Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-860/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-860/2019) Bakı şəhəri 06 mart 2019-cu il GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2808/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kasasiyanın mümkün lüyü məsələsinə Ali Məhkəmənin binasında 06 mart 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı (bundan sonra - cavabdeh) məhkəmədə iddia qaldıraraq icra məmurunun hərəkələrinin qanunsuz hesab edilməsi, 16.08.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4027/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakim: M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2808/2018 saylı, 2 0 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4027/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2808/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra iddiaçıya və onun vəkilinə kassasiyanın mümkünlüyü məsələsinə 06 mart 2019-cu il tarixdə baxılacağına dai r məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin: - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; - 94.2-ci maddəsinə əsaəsn, şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; - 94.3-cü maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün say ılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Sadalanan normalardan göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin əsaslandırılıb-əsaslandırılmaması məsələsi də aiddir, çünki kassasiya şikayətində bildirilmiş dəlillərlə bağlı apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktı maddi və p rosessual hüquq normalarının tətbiqi baxımından qiymətləndirilməlidir. Qanunvericiliyin istinad edilən müddəalarına əsaslanmaqla iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz. Belə ki, iddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilərək onların nəzərinə çatdırılmışdır ki, şikayətdə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmadığı və apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması əsaslandırılmamışdır. Bu səbəbdən, qeyd edilən nöqsanın məhkəmə iclasının vaxtınadək aradan qaldırılması, yəni əsaslandırılmış kassasiya şikayətinin təqdim olunması iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı təyin olunmuş vaxtadək həmin nöqsa nı aradan qaldırmamış, yəni əsaslandırılmış kassasiya şikayəti təqdim etməmişdir. Belə olan halda isə İPM-in 91-ci maddəsinə uyğun olaraq qiymətləndirmənin hansı qaydada aparılmasını müəyyən etmək mümkün deyil. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2808/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-860/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-860/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver