yaşayış məntəqəsində yerləşib, bu da işğal altında olan ərazi hesab edilmir. Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikası nın irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. Döyüş təminatı ilə bağlı tapşırıqlar döyüş dəstəyi və döyüş xidmət dəstəyi tapşırıqlarından ibarətdir. Döyüş təminatının döyüş dəstəyi tapşırığı - döyüş bölmələrinin döyüşə (əməliyyata) hazırlıq dövründə və onun gedişində taktiki fəaliyyətlərin bilavasitə dəstəklənməsi, mühafizəsi və qorunması tədbirləridir. Döyüş təminatının döyüş dəstəyinə daxildir: istehkam fəaliyyətləri. Döyüş dəstəyi bölmələrinə aiddir: mühəndis-istehkam bölmələri. Mühəndis təminatı - qoşunlara vaxtında və gizli hərəkət etmək, manevr etmək və döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmək üçün lazımi şərait yaratmaq, qoşunların və obyektlərin bütün məhv etmə vasitələrindən qorunmasını artırmaq, həmçinin düşmənə itki verdirmək və onun fəaliyyətlərini çətinləşdirmək məqsədi ilə təşkil olunur və həyata keçirilir. Mühəndis təminatının əsas tapşırıqları:-düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatı; qoşunlar tərəfindən tutulmuş rayonların, hədlərin, mövqelərin, idarəetmə məntəqələrinin açılma rayonlarının fortifikasiya hazırlığı; -mühəndis maneələrinin (tək və qrup minalar, mina sahələri, mina-partlayışlı və partlamayan maneələr) qurulması və saxlanılması, dağıntıların yaradılması; minaların zərərsizləşdirilməsi, mina sahələrindən, mina-partlayışlı və partlamayan mühəndis maneələrindən, əngəllərdən və dağıntılardan keçidlərin açılması və saxlanılması; ərazilərin və obyektlərin minalardan və partlayış təhlükəli döyüş sursatlarından təm izlənməsi; su maneələrinin keçilməsi (dəf edilməsi) zamanı keçidlərin (dayaz su keçidləri, körpü keçidləri, bərə keçidləri və s.) qurulması və saxlanılması; daşınma, təxliyyə və qoşunların hərəkət yollarının hazırlanması və işlək vəziyyətində saxlanılması; qoşunların və obyektlərin maskalanması üzrə mühəndis tədbirləri.
10. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən verilmiş iddiaçının uçot kartasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 02 dekabr 2020-ci il tarixli 246 №-li əmrinə əsasən 09 dekabr 2020-ci il tarixdə tərxis edilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya və N №-li hərbi hissənin komandirinə ünvanlanmış 26 aprel 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq aşağıdakı məzmunda cavab verilmişdir: “Vətəndaş İddiaçı tərəfindən Müdafiə Nazirliyinə ünvanlanmış müraciətə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasında baxılır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar müraciət müəllifinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair xidməti barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı və həmçinin qeyd olunan məlumatları CD variantda qısa müddət ərzində bizim ünvana təqdim etməyinizi xahiş edirəm”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2020-ci il tarixdən könüllü olaraq İİ Qarabağ müharibəsində iştirak etmişdir. Fizuli rayonu uğrunda gedən döyüşlərdə Qərargah və təchizat bölüyünün mühafizə tağımında atıcı vəzifəsində iştirak etmişdir. N nömrəli hərbi hissəyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə cəlb olunmuş və N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli, 340 nömrəli xəstəlik haqqında şəhadətnaməsi əsasında sol ağciyərinin yuxarı payının infiltrativ vərəmi diaqnozu ilə hərbi hissənin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. İddiaçı müharibə veteranı statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafiq sənədlərlə birlikdə (hərbi biletin notarial qaydada təsdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin surəti, müvafiq arayışlar və s. əlavə etmə klə) ərizə əsasında müraciət etmiş, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/3-4614 saylı məktubuna cavab olaraq xx.xx.2022-ci il tarixli № 17/932 saylı məktubu ilə ona imtina verilmişdir. İddiaçı hesab edir ki, ona müharibə veteranı statusu verilməlidir. Belə ki, 2020-ci ilin oktyabr ayında N nömrəli hərbi hissəyə daxil olmağı barədə və xx.xx.2020-ci il tarixində isə azad olunmağı barədə qeyd iddiaçıya SX seriyalı, ******* nömrəli hərbi biletin 6-cı səhifəsinin 13-cü qrafasında öz əksini tapmışdır. İddiaçı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx.xx.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qayd ası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə istinad edərək hesab edir ki, imtina əsassızdır.
15. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olmadığından mümkün sayıla bilməz. İddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haq qında” Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteran” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid etmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin (hakim T.R.Məlikov) 19 dekabr 2023-cü il tarixli, 21(112)-5100/2023 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının aktiv döyüş əməliyyatlarında iştirak etməsi onun özü tərəfindən də iddia edilmir. Belə ki, iddiaçı döyüş bölgəsində döyüş təminatının yerinə yetirilməsi ilə hərbi hissə rəhbərliyinin əmri ilə ezam olunmasına istinad edərək ona müharibə veteranı adı və vəsiq əsi verilməli olduğunu hesab edir. Yuxarıda göstərilən qanunvericilik normalarından göründüyü kimi, döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İddiaçının səfərbərliyə cəlb edilərək göndərildiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmasa da, onun xidmət keçdiyi həmin hərbi hissənin qərargah və təchizat bölüyü, həmçinin hərbi hissə komandirinin müvafiq əmri ilə döyüş təminatı ilə bağlı ezam olunduğu N nömrəli hərbi hissə Müdafiə nazirinin müvafiq əmrinə əsas ən işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarına cəlb edilmişdir. Döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı mühəndis silahlandırma vasitələrinin təminatı məqsədi ilə Fizuli rayon Şükürbəyli kəndində yerləşən mühəndis anbarına daşınması və boşaldılması üçün ezam edilmişdir. Bu baxımdan iddiaçının ezam olunduğu hərbi hissədə icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, həmin hərbi hissə və ya orqana verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin, silah və hərbi texnikanın) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərə (kəşfiyyat, mühəndis təminatı, radioelek tron mübarizə, taktiki maskalanma və s.) aid olmuşdur. Belə olan halda, iddiaçı döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu və onun ezam olunduğu hərbi hissənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu sübuta yetirildiyindən iddiaçı tələbində haqlıdır.
18. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5100/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2024-cü il tarixli, 21(103)-1787/2024 nömrəli qərarı ilə (sədrlik edən: R.Ə.Səmədov, hakimlər: X.A.Cəmilova və E.Ə.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5100/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməs i qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, inzibati iş materialında olan N nömrəli hərbi hissə komandirinin veteran komissiyasına ünvanlandığı xx.xx.2022-ci il tarixli 369 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı toplanışda olduğu müddət ərzində qərargah və təchizat bölüyünün mühafizə taqımında hərbi hissənin anba r və qeyri-yaşayış binalarının mühafizəsi üçün atıcı vəzifəsində xidmət etmiş, mühəndis silahlandırma vasitələrinin təminatı məqsədilə Füzuli rayonu Şükürbəyli kəndində (işğaldan azad edilməyən ərazidə) yerləşən mühəndis anbarına yüklərin daşınması və boşaldılması üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuş və ezamiyyətdə olduğu zaman heç bir aktiv döyüş əməliyyatlarına cəlb edilməmişdir. Həmçinin inzibati iş materialında olan N nömrəli hərbi hissə komandirinin Bakı İnzibati Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli 153 nömrəli məktubunun ikinci abzasından görünür ki, N nömrəli hərbi hissənin Qərargah və Təchizat bölüyünün mühafizə taqımı istisna olmaqla digər bölmələr aktiv döyüşə cəlb edilmişdir. Beləliklə, iş materialında o lan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Beyləqan rayonu Xaçınabad qəsəbəsi yerləşən N nömrəli hərbi hissədə ezamiyyətdə olmuş və ezamiyyətdə olduğu zaman heç bir aktiv döyüş əməliyyatlarına cəlb edilməmişdir. Beyləqan rayonu Xaçınabad qəsəbəsi yerləşən N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş, 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirm iş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi sayılmayan Beyləqan rayonu Xaçınabad qəsəbəsinə ezam edilmiş və mühəndis anbarına yüklərin daşınması və boşaldılmasında iştirak etmişdir. Göründüyü kimi Beyləqan rayonu Xaçınabad qəsəbəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının maddi-texniki təminat növü üzrə tapşırıqları yerinə yetirmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfind ən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam o lunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hiss əsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
26. Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsas sızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydad a araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi ilə bağlıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 9 və 10cu abzaslarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəng ilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatl arının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
34. Həmçinin həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur
35. İş materiallarında olan sənədlər və işin təsdiq edilmiş halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə səfərbərliyə çağır ılaraq hərbi xidmət keçmək üçün Müşfiqabad qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissənin qərargah və təchizat bölüyünün mühafizə tağımında xidmət keçmiş, hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən mühəndis silahlandırma vasitələrinin təminatı məqsədilə hərbi hissə komandirinin rəhbərliyi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 246 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdə tərxis edilmişdir 36. 110 №-li hərbi hissə tərəfindən verilmiş N avqust 2023-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixədək Beyləqan rayon Xaçınabad yaşayış məntəqəsində yerləşib, bu da işğal altında olan ərazi hesab edilmir. Azərbaycan Resp ublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər.
37. N №-li hərbi hissənin komandiri tərəfindən verilmiş fəxri fərmanın surətindən görünür ki, əsgər İddiaçı qismən səfərbərliklə N №-li hərbi hissədə xidmət etdiyi müddət ərzində qazandığı nailiyyətlərə və yüksək nizam-intizamı ilə fərqləndiyinə görə təltif edilmişdir.
38. Yuxarıda qeyd edilmiş Əsasnaməyə görə, müharibə veteranı adı həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyy atların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə də verilməlidir. Bu zaman tələb olunan sənəd kimi ezam olunmuş şəxslərə münasibətdə ezamiyyət vəsiqələri çıxış edir. Hazırkı işin hallarından da müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissənin qərargah və təchizat bölüyünün mühafizə tağımında xidmət keçmiş, hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən mühəndis silahlandırma vasitələrinin təminatı məqsədilə hərbi hissə komandirinin rəhbərliyi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuşdur.
39. Göründüyü kimi iddiaçı mühəndis silahlandırma vasitələrinin təminatı məqsədi ilə Fizuli rayon Şükürbəyli kəndində yerləşən mühəndis anbarına daşınması və boşaldılması üçün ezam edilmişdir. Bu baxımdan iddiaçının ezam olunduğu hərbi hissədə icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, həmin hərbi hissə və ya orqana verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin, silah və hərbi texnikanın) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərə (kəşfiyyat, mühəndis təminatı, radioelektron mübarizə, taktiki maskalanma və s.) aid olmuşdur.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına və maddi-texniki təminatla məşğul olduğuna dair kifayət qədər sübutlar mövcuddur.
41. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2024-cü il tarixli, 21(103)-1787/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.