Məhkəmə qərarları › İş №2-1(102)-861/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-861/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-861/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1990-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabi litasiya Agentliyinə qarşı “üçüncü dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 21(103)-2352/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümükəzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində trav madan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 – Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; Diaqnozun mətni: Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin lllll-İV daraq sümüklər inin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.

3. Yenidən iddiaçının əlillik vəziyyətinə sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitiş miş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyin qiymətləndirildiyi 15 mart 2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, x x.xx.1990-cı ildə ünvan 1 ünvanında yaşayır. Məlum edir ki, 1998-ci ildə uşaq ikən ağır travmatik sınıq xəsarəti almış, dəfələrlə ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2008-ci və xx.xx.2021-ci il tarixdə konservativ müayinə olunmuş, müayinə zamanı ona «Ayağın, açıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları” klinik diaqnoz təyin edilmişdir. TSEK-in qərarı əsasında ona İİİ dərəcəli əlillik təyin edilmişdir. 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi DSMF-nin Sabirabad rayon şöbəsindən İİİ dərəcəli əlilliyə görə hər ay 110 manat sosial müavinət almışdır. Azə rbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlillik müddətinin müəyyən edilməsinə dair” Əsasnamənin 4.2-ci maddəsinə əsasən İİİ (üçüncü) dərəcəli əlillik müddəti fasiləsiz olaraq 15 il ərzində müəyyən edilmişdir. 11 il ərzində o, İİİ dərəcəli əlil kimi pensiya almışdır. xx.xx.2020-ci il tarixdə növbəti müayinə vaxtı olması səbəbindən o, Sabirabad MRX-nın müvafiq göndərişi əsasında Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş, ixtisaslaşmış tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 1441/1648 saylı arayışını Sabirabad MRX PHŞ Həkim-Məsləhət Komissiyasına təqdim edərək həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı elektron göndəriş əsasında (f orma 088) TSEKə müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı bildiriş ilə ona növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi: “Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması” göstərilmişdir. Həkim-Məsləhət Komissiyası tərəfindən göndərilən elektron göndəriş tam olaraq doldurulmuşdur. Sadəcə cavabdeh orqan əsassız və absurd səbəblər göstərməklə və onun qanunla qorunan hüquqlarını kobudcasına pozmaqla ona növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsinə qanunsuz imtina vermişdir.

6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli 4110003AADTF saylı göndəriş i əsasında baxılmış və “səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümükəzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma zastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sü mük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 – Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ səncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. Sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə bir il müddətinə əlilik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 – Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; Diaqnozun mətni: Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kolloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Di aqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının əyani müayinə olunması üçün cavabdeh quruma bir ay müddət təyin edilmişdir. Qərardadın icrasının nəticəsi o laraq cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Sağ pəncənin alt səthinin kelloid dartıcı çapıq toxumaları” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(112)-1991/2022 nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, iddiaçıya əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sabirabad Mərkəzi rayon Xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2016-cı il tarixli Forma 88 arayış məzmunu və mahiyyəti baxımından Sabirabad Mərkəzi rayon Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişindən (forma 88) fərqlənmir (həmin göndəriş əsasında əlillik təyin edilmişdir). Cavabdeh xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin etibarsız olduğunu və ya həmin diaqnozun əlillik təyin etmədiyini bild irmir. Sabirabad Mərkəzi rayon Xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişdə (forma 88) XBT 10-a əsasən göstərilmiş “M21 Ətrafların digər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti” diaqnozu (xəstəliyin ağırlaşması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.5-ci bəndində göstərilən “pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” xəstəliyinə (XBT-10-a əsasən M21.6 Pəncənin və topuqların digər qazanılma deformasiyaları) uyğundur və üçüncü dərəcə əlillik təyin edir. Forma 88 arayışına əsasən həmin xəstəlik diaqnostik müayinələrlə (ümumi cərra h tərəfindən obyektiv müayinənin nəticəsi və Sümük/s rentgenoqrafıyasına əsasən) təsdiq olunmuşdur. Buna baxmayaraq, iddiaçının xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyi tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina olunmuşdur ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-2352/2022 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və İ.Vəkil) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(112) -1991/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. İddiaçı barədə göndəriş qiymətləndirilərkən iddiaçının müalicə almaması müəyyən edilmiş, ümumiyyətlə, məhkəmə tərəfindən qəbul edilən qərardada əsasən aparılan müayinə nəticəsində şəxs barəsində əlillik təyin edilməsinə əsas verən xəstəlik müəyyən edilməmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxanda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. İddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər ş əxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs,... Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi m üvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsin də şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlil liyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu m üddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndəri r....

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhə miyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. 2

2. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlilliyin qiymətləndirildiyi 15 mart 2021ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsindən ibarətdir.

24. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının əyani müayinə olunması üçün cavabdeh quruma bir ay müddət təyin edilmişdir. Qərardadın icrasının nəticəsi olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının tibbi sənədlərinin və əyani müayinəsinin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Sağ pəncənin alt səthinin kelloid dartıcı çapıq toxumaları” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verməmişdir.

25. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(112)-1991/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

26. İşə baxan və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayan apelly asiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırmamış, İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələblərinə əməl etməmişdir.

27. Belə ki, həm apellyasiya şikayətinin, həm də kassasiya şikayətinin əsas dəlili göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmaların əlillik dərəcəsi təyin etməməsidir.

28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçı barəsində tərtib edilən xx.xx.2016-cı il tarixli Forma 88 arayışın məzmunu və mahiyyəti baxımından xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişlə eyni olması barədə mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, beş əlillik müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı göndəriş əsasında qiymətləndirmə aparılmaqla, cavabdeh tərəfindən iddiaçıya “göndərişin natamam doldurulması, o cümlədən əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsi” kimi formal səbəblərlə əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Halbuki, xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişdə (hazırkı iş üzrə mübahisələndirilən) ətraflı və izahlı şəkildə iddiaçının xəstəliyinə dair bütün ağırlaşmalarına tam təfsilatı ilə aydınlıq gətirilmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya xx.xx.2016-cı ildə beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilərkən diaqnoz aşağıdakı kimi göstərilmişdir: - Sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalmas ı y/çət-si.

30. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı göndəriş əsasında baxılmış və “Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Bu zaman iddiaçının xəstəliyi ilə bağlı diaqnoz aşağıdakı kimi göstərilmişdir: - Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları.

31. Bundan sonra, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndəriş əsasında baxılmış və “Əlavə müalicəyə ehtiyacın olması, səbə b: qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir, bərpa müalicələri davam etdirilsin” səbəbi ilə (hazırkı iş üzrə mübahisələndirilən) imtina verilmişdir. Bu zaman iddiaçının xəstəliyi ilə bağlı diaqnoz (həm göndərişdə, həm də imtinada) aşağıdakı kimi göstərilmişdir: - Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları.

32. Göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı ildə əlillik təyin edilən zaman onda müəyyən edilən diaqnozla hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən təqdim edilən göndərişdə olmuş diaqnoz arasında uyğunsuzluq vardır. Həmin diaqnozlar eyni olsa belə, bu hələ əlilliyin müəyyən edilməsi üçün yetərli əsas ola bilməz. Belə ki, əlilliyin müəy yən edilməsi üçün əsas olan hal məhz sonuncu göndərişdə qeyd edilən diaqnoz əlilliyin təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olmalıdır. Cavabdehin əsas dəlilinin diaqnozun əlillik dərəcəsinin təyininə imkan verməməsi olsa da, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibət bildirmədən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

33. Bundan başqa, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, 0311003AARHU saylı göndəriş (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur.

34. Hal-hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədədir (1 iyul 2022-ci ildən etibarən).

35. Əlilliyin müəyyən olunması üçün Əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadıqda, lakin yeni meyarlarda olan hal mövcud olduqda apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarların tətbiq oluna biləcəyi məsələsi araşdırılmamışdır.

36. İşin təkrar apellyasiya baxışı zamanı yeni meyarlarda olan hallardan hər hansı biri iddiaçıya qoyulmuş diaqnoza görə əlilliyin təyin edilməsinə əsas olub-olmaması araşdırılmalı, diaqnoz hazırda qüvvədə olan meyarlarda olduğu halda İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.

37. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.

38. Apellyasiya məhkəməsi tərəfindən İPM-in 12, 13, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından cavabdehin kassa siya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 21(103)-2352/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar