Məhkəmə qərarları › İş №2-1(102)-862/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-862/2020

03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-862/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X7” Bakı Filialının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin üzərində ipoteka hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxs Cavabdeh4 oğlunun iştirakları ilə, İddiaçı “X7” Bakı Filialının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğlu) “fərdi yaşayış evi üzərində ipoteka hüquqlarının qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)-2621/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: “Banklararası depozitin yerləşdirilməsi üzrə” müqavilələrin təminatı olaraq notariat qaydada təsdiq olunmaqla bağlanmış xx xxxxxx 2011-ci il tarixli 47 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 saylı fərdi yaşayı ş evi “X7” Bakı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 və Cavabdeh3 cavabdehlər “X7” x və “xxxx” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2013-cü il tarixli, 2(011)-481/2013 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(103)-2339/2013 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən qərardan iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(102)-4109/2013 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının xx xxxx 2013cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(103)-44/2014 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, iddia tələbi təmin edilərək “X7 Baku branch” ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 47 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 məxsus olan ünvan 1 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi qərara alınmışdır. Həmin qətnamədən “X7 Baki branch” tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(102)2277/2014 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən qərardan “X7 x” tərəfindən əlavə kassasiya qaydasında şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli 13(102)-2/2017 saylı qərarı ilə əlavə kassasiya şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-962/2018 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-481/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamədən iddiaçı lar və üçüncü şəxs Cavabdeh4 oğlu tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(102)-5850/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1001.59 kv.m fərdi yaşayış sahəsi 38 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxxxxx 2014-cü il tarixli AN-İN ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 oğluna satılmış, həmin yaşayış sahəsi üzərində sonuncunun adına mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan iddiaçı “X7” Bakı Filialı cavabdehlər Cavabdeh4 oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “Cavabdeh2 ilə Cavabdeh4 oğlu arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1001.59 kv.m fərdi yaşayış sahəsinin alğı-satqısı barədə 38 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxxxxx 2014-cü il tarixli AN-İN ******* nömrəli alğısatqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və “X7” Bakı filialının ipoteka yüklülüyünün bərpa olunması tələbi ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx xxxxxxxx 2017-ci il tarixdə, 2(009)-3549/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən “X7” Bakı Filialı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)17 88/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(102)4170/2018 saylı qərarı ilə qətnamədən “X7” Bakı Filialının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)1788/2018 saylı qətnaməsi qüvvəsində saxlanılmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 saylı fərdi yaşayış evinin üzərində “X7” Bakı filialının ipoteka hüququnun qeydə alınması və hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Banklararası depozitin yerləşdirilməsi üzrə” müqavilələrin təminatı olaraq notariat qaydada təsdiq olunmaqla bağlanmış xx xxxxxx 2011-ci il tarixli 47 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 saylı fərdi yaşayış evi “X7” Bakı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınan hüquqdur. Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunla təmin və müdafiə olunur. İndiki halda mülkiyyət hüququnun pozulmaması üçün iddianın təmin edilməməsi nəticədə ipoteka hüququnun pozulmasına səbəb olur. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin olunmalı olan ipoteka hüququ başqa bir məhkəmə tərəfindən əsassız olaraq təmin olunm ur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(011)-481/2013 saylı Qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-962/2018 saylı xx xxxxxx 2018-ci il tarixli Qətnaməsi və nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5850/l8 saylı xx xxxxxxxx 2018-ci il tarixli Qərarı ilə Bankın ünvan 1 saylı fərdi yaşayış evinin üzərindəki ipoteka yüklülüyü təmin olunmuşdur. «Banklararası depozitin yerləşdirilməsi üzrə» Müqavilələrinin təminatı olaraq, notariat qaydada təsdiq olunmaqla bağlanılmış xx xxxxxx 2011-ci il tarixli 47 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi, 66 saylı fərdi yaşayış evi «X7» Bakı filialı nın xeyrinə ipoteka ilə yüklü etmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. x şəhəri, x rayonu, x yaşayış sahəsi, x küçəsi, x saylı fərdi yaşayış evinin üzərində «X7» Bakı filialının ipoteka yüklülüyü təmin olunmuşdur. İpoteka hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəsidir (öhdəliyidir). Lakin cavabdeh bu vəzifənin icrasından qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. ünvan 1 saylı fərdi yaşayış evinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)-2/2017 saylı, xx xxxxx 2017-ci il tarixli bildirişin daxil olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ərizəyə əlavə olunmuş məhkəmə qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Həmçinin bu qərarlar barədə inzibati orqana rəsmi qaydada məlumat daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyul tarixli 2-1(82)-954/2019 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni və əsaslı olması təsdiqini tapmış alğı-satqı müqaviləsi əsasında üçüncü şəxsin adına mülkiyyət hüququ əsasında qeydə alınmış fərdi yaşayış evinin üzərində iddiaçı “X7” Bakı filialının ipoteka yüklülüyünün qeydə alınması üçüncü şəxsin mülkiyyət hüququnun pozul ması ilə nəticələndiyindən iddia tələbi təmin edilə bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)-2621/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2020-ci il 8 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 30 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlil ləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(011)-481/2013 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-962/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5850/18 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarı Bankın ünvan 1 saylı fərdi yaşayış evinin üzərindəki ipoteka yüklülüyü təmin olunmuşdur. Belə olan halda, hazırkı məhkəmənin ipoteka hüququnu təmin etməməsi əvvəlki məhkəmə qərarlarını qəbul etməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili Vəkil və nümayəndəsi 2020-ci il 23 iyun tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Üçüncü şəxs Cavabdeh4 oğlunun vəkili X4 2020-ci il 23 iyun tarixli məhkəmə iclasında şikayətə qarşı etiraz edərək şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Digər üçüncü şəxslər məhkəmə ic lasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və digər üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların məhkəmə iclasına gəlmədikləri halda da işə baxılmasının və qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki M əcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Apellyasiya instansiyası məhkəməsi istinad edilən normaların tələblərini nəzərə almaqla, haqlı olaraq hesab etmişdir ki, iddiaçının öz tələbində istinad etdiyi fərdi yaşayış evi qanuni əsaslarla üçüncü şəxsin mülkiyyətində olduğundan və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə əsaslandığından, cavabdeh orqan üçüncü şəxsə məxsus daşınmaz əmlak üzərində iddiaçının ipoteka hüququnun qeydə alınmasından imtina etməkdə haqlı olmuşdur. Belə ki, x şəhəri, x rayonu, x yaşayış sahəsi, x küçəsində yerləşən x saylı fərdi yaşayış evi üçüncü şəxsə satılarkən həmin əmlak ipoteka ilə yüklü olmamışdır. İddiaçının fərdi yaşayış evinin satılması barədə müqavilənin qanuniliyi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)-2621/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseyn ov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar