Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-862/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı “İddiaçı.” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Vüqar Həsənov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, cavabdehin nümayəndəsi Orxan Heydərlinin və vəkili İlkin Məmmədovun iştirakı ilə, İddiaçı “İddiaçı.” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti nə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə 10.12.2019-cu il tarixli, 2-1(103)-91/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 05 may 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “İddiaçı.” Şirkəti cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı 11.04.2016-ci il tarixli **********008449 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi və həmin Qərarla müəssisəyə hesablanmış 67.587,57 manat vergi borcunun, 33.990,80 manat məbləğində maliyyə sanksiyasının ləğvi (silinməsi) barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 21(81)-2422/16 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 11.04.2016-ci il tarixli **********008449 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 3., 16.1.1., 23.1., 36.1., 54.0.2., 67-ci maddəl ərinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.2., 2.0.11., 15.1., 24, 58.1-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.1., 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təstiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4., 3.4-cü bəndlərinə, İnzibati Prosessual Məcəlləsinin 14.1., 68.1., 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.
4. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.08.2016-cı il tarixli, 2-1(81)-2422/16 nömrəli qərarının ləğv edilməsini və iddia tələb inin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2016-cı il tarixli, 2-1(103)-2415/2016 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Sərvət Hüseynov və Kəmalə Abiyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2-1(81)-2422/16 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 12.3., 13.2.39., 16.1., 24.0.1., 36.2., 53.3., 54.0.2., 67, 204, 205, 207.1.2-ci maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. kasasiya instansiya məhkəməsindəki icraat
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2017-ci il tarixli, 2-1(102)-874/2017 nömrəli (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Rahib Nəbizadə) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.11.2020ci il tarixli, 2-1(103)-2415/2016 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Ali Məhkəmə həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 44.1., 45.1., 67.1., 83.9-cu maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 12, 68.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, apelyasiya instans iyası məhkəməsi hazırkı mübahisənin həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmədən qərar qəbul etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 avqust 2017-ci il tarixli, 2-1(103)-1538/2017 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2-1(81)2422/16 nömrəli qərarının ləğv edilməsi, iddia rədd edilməsi qərara alınmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Ali Məhkəmənin 25 aprel 2017-ci il tarixli, 2-1(102)-874/2017 nömrəli qərarında istinad etdiyi maddi və prosessual hüquq normaları tətbiq et məklə belə hesab etmişdir ki, iş üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış, işin həmin hallara müfaviq olan maddi və prosessual hüquq normaları düzgün təfsir edilməmiş, maddi hüquq normalarına zidd olan nəticəyə gəlinmişdir. kasasiya instansiya məhkəməsindəki icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2018-ci il tarixli, 2-1(102)-34/2018 nömrəli (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov) qərarı ilə iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 03 avqust 2017ci il tarixli, 2-1(103)-1538/2017 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Ali Məhkəmə həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 44.1., 45.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 41.1., 41.6-1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, “tətqiqatların predmetini müxtəlif sahələr təşkil etsə də, rəylərin eyni bir şəxs tərəfindən verilməsi onları vermiş şəxsin hər iki sahəyə aid xüsusi elmi biliklərə malik olması sualını yaratmış olur və bu əsasla həmin rəylərin əlavə yoxlanılmasını zəruri edir”. Həmçinin Ali Məhkəmənin qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəlləsinin 12.2., 82-ci maddələrinin tələbləri pozulmuşdur. apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(103)-91/2019 nömrəli (hakimlər Elmira Nağıyeva - s ədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2-1(81)2422/16 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 12.3., 44.1-44.4., 45, 53.3., 67-ci maddələrinə, həmçinin İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası qanuna uyğundur və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
15. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edərkən məhkəmə zam anı təyin edilmiş kompleks (məhkəmə mühəndis - texniki, əmtəəşpnaslıq və mühasibatlıq) məhkəmə ekspertizasına dair Azərbaycan Republikasının Ədliyyə Nazirliyinin Məkəmə Ekspertiza Mərkəzinin 19.12.2018-ci il tarixli 24839/25144/25145 nömrəli rəyinə və məhkəmə-mühasibatlıq ekspertizasına dair 12.11.2019-cu il tarixli 17284 nömrəli ekspert rəyə istinad etmişdir.
16. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1422/2018 nömrəli 14.06.2018-ci il tarixli qərardadı ilə kompleks məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Republikasının Ədliyyə Nazirliyinin Məkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və nəticədə Azərbaycan Republikasının Ədliyyə Nazirliyinin Məkəmə Ekspertiza Mərkəzi tərəfindən 19.12.2018-ci il tarixli 24839/25144/25145 nömrəli ekspert rəyi tərtib edil mişdir.
17. Cavabdeh qeyd edilən ekspert rəyi ilə razılaşmamış və bununla bağlı 23.01.2019-cu il tarixli **********724100 nömrəli mülahizə ilə məhkəməyə müraciət etmişdir.
18. Mülahizədə 19.12.2018-ci il tarixli 24839/25144/25145 nömrəli ekspert rəyində həqiqətə uyğun olmayan, təhrif olunmuş məlumatlardan istifadə edilməklə hesablama aparıldığı, ekspert qarşısında qoyulmuş məsələlər üzrə hər hansı araşdırma və tədqiqat aparılmadığı, qoyulmuş suallara verilmiş cavablar və həmin cavabların hansı sənədlərə istinad edirlərək verilməsi əsaslandırılmadığı və nəticədə formal rəy tərtib olunduğu bildirilmiş, qeyd edilən 19.12.2018-ci il tarixli 24839/25144/25145 nömrəli ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş edilmişdir.
19. Daha sonra cavabdeh tərəfindən təkrar ekspertizanın təyin olunması barədə 05.02.2019-cu il tarixli vəsatətlə Bakı Apelyasiya Məhkəməsinə müraciət edilsə də, məhkəmə tərəfindən vəsatət təmin olunmamışdır.
20. Bununla belə iş üzrə alınmış 19.12.2018-ci il tarixli 24839/25144/25145 nömrəli ekspert rəyini təsdiq etmişdir ki, iddiaçı tərəfindən hasilat həcmi əsassız olaraq az bəyan edilmişdir.
21. Belə ki, iddiaçı tərəfindən yoxlanılan dövr ərzində 94.680,0 ədəd mişar daşının hasil olunduğu bəyan edilməsinə baxmayaraq iş üzrə alınmış 19.12.2018-ci il tarixli 24839/25144/25145 nömrəli ekspert rəyi ilə istehsal brakı nəzərə alınmaqla iddiaçının hasil etdiyi daş sayı bundan dəfələrlə çox, yəni 806.711,0 ədəd olduğu müəyyən edilmişdir.
22. Bu fakt isə yoxlama ilə iddiaçıya hesablanmış vergilərin ən azı yarısının düzgün olduğu nu təsdiq edən faktdır ki, apelyasiya məhkəməsi tərəfindən bu hal əsassız olaraq qiymətləndirilməmişdir. 23. 12.11.2019-cu il tarixli 17284 nömrəli ekspert rəyi tədqiq edilərkən məlum olunmuşdur ki, rəydə 19.12.2018-ci il tarixli 24839/25144/25145 nömrəli ekspert rəyindəki nəticələr nəzərə alınmaqla vergilərin hesablanmalı olduğu bildirilmişdir. 24. 19.12.2018-ci il tarixli 24839/25144/25145 nömrəli ekspert rəyində isə yoxlanılan dövrdə “İddiaçı.” Şirkəti tərəfindən 806711 ədəd mişar daşının istehsal olunduğunu 1 ədəd mişar daşının 0.24 manat olmasını nəzərə alaraq, Şirkətin 193.610,64 manat məbləğində ümumi gəlirinin müəyyən edildiyi qeyd olunmuşdur.
25. Bununla belə Bakı Apelyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin Məkəmə Ekspertiza Mərkəzinin 19.12.2018-ci il tarixli 24839/25144/25145 nömr əli və 12.11.2019-cu il tarixli ekspert rəylərinə istinad etsə də, nəticədə rəylərdə qeyd edilənlərə zidd qərar qəbul etmişdir.
26. Səyyar vergi yoxlaması zamanı məhsulun faktiki maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələrinin nəzərə alınmaqla vergilər hesablanmışdır. "xxxx" ASC- dən alımış məlumatlar əsasında tərtib edilmiş ekspert və mütəxəssis rəyi əsasında vergi ödəyicisinin vergi tutulan dövriyyəsi müəyyən edilmişdir. Yoxlamaya gəlirdən çıxılan xərclərlə bağlı sənədlər təqdim edilmədiyindən sahibkarın gəlirini bir başa müəyyən etmək mümkün olmamışdır. Sahibkarın gəliri Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən Azprbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.11 -ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdı r. Başqa sözlə müəyyən edilmiş vergi tutulan dövriyyənin 80% xərc kimi qəbul edilmişdir. Qeyd edilən 80% xərcdə məhsulun faktiki maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələrinin hamsı nəzərdə tutulmuşdur.
27. Göründüyü kimi Ədliyyə Nazirliyinin Məkəmə Ekspertiza Mərkəzinin 12.11.2019-cu il tarixli 17284 nömrəli ekspert rəyində yuxarıda sadalnan hallar nəzərə alınmamışdır. Digər tərəfdən məhkəmə vergi orqanın yoxlama ilə müəyyən etdiyi vergi məbləğini ləğv etməklə vergi ödəyicisinin hesablamasını qanuni hesab etmiş, bu zaman vergi ödəyicisi tərəfindən bəyan edilmiş ayrı-ayrı vergi tədiyyələri arasında mövcud olan uyğunsuzluqları araşdırmamışdır.
28. Apelyasiya Məhkəməsi Vergi Məcəlləsinin 12.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, sərf olunan elektrik enerjisi vergit utma obyekti hesab edilmədiyindən, onun əsasında hesablanmış əlavə vergi də qanuni sayıla bilməz.
29. Bununla əlaqədar bildiririk ki, yoxlama zamanı iddiaçıya hesablanmış əlavə vergilərin vergitutma obyekti sərf olunan elektrik enerjisi deyil, iddiaçı tərəfindən əldə edilmiş cjəlir, hasil edilmiş faydalı qazıntı (mişar daşı) və həmin mişar daşının təqdim edilməsi olmuşdur. Belə ki, səyyar vergi yoxlaması aktından görünür ki, Vergi Məcəlləsi ilə müəyyən edilən verginin dərəcəsi iddiaçının elektrik enerjisi sərfiyyatına deyil, iddiaçının gəlirinə, hasil edilmiş faydalı qazıntıya və təqdim edilmiş mişar daşlarının dəyərinə tətbiq edilmişdir.
30. Göründüyü kimi, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 12.3-cü maddəsinin tələbi yanlış təfsir olunmamış və həmin maddi hüquq norması düzgün tətbiq ed ilməmişdir. Bundan başqa Ali Məhkəmənin nəzərinə çatdırmaq istəyirk ki, Bakı Apelyasiya Məhkəməsi səyyar vergi yoxlaması ilə hesablanmış torpaq vergisini də ləğv etmişdir.
31. Lakin bu zaman Bakı Apelyasiya Məhkəməsi səyyar vergi yoxlamasının hesablanmış torpaq vergisinin ləğv edilmə əsasını qeyd etməmiş, ümumiyyətlə qərarında torpaq vergisinə dair hər hansı münasibət bildirməmişdir.
32. Belə ki, iş materiallarından da göründüyü kimi yoxlama keçirilən vaxt vergi ödəyicisinin faktiki olaraq qeyd edilən torpaq sahəsində fəaliyyət göstərdiyi müəyyən edilmiş və bu hal aktlaşdırılmışdır. Bildiririk ki, qeyd edilən hal istər tərəflər, istərsə də məhkəmə tərəfindən mübahisələndirilməmiş və qəbul edilmişdir. Bu isə 60.000 kv.m torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması deməkdi r.
33. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(103)-91/2019 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
35. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
37. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2019-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Al i Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
40. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlillət əsassızdır.
41. Belə ki, məlum olduğu kimi, hazırkı inzibati mübahisə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışında olduğu zaman Ali Məhkəmənin iş üzrə qəbul etdiyi 18 apre l 2018-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdu ki, mütəxəssiz rəyi mühəndis-texniki sahəyə aid olduğu halda, ekspert rəyi əmtəəşunaslıq sahəsinə aid olmuşdu. Tətqiqatların predmetini müxtəlif sahələr təşkil etsə də, rəylərin eyni bir şəxs tərəfindən verilməsi onları vermiş şəxsin hər iki sahəyə aid xüsusi elmi biliklərə malik olması sualını yaratmış olur və bu əsasla həmin rəylərin əlavə yoxlanılmasını zəruri edir. Artıq məhkəmə ekspertizaları daş karxanalarında istehsalın həcmi elektrik enerjisinin sərfiyyatına, itkilər və digər zəruri amillər nəzərə alınmaqla müəyyən edilir.
42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə görə Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburi dir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüququ mövqeyini nəzərə alıb, verilmiş göstərişləri tam icra etmişdir.
43. Belə ki, iş üzrə apelyasiya baxışı zamanı təyin edilmiş kompleks (məhkəmə mühəndis- texniki, əmtəəşünaslıq və mühasibatlıq) məhkəmə ekspertizasına dair 19.12.2018-ci il tarixli, 24839/25144/25145 №-li məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, tikinti və əmtəəşünaslıq ekspertizasının tədqiqatının nəticəsinə əsasən müəssisədə 01 may 2014-cü ildən 01 may 2015-ci ilədək olan dövrdə istehsal edilməsi ehtimal olunan əmtəəlik mişar daşının miqdarı təxminən 806711 ədəd olduğu, həmin dövrdə istehsal olunan mişar daşının 1 ədədinin orta bazar qiyməti isə 0,24 manat müəyyən olunmuşdur. Belə olan halda yəni, tikinti və əmt əəşünaslıq ekspertizasının tədqiqatının nəticəsinə əsasən müəssisədə 01 may 2014-cü ildən 01 may 2015-ci ilədək olan dövrdə istehsal edilməsi ehtimal olunan əmtəəlik mişar daşının miqdarının təxminən 806711 ədəd olması və həmin dövrdə istehsal olunan mişar daşının 1 ədədinin orta bazar qiymətinin 0,24 manat olması nəzərə alındıqda “Gündüz SH” şirkətinin istismarında olan Abşeron rayonu, “Kiçik Ağıl” ərazisinndə yerləşən daş karxanasında istehsal edilmiş mişar daşlarının satışından 01 may 2014-cü ildən 01 may 2015-ci ilə qədər olan dövr üçün əldə oluna biləcək ümumi gəlir 164.076,81 (806711 ədəd x 0,24 manat/1,18 = 193.610,64 manat/1,18) manat məbləğində müəyyən olunur.”
44. Həmçinin iş üzrə apelyasiya baxışı zamanı təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasına dair 12.11.2019-cu il tari xli ekspert rəyində göstərilmişdir ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: -Xammal və materiallar; -Qaytarılmış tullantılar; -Texniki məqsədlər üçün yanacaq enerji və su; -İstehsal fəhlələrinin əsas əmək haqqı; -İstehsal fəhlələrinin əlavə əmək haqqı; -Sosial sığortaya ayırmalar; -Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; -Ümumi sex xərcləri; -Ümumi zavod xərcləri; -Zay məhsul və itkilər; -Sair istehsalat xərcləri; -Əmtəəlik məhsulun tam maya dəyəri.
45. Beləliklə, istehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olu nan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. İş materiallarında “İddiaçı.” şirkəti üzrə istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəsis cəlb olunmuş və mütəxəssis tərəfindən “İddiaçı.” şirkəti üzrə faktiki istehsal edilmiş mişar daşının faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir.
46. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi 12.11.2019-cu il tarixli ekspert rəyinə əsasən düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən “İddiaçı.” şirkəti üzrə faktiki istehsal edilmiş mişar daşının faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktik enerji sərfiyyatı əsasında mişar daşının istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəl ləsində nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən 19.12.2018-ci il tarixli, 24839/25144/25145 saylı ekspert rəyindəki nəticələr nəzərə alınmaqla da vergilər hesablanmadı. Belə ki, həmin rəydə də elektrik enerjisi əsas götürülməklə istehsal həcmi müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdi ki, vergi ödəyicisi kimi hazırkı iddiaçı “İddiaçı.” Şirkətinə məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində mişar daşının istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu, dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, başqa, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər.
48. Bu məsələdə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq Vergi Məcəlləsinin 12.3-cü maddəsinin tətbiq etmişdir.
49. Belə ki, Azərbaycan Respublikasının Vergi Məsəlləsinin 12.3-cü maddəsində göstərilir ki, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.
50. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sərf olunan elektrik enerjisi vergitutma obyekti hesab edilmədiyindən, onun əsasında he sablanmış əlavə vergi də qanuni sayıla bilməz.
51. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
52. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərən ərazi.
53. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olar aq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
54. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicislərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdi ki, mövcud qanunvericilik (AR Vergi Məcəlləsinin 67-ci maddəsi) səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da stifadə edilməsi nəzərdə tutulmuşdur. Hansı ki, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər.
56. Həmçinin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara söykənən mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmi müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışd ır. Sadalananlar belə nəticəyə gəlməyə əsas verir ki, mübahisələndirilən 11 aprel 2016-cı il tarixli qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və sonda əsassız vergi məbləğləri (ƏDV, mədən vergisi, sadələşdirilmiş vergi) hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir.
57. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıda aparılmış vergi yoxlaması növbədənkənar səyyar vergi yoxlaması olaraq adlandırılsa da, həmin növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün Vergi Məcəlləsinin 38.3-cü maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir.
58. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10 d ekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır
59. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(103)-91/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.