Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-861/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X6 Xüsusi X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; tikinti ustası, iş icraçısı; dəqiqləşdirici arayış) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X6 Xüsusi X2rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiy asının 2019-cu il 17 dekabr tarixli 2-(103)-2510/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1959-cu il 19 may tarixdə doğulmuş, 1976-cı il 9 sentyabr tarixdə əmək fəaliyyətinə başlamış, 1978-ci il 10 may tarixdən 1980-ci il 20 may tarixə qədər hərbi xidmətdə olmuş, 1980-ci il 22 avqust tarixdən 1990-cı il 17 aprel tarixədək “Baksantexelektrikquraşdırma” trestinin 11 nömrəli ixtisaslaşmış tikinti idarəsində çilingərsantexnik, 1990-cı il 17 aprel tarixdən 1990-cı il 3 may tarixədək tikinti ustası, 1993-cü il 3 may tarixdən 2000-ci il 1 iyul tarixədək iş icraçısı, 2000-ci il 1 iyul tarixdən 2004-cü il 24 sentyabr tarixədək “Baksantexelektrikquraşdırma” tre stində iş icraçısı vəzifələrində işləmişdir. İddiaçı ərizə ilə Dövlət X6 Yasamal rayon Şöbəsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət X6 Yasamal rayon Şöbəsi 2019-cu il 25 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının qanunla tələb olunan 12 il 6 ay xüsusi iş stajının olmaması göstərilmişdir. İddiaçı 2019-cu il 4 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 57 yaşdan, yəni 2016-cı il 19 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Dövlət X6 Yasamal rayon Şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1976-cı il 9 sentyabr tarixdə əmək fəaliyyətinə başlamış, 1978-ci il 10 may tarixdən 1980-ci il 20 may tarixə qədər hərbi xidmətdə olmuş, “Bakıbaştikinti” idarəsinin “Baksantexelektrikquraşdırma” trestinin 11 nömrəli ixtisaslaşmış tikinti idarəsində 1980-ci il 22 avqust tarixdən 1990-cı il 17 aprel tarixədək çilingər-santexnik, 1990-cı il 17 aprel tarixdən 1990-cı il 3 may tarixə qədər tikinti ustası, 1993-cü il 3 may tarixdən 2000-ci il 1 iyul tarixə qədər iş icraçısı, “Bakıbaştikinti” idarəsinin “Baksantexelektrikquraşdırma” trestində 2000-ci il 1 iyul tarixdən 2000-ci il 4 dekabr tarixə qədər iş icraçısı, 2000-ci il 4 dekabr tarixdən 2004-cü il 24 sentyabr tarixədək baş iş icraçısı vəzifələrində işləmişdir. Bu, ona məxsus əmək kitabçası ilə və 11 nömrəli ixtisaslaşmış tikinti ida rəsi tərəfindən verilmiş 2017-ci il 22 iyun tarixli Arayışla təsdiq olunur. O, 2006-cı il yanvarın 1-dək 27 il 9 ay 6 gün sığorta stajına malikdir və həmin müddətin 14 il 5 ay 7 gününü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 iyul tarixli 2-1(81)1643/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya pensiya hüququnun yarandığı 2016-cı il 19 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi he sab etmişdir ki, qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı 2016-cı il 19 may tarixdə tamam olmuş, həmin tarixə onun 25 ildən çox ümumi, 14 ildən çox isə xüsusi iş stajı vardır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 sentyabr tarixli 2-(103)-2510/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət X6 Bakı şəhəri Yasamal rayon Şöbəsi əsl cavabdeh Dövlət X6 X5 İdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 2-(10 3)-2510/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 7 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 3 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməməsi, həmçinin hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndinə qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmə və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsasən olan ilkin şərtlər”. Halbuki, iddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təs diq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Daha sonra, məhkəmə qərarında qeyd edir ki, “İşin faktiki hallarına əsasən,... 2016cı il 19 may tarixə iddiaçının 25 ildən çox ümumi stajı olmuş, həmin müddətin 14 ildən çoxunu o güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləmişdir”. Məhkəmənin qərarında bildirdiyi bu bəyanatı təsdiq edəcək hər hansı dəlil iş materiallarında olmamış, qərarda da qeyd edilməmişdir. Məhkəmə sadəcə öz mülahizəsinə əsaslanaraq iddiaçının iddia etdiyi faktları hüquqi cəhətdən əsaslı hesab etmişdir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 2.4.1-ci bəndinə görə, Qanunun 9 -cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. İddiaçı tərəfindən belə bir arayış təqdim edilmədiyindən, hazırda onun işlədiyi şəraitin ağırlıq dərəcəsini müəyyənləşdirmək mümkün deyil. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajına malik olmuşdur. İddiaçının 25 ildən artıq ümumi və 12 il 6 ay xüsusi iş stajını qazandığı vaxtda qüvvədə olmuş, Azərbaycan Respublika sı Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işdə (XXXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. (b) rəhbərlər və mütəxəssislər: /2290000b—23419/ yeni tikinti və quraşdırma işlərinin ustaları; /2290000b—24441/ iş icraçıları) çalışmaqla xüsusi iş stajını /ümumi iş stajının 12,5 ilini/ 2006-cı il 1 yanvar tarixədək qazandığında n ona 57 yaşının tamam olduğu 2016-cı il 19 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şərtin ödənildiyi qəbul edilməlidir. Şikayətdə qeyd edilir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışlar təqdim edilməmişdir. Belə ki, halhazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndinə qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmə və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırkı halda, id diaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (2 №-li Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasında aşkar olaraq göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 2-(103)-2510/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-861/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-861/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver