Məhkəmə qərarları › İş №2-1(102)-860/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-860/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-860/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sos ial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2403/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı il tarixdə Qazax rayonunun Kolxəlfəli kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə əsasən pensiya onun aldığı əmək haqqının 85% həcmində təyin olunmalı idi. Lakin cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsi yuxarıda qeyd olunan normanın tələblərini nəzərə al mamış və ona pensiyanı düzgün hesablamamışdır. Bu səbəbdən də o, hüquqlarının bərpası olaraq məhkəmə müdafiəsinə söykənib inzibati orqanın əsassız qərarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. Həmin Qanunun 32-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İddiaçıya «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13 -cü maddəsinin “a” bəndinə əsasən xx xxxxxx 2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, cavabdeh həmin dövrdə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinin tələblərinə müvafiq olaraq pensiyanı əmək haqqının 85% həcmində təyin etməmişdir. O, xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il yarımdan çox AR NK-nın xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda göstərilən vəzifələrdə iş stajına malik olduğundan, ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci, «Vətəndaların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi tətbiq edilməlidir. Birinci instansiy a məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-603/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya hüququ yarandığı xx xxxxxxxx 2012-ci il tarixdən, 52 yaşdan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinin tələblərinə əsasən yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin e dilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Eyni zamanda cavabdeh ərizə ilə müraciət edərək cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsini xahiş etmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsiilə əvəz edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(103)-2403/2019 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu il tarixli 2-1(82)-603/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı xx.xx.2012-ci il tarixdən 52 yaşdan «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 17-ci maddəsinin 5-ci bəndinə əsasən pensiya təyin edilməklə pensiy a məbləğinin fərqinin yenidən hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin sözügedən qərarını ləğv etməklə düzgün araşdırma aparmamış və qəbul edilən qərarı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələndiyindən, faktiki halların araşdırılması kifayət qədər yerinə yetirilməmiş, yalnız cavabdehin apelyasiya şikayətində göstərilən, lakin hüquqi baxımdan əsaslandırılmayan formal mülahizə xarakterli sözlərinə istinad etməklə işi qeyri-obyektiv araşdırılması halları ilə kifayətlənmədən ədalətsiz qərar çıxartmış və iş üzrə iddiaçı olaraq onun qanunla qorunan hüquqlarının real bərpası təmin olunmamaqla ədalətsiz qərar çıxartmışdır.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqindən səhvə yol verməsini sübutların əldə edilməsinəgöstərmədiyini qeyd edir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-2403/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu sə bəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarnın isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı işin baxılmasının başqa vaxta keçirilməsini xahiş etmiş, lakin teleqrama bu barədə sübut əlavə etmədiyindən işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi v ə prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin sözügedən qərarını ləğv etməklə düzgün araşdırma aparmamış və qəbul edilən qərarı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələndiyindən, faktiki halların araşdırılması kifayət qədər yerinə yetirilməmiş, yalnız cavabdehin apelyasiya şikayətində göstərilən, lakin hüquqi baxımdan əsaslandırılmayan formal mülahizə xarakterli sözlərinə istinad etməklə işi qeyri-obyektiv araşdırılması halları ilə kifayətlənmədən ədalətsiz qərar çıxartmış və iş üzrə iddiaçı olaraq onun qanunla qorunan h üquqlarının real bərpası təmin olunmamaqla ədalətsiz qərar çıxartmışdır.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqindən səhvə yol verməsini sübutların əldə edilməsinəgöstərmədiyini qeyd edir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü iləəlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiya sı məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şərait inə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının hüququ xx.xx.2012-ci il tarixdə yarandığı üçün hüququn yarandığı tarixdə qüvvədə olan, xx.xx.2 006-cı il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun pensiya hüququ yaranan dövrdə qüvvədə olan normaların tələbləri tətbiq edilərək pensiya hesablanmalıdır və Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci bəndinin tətbiqi üçün əsaslar yoxdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cuil tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2403/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar